Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-688/2022 23.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “məzuniyyət və əşya təminatı əvəzi olaraq pul kompensasiyasının ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 sentyabr 2N22-ci il tarixli, 2-1(118)- 439/2N22 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı N () nömrəli hərbi hissədə xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək əsgər kimi, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək gizir kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, xx.xx.1994-cü il tarixdə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissənin sərəncamına göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin N4 yanvar 1996-cı il tarixli əmrinə əsasən “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 18-ci maddənin “E” bəndinə əsasən (hərbi qulluqçuların şərəfini ləkələyən xətalar törətdiyinə görə xidmət yerinə gəlmədiyi üçün) Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək hərbi xidmətdə olduğu dövrdə istifadə etmədiyi növbəti məzuniyyət əvəzi pul kompensasiyasının ödənilməsini xahiş etmişdir. Cavabdeh 21 aprel 2N21-ci il tarixli, 9/464 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, hərbi xidmət dövründə istifadə edilməmiş növbəti məzuniyyətə görə pul kompensasiyasının hesablanması və ödənilməsi N nömrəli hərbi hissə tərəfindən həyata keçiriləcəkdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə kimi təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə etmədiyi 9N günlük növbəti məzuniyyət əvəzi və əşya əmlakı əvəzi pul kompensasiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü il tarixində Azərbaycan Respublikası, Cəbrayıl rayonunda anadan olmuşdur. xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə kimi N nömrəli hərbi hissədə, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilə kimi N nömrəli hərbi hissədə kiçik gizir hərbi rütbəsində xidmət etmişdir. Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarətlərlə bağlı xx.xx.2NN5-ci ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar birinci qrup müddətsiz əlildir. 25 ilə yaxın müddətdir ki, ehtiyata çıxmasına baxmayaraq xidmət dövründə istifadə etmədiyi növbəti məzuniyyət əvəzi və əşya əmlakı əvəzi pul kompensasiyasını ala bilməmişdir. Müdafiə Nazirliyinə məktubla müraciət etməsinə baxmayaraq açıq aşkar ödəməkdən boyun qaçırır, ona qarşı süründürməçilik edirlər. Müdafiə Nazirliyinin ona yazdığı imtina məktubu tam əsasızdır. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının 11 may 2N1N-cu il tarixli 1NN5-İİİQD nömrəli Qanunu ilə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə müvafiq əlavələr edilmişdir. Həmin qanuna əsasən, hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. N nömrəli hərbi hissənin N noyabr 2N21-ci il tarixli 4385 nömrəli məktubu ilə iddiaçıya məzuniyyət pulu alması barədə tərtib olunmuş sənədlər komissiya tərəfindən Müdafiə Nazirliyinin Arxiv İdarəsinə göndərilmiş, lakin xx.xx.2N21-ci il tarixli 9/2-1539 nömrəli cavab məktubuna əsasən iddiaçının xidməti barədə N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlər kitabında heç bir məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinin N7 aprel 2N21-ci İ tarixli 14 nömrəli məktubunda iddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək N () nömrəli hərbi hissədə əsgər kimi, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək gizir kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, 26 fevral 1994- cü il tarixdə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissənin sərəncamına göndərilmişdir. Lakin buna baxmayaraq iddiaçı 26 fevral 1994-cü il tarixdə N nömrəli hərbi hissəyə xidmətini davam etmək üçün gəlməmişdir. Bu əsaslarla Azərbaycan Respublikası Müdafiə nazirin N4 yanvar 1996-cı il tarixli əmrinə əsasən “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 18-ci maddənin “E” bəndinə əsasən (hərbi qulluqçuların şərəfini ləkələyən xətalar törətdiyinə görə xidmət yerinə gəlmədiyi üçün) Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. İddiaçının ikinci tələbi ilə bağlı qeyd edirlər ki, istifadə edilməmiş əşya əmlakı əvəzi pul kompensasiyasının ödənilməsinə dair komissiyanın qərarına əsasən 2N may 2N21-ci il tarixli 82 nömrəli protokolu ilə 491,NN manat məbləğində pul kompensasiyası iddiaçının təqdim etdiyi cari bank hesabına 2N21ci ilin iyun ayında köçürülmüşdür. Göstərilənlərə əsasən hesab edir ki, cavabdeh iddiaçıya istifadə etmədiyi məzuniyyətlərə görə pul kompensasiyasının ödənilməsindən əsaslı və qanuni olaraq imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 11 iyun 2N21-ci il tarixli, 2-1(112)-6696/2N21 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 sentyabr 2N21-ci il tarixli, 2-1(1N3)-2N66/2N21 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 11 iyun 2N21-ci il tarixli, 2-1(112)- 6696/2N21 nömrəli qərardadı ləğv edilərək inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 21 sentyabr 2N22-ci il tarixli, 2-1(118)-439/2N22 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim L.Mirzəyeva). İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işə baxan məhkəmə düzgün araşdırma aparmamışdır, hüquqi yardım göstərməmiş və qərardad qəbul etmişdir. Belə ki, o, əşya əmlakı əvəzi pul kompensasiyası ilə təmin edilmişdir. Hesab edir ki, məhkəmənin qərardadı ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etdi. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmiş və qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə kimi, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə etmədiyi 9N günlük növbəti məzuniyyət əvəzi və əşya əmlakı əvəzi pul kompensasiyasının ödənilməsi əşya əmlakı əvəzi olaraq pul kompensasiyasının alınması hüququ 2N11-ci ilə qədər, yəni Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi qanuni qüvvəyə minənə qədər yaranmışdır, o zaman isə sözügedən məsələlərin həlli Mülki Prosessual Məcəllənin 27 fəsli ilə tənzimlənirdi ki, orada da iddia müddəti 1(bir) ay müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmiş, xx.xx.1994-cü il tarixdən xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissənin sərəncamına göndərilmiş, lakin hərbi xidmət yerinə gəlmədiyindən Azərbaycan Respublikası Müdafiə Nazirinin N4 yanvar 1996-cı il tarixli əmrinə əsasən “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 18-ci maddənin “E” bəndinə əsasən (hərbi qulluqçuların şərəfini ləkələyən xətalar törədilməsinə görə) həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. Hazırkı iddia tələbi 2 iki hissədən ibarətdir: 1) Hərbi xidmətdə olduğu dövrdə istifadə etmədiyi növbəti məzuniyyət əvəzi pul kompensasiyasının ödənilməsi; 2) əşya əmlakı əvəzi pul kompensasiyasının ödənilməsi. Kollegiya iddia tələbinin birinci hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 1N aprel 2N15-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ali Məhkəmənin Plenumunun sözügedən qərarının 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, 1993-1996-cı illər üçün, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə etmədiyi məzuniyyət əvəzi olaraq pul kompensasiyasının alınması hüququ iddiaçıda 2N11-ci ilə qədər, yəni İnzibati Prosessual Məcəllə qanuni qüvvəyə minənə qədər yaranmışdır, o zaman isə sözügedən məsələlərin həlli Mülki Prosessual Məcəllənin 27 fəsli ilə tənzimlənirdi ki, orada da iddia müddəti 1(bir) ay müəyyən edilmişdir. Belə ki, ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin "Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XXVİİ fəslinin müddəalarına görə, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 (bir) ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). (Həmin fəsil 1N iyun 2N11-ci il tarixli, 143-lVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır). İPM-in qanuni qüvvəyə mindiyi N1 yanvar 2N11-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməz. Ona görə ki, İPM əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. Göründüyü kimi iddiaçı tərəfindən qanunvericilikdə müəyyən edilmiş müddət ötürülmüşdür. İşə baxan məhkəmə birinci hissədə iddianı mümkünsüz hesab etməklə düzgün nəticəyə gəlmişdir. İkinci iddia tələbinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, istifadə edilməmiş əşya əmlakı əvəzi pul kompensasiyasının ödənilməsinə dair iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmamışdan öncə cavabdehə müraciət edilmiş və cavabdehin nəzdində yaradılmış komissiya tərəfindən həmin müraciətə baxılaraq, komissiyanın qərarına əsasən 2N may 2N21-ci il tarixli 82 nömrəli protokolu ilə 491,NN manat məbləğində pul kompensasiyası iddiaçının təqdim etdiyi cari bank hesabına 2N21ci ilin iyun ayında köçürülmüşdür. İddiaçının apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, o, əşya əmlakı əvəzi pul kompensasiyası ilə təmin edilsə də, işə baxan məhkəmə düzgün araşdırma aparmamış və ona müvafiq hüquqi yardım göstərməmişdir. Bununla bağlı kollegiya bağlı qeyd edir ki, hazırkı iş üzrə 15 mart 2N22-ci il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının protokolundan görünür ki, məhkəmə tərəfindən İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Bundan sonra iddiaçı iki dəfə iddia tələbini dəqiqləşdirmiş, birinci dəqiqləşdirilmiş tələbində xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə kimi təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə etmədiyi 9N günlük növbəti məzuniyyət əvəzi pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, xx.xx.2N22-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim etdiyi sonuncu dəqiqləşmə ərizəsində həm xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə kimi təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə etmədiyi 9N günlük növbəti məzuniyyət əvəzi, həmçinin əşya əmlakı əvəzi pul kompensasiyasının ödənilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı sonuncu dəqiqləşməsində həm məzuniyyət, həm də əşya əmlakı əvəzi pul kompensasiyasının ödənilməsini xahiş etmiş və məhkəmə hər iki tələb üzrə iddianı mümkün saymamışdır. Kollegiya hesab edir ki, əşya əmlakı əvəzi pul kompensasiyasının ödənilməsinə dair iddia tələbi cavabdeh tərəfindən məhkəmədənkənar həll edildiyindən artıq bu tələb üzrə cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquqlarının pozulması halı baş verməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İddianın mümkünlük şərtlərindən biri iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Hazırkı halda əşya əmlakı əvəzi pul kompensasiyasının ödənilməsinə dair tələb üzrə inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının subyektiv hüququnun pozulması halı baş vermədiyindən, iddiaçının bu hissədə müraciəti inzibati orqan tərəfindən müsbət həll edildiyindən, məhkəmə qaydasında hüquqi müdafiə marağı artıq mövcud deyildir. Odur ki, bu hissədə də, qaldırılan iddia tələbi mümkün iddia deyildir. Beləliklə, qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi qismən əsaslı olsa da, iddianı mümkün saymayarkən iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8N, 85, 87, 9N və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 sentyabr 2N22-ci il tarixli, 2-1(118)-439/2N22 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 1N gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 7N) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-688/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-688/2022
23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver