Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-685/2024 07.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(118)-579/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatının gedişində cavabdeh məhkəməyə vəsatət (ərizə) təqdim edərək Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan cinayət işi başa çatanadək həmin iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(118)-579/2024 nömrəli qərardadı ilə vəsatət rədd edilmişdir (hakim Vəfa Əzizova). Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilərək iş üzrə icraatın dayandırılması barədə vəsatətin təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2024-cü il tarixli, 2-1(118)-685/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək apellyasiya şikayətinin mümkünlüyü məsələsinin müzakirəsini zəruri hesab etmişdir. Məhkəmənin kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, apellyasiya şikayətinin mümkün hesab edilməsinə dair məhkəmənin qərardadı ləğv edilməli, cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır - 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli Qərardadının 69-cu bəndində də göstərilir ki, İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir. İPM-nin yuxarıda istinad olunan prosessual hüquq normalarında inzibati məhkəmə icraatının iştirakçılarının yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququ təsbit olunmuş və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan şikayət verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə isə birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə cavabdehin iş üzrə icraatın dayandırılması barədə vəsatəti rədd edilmişdir. Kollegiya qeyd edir ki, iş üzrə icraatın dayandırılmasından imtina edilməsi barədə məhkəmə qərardadı inzibati məhkəmə icraatının iştirakçılarının, hazırkı halda apellyasiya şikayəti vermiş cavabdehin tələblərinin təmin olunmaması nəticəsini doğurmur və həmin qərardadın qəbul edilməsi nəticəsində cavabdehin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması vəziyyəti yaranmamışdır. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, apellyasiya şikayətinin mümkün sayılması barədə apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilməli, şikayət üzrə apellyasiya icraatı mümkün sayılmayaraq şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2024-cü il tarixli, 2-1(118)-685/2024 nömrəli qərardadı ləğv edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(118)-579/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-685/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-685/2024
07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver