Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-681/2025 21.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli 2-1(118)-2778/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Könül Həbibova) xx.xx.2025-ci tarixli 2-1(118)- 2778/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “ünvan 3, 3 mərtəbəli binanın 09 A saylı yaşayış binasının, 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40,33 kv.m, yaşayış sahəsi 18,90 kv.m olan 1 otaqlı, 09 saylı mənzilinin dövlət qeydiyyatına alınması və həmin mənzilə dair İddiaçı adına mülkiyyət hüququ üzrə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun qeydiyyatına alınması və çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Məmmədli kəndi Əziz Əliyev küçəsi, 3 mərtəbəli binanın 09 A saylı yaşayış binasının, 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40.33 kv.m, yaşayış sahəsi 18,90 kv.m olan 1 otaqlı, 09 saylı mənzilinin dövlət qeydiyyatına alınması və həmin mənzilə dair İddiaçı adına mülkiyyət hüququ üzrə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 3, 3 mərtəbəli, 09 A saylı yaşayış binasının, 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40,33 kv.m, yaşayış sahəsi 18,90 kv.m olan 1 otaqlı, 09 saylı mənzilinin dövlət qeydiyyatına alınması və həmin mənzilə dair iddiaçının adına mülkiyyət hüququ üzrə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin xx.xx.2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir. İddia tələbi işin hallarına (§1-5) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etmişdir, müharibə veteranıdır. Bildirir ki, Abşeron rayonu Məhəmmədli kəndi Əziz Əliyev küçəsində inşa edilmiş 3 mərtəbəli, 9 A saylı yaşayış binası "xxxx" MTK-ya məxsusdur. İddiaçı həmin binanın 2-ci mərtəbəsində ümumi sahəsi 40,33 kv.m yaşayış, 18,90 kv.m, 1 otaqlı 9 saylı mənzili 19 noyabr 2023-cü il tarixli, 231102 saylı müqavilə ilə almışdır və həmin vaxtdan da ora köçüb yaşamağa başlamışdır. Mənzilin bütün kommunal şəraiti vardır, evdə təbii qaz, içməli su və elektrik enerjisi vardır və sayğacları da quraşdırılmışdır. Bina 17 il bundan qabaq tikilmişdir. Bina Dövlət komissiyasından keçmiş və təhvil venlmişdir. Binada olan bəzi sakinlər öz mənzillərinə çıxarışlar almışlar, sonra isə çıxarışların verilməsi dayandırılmışdır. İddiaçı da öz mənzilinə çıxarış almaq istəyir. Bununla bağlı cavabdehə ərizə ilə müraciət edilmiş, lakin cavabdeh əsassız olaraq imtina etmişdir. İddiaçı imtina ilə razı deyil, çünki, binanın saknilərinə çıxarış verilə bilir, iddiaçının mənzilinə isə verilə bilmir. Bu ayrı seçkiliyə son qoyulmalıdır. Çıxarış almaq üçün iddiaçının bütün sənədləri qaydasındadır. Lakin cavabdeh müraciətin icrasından imtina edir. Hətta binanın birinci mərtəbəsində aptekin də çıxarışı vardır. İddiaçı isə həmin aptekin üstündə yaşayır. Hal-hazırda iddiaçı həmin mənzili öz adına özəlləşdirib, çıxarış almaq istəyir. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq, məhkəməyə müraciət edilməsi qərara alınmışdır İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun mənzilinin bütün kommunal şəraiti, yəni evdə təbii qaz, içməli su və elektrik enerjisi vardır və sayğacları da quraşdırılmışdır. Bina 17 il bundan qabaq tikilmiş və Dövlət komissiyasından keçmiş və təhvil verilmişdir. Binada olan bəzi sakinlər öz mənzillərinə çıxarışlar almışlar, sonradan çıxarışların verilməsi dayandırılmışdır. 9 və 9 A saylı binalar bir damın altındadır, binalar bitişikdir. Cavabdeh orqan tərəfindən 9 saylı binaya çıxarış verilsə də, 9 A saylı binaya çıxarış verilmir. Bir binaya 2 ünvan qoyula bilməz. Ona görə də, hesab edir ki, bu işə yenidən obyektiv hərtərəfli baxılmalıdır və onun pozulmuş hüququları bərpa edilməlidir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, ünvan 3, 3 mərtəbəli, 09 A saylı yaşayış binasının, 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40,33 kv.m, yaşayış sahəsi 18,90 kv.m olan 1 otaqlı, 09 saylı mənzilinin dövlət qeydiyyatına alınması və həmin mənzilə dair iddiaçının adına mülkiyyət hüququ üzrə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı tələbinin əsası kimi tərəfindən iddia olunan mənzilin "xxxx" MTK ilə alqı-satqı nəticəsində əldə edilməsini, dəyərinin tam həcmdə ödənilməsini, mənzilin yerləşdiyi Abşeron rayonu Məmmədli kəndi X10, 09A saylı binanın digər mənzilləri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsini bildirir. Cavabdeh isə iddiaçının müraciətindən imtina səbəbini Abşeron rayonu Məmmədli kəndi X10 09A saylı yaşayış binasının üzərində "xxxx" MTK-nın mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması olaraq göstərmişdir. Məhkəmə araşdırması zaman müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında ünvan 3, 3 mərtəbəli, 09 A saylı yaşayış binasının, 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40,33 kv.m, yaşayış sahəsi 18,90 kv.m olan 1 otaqlı, 09 saylı mənzilinə dair xx.xx.2023-cü il tarixli 231102 nömrəli müqavilə bağlanmışdır. "xxxx" MTK-nın xx.xx.2024-cü il tarixli M/240911 nömrəli maliyyə arayışından görünür ki, ünvan 3 3 mərtəbəli, 09 A saylı yaşayış binasının, 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40,33 kv.m, yaşayış sahəsi 18,90 kv.m olan 1 otaqlı, 09 saylı mənzilinin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. "xxxx" MTK-ya borcu yoxdur. Mənzilin yerləşdiyi binanı inşa etmiş "xxxx" Mənzil Tikinti Kooperativinin fəaliyyəti hal-hazırda dayandırılmışdır. ünvan 3, 3 mərtəbəli, 09 A saylı yaşayış binası dövlət komissiyası tərəfindən istismara qəbul edilməmişdir. Eyni zamanda, cavabdeh tərəfindən təqdim olunan məlumata əsasən "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş ünvan 3, 3 mərtəbəli, 09 A saylı yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı aşkar edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin 3 sentyabr 2024-cü il tarixli 3-21-3-32/2-M0441-8/2024 nömrəli məktubundan görünür ki, aparılan araşdırma zamanı İddiaçı müraciət üzrə əlavə edilmiş sənədlərdə göstərilən ünvan 3, 3 mərtəbəli, 09 A saylı çoxmənzilli yaşayış binasının üzərində "xxxx" MTK-nın mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən İddiaçı ərizəsinin icrasından imtina edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 19 fevral 2025-ci il tarixli, 3-21-2-9/2- 39252/2025 nömrəli məktubundan görünür ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən hüquqi ünvanı ünvan 1 Kooperativinin hal-hazırda fəaliyyəti dayandırılmışdır. Qoşma şəklində kooperativə məxsus dövlət reyestrindən çıxarış və nizamnamə təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 24 fevral 2025-ci il tarixli 3-21-3-32/2-2885/2025 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi, X10, 09A saylı bina, 09 saylı mənzilin qeydiyyatdan keçməsinə dair məlumat aşkar edilməmişdir. Qoşma şəklində aşağıdakı sənədlər göndərilmişdir: - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MH seriyalı, ******* nömrəli, 13 dekabr 2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Məmmədli kəndi, X10 ünvanında yerləşən 9 nömrəli, 4 mərtəbəli bina, 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X1 adına qeydiyyata alınmışdır. Həmin əmlaka dair digər hüquq müəyyənedici sənədlər; - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MH seriyalı, ******* nömrəli, 17 sentyabr 2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Məmmədli kəndi, X10 ünvanında yerləşən 9 nömrəli, 4 mərtəbəli bina, 5 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. Həmin əmlaka dair digər hüquq müəyyənedici sənədlər; - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 4 iyul 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi, X10, ev 9, mənzil 2 ünvanda yerləşən mənzil X7 xüsusi mülkiyyətindədir; - qeyd edilən binada yerləşən mənzillərə dair digər hüquq müəyyənedici sənədlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 12 mart 2025-ci il tarixli, 3-21-3-32/2-3930/2025 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanında "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş 09A saylı çoxmərtəbəli yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı aşkar edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş, daha sonra məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən göndərilmiş mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair çıxarışlardan müəyyən edilir ki, həmin çıxarışlar iddiaçının iddia etdiyi Abşeron rayonu Məmmədli kəndi X10, 3 mərtəbəli 09 A saylı yaşayış binasına deyil, Abşeron rayonu Məmmədli kəndi X10, 4 mərtəbəli 9 saylı binanın mənzillərinə dair verilmişdir. Mülki Məcəllə maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müqavilə əsasında pay hüququnu əldə etdiyi ünvan 3, 3 mərtəbəli, 09 A saylı yaşayış binasının, 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40,33 kv.m, yaşayış sahəsi 18,90 kv.m olan 1 otaqlı, 09 saylı mənzilin, mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və ya torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə müəyyən edilməmiş, binanın "xxxx" MTK-ya məxsus olması, müvafiq qaydada qeydiyyatdan keçirilməsi də öz təsdiqini tapmamışdır. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. İddiaçı hüququnun qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədləri cavabdeh inzibati orqana və məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İmtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Bundan əlavə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcuddur, həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-3170/2024 nömrəli qərardadında qeyd olunur ki, məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, iddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 2-1(102)-2304/2023 saylı, xx.xx.2023-cü il tarixli, iddiaçı X5 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 2-1(102)-762/2023 saylı, xx.xx.2023-cü il tarixli, İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 2-1(102)- 2280/2024 saylı xx.xx.2024-cü il tarixli qərarlarda) qeyd edilmişdir ki, tikilinin istismara qəbulu barədə akt olmadığı təqdirdə həmin tikili üzərində hüquqlar dövlət qeydiyyatına alına bilməz. ...Beləliklə, oxşar işlərə dair qərarlarda aparılmış təhlil və gəlinən nəticələr hazırkı şikayətə də şamil edilir və həmin qərarlardakı mövqedən kənara çıxmağa əsas yoxdur. Mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin, sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçı üçün əlçatan və bəlli olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli 2-1(118)-2778/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-681/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-681/2025
21.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver