Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-680/2022 15.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, İddiaçı oğlunun vəkili və nümayəndəsi Vəkil2 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı “Çernobil AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar 1987-ci ildə Çerniqov bölgəsində X1 işləməsi zamanı aldığı əmək haqqını indeksləşdirərək, 01 yanvar 2018-ci il tarixdən əmək pensiyanın məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2-1(85)-1395/2018 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı “Çernobil AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar 1987-ci ildə Çerniqov bölgəsində səyyar mexanikiləşdirilmiş dəstədə işləməsi zamanı aldığı əməkhaqqını indeksləşdirərək, xx.xx.2018-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2-1(85)-1395/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2018-ci il tarixli 2-1(105)-334/2018 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd olunan qərarından kassasiya şikayət verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kolegiyasının 24 oktyabr 2018-ci il tarixli 2-1(102)-1551/2018 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2-1(85)-1395/2018 nömrəli qərarı icraya yönəldilərək icra edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)-1395/2018 nömrəli, 15 iyul 2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ilə əvəzlənmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı Sumqayıt İnzibati Məhkəməsinə **********8 nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək yeni açılmış hallarla bağlı iş üzrə məhkəmə icraatının təzələnməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2-1(85)-1395/2018 nömrəli qərardadı ilə (hakim Ceyhun Məmmədov) ərizə təmin edilməmişdir. Qərardaddan cavabdeh apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti mümkün hesab edilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, birinci instansiya məhkəməsinin iclas protokollarına dair tərəflərindən qeydlər verilmişdir. Həmin qeydlərə baxılması üçün inzibati işin birinci intansiya məhkəməsinə qaytarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil2 şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etdi. İşə apellyasiya qaydasında baxılarkən Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)- 1395/2018 saylı 05 noyabr 2022-ci il tarixli məktubu məhkəməyə daxil olmuşdur. Məktubun məzmunundan görünür ki, 02 noyabr 2022-ci il tarixdə cavabdeh məhkəməyə ərizə təqdim edərək, protokola dair qeydlərin qanunamüvafiq qaydada baxılması üçün qərardad qəbul edilməsini xahiş etmişdir. Ona görə də, həmin ərizəyə baxılması üçün iş geri tələb olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 65-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında protokollaşdırma ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22-ci fəslində nəzərdə tutulmuş müvafiq qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 273-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Həmin Məcəllənin 274.1 və 274.2-ci maddələrinə əsasən, protokola dair qeydlərə onu imzalamış hakim və ya iş üzrə sədrlik edən baxır, qeydlərlə razılaşarsa, onların düzgünlüyünü təsdiq edir, razılaşmadıqda isə onların tamamilə və ya qismən rədd edilməsinə dair əsaslı qərardad çıxarır. Hər bir halda qeydlər işə əlavə edilir. Protokola dair qeydlərə onların verilməsindən 3 gündən gec olmayaraq baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, protokola dair qeydlərə baxılması üçün iş Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)-1395/2018 saylı 05 noyabr 2022-ci il tarixli sorğusu əsasında məhkəmə baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 65-ci, MPM-in 273 və 274-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı “Çernobil AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar 1987-ci ildə Çerniqov bölgəsində X1 işləməsi zamanı aldığı əmək haqqını indeksləşdirərək, 01 yanvar 2018-ci il tarixdən əmək pensiyanın məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş məhkəmə baxışından çıxarılaraq Sumqayıt İnzibati Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-680/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-680/2022
15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver