Məhkəmə qərarları › İş №2-1(105)-683/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-683/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-683/2022 01.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu Müşkür kəndində yerləşən yaşayış evinin və evin yerləşdiyi 0,33 ha torpaq sahəsinin ½ hissəsi üzərində mülkiyyət hüququnun mərhum atası X10 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2-1(118)-445/2022 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ JN-335F KOD 30219018 seriyalı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 12 saylı xx.xx.1998-ci il tarixli qərarına əsasən X11 və X4 0.33 ha həyətyanı torpaq sahəsi verilmişdir. Xaçmaz rayon Müşkür kənd İƏD nümayəndəsi tərəfindən verilmiş 2205 saylı 22 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, X7 Müşkür kəndi üçün nəzərdə tutulmuş 1 saylı təsərrüfatbaşına kitabın 156-cı səhifəsində 76 saylı təsərrüfatla onun və ailəsinin adına 0.33 ha torpaq sahəsi qeydə alınmışdır. Xaçmaz rayon Müşkür bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 065 saylı arayışından görünür ki,mərhum X15 0.33 ha torpaq sahəsinə görə hər il torpaq vergisi ödəmişdir. AZ-İİ № 125680 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X23 Xidmət Mərkəzində Notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı, X3 və X5 xx.xx.2020-ci il tarixli V-574 nömrəli vərəsəlik işinə əsasən İddiaçı, X12 və X14 xx.xx.2020-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi sırasına daxildir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********78 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edərək bildirmişdir ki, N-335F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0.33 ha göstərilsə də, elektron məlumat bazasında olan xəritə üzərində və ləğv edilmiş DT və XKnin Xaçmaz rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında torpaq sahəsinin ölçüsü 0.14 ha kimi göstərilmişdir. Bununla da fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsündə uyğunsuzluq mövcud olmuşdur. Qeyd edilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu, Müşkür kəndində yerləşən mərhum atası X6 miras qalmış yaşayış evinin və evin yerləşdiyi 0.33 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair xx.xx.2021-ci il tarixli müraciətin əsasında hüququn qeydiyyata alınmasından cavabdehin imtinasını əsassız hesab etməklə qeyd olunan yaşayış evinə və torpaq sahəsinə mülkiyyət sənədlərinin hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu Müşkür kəndində yerləşən yaşayış evinin və evin yerləşdiyi 0.33 ha torpaq sahəsinin 1/2 hissəsi üzərində mülkiyyət hüququnun mərhum atası X10 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabbdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Müşkür kəndində yerləşən 0.33 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış evi iddiaçının mərhum atası X10 məxsus olmuşdur. Həmin evə hüququnun qeydə alınması üçün müraciət etdikdə cavabdeh xx.xx.2021 -ci il tarixli **********78 saylı məktubla imtina cavabı vermişdir. Cavabdeh ona istinad etmişdir ki, JN 335 F nömrəli KOD 30219018 seriyalı “Torpaqın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də torpaq sahəsinin ölçüsü 0.33 ha göstərilsə də, elektron məlumat bazasında olan xəritə üzərində və ləgv edilmiş DT və XK-nin Xaçmaz rayon şöbəsindən təhvil alınmış şahadətnamələrin qeydiyyat kitablarında torpaq sahəsinin ölçüsü 0,14 ha kimi göstərilmişdir. Torpaqın mülkiyyətə verilməsinə dair JN 335 F saylı,30219018 saylı şəhadətnamədən görünür ki, torpaq sahəsinin ölçüsü 0,33 ha-dır. Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Müşkür kənd İƏD-də nümayəndəsinin 22 oktyabr 2021-ci il tarixli 2205 saylı arayışından görünür ki, mərhum X8 adına olan Müşkür kəndi üçün nəzərdə tutulmuş 1 saylı təsərrüfatbaşına kitabın 156-cı səhifəsində 76 saylı təsərüffatda onun və ailəsinin adına 0,33 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Torpaq sahəsi 0,33 ha olmaqla, naturada mövcuddur və iddiaçının istifadəsindədir. Elektron məlumat bazasında və ləgv edilmiş DT və XK-nin Xaçmaz rayon şöbəsinin qeydiyyat kitablarında torpaq sahəsinin ölçüsünün düzgün göstərilməməsinə görə şəhadətnamədə əksini tapmış və naturada mövcud olan 0,33 ha həyətyanı torpaq sahəsi üzərində qeydiyyata alınmasından imtina əsassız hesab edilməlidir. Cavabdeh iddiaya etirazında göstərmişdir ki, X3 etibarnamə üzrə nümayəndəsi vətəndaş X1 rayonu, Müşkür kəndi ərazisində yerləşən mərhum X10 məxsus fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyesterində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmiş, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı müraciətdə qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsündə uyğunsuzluğun olması aşkar olunmuşdur. Belə ki, ərizəyə əlavə olunmuş JN-335F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də torpaq sahəsinin ölçüsü 0.33 ha göstərilsə də, elektron məlumat bazasında olan xəritə üzərində və ləğv edilmiş DT və XK-nin Xaçmaz rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında torpaq sahəsinin cizgisi 0.14 ha kimi göstərilmişdir. Bununla da sənəd üzrə olan torpaq sənədindən əlavə 0.19 ha torpaq sahəsinin ərazinin hansı hissəsində yerləşdiyi yeri dəqiq məlum deyildir və həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üstüstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2-1(118)-445/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Xaçmaz rayonu Müşkür kəndində yerləşən yaşayış evinin və evin yerləşdiyi 0.33 ha torpaq sahəsinin 1/2 hissəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum atası X10 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarda dəyişiklik edərək iddianın ilkin variantında tam həcmdə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdehin apellyasiya şikayəti imtina məktubunun və iddiaya etirazın dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən Xaçmaz rayonu Müşkür kəndində yerləşən yaşayış evinin və evin yerləşdiyi 0,33 ha torpaq sahəsinin ½ hissəsi üzərində mülkiyyət hüququnun iddiaçının məhhum atası X10 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Göründüyü kimi iddia ərizəsində göstərilən 0,33 ha torpaq sahəsi elektron baza kadastr xəritə materiallarında və arxiv məlumatlarında həmin ölçüdə aşkar edilmədiyindən sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır. Bundan əlavə JN-335F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən torpaq sahəsi yeni istifadəyə verilmiş torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) həmin torpaq sahəsi 0,2266 ha kimi işlənilmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin sonuncu məhkəmə iclasında hakimin göstərişi əsasında dəqiqləşdirmə adı ilə kompüterdə yeni ərizə tərtib edilərək Xaçmaz rayonu Müşkür kəndində yerləşən yaşayış evinin və evin yerləşdiyi 0,33 ha torpaq sahəsinin ½ hissəsi üzərində mülkiyyət hüququnun mərhum atası X10 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə həmin ərizəyə imza etdirilmişdir. Həmin ərizənin mahiyyətini həmin anda dərk etməmişdir, qətnamənin surətini aldıqdan sonra bunu bilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin qərarında göstərilir: “Xaçmaz rayon Müşkür kənd İƏD-nin nümayəndəsi tərəfindən verilmiş 2205 saylı 22 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, X8 Müşkür kəndi üçün nəzərdə tutulmuş 1 saylı təsərrüfatnaşına kitabın 156-cı səhifəsində 76 saylı təsərrüfatla onun və ailəsinin adına 0,33 ha torpaq sahəsi qeydə alınmışdır.” Qərarda daha sonra göstərilir:”Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sözügedən 0,33 ha torpaq sahəsi torpaq islahatları aparılmazdan da əvvəl təsərrüfatbaşına kitabında mərhum X8 və ailə üzvlərinin adına qeydə alınmışdır.” Həmin vaxtdan torpaq sahəsi onların istifadəsindədir. Torpaq islahatı keçirilən vaxt iddiaçının valideynlərinə verilən torpağın mülkiyyətə dair şəhadətnamədə 0,33 ha torpaq sahəsinin verildiyi qeyd edilsə də elektron baza məlumatlarında 0,14 ha kimi göstərilmişdir. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçının adına qeydə alınmış 0,33 ha torpaq sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüququ vardır. Elektron baza məlumatlarında torpaq sahəsinin 0,14 ha kimi göstərilsə də, təsərrüfatbaşına kitabdan çıxarışda və iddiaçının faktiki istifadəsində 0,33 ha olması təsdiq edilir, bu isə yuxarıda sadalanan normalara əsasən iddiaçının mərhum atasına torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün əsas vermişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edib təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edib təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarında dəyişiklik edərək iddianın ilkin variantında tam həcmdə təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının vəkilinin və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, işin halları tam araşdırılmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). Həmin Məcəllənin tələblərinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM-nin 58.7 və 68.2-ci maddələri). Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. İlk növbədə qeyd edilməlidir ki, məhkəmə hazırkı iş üzrə iddiaçının özünün cavabdeh inzibati orqana müvafiq ilkin müraciətinin olub-olmamasını, əgər olmuşdursa bu müraciətin hansı məzmunda olmasını dəqiqliklə müəyyən etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsinə cavabdehin ona ünvanlanmış xx.xx.2021-ci il tarixli **********78 saylı məktubunu əlavə etmiş, cavabdeh isə etirazında iddiaçının anası, mərhum X8 arvadı olan X3 etibarnamə üzrə nümayəndəsi X2 müvafiq müraciəti üzrə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli ərizəsi ilə bağlı verilmiş xx.xx.2021 -ci il tarixli **********78 saylı imtina məktubunun məzmununa istinad etmişdir. Bununla əlaqədar iddiaçının müraciətinin surətinin təqdim olunması ilə bağlı məhkəmənin cavabdeh inzibati orqana sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2021-ci il tarixli məktubda isə qeyd olunan daşınmaz əmlakla bağlı İddiaçı Ərazi İdarəsinə rəsmi müraciətinin olmadığı bildirilmişdir. Lakin, məhkəmə öhdəliyin icrasına dair iddia üzrə iddanın mümkünlüyü şərtlərindən olan iddiaçının cavabdehə müraciətinin olub-olmaması, əgər mövcuddursa həmin müraciətin müvafiq torpaq sahəsi yaxud fərdi yaşayış evi barədə olması kimi əhəmiyyətli hallar üzrə ziddiyyətli məqamları tam araşdırmadan, işə mahiyyəti üzrə baxaraq müvafiq qərarı qəbul etmişdir. Bundan əlavə iddianı təmin edən birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “...iddiaçının adına qeydə alınmış 0,33 ha torpaq sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüququ vardır. Elektron baza məlumatlarında torpaq sahəsinin 0,14 ha kimi göstərilsə də, təsərrüfatbaşına kitabdan çıxarışda və iddiaçının faktiki istifadəsində 0,33 ha olması təsdiq edilir, bu isə yuxarıda sadalanan normalara əsasən iddiaçının mərhum atasına torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün əsas vermişdir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin hüquqi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə tərəfindən alınmış xx.xx.2022-ci il tarixli **********4 saylı mütəxəssis rəyində Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə ilə X10 və X4 ayrılmış 0.33 ha torpaq sahəsi sənədində göstərilmiş sxem ilə naturada qismən mövcud olduğu, həmin torpaq sahəsi hazırda İddiaçı faktiki istifadəsinə olan torpaq sahəsinin koordinatları ilə uyğunluq təşkil edtdiyi, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə ilə X10 və X4 ayrılmış 0.33 ha torpaq sahəsinin sənədinin cizgiləri ilə ƏMDXnin elektron baza və arxiv məlumatlarındakı JN-335F saylı şəhadətnamənin elektron cizgiləri uyğunluq təşkil etdiyi, lakin həmin torpaq sahəsinin elektron baza və arxiv məlumatlarında 0.14 ha kimi göstərildiyi, ƏMDX-nin elektron baza və arxiv məlumatlarında 0.14 ha kimi qeydə alınmış torpaq sahəsinin JN-335 saylı şəhadətnaməyə əsasən X10 və X4 ayrılmış 0.33 ha torpaq sahəsinin sxemim cizgiləri daxilində olduğu göstərilmişdir. Rəyin məzmunundan və əlavə edilmiş sxemdən göründüyü kimi iddiaçının atasına məxsus olduğunu iddia etdiyi 0.33 ha torpaq sahəsi ilə bağlı həm sənəd üzrə, həm də faktiki ölçülərlə bağlı, eyni zamanda rəyin özündə ziddiyyətlər mövcuddur. Bununla əlaqədar məhkəmə xx.xx.2022-ci il tarixli məktubla mütəxəssis rəyini vermiş mühəndisin məhkəmə iclasında iştirakının təmin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin özünün zəruri bildiyi halda mühəndisin iştirakı ilə müvafiq ziddiyyətləri araşdırmadan iş üzrə yekun qərar qəbul etmişdir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının mərhum atası X8 və hazırda onunla birgə yaşadığını bildirdiyi anası X3 adına olan JN-335F saylı şəhadətnamə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4-cü maddəsinə əsasən öz hüquqi qüvvəsini saxlamaqla, həmin qanunun 8.0.5-ci maddəsinə uyğun olaraq məhz həmin şəhadətnamədə göstərilən ölçüdə torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi çıxış edir. Belə olan halda məhkəmənin həmin şəhadətnamənin məzmununa deyil, təsərrüfatbaşına kitabdan çıxarışa istinad etməklə iddiaçının atasının (qərarın məzmununda səhvən “iddiaçının” göstərilmişdir) faktiki istifadəsində 0,33 ha torpaq sahəsinin olması barədə gəldiyi nəticə düzgün deyildir. Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 489 nömrəli məktubundan görünür ki, Xaçmaz rayon AİKnın Müşkür sovxozu Aqrar İslahatı Komissiyası üzrə pay almaq hüququ olan vətəndaşların siyahısında 171-ci X7 adında qaytanlanmış kitab üzrə 0,12 ha, faktiki 0,33 ha torpaq sahəsi qeyd olunmuşdur. Siyahıda 172-ci X3 adı göstərilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı həm ilkin, həm də dəqiqləşdirilmiş iddia tələbində torpaq sahəsi ilə yanaşı Xaçmaz rayonu Müşkür kəndində yerləşən fərdi yaşayış evi üzərində də hüququn daşınmaz əmlakın dövlət reyesterində qeydə alınmasını xahiş etsə də müvafiq fərdi yaşatış evi ilə bağlı iddia ərizəsinə hər-hansı sənəd (evin texniki pasportu və s.) əlavə etməmiş, məhkəmə tərəfindən isə bu istiqamətdə hər-hansı araşdırma aparılmadan evə dair iddia da təmin olunmuşdur. Bundan əlavə cavabdehin apellyasiya şikayətində JN-335F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən torpaq sahəsinin yeni istifadəyə verilmiş torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) 0.2266 ha kimi işlənilməsi göstərilmişdir. Göründüyü kimi iddia ərizəsində göstərilən 0.33 ha torpaq sahəsinin ölçüləri ilə bağlı ziddiyyət tam aradan qaldırılmamışdır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə kollegiya qeyd etməyi zəruri hesab edir ki, İPM-nin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının dəqiqləşdirilmiş iddiası təmin olunsa da, iddiaçı apellyasiya şikayətində həmin dəqiqləşdirmənin onun hüquqi marağına uyğun olmaması və digər hallarla bağlı dəlillər irəli sürməklə iddiasının ilkin variantda təmin olunmasını xahiş etdiyindən kollegiya tərəfindən iddiaçının apellyasiya şikayəti mümkün hesab edilmişdir. Bununla belə kollegiya hesab edir ki, iddaçının apellyasiya şikayəti həm yuxarıda qeyd edilən səbəblərdən, həm də JN-335F saylı şəhadətnamə üzrə 0.33 ha torpaq sahəsi tək onun mərhum atası X8 deyil, eyni zamanda hazırda sağ olan və eyni zamanda mərhumun B.Quliyevin birinci növbə vərəsəsi olan X4 məxsus olduğundan iddianın ilkin variantında tam həcmdə (“miras qalmış yaşayış evinin və evin yerləşdiyi 0.33 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması”) təmin edilməsinə dair yeni qərar qəbul edilməsi mümkün deyildir. İddiaçının apellyasiya şikayətinin sonuncu dəqiqləşdirmə ərizəsi ilə bağlı dəlillərinə gəldikdə isə kollegiya qeyd edir ki, iş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli məhkəmə iclas protokolu işə əlavə edilmiş həmin iclasın videoyazısı ilə uyğunsuzluq təşkil edir. Belə olan halda işin 68-ci səhifəsində olamn müvafiq dəqiqləşdirmə ərizəsinin onun təqdim edildiyi zaman iddiaçının hüquqi marağına uyğun olub-olmadığını, habelə məhkəmənin bununla əlaqədar iddiaçıya düzgün yardım edib-etmədiyini müəyyən etmək mümkün deyildir. Halbuki mübahisənin düzgün həlli, həmçinin tərəflər arasında yeni mübahisənin (məhkəmə icraatının) yaranmasına səbəb ola bilən halların aradan qaldırılması üçün məhkəmə icraatı çərçivəsində həmin məsələlərə tərəflərin iştirakı ilə aydınlıq gətirilməli, zərurət yarandığı halda, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya yardım edilməli idi. Məhkəmənin bu qaydada davranmaq vəzifəsi İPM-in 13-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçının tələbinin dəqiqləşdirilməsi istiqamətində göstərilən yardım isə onun hüquqi marağına uyğun olmalıdır. İddiaçının hüquqi marağı baxımından aparılan qiymətləndirmə isə onu tələb edir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tərəflərin bu barədə bildirməsindən asılı olmayaraq şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 saylı qərarının 6-cı bəndində də məhkəmələrə bu məzmunda tövsiyələr verilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaqla bağlı yuxarıda sadalanan vəzifələrin yerinə yetirməməsi, iddianın mümkünlüyü, cavabdehin imtinasının və etirazının dəlilləri üzrə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların xidməti vəzifəsinə görə araşdırılmaması və ziddiyyətlərin aradan qaldırılmaması, iddiaçının hüquqi marağına uyğun ona yardım edilməməsi iş üzrə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu ciddi prosessual pozuntular kimi qiymətləndirilməlidir. İPM-in 87.7.1-ci maddəsinin tələbinə görə inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Təkrar baxış zamanı isə ilk növbədə məhkəmənin yardım etmək vəzifəsinə əməl olunmaqla iddiaçının hüquqi marağına uyğun olan iddia tələbinin onun özü tərəfindən tərtib edilməklə təqdim edilməsindən sonra həmin tələbin mümkünlüyü məsələsi yoxlanılmalı, daha sonra isə cavabdehin etirazında göstərilmiş dəlillər, habelə müvafiq torpaq sahəsinin ölçüləri ilə bağlı ziddiyyətlər araşdırılmalı, zərurət olarsa mərhum X8 digər vərəslələrinin, o cümlədən JN-335F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də adı qeyd edilmiş X3 prosesə üçüncü şəxs qismində cəlb edilməsi, yaxud da sonuncunun İPM-nin 30-cu maddəsinin tələblərinə uyğun olaraq prosessual həmiştirakçılıq qaydasında birgə iddiaçı qismində iştirakının mümkünlüyü müzakirə olunmaqla mahiyyəti üzrə yekun qərar qəbul edilməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin hazırkı iş üzrə 16 avqust 2022-ci il tarixli, 2-1(118)- 445/2022 nömrəli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 4 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar