Məhkəmə qərarları › İş №2-1(105)-685/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-685/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-685/2022 24.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-N(NN8)-N337/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı xx.xx.N6N-ci il tarixdə anadan olmuşdur. İddiaçıya məxsus BB seriyalı N44072 saylı hərbi biletdən görünür ki, iddiaçı xx.xx.N79-ci il tarixdən xx.xx.N8N-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Həmin hərbi biletdə iddiaçının xx.xx.N94-xx.xx.N94-cü ildə N saylı hərbi hissədə tağm komandiri vəzifəsində xidmət etdiyi qeyd edilmişdir.

2. Sumqayıt Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.N94-cü il tarixli 3/900 saylı arayışda İddiaçı xx.xx.N94-cü ildə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etdiyi qeyd olunmuşdur.

3. İddiaçı cavabdehə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmiş, Müdafiə Nazirliyinin katibliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.20N4-cü il tarixli məktubda onun hərbi hissənin siyahısına daxil olduğu tarixin atəşkəs dövrünə təsadüf etdiyi üçün “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin məqsədəuyğun olmadığı qeyd edilmişdir.

4. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Arxivinin 24 avqust 202N-ci il tarixli, 4/2-39N saylı arxiv arayışından görünür ki, İddiaçı N №li hərbi hissə komandirinin N aprel N95-ci il tarixli 79№li əmrilə qərargah rəisi, baş leytenant xidmətini davam etdirmək üçün 7-ci MAT-dan N-ci MAT-a keçirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N96-cı il tarixli müvafiq əmrinə və N8-ci maddənin “G” bəndinə əsasən baş leytenant İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğu üçün 703№li hərbi hissə komandirinin N8 fevral N96-cı il tarixli 49№li əmrilə siyahılardan, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Sumqayıt ŞHK-nın sərəncamına göndərilmişdir. Qeyd edilmişdir ki, 703№li hərbi hissə komandirinin yanvar-dekabr N94-cü il və yanvar-mart N95-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxx N6N-ci ildə anadan olmuşdur. xx.xx.N79- xx.xx.N8N-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Bunu iddiaçıya məxsus ББ seriyalı N44072 saylı Hərbi bilet təsdiq edir. İddiaçı Müdafiə Nazirinin N0 may N94-cü il tarixli əmri ilə N saylı hərbi hissənin avtomobil xidməti üzrə komandir vzvodu təyin edilmişdir. Həmin dövrdə N saylı hərbi hissə Ağdam rayonunun Mirəşelli kəndində dislokasiya olunmuşdur. N saylı hərbi hissənin kombiriqi, Podpolkovnik Eminovun şifahi sərəncamı ilə xx.xx.N94-cü ildə o, Sabunçu Hərbi Batalyonuna göndərilmiş və batalyonun qərargah rəisinin müavini vəzifəsinə təyin olunmuşdur. N0 may N94-cü ildə Sabunçu Hərbi Hissəsində hərbi xidmətə başlasa da bu barədə əmr 8 gün sonra, yəni xx.xx.N94-cü ildə verilmişdir. Sumqayıt Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.N94-cü il tarixli 3/900 saylı arayışda da qeyd edilmişdir ki, iddiaçı (İddiaçı) xx.xx.N94-cü ildə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. Həmçinin hərbi biletində qeyd olunmuşdur. ki, o, xx.xx.N94-xx.xx.N94-cü ildə N saylı hərbi hissədə komandir vzvod vəzifəsində xidmət etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi xahişi ilə AR-nın Müdafiə Nazirliyinə müraciət etmişdir. Cavabdeh özünün xx.xx.202N-ci il tarixli, 4/2-39N saylı Arxiv arayışı ilə xahişi rədd edilmişdir. Məktubda imtinaya səbəb kimi “703 saylı hərbi hissə komandirinin yanvar-dekabr N94-cü il və yanvar-mart N95-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır göstərilmişdir”. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Yuxarıda qeyd etdiyi kimi iddiaçı xx.xx.N94-cü ildə N saylı hərbi hissədə hərbi xidmətə çağrılmış və xx.xx.N96-cı ilə qədər AR-nın Silahlı Qüvvələrində Baş Leytenant rütbəsi ilə xərbi xidmətdə olmuşdur. AR Nazirlər Kabinetinin xx.xx.N95-ci il tairxli 20N6 saylı qərarı ilə təsdiq edilmiş, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin N-ci bəndinə görə müharibə veteranı adı N9N -ci ilin oktyabrın 9-dan N94cü ilin mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, ezam olunmuş hərbi qulluqçulara... müvafiq icra hakimiyyəti orqanlarının vermiş olduğu arxiv arayışı, şəxsi işlər, hərbi biletlər, orden və medallar, vəsiqələr, xəsarətlər və s... əsasında verilir”. Azərbaycan Respublikası İMP-nin 33-cü maddasinə görə “Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər”. AR İMP-nin 73-cü maddəsinə görə “İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanm üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur”.

7. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyanın məktubunu mübahisələndirmişdir. İmtina məktubunda qeyd olunmuşdur ki, xidməti atəşkəsdən sonra olduğundan ona “Müharibə veteranı” adının verilməsindən imtina olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin N-ci bəndinə əsasən: “N88-ci il fevralın N-dən N94-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. İddiaçı xəsarət alması barədə sənəd təqdim etməmişdir. İddiaçı 20N4-cü il tarixli məktubu 2022-ci il tarixdə mübahisələndirməklə iddia müddətini ötürmüşdür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Sumqayıt İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-N(NN8)- N337/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

9. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilərək və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, o, Müdafiə Nazirliyinin xx.xx.N94-cü il tarixli əmri ilə N saylı hərbi hissədə avtomobil xidməti üzrə komandir vzvod təyin edilmişdir. Həmin dövrdə N saylı hərbi hissə cəbhə bölgəsi olan Ağdam rayonunun Mirəşelli kəndində dislokasiya olunmuşdur. Həmin vaxt Sabunçu Hərbi batalyonunun qərargah rəisinin müavini vəzifəsinə təyin olunmuşdur. Lakin bu barədə əmr 8 gün sonra, yəni xx.xx.N94-cü ildə verilmişdir. Qeyd edilənlər ona məxsus BB seriyalı N44072 saylı hərbi biletdə öz əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli, 20N6 saylı qərarına görə N2 may N94-cü il tarixədək döyüş əməliyyatı aparan hərbi hissə və orqanlarda hərbi xidmət keçmiş şəxslərə arxiv arayışı, hərbi biletlər olduğu halda müharibə veteranı adı verilir. Həmçinin N94-cü il N2 may tarixindən sonra döyüş zonasınsa hərbi xidmət keçərkən, yaxud döyüş tapşırığını yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olarkən və s. hallarda hərbi qulluqçulara müharibə veteranı adı verilir. O, məhkəməyə Sumqayıt Hərbi Komissarlığının xx.xx.N94-cü il tarixli, 3/900 saylı arayışını təsdiq etmişdir. Həmin arayışda onun vzvod komandiri kimi xx.xx.N94-xx.xx.N94-cü ildə N saylı hərbi hissədə xidmət etməyi göstərilmişdir. Qeyd edilənlər bir daha təsdiq edir ki, o, döyüş bölgəsində hərbi xidmətdə olmuşdur. Lakin məhkəmə NK-nın xx.xx.N95-ci il tarixli 2N6 saylı qərarının, “Hərbi qulluqçuların statusu haqqında” qanunun tələbinə əməl etməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə xx.xx.2022-ci il tarixli ərizə ünvanlayaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. “Hərbi qulluqçuların statusu haqqında” xx.xx.N9N-ci il tarixli Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

14. “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: N-ci hissə N-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 8-ci yarımbənd Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın N-dən N94-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. 2-ci bənd. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

16. İnzibati Prosessual Məcəllə Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-N(N05)-685/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.

18. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, hazırkı mübahisənin predmetini iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası təşkil edir.

21. İddiaçı Sumqayıt hərbi komissarlığı tərəfindən verilmiş xx.xx.N94-cü il tarixli 3/900 saylı arayışda qeyd olunan xx.xx.N94-cü ildə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməsinə istinad edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini tələb edir.

22. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.20N4-cü il tarixli məktubundan görünür ki, onun hərbi hissənin siyahısına daxil olduğu tarixin atəşkəs dövrünə təsadüf etdiyi üçün “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir.

23. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və bunu onunla əsaslandırmışdır ki, İddiaçı hərbi xidməti atəşkəs dövrünə (xx.xx.N94-cü il tarixdən sonraya) təsadüf edir və iddiaçının müharibə veteranı adı verilməsinə əsas ola biləcək sənədləri mövcud deyil. İddiaçının döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması müəyyən olunmur.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.20N4-cü il tarixli, N/Ə-27N3 saylı məktubunda İddiaçı hərbi hissənin siyahısına daxil olunduğu tarixin Atəşkəs dövrünə təsadüf etdiyi üçün ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilmədiyi göstərilmişdir.

26. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən iddiaçının şəxsi işinin təsdiqlənmiş surəti məhkəməyə təqdim edilmiş, müəyyən edilmişdir ki, İddiaçı əmri faktiki olaraq xx.xx.N94-cü il tarixdən verilmişdir.

27. Bundan əlavə, iş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı hərbi xidməti atəşkəs dövrünə (xx.xx.N94-cü il tarixdən sonraya) təsadüf edir və iddiaçının müharibə veteranı adı verilməsinə əsas ola biləcək sənədləri mövcud deyil. İddiaçının döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması müəyyən olunmur.

28. İşin yuxarıda qeyd edilən hallarına uyğun olaraq iddiaçının apellyasiya şikayətinin müvafiq dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın N7-ci bəndində istinad edilən Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli qərarı ilə təsdiq edilmiş və müvafiq münasibətləri tənzimləyən “Əsasnamə”nin tələblərinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın N-dən N94-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, həmçinin N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara verilir ki, iddiaçının da hərbi xidməti ilə bağlı təqdim olunmuş sənədlərlə onun qeyd edilən kateqoriyanın hər-hansı birinə aid olması müəyyən olunmur.

29. Beləliklə, iş materiallarında olan sənədlərlə iddiaçının xx.xx.N94-cü ildə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməsi halına istinad etməsi ona müharibə veteranı adının verilməsi üçün yetərli sayıla bilməz.

30. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-N(NN8)-N337/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN3-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar