Məhkəmə qərarları › İş №2-1(105)-686/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-686/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-686/2024 03.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi-hakim), Məmmədov Zaur İkram oğlu və X4 ibarət tərkibdə, X16 qızının katibliyi, İddiaçının qanun üzrə birinci növbə vərəsəsi(arvadı) X7 nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndələri X9 və X2 iştirakları ilə, İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X3rşı “ikinci dərəcəli əlilliyin bərpa olunması” tələbinə dair inzibati mübahisə üzrə iddiaçının prosessual hüquq varisi ilə əvəz edilməsi barədə vəsatətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı X11 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2010-cu il tarixdə təyin olunmuş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu xx.xx.2021-ci il tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 2-1(118)-1712/2024 nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçıya xx.xx.2010-cu il tarixdə təyin olunmuş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu xx.xx.2021-ci il tarixdən bərpa olunması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur (hakim Vəfa Əzizova). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. AZ-İİ seriyalı, 428962 nömrəli “Ölüm haqqında şəhadətnamə” yə əsasən iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı 20 mart 2024-cü il tarixdə ölmüşdür. Hazırda, iddiaçının qanun üzrə birinci növbə vərəsəsi (arvadı) X7 nümayəndəsi (vəkili) “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə məhkəməyə vəsatət təqdim edərək, iddiaçının prosessual hüquq varisi İ.T.Cabbarova ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddiaçı öldüyündən onun məhkəmədə hüquqi varisi ilə əvəz edilməsinə zərurət yaranmışdır. Belə ki, əgər iş üzrə iddiaçı yaşasa və onun iddiası tam təmin olunsaydı cavabdeh orqan tərəfindən onun əlilliyi əlillik altsisteminə bərpa edilməli idi. Bundan sonra isə iddiaçı müvafiq DSMF orqanına müraciət edərək əlilliyin dayandırıldığı dövr üzrə almalı olduğu kompensasiyanı, eləcə də cari əmək pensiyasını alacaqdı. Hazırkı vəziyyətdə isə prosessual hüquqi varisliklə bağlı məsələ həllini tapsa və qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəyə minərsə, iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər almalı olduğu kompensasiya məbləği ona aid olunacaqdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının varisinin nümayəndəsi (vəkili) Nümayəndə vəsatəti müdafiə edərək, vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirmişdir ki, hazırkı iddia tələbi iddiaçının şəxsiyyəti ilə qırılmaz bağlı olduğundan onun hüquqi varislik yolu ilə əvəz edilməsi barədə vəsatəti əsassız hesab edirlər. Cavabdehin nümayəndəsi vəsatətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 58. Prosessual hüquq varisliyi 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: ... 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; ... Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, vəsatətin dəlillərinə qiymət verərək hesab edir ki, vəsatət təmin edilməməli, iddiaçı öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçının tələbi onun əlilliyin bərpa edilməsi barədə olmuş, birinci instansiya məhkəməsi iddiaçının bu məzmunda tələbini təmin etmişdir. Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilən 261.0.7-ci maddəsinin tələblərindən müəyyən edildiyi kimi iş üzrə tərəflərdən biri olan fiziki şəxsin ölməsi yalnız o halda iş üzrə icraata xitam olunması üçün əsas ola bilər ki, həmin şəxsin ölümündən sonra mübahisə edilən hüquq münasibəti prosessual hüquq varisliyinə yol verməsin. Mübahisəli hüquq münasibətinin hüquqi varisliyinə yol verib-verməməsi həmin münasibətin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Nəzərə almaq lazımdır ki, bir qayda olaraq şəxsi xarakter daşıyan və ölən tərəfin şəxsiyyəti ilə bilavasitə əlaqədar olan hüquq münasibətlərində prosessual hüquq varisliyinə yol verilmir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 22 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1153-cü maddəsi). Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Əlillik hüququ isə şəxsi xarakter daşıyan, başqalarına ötürülə bilməyən və yalnız sahibinə məxsus olan hüquq hesab edilir. Belə ki, hüququn şəxsi xarakteri nəzəriyyəsinə görə şəxsi hüquqlar, o cümlədən, əlillik hüququ yalnız həmin şəxsə aiddir və şəxsin ölümü ilə birlikdə sona çatır. Bu yanaşma, əlillik kimi hüquqların digər şəxslərə verilə bilməyən olduğunu əsaslandırır, çünki hüququn məqsədi yalnız həmin şəxsin ehtiyaclarını və vəziyyətini təmin etməkdir. Sosial təminat hüquqları bəzən varislərə keçə biləcək hüquqlar (məsələn, pensiyalar və ya təminat ödənişləri) olsa da, əlillik statusunun tanınması və ya bərpası məsələsi, şəxsin öz ehtiyaclarına bağlı olduğu üçün bu hüququn fərqli bir xarakter daşıdığı və yalnız şəxsə aid olduğu nəzərə alınmalıdır. Beləliklə, kollegiyanın qənaətinə görə, əlillik statusu şəxsi xarakter daşıyan, şəxsiyyətlə qırılmaz bağlı qeyri-maddi nemət olmaqla, onun təyin edilməsi, bərpası və s. inzibati hüquq müstəvisində şəxsi qeyri-əmlak münasibətlərinə aiddir və bu münasibətlərdə prosessual hüquq varisliyinə yol verilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının hüquq varisi ilə əvəz edilməsinə dair vəsatət təmin edilməsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar