Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-682/2024 23.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2-1(118)-1871/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş peniya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1958-cı il təvəllüdlüdür. Orta məktəbi bitirdikdən sonra 1976-cı ildə bir ay ərzində Beyləqan rayonu 3 nömrəli pambıqçılıq sovxozunda işləmişdir. Sonra 01 may 1976-cı il tarixdən 01 may 1978-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. 1979-cu ilin aprel ayından 1982-ci ilin dekabr ayının sonuna kimi Beyləqan rayonu 3 nömrəli pambıqçılıq sovxozunda fəhlə işləmiş, 14 sentyabr 1982-ci il tarixdə “Azenerjisazlama” müəssisəsində X2 Sexində Yağ və hava açarları sahəsində paylayıcı qurğuların təmiri üzrə elektrik çilingəri vəzifəsinə işə qəbul edilmiş və 18 noyabr 1982-ci ildə daimi olaraq eyni sexdə və vəzifədə saxlanılmaqla fəaliyyətinə davam etmiş və 15 may 2002-ci il tarixinə kimi həmin elektrik çilingəri vəzifəsində çalışmışdır. Bu müddət ərzində müəssisənin adı iki dəfə dəyişikliyə məruz qalmışdır. 16 may 2002-ci il tarixdə "xxxx"xxxx"xxxx" MMC-yə Paylayıcı Qurğu avadanlıqlarının təmiri üzrə elektrik çilingəri vəzifəsinə qəbul edilmiş və 07 yanvar 2013-cü il tarixə kimi orada elektrik çilingəri vəzifəsində çalışmış və işdən çıxmışdır. O, 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajına malik olduğu üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci bəndinin 01 iyul 2017-ci il tarixinə kimi qüvvədə olmuş redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi xahişi ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh tərəfindən 19 sentyabr 2023-cü il tarixli 3-17-1/2- Ə215214/2023 nömrəli məktubla xahişini yerinə yetirməkdən imtina edilmişdir. Cavabdeh öz imtina məktubunda bildirir ki, iddiaçının işlədiyi Paylayıcı Qapalı avadanlığın təmiri üzrə elektrik çilingəri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda gərginlik altında olan 330 kVt və yüksək gərginlik bölüsdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri vəzifəsinə aid deyil və bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Məsələ burasındadır ki, cavabdeh eyni bölmədə nəzərdə tutulan və qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri bəndini gözardı etmişdir, halbuki işəgötürənin verdiyi güzəştli iş stajı barədə arayışda iddiaçının işlədiyi elektrik çilingəri peşəsinin məhz həmin kriteriyaya uyğun olmasını bildirir. Siyahının Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı adlı bölməsində ayrı-ayrı iki bənddə elektrik çilingərləri nəzərdə tutulur və işəgötürənin məhz iddiaçının işlədiyi elektrik çilingəri peşəsinin həmin bəndlərdən birinə uyğun olmasını bildirən güzəştli arayış təqdim etmişdir. Belə çıxır ki, cavabdeh həmin iki bənddən hər hansı biri ilə manipulyasiya edib iddiaçının xahişini rədd etmək imkanından sui-istifadə etmişdir. Əslində isə, cavabdeh iddiaçının ilkin sübutetmə yükünə aid olan güzəştli iş stajı barədə arayışda göstərilənlərə əks sübut təqdim etməli idi, o isə formal, öz mülahizəsinə əsasən peşələrin uyğun olmaması barədə fikir yürütmüş, bunu əsaslandırmamışdır. İddiaçının işlədiyi “Paylayıcı qurğular avadanlığının təmiri üzrə elektrik çilingəri” peşəsində çalışan bütün çilingərlər gərginlik altında olan 330 kV və yüksək gərginlik bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri ilə birlikdə və yalnız qismən əmək vəzifələri fərqi ilə bir yerdə, eyni şəraitdə çalışaraq, hər kəs özünə aid olan işləri yerinə yetirir. Paylayıcı Qurğular elektrik stansiyalarında hasil edilən elektrik enerjisinin elektrik stansiyasından alıb daim nominal yüksək gərginlikli-330kV və 500 kV gərginlikli xətlərə ötürülməsi işini həyata keçirir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin İddiaçı dair xx.xx.2023-cü il tarixli 01PH/273 nömrəli arayışında iddiaçının xx.xx.1982-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində X4 və Hava açarlarının təmiri sexində Paylayıcı cihazların təmiri üzrə və xx.xx.2002xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində isə Elektrik Avadanlıqlarının təmiri və Sazlanması sexinin X1 təmiri və sazlanmasının Bakı sahəsində paylayıcı avadanlıqlarının təmiri üzrə elektrik çilingəri vəzifəsində işlədiyi qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın Elektrik stansiyaları, enerji qatarları, enerji və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana, turbin avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə elektrik çilingərləri peşəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi İddiaçı çalışmış olduğu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarında nəzərdə tutulmuş vəzifə ilə uyğunluq təşkil etsə də, çalışmış olduğu sahə sözügedən Qərarda nəzərdə tutulan sahə ilə uyğunluq təşkil etmir. Məhz bu səbəbdən də İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1958-ci il təvəllüdlüdür. НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1976-1978- ci illərdə hərbi xidmətdə olmuşdur. İddiaçının adına açılmış ИТ№ ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1982-xx.xx.2002-ci il tarixlərdə X4 və Hava açarlarının təmiri sexində Paylayıcı cihazların təmiri üzrə elektrik çilingəri, xx.xx.2002-xx.xx.2013-cü il tarixlərdə elektrik avadanlıqlarının təmiri və sazlanması sexinin X1 təmiri və sazlanmasının Bakı sahəsində paylayıcı avadanlıqlarının təmiri üzrə elektrik çilingəri işləmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 160 saylı arxiv arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1982-ci ildə (əmr № 178-ok, xx.xx.1982-ci il) “Azenerjisazlama” müəssisəsinin X4 və Hava açarlarının təmiri sexinə Paylayıcı Cihazların təmiri üzrə elektrik çilingəri peşəsinə qəbul edilib və xx.xx.2002-ci ildə (əmr №-17-ş. 15.05.20.02-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmişdir. 16.05.002-ci ildə (Əmr №-10-kş, xx.xx.2002-ci il) "Azərenerjixüsusitəmirsazlama müəssisəsi” MMC-nin Elektrik Avadanlıqlarının təmiri və Sazlanması sexinin X1 təmiri və sazlanmasının Bakı sahəsinə Paylayıcı Avadanlıqlarının təmiri üzrə elektrik çilingəri peşəsinə qəbul edilib və xx.xx.2013-cü ildə (Əmr №-03/12-kş, xx.xx.2013-cü il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən əmək müqaviləsinə xitam verimişdir. Göstərilən peşələrdə işləyənlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların isini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri və fəhlələr bəndinə əsasən elektrik çilingərlərinin işi güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatının 2140000a-18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodları ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 30 il, 03 ay, 33 gün. Beyləqan rayon Dövlət Arxivi tərəfindən verilmiş 01 avqust 2023-cü il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı Beyləqan rayon 3№-li Pambıqçılıq sovxozunda işləməsi və 1976-cı ilin aprel ayında, 1979-cu ilin aprel ayından 1980-ci ilin avqust ayınadək, 1980-ci ilin sentyabr, noyabr-dekabr aylarında, 1981-ci ilin aprel ayından 1982ci iln dekabr ayınadək (dekabr ayı daxil) əmək haqqı alması müəyyən edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 19 sentyabr 2023-cü il tarixli, 3-17-1/2-Ə-215214/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin ona dair xx.xx.2023-cü il tarixli 01-PH/273 nömrəli arayışında xx.xx.1982-xx.xx.2002-co il tarixləri arasındakı dövr ərzində X4 və Hava açarlarının təmiri sexində Paylayıcı cihazların təmiri üzrə və xx.xx.2002-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində isə Elektrik Avadanlıqlarının təmiri və Sazlanması sexinin X1 təmiri və sazlanmasının Bakı şəhərində paylayıcı avadablıqlarının təmiri üzrə elektrik çilingəri vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi işlədiyi sahə sözügedən arayışda istinad olunan və yuxarıda qeyd edilən Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmir edən ölçü vasitələri və avtomatikasına xidmət sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2-1(118)-1871/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 12 noyabr 2019-cu il tarixdən əvvəlki son 36 ay üçün ödənilməmiş peniya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd olaraq tətbiq edilməli normaları tətbiq etməmiş, yəni iddiaçının müraciətinin araşdırılması zamanı onun işlədiyi peşənin yuxarıda göstərilən 2 nömrəli Siyahıya deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıya uyğunlaşdırma aparmışdır ki, nəticədə iddiaçıya imtina cavabı vermişdir. Halbuki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli X3 “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın 2140000a-18455 saylı şifrəsinə əsasən qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri çilingərlər və bütün adlarda olan elektrik çilingərləri peşələri nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş materiallarında mövcud olan sübutlarla iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yaranması təsdiq edilir. Məhkəmə qeyd edir ki, təqdim ediilmiş inzibati icraat materiallarından iddiaçının ild dəfə müvafiq xahişlə cavabdeh inzibati orqana 12 noyabr 2019-cu il tarixdə müraciət etməsi görünür. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadından görünür ki, “Əmək pensiyaları haqqında”Azərvaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasınnı təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, inzibati orqan vətəndaşın müraciətinə baxarkən səhvə yol vermişdir. Belə ki, inzibati orqan İddiaçı ünvanladığı imtina məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıya əsaslanmalı olduğu halda 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərara əsaslanmışdır. Bildirilmişdir ki, istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahısına, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarına baxılsa, hər iki qərarda İddiaçı çalışdığı sahənin adının qeyd edilmədiyi görülər. Həmçinin Sumqayıt İnzibati Məhkəməsi iddiaçının çalışmış olduğu elektrik çilingəri vəzifəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahının Xİİİ Fəslinin “Elektirk stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın 2140000a-18455 saylı şifrəsində nəzərdə tutulan peşəsinə uyğunlaşdıraraq qərar qəbul etmişdir. Bir daha bildirilmişdir ki, inzibati orqan imtina məktubunda İddiaçı çalışmış olduğu peşəni (elektrik çilingəri) mübahisələndirməmiş, onun çalışdığı sahənin qanunvericilikdə nəzərdə tutulan sahələrə aid olmadığını bildirmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD N°li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmişdir. İşin mübahisəli halı iddiaçının xx.xx.1982-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində X4 və Hava açarlarının təmiri sexində Paylayıcı cihazların təmiri üzrə və xx.xx.2002-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində isə Elektrik Avadanlıqlarının təmiri və Sazlanması sexinin X1 təmiri və sazlanmasının Bakı sahəsində paylayıcı avadanlıqlarının təmiri üzrə elektrik çilingəri vəzifəsində işlədiyi müddətin güzəştli iş stajına daxil edilməsi ilə bağlıdır. Belə ki, cavabdeh inzibati orqanın imtina, etiraz və apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın Elektrik stansiyaları, enerji qatarları, enerji və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana, turbin avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə elektrik çilingərləri peşəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi İddiaçı çalışmış olduğu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarında nəzərdə tutulmuş vəzifə ilə uyğunluq təşkil etsə də, çalışmış olduğu sahə sözügedən Qərarda nəzərdə tutulan sahə ilə uyğunluq təşkil etmir. Məhz bu səbəbdən də İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Göründüyü kimi cavabdeh inzibati orqanın imtina əsası istinad edilən sənədlərin mötəbərliyi ilə yox, sadəcə iddiaçının işlədiyi sahənin Qərarda nəzərdə tutulan sahə ilə uyğunluq təşkil etməməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, nəzərə alsaq ki, iddiaçı 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajına xx.xx.2006-cı il tarixə qədər malik olmalıdır, bu zaman “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbi baxımından onun güzəştli şərtlərlə pensiya hüququ həmin tarixə qədər qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə yaranır. Həmin Siyahının Xİİİ hissəsinin “a” (fəhlələr) bəndinin “2140000a- 18455” və “214000a-19834” kodları üzrə yarımbəndlərində iddiaçının çalışdığı qeyd olunan elektrik çilingəri peşəsi ağır iş şəraitinə aid olan peşələr sırasına aid edilmişdir. İddiaçının xx.xx.2006-cı il tarixədək 12 il 6 aydan artıq xüsusi iş stajını toplaması "xxxx" ASC-nin 22 avqust 2024-cü il tarixli işin xarakteri haqqında arxiv arayışı ilə təsdiq edilir. İddiaçının xx.xx.2006-cı il tarixədək 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajını tamamladığı nəzərə alındıqda, o, qeyd edilən tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi tələbində haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.1982-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində X4 və Hava açarlarının təmiri sexində Paylayıcı cihazların təmiri üzrə və xx.xx.2002-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində isə Elektrik Avadanlıqlarının təmiri və Sazlanması sexinin X1 təmiri və sazlanmasının Bakı sahəsində paylayıcı avadanlıqlarının təmiri üzrə elektrik çilingəri vəzifəsində işlədiyi dövrlər ona güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi üçün əsas hesab edilməlidir. Həmin dövrlər isə tələb olunan güzəştli iş stajı 12 il 6 ay olduğu üçün, iddiaçıya güzəştli şərtlərlə pensiya təyini üçün tələb olunan həm ümumi, həm də xüsusi iş stajı toplanmış olur. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. İddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdeh iddia ərizəsinə etiraz, apellyasiya şikayəti və iddiaçıya verilən imtinada yalnız güzəştli iş stajını mübahisələndirmişdir. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin tabeçiliyinə deyil, həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Həmçinin nəzərə almaq lazımdır ki, elektrik çilingəri vəzifəsini yerinə yetirən şəxslər eyni peşənin daşıyıcılarıdırlar və məzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan, həmin şəxslər hansı sahədə çalışmasından asılı olmayaraq, peşə ümumiliyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Başqa sözlə, qeyd olunan şəxslərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisənin iqtisadi fəaliyyət sahəsinə və müəssisəyə deyil, həmin müəssisənin struktur vahidində onların həyata keçirdikləri fəaliyyətin funksional təyinatına və məzmununa bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətində istinad etdiyi dəlil əsassız olmaqla iddiaçının hüququnun məhdudlaşdırılmasına gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda qeyd olunan elektrik çilingəri vəzifəsində çalışmışdır. Qeyd olunan hal cavabdeh inzibati orqan tərəfindən də qəbul edilmişdir. Həmçinin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin tələblərinin pozulmasına səbəb olur. Belə ki, iddiaçı əmək şəraiti ağır olan işlərdə çalışmasına baxmayaraq cavabdeh inzibati orqan tərəfindən iddiaçının çalışdığı sahəyə istinad edilərək imtina edilməsi və eyni zamanda iddiaçı ilə eyni şəraitdə çalışan şəxslərin stajının güzəştli iş stajı hesab olunması iddiaçının konstitusion hüquqlarının pozulması kimi nəzərə alına bilər. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının işlədiyi elektrik çilingəri vəzifəsində çalışdığı illər güzəştli iş stajı kimi hesablanıb ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Mübahisələndirilən halların araşdırılması ilə əlaqədar məhkəmə kollegiyası tərəfindən iddiaçının işlədiyi müəssisələrin fəaliyyəti barədə ətraflı məlumat verilməsi, həmin müəssisələrin fəaliyyət sahələrinin “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” sahələrindən hansına aid olması barədə ətraflı məlumat verilməsi və bununla əlaqədar sənədlərin surətinin təqdim edilməsi, eyni zamanda “Azenerjisazlama” müəssisəsi və "xxxx" MMC-yə dair vəzifə təlimatının təsdiq edilmiş surətinin təqdim edilməsi məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sorğu verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 01 noyabr 2024-cü il tarixli, 01-PH/493 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı 8% zərərli iş şəraitində işlədiyinə görə, 40% əmək haqqına və 6 gün məzuniyyətinə əlavə gün verilmişdir. “Azərenerjisazlama” müəssisəsi ləğv edilərkən, o dövrdə işləyənlərin vəzifə təlimatları təhvil verilməmişdir. İddiaçı işlədiyi peşələr güc təsərrüfatına aid olan sahələrdir. Güc təsərrüfatı dedikdə, yüksək gərginlikli elektrik xəttlərinin istismarı, xidməti və təmiri işlərinin məcmusu başa düşülür. Güc təsərrüfatları elektrik stansiyalarında hasil edilmiş elektrik enerjisinin yüksək gərginlikli elektrik ötürücü xətlərinə ötürülməsini həyata keçirir. Həmin proses təhlükəli olduğu üçün elektrik enerjisini istənilən ötürücü xəttə ötürə bilmək, bir xəttdən ayırıb digər xəttə birləşdirmək üçün xüsusi qurğulardan istifadə edilir ki, onlara ümumilikdə paylayıcı qurğular adı verilmişdir. Həmin qurğulara xüsusi ixtisaslaşmış müəssisələr tərəfindən xidmət göstərilir ki, iddiaçının vaxtilə işlədiyi “Azərenerjisazlama” müəssisəsi və "xxxx" MMC müəssisəslər də bu qəbildəndir. İddiaçı həmin müəssisənin X2 sexində Yağ və Hava açarları sahəsində paylayıcı qurğuların təmiri üzrə elektrik çilingəri vəzifəsində işləmişdir. Sexin adından da göründüyü kimi, elektrik xəttlərini birləşdirib-ayırmaq üçün yağ və hava açarları adlanan bir qrup qurğulardan istifadə edilir. Həmin qurğuların yerləşdiyi ərazidə yüksək intensivlikli maqnit sahəsi mövcud olur ki, bu da hətta işçinin sadəcə ərazidə olması səbəbilə bütün orqanizmə güclü mənfi təsir göstərir. Həmin sahədə çalışan elektrik çilingərləri nominal gərginlik- 300 və 500 kV-luq altında olan xətlərdə yağ və hava açarları sıradan çıxdıqda təmir etməyə borcludurlar, çünki, elektrik stansiyaların işinin davamlılığı elektrik enerjisinin istehsalının əsasını təşkil edir, yəni elektrik enerjisinin istehsalını saxlamaq mümkün deyil. Bu vəzifələrdə işləyən mütəxəssislər üçün zərərli əmək şəraiti aşağıdakılardır, lakin qeyd edilən zərərli təsirlər bunlarla məhdudlaşmır: Yüksək gərginliklə bağlı həyat üçün birbaşa təhlükə, açıq hava şəraitində atmosfer Şəraitinin-yüksək və ya aşağı temperaturun olması, hava nəmliyinin birbaşa təsiri, yüksək gərginlikli elektrik xətləri ətrafında daimi mövcud olan yüksək intensivlikli maqnit sahəsinin orqanizmə mənfi təsiri, yüksəklikdə işləmə, işlərin yerinə yetirildiyi sahədə işıqlanmanın kifayət dərəcədə olmaması və s. Daha sonra məhkəmə kollegiyası tərəfindən iddiaçının əvvəllər işlədiyi elektrik çilingəri vəzifəsinə dair hazırda müəssisədəki işlərə uyğun vəzifə təlimatının təsdiq edilmiş surətinin ən qısa zaman ərzində təqdim edilməsi məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə növbəti sorğu ünvanlanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 01 noyabr 2024-cü il tarixli, 01-PH/493 nömrəli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 N°-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 Rb-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatf’nm 2140000a-18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Məlumat üçün bildirilir ki, işlədiyi peşələri nəzərə alaraq İddiaçı işlədiyi X4 və Hava açarlarının təmiri sexi Paylayıcı Cihazların təmiri üzrə elektrik çilingəri peşəsi yüksək gərginlikli və kontakt şəbəkəli hava xəttlərinin quraşdırılması və təmiri ilə məşğul olmuş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarlarında göstərilən 2140000a-18455 saylı şifrədə bütün adlardan olan elektrik çilingərləri kodları ilə eyni məzmunda tövsif edilmişdir. Qeyd olunan peşənin icraçıları elektrik enerjisini elektrik verilişi xəttləri ilə ötürülən yüksək gərginlikli və kontakt şəbəkələrinin Yağ və hava açarları, paylayıcı cihazları olmaqla Paylayıcı Avadanlıqları quraşdırırlar və təqdim edirlər. 1982-ci və 2013-ci illərdə qeyd olunan işlərdə işləyən peşələrə uyğun vəzifə təlimatları olmadığından təqdim etmək mümkün deyildir. Göründüyü kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən güzəştli iş stajı barədə arayışlar təqdim edilmiş, həmin arayışların mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. İşin sadalan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2-1(118)-1871/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.