Məhkəmə qərarları › İş №2-1(105)-69/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-69/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-69/2023 06.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasına qarşı “imtinanın qanunsuz hesab edilməsi, xəstəlik haqqında şəhadətnamədə xəstəliyin səbəb əlaqəsinin dəyişdirilərək “xəstəlikdir, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1029/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. 501 saylı xx.xx.2019-cu il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı “Stanqulyasion nazik bağırsaq keçməzliyinə görə (xx.xx.1997) laparatomiya, keçməzliyin ləğvi cərrahi əməliyyatından sonrakı peritondaxili bitişmə xəstəliyi, təxliyə funksiyasının mülayim dərəcədə pozulması ilə. Vegetativ damar distoniyası, nadir bayılmalarla; Xroniki hipertrofik rinit, remissiya mərhələsində. Xroniki qastroduodenit, remissiya mərhələsində, hər iki aşağı ətrafın dərialtı venalarının flebektomiya əməliyyatından (2001,2002) sonrakı bərkimiş çapıq toxuması” diaqnozu qoyulmuş, xəstəliyin səbəbli əlaqəsi kimi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi; “anadangəlmə ürək qüsuru, ikitaylı aortal qapaq, aortal qapaq çatışmamazlığı, 1 dərəcə” xəstəliyi isə “Ümumi xətəlikdir” kimi qiymətləndirilmiş, “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmişdir.

2. İddiaçı cavabdehə müraciət edərək HHK-nın qərararının dəyişdirilərək xəstəliyinin “Xəstəlikdir, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi təyin edilməsini xahiş etmişdir.

3. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli 1173 saylı məktubunda göstərilir ki, “877 nömrəli hərbi hissənin baş giziri kimi xx.xx.2019-cu il tarixdə SQBKH cərrahiyyə profilli hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərkən onda təyin edilmiş “stranqulyasion nazik bağırsaq keçməməzliyinə görə (xx.xx.1997) laparotomiya, keçməməzliyin ləğvi cərrahi əməliyyatından sonrakı peritondaxili bitişmə xəstəliyi, təxliyyə funksiyasının mülayim dərəcədə pozulması ilə, vegetativ damar distoniyası, nadir bayılmalarla, xroniki hipertrofik rinit, remissiya mərhələsində, xroniki qastroduodenit, remissiya mərhələsində hər iki aşağı ətrafın dərialtı venalarının flebektomiya (2001, 2002) əməliyyatından sonrakı bərkimiş çapıq toxuması. Anadangəlmə ürək qüsuru; ikitaylı aortal qapaq. Aortal qapaq çatışmazlığı, İ (birinci) dərəcə, diaqnozlarına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 59 “b” və 80 “c” maddələrinin İİİ qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” sayılmışdır. Təyin olunan “Stranqulyasion nazik bağırsaq keçməməzliyinə görə (xx.xx.1997) laparotomiya, keçməməzliyin ləğvi cərrahi əməliyyatından sonrakı peritondaxili bitişmə xəstəliyi, təxliyyə funksiyasının mülayim dərəcədə pozulması ilə, vegetativ damar distoniyası, nadir bayılmalarla, xroniki hipertrofik rinit, remissiya mərhələsində, xroniki qastroduodenit, remissiya mərhələsində. Hər iki aşağı ətrafın dərialtı venalarının flrbrktomiya (2001, 2002) əməliyyatından sonrakı bərkimiş çapıq toxuması” xəstəliklərinin hərbi xidmətlə səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin ç) yarımbəndinə əsasən “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” və “Anadangəlmə ürək qüsuru; ikitaylı aortal qapaq. Aortal qapaqçatışmazlığı, İ (birinci) dərəcə” xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin e) yarımbəndinə əsasən “Ümumi xəstəlikdir” kimi düzgün təyin edilmişdir və dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndində xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin “Xəstəlikdir, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi təyin edilməsi nəzərdə tutulmamışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək imtinanın qanunsuz hesab edilməsi, xəstəlik haqqında şəhadətnamədə xəstəliyin səbəb əlaqəsinin dəyişdirilərək “xəstəlikdir, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1995-ci ildə həqiqi hərbi xidmətə getmişdir. Bundan əvvəl Ağcabədi rayon Mərkəzi Xəstəxanası və Hərbi Həkim Komissiyası tərəfindən müayinə edilmiş və sağlam, yəni həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. xx.xx.1998-ci ildə həqiqi hərbi xidmətdən təxris edilmişdir. xx.xx.2000-ci ildə Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyasından bütün müayiənələrdən keçərək Gizirlər məktəbinə daxil olmuş və gizir hərbi rütbəsi alaraq N saylı hərbi hissəyə kursa daxil olmuşdur. xx.xx.2021-ci il tarixdə kursda hərbi xidmət vəzifələrimi yerinə yetirərkən xəstələnmiş və ona hərbi həkim komissiyası tərəfindən sağ aşağı ətrafın feblektomiyası diaqnozu qoyulmuşdur. Bundan sonra xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin N saylı hərbi hissəsinə göndərilmişdir. Xidmət etdiyi müddətdə hər il dispanser müayinələrdən keçmiş və yararlı olmağı barədə tibbi rəylər verilmişdir. Hərbi xidməti zamanı əsəb xəstəliyi tapmış və dəfələrlə bununla bağlı ambulator və stasionar müalicələr almışdır. xx.xx.2007-ci ildə xidmətə yararlı olması barədə Hərbi Həkim Komissiyası tərəfindən rəy verilmişdir. N saylı hərbi hissədə xidmət edərkən həyəcan siqnalı verilmiş, şəxsi heyətin ştata uyğun olmaması və akkumulyator batareyalarının nasaz olmasına görə, avtomobilləri işə salmaq üçün tez-tez akkumulyatorları dəyişmişlər və sürücü çatmadığı üçün qaçaraq növbəti avtomobilləri aparmışlar. Həmin vaxt o, tağımı idarə edərkən huşunu itirərək yerə yıxılmış, bu hal bir neçə dəfə təkrarlanmışdır, hətta bir dəfə yıxılarkən qolu qırılmış və müxtəlif travmalar almışdır. Hərbi Həkim Komissiyasının qərarına əsasən xx.xx.2017-ci il tarixədək onun ürəyində heç bir qüsur olmamış və o, xidmətə tam yararlı, yəni sağlam hesab edilmişdir. xx.xx.2017-ci ildə isə ona anadangəlmə ürək qüsuru diaqnozu qoyulmuşdur. Halbuki, həmin xəstəlik onda anadangəlmə olmamış, N saylı hərbi hissədə xidməti vəzifələrini yerinə yetirərkən yaranmışdır. Bundan əlavə onda xx.xx.1997-ci ildə N saylı hərbi hissədə xidməti vəzifələrini yerinə yetirərkən aldığı stanqulyasion nazik bağırsaq keçməzliyinə görə laparotomiya, keçməzliyin ləğvi cərrahi əməliyyatından sonrakı peritondaxili bitişmə xəstəliyinin də səbəbli əlaqəsi kimi qanunsuz olaraq “hərbi xidmət dövründə alınmışdır” yazılmışdır. Hərbi xidmətdə xidməti vəzifələrini yerinə yetirərkən yaranmış xəstəlik həkimlərin səhv və qərəzli qərarları nəticəsində o, Prezident təqaüdü, əlillik dərəcəsi və sığorta pulunu ala bilmir.

6. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, Ağcabədi RHK tərəfindən 1995-ci ildən hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı xx.xx.2019-cu il tarixdə MN Mərkəzi Hərbi Klinik Hospitalının cərrahiyyə profilli hospital hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda təyin edilmiş “Anadangəlmə ürək qüsuru: ikitaylı aortal qapaq çatışmazlığı” və “Vegetativ damar distoniyası. Xroniki eroziv qastritin kəskinləşməsi, Hər iki gözün blefarokonyuktiviti, Xroniki prostatit, natamam remissiya mərhələsində; Hər iki aşağı ətrafın flebektomiya əməliyyatından sonrakı vəziyyət, stranqulyasion nazik bağırsaq keçməməzliyinə görə laporotomiya (xx.xx.1997), keçməməzliyinin ləğvi cərrahi əməliyyatından sonrakı periton daxili bitişmə xəstəliyi, təxliyyə funksiyasının mülayim dərəcədə pozulması ilə; Veqetativ damar distoniyası, nadir bayılmalarla; Xroniki hipertrofik rinit, remissiya mərhələsində; Xroniki qastroduodenit, remissiya mərhələsində hər iki aşağı ətrafın dərialtı venalarının filebektomiya əməliyyatından (2001,2002) sonrakı bərkimiş çapıq toxuması və “Anadangəlmə ürək qüsuru: ikitaylı aortal qapaq, Aortal qapaq çatışmazlığı” diaqnozlarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin “Xəstəliklər cədvəlı”nin 59 “b”, 80”c” maddəsinin İİİ qrafası və ƏTC-yə əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır”, sayılmış və travmanın hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi həkim ekspertizası haqqında Əsasnamə"nin 7.2 bəndinin ç və e) yarımbəndlərinə əsasən “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” və “Ümumi xəstəlikdir” kimi düzgün təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci ii tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1 İ maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur; 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci ii tarixli 59 saylı 7 qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1.- 7.3-cü maddələrinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda; xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1-ci maddəsinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarət və xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaşda döyüş əməliyyatında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrini aşkar nəticələri olsun. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə-tibbi eksperti tərəfindən təyin edilir. Bu səbəbdən bədən zədələnmələrinin aşkar nəticələrinin (yaralanmadan sonra (çapıqlar, yad cisimlər və s.) məhkəmə tibbi eksperti tərəfindən təyin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 02,2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.4 maddəsinə əsasən, "hərbi xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndiriiməsı zəmanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi-həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə (atəşkəsə, yəni xx.xx.1994-cü ilə qədər) alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət keçdiyi hərbi hissənin komandiri və şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarında xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. İddiaçı xəsarət alması ilə bağlı çıxarış epikrizini və xidmət etdiyi N saylı hərbi hissənin komandiri tərəfindən verilməli olan travma haqqında arayışı komissiyaya təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 14 mart 2008-ci il tarixil 123 saylı əmri iiə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın” 137-ci maddəsinin tələblərinə əsasən “Travma haqqında arayış” zədələnmənin alınması anından 3 aydan gec olmayaraq tərtib edilməlidir. “Anadangəlmə ürək qüsuru: ikitaylı aortai qapaq çatışmazlığı” və “Vegetativ damar distoniyası. Xroniki eroziv qastritin kəskinləşməsi. Hər iki gözün blefarokonyuktiviti, Xroniki prostatit, natamam remissiya mərhələsində. Hər iki aşağı ətrafın flebəktomiya əməliyyatından sonrakı vəziyyət. Stranqulyasion nazik bağırsaq keçməməziiyinə görə laporotomiya (xx.xx.1997), keçməməzliyinin ləğvi cərrahi əməliyyatından sonrakı periton daxili bitişmə xəstəliyi, təxliyyə funksiyasının mülayim dərəcədə pozulması ilə, Veqetativ damar distoniyası, nadir bayılmalarla, Xrofilki hipertrofik rinit, remissiya mərhələsində, Xroniki qastroduodenit, remissiya mərhələsində hər iki aşağı ətrafın dərialtı venalarının filebektomrya əməliyyatından (2001,2002) sonrakı bərkimiş çapıq toxuması” və “anadangəlmə (ürək qüsuru: aortal qapaq, aortal qapaq çatışmazlığı” diaqnozu xəstəlikdir, travma nəticəsində əmələ gələ bilməz. İddiaçı SQ BKH-da müayinə və müalicə olunarkən onda travma və onun nəticələri müəyyən edilməmişdir. İddiaçı xəsarət almış olduğu halda bununla əlaqədar təhqiqat aparılmalı, hərbi hissənin tibb məntəqəsində ona travma nəticəsində aldığı xəsarətə uyğun travmatik diaqnoz qoyulmalı, bu barədə zədələnmələrinin və travmaların qeydiyyatı kitabında qeydiyyat aparılmalı, həmçinin hərbi hissə komandanlığı tərəfindən “Əsasnamə”nin 7.3-cü maddəsinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın” 197-ci maddəsinin tələblərinə əsasən 3 aydan gec olmayaraq “Travma haqqında arayış” tərtib edilməli idi. Lakin bu halların heç biri mövcud deyildir.Bu səbəbdən vətəndaş İddiaçı aldığı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin "Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələr) yerinə yetirərkən alınmışdır” kimi təyin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 bəndinin “ç” və “e” yarımbəndi ilə vətəndaş İddiaçı təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələr) yerinə yeirərkən alınmışdır” kimi təyin edilməsi nəzərdə tutulmamışdır. Ona görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2-ci bəndinin “ç” yarımbəndinə əsasən, vətəndaş İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi “Xəstəlik, hərbi xidmət dövründə alınmışdır” kimi düzgün təyin edilmişdir və dəyişdirilməsi üçün heç bir əsas yoxdur.

7. Bakı İnzibati Məhkəməsin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Sumqayıt İnzibati Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2-1(118)- 1029/2022 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh inzibati orqanın 1173 nömrəli xx.xx.2020-ci il tarixli imtina cavabının qanunsuz hesab edilməsi, İddiaçı barəsində 501 saylı xx.xx.2019-cu il tarixli “Xəstəlik haqqında şəhadətnamə”də “anadangəlmə ürək qüsuru, ikitaylı aortal qapaq, aortal qapaq çatışmazlığı, 1 dərəcə” xəstəliyinin səbəbli əlaqəsi dəyişdirilərək “xəstəlikdir, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi göstərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikaı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması qərara alınmışdır.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 20 ildən artıq müddət ərzində hərbi xidmətdə olmuş, bu müddət ərzində onun səhhətində hər hansı nasazlıq və problem olmamışdır. Dəfələrlə qarşıya qoyulmuş tapşırıqları, normativləri yerinə yetirmişdir. Xidmət dövrü ərzində iddiaçı şəhadətləndirmələrdən keçdikcə onun barəsində “hərbi xidmətə yararlıdır” rəyi verilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizası da həmin qüsurun anadangəlmə olmasına dair rəy versə də, məhkəmə həmin xəstəliklə 20 ildən artıq hərbi xidmət etmənin mümkünlüyünü ağlabatan hesab etmir. Qərarda daha sonra göstərilir ki, 22 il xidmətdən sonra iddiaçının barəsində verilmiş “Xəstəlik haqqında şəhadətnamə”də onun “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” olması qeyd edilmişdir. Bu isə xəstəliyin onun hərbi xidmətə yararlı olması dərəcəsinin dəyişdirilməsinə səbəb olmasını təsdiq edir.

10. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ağcabədi RHK tərəfindən 1995-ci ildən hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı xx.xx.2019-cu il tarixdə MN Mərkəzi Hərbi Klinik Hospitalının cərrahiyyə profili hospital hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda təyin edilmiş “Anadangəlmə ürək qüsuru: ikitaylı aortal qapaq çatışmazlığı” və “Vegetativ damar distoniyası. Xroniki eroziv qastritin kəskinləşməsi. Hər iki gözün blefarokonyuktivi. Xroniki prostatit, natamam remissiya mərhələsində. Hər iki aşağı ətrafın flebektomiya əməliyyatından sonrakı vəziyyət. Stranqulyasion nazik bağırsaq keçməməzliyinə görə laporotomiya (xx.xx.1997), keçməməzliyinin ləğvi cərrahi əməliyyatından sonrakı periton daxili bitişmə xəstəliyi, təxliyyə funksiyasının mülayim dərəcədə pozulması ilə. Vegetativ damar distoniyası, nadir bayılmalarla. Xroniki hipertrofik rinit, remissiya mərhələsində. Xroniki qasrtroduodenit, remissiya mərhələsində hər iki aşağı ətrafın dərialtı venalarının filebektomiya əməliyyatından (2001, 2002) sonrakı bərkimiş çapıq toxuması” və “Anadangəlmə ürək qüsuru: ikitaylı aortal qapaq. Aortal qapaq çatışmazlığı” diaqnozlarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 59 “b”, 80 “c” maddəsinin İİİ qrafası və ƏTC-yə əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” sayılmış və travmanın hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin ç) və e) yarımbəndlərinə əsasən “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır” və “Ümumi xəstəlikdir” kimi düzgün təyin edilmişdir. İddiaçı xəsarət alması ilə bağlı çıxarış epikrizini və xidmət etdiyi N saylı hərbi hissənin komandiri tərəfindən verilməli olan travma haqqında arayış komissiyaya təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 14 mart 2008-ci il tarixli 123 saylı əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın” 197-ci maddəsinin tələblərinə əsasən “Travma haqqında arayış” zədələnmənin alınması anından 3 aydan gec olmayaraq tərtib edilməlidir. “Anadangəlmə ürık qüsuru: ikitaylı aortal qapaq çatışmazlığı” və “Vegetativ damar distoniyası. Xroniki eroziv qastritin kəskinləşməsi. Hər iki gözün blefarokonyuktivi. Xroniki prostatit, natamam remissiya mərhələsində. Hər iki aşağı ətrafın flebektomiya əməliyyatından sonrakı vəziyyət. Stranqulyasion nazik bağırsaq keçməməzliyinə görə laporotomiya (xx.xx.1997), keçməməzliyinin ləğvi cərrahi əməliyyatından sonrakı periton daxili bitişmə xəstəliyi, təxliyyə funksiyasının mülayim dərəcədə pozulması ilə. Vegetativ damar distoniyası, nadir bayılmalarla. Xroniki hipertrofik rinit, remissiya mərhələsində. Xroniki qastroduodenit, remissiya mərhələsində hər iki aşağı ətrafın dərialtı venalarının filebektomiya əməliyyatından (2001, 2002) sonrakı bərkimiş çapıq toxuması.” və “Anadangəlmə ürək qüsuru: ikitaylı aortal qapaq. Aortal qapaq çatışmazlığı” diaqnozu xəstəlikdir, travma nəticəsində əmələ gələ bilməz. İddiaçı SQ BKH-da müayinə və müalicə olunarkən onda travma və onun nəticələri müəyyən edilməmişdir. İddiaçı xəsarət almış olduğu halda bununla əlaqədar təhqiqat aparılmalı, hərbi hissənin tibb məntəqəsində ona travma nəticəsində aldığı xəsarətə uyğun travmatik diaqnoz qoyulmalı, bu barədə zədələnmələrinin və travmaların qeydiyyatı kitabında qeydiyyat aparılmalı, həmçinin hərbi hissə komandanlığı tərəfindən “Əsasnamə”nin 7.3-cü maddəsinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın” 197-ci maddəsinin tələblərinə əsasən 3 aydan gec olmayaraq “Travma haqqında arayış” tərtib edilməli idi. Lakin bu halların heç biri mövcud deyildir. Bu səbəbdən vətəndaş İddiaçı aldığı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmışdır” kimi təyin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 bəndinin “ç” və “e” yarımbəndi ilə vətəndaş İddiaçı təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi təyin edilməsi nəzərdə tutulmamışdır. Ona görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 bəndinin “ç” yarımbəndinə əsasən, vətəndaş İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi “Xəstəlik, hərbi xidmət dövründə alınmışdır” kimi düzgün təyin edilmişdir və dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın” 10-12-ci maddələrinə əsasən MN MHHK Azərbaycan Respublikasında Hərbi həkim ekspertizasına metodik rəhbərlik həyata keçirir. MN MHHK xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHK Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi həkim ekspertizası üzrə ali orqandır. İddiaçı xəstəliyinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi tanınması tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd edilən öhdəliyin qoyulması qanunuyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Belə ki, xəsarət, travma, xəstəlik, əlillik və bunların arasındakı səbəb-əlaqə məsələləri hüquqi deyil, sırf tibbi kateqoriyalardır və tibbi meyarlarla müəyyən edilir. Vətəndaş İddiaçı təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 maddəsinin “c” bəndinin tələblərinə ziddir. Vətəndaşların xəstəliklərinin səbəb əlaqəsinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi təyin edilməsi yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 maddəsinin c)yarımbəndinin 2-ci, 3-cü, 4-cü və 5-ci abzaslarında göstərilən hallarda mümkündür. MN NHHK-sı tərəfindən 1994-cü ilin may ayının 12-dən, yəni atəşkəs elan olunandan sonra hərbi qulluqçularda müəyyən edilmiş bütün xəstəliklərin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 maddəsinin c)yarımbəndinin 2-ci, 3-cü, 4-cü və 5-ci abzaslarında göstərilən xəstəliklər istisna olmaqla) hərbi xidmətlə səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir. İş üzrə təyin edilmiş və azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş T199/2022 saylı rəydən də məlum olur ki, vətəndaş Qurbanovun xx.xx.2022-ci il tarixdə X1 kliniki, instrumental müayinələr zamanı ona “Anadangəlmə ürək qüsuru: ikitaylı aortal qapaq. Aortal qapaq çatışmazlığı İ dərəcə” diaqnozu müəyyən edilmiş və həmin xəstəliyin hərbi xidmət dövrü ilə heç bir əlaqəsinin olmadığı bildirilmişdir. Qeyd olunanlara əsasən hesab edirlər ki, Sumqayıt İnzibati Məhkəməsi tərəfindən məhkəmə araşdırılması zamanı və qərar çıxarılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” tələbləri kobud surətdə pozulmuş, hərbi-həkim komissiyalarını hüquq və vəzifələri nəzərə alınmamış, iddianın əsassızlığına dair cavabdehin irəli sürdüyü çoxsaylı dəlil və sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə heç bir əsas olmadan iddiaçının xeyrinə qərar qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”: 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində ...Azərbaycan Ordusunda... Azərbaycan Respublikası vətəndaşlarının sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. ... 1.4. Hərbi-həkim komissiyalarına həvalə olunur: a) aşağıda göstərilən şəxslərin şəhadətləndirilməsinin təşkili və keçirilməsi: ...hərbi qulluqçuların; ... ç) hərbi qulluqçuların, orqanlarda xidmət, hərbi toplanış keçən vətəndaşların, hərbi xidmət və ya hərbi toplanış, orqanlarda xidmət keçmiş vətəndaşların xəsarətlərinin, xəstəliklərinin, habelə hərbi qulluqçuların, orqanlarda xidmət keçən şəxslərin ölümü ilə nəticələnmiş xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi; ...Vİİ. Hərbi qulluqçularda, hərbi toplanışa çağırılmış vətəndaşlarda, orqanlarda xidmət keçən vətəndaşlarda, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi: ... 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. ... 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». ...c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti “a” yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ — İİ qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa; tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa. ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. ...e) «Ümumi xəstəlikdir» qərarı aşağıdakı hallarda çıxarılır: əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirmişsə; əgər şəhadətləndirilən şəxsin xəstəliyi hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət dövrünə aid etməyə əsas yoxdursa. ...

15. İnzibati Prosessual Məcəllə Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(105)-714/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.

17. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia rədd edilməlidir.

19. Belə ki, hazırkı mübahisənin predmetini xəstəlik haqqında şəhadətnamədə xəstəliyin səbəb əlaqəsinin dəyişdirilərək “xəstəlikdir, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi müəyyən edilməsindən cavabdehin imtinası təşkil edir.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərаrı ilə təsdiq edilmiş “Нərbii-həkim ekspertizası haqqında Əsasnamənin yuxarıda istinad edilən tələblərindən göründüyü kimi iddiaçıda müəyyən edilmiş “anadangəlmə ürək qüsuru, ikitaylı aortal qapaq, aortal qapaq çatışmamazlığı, 1 dərəcə” diaqnozunun (xəstəliyinin) hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınması kimi müəyyən edilməsi nəzərdə tutulmamışdır.

21. İş materiallarından görünür ki, iddiaçının qeyd edilən xəstəliyin hərbi xidmət vəzifələrini yerinə yetirərkən alması ilə bağlı müvafiq dəlilləri və cavabdehin bu tələbin yerinə yetirilməsindən imtinasına dair dəlilləri üzrə xüsusatlar xüsusi bilik tələb edən hallar olduğundan birinci instansiya məhkəməsi müvafiq ekspertiza təyin edtmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və X5-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş ekspertizanın T199/2022 saylı rəyindən görünür ki, vətəndaş İddiaçı tibbi sənədlərinə və xx.xx.2022-ci il tarixdə X1 kliniki, instrumental müayinələri zamanı ona “anadangəlmə ürək qusuru, ikitaylı aortal qapaq, aortal qapaq çatışmamazlığı, birinci dərəcə” diaqnozu müəyyən edilmişdir. Qüsur anadangəlmə olduğundan onun hərbi xidmət dövrü ilə heç bir səbəbli əlaqəsi yoxdur.

22. Cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar aparılmış araşdırılma nəticəsində iddiaçının Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicədə olması barədə adına tərtib olunmuş xx.xx.2007-xx.xx.2007-ci il tarixli 1349№li, xx.xx.2007xx.xx.2007-ci il tarixli 3916№li, xx.xx.2009-xx.xx.2009-cu il tarixli 1728№li, xx.xx.2017xx.xx.2017-ci il tarixli 8660№li, xx.xx.2018-xx.xx.2018-ci il tarixli 3536№li və xx.xx.2019xx.xx.2019-cu il tarixli 2387№li xəstəlik tarixlərindən çıxarılmış “çıxarış epikrizlərinin” təsdiq olunmuş surətləri əldə edilərək iş materiallarına əlavə edilmişdir.

23. Eyni zamanda Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 04 aprel 2023-cü il tarixli məktubu ilə mütəxəssis rəyi təqdim olunmuş, mütəxəssis rəyində göstəilmişdir: Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2008-ci il tarixli 123 nömrəli əmrinin 7.1 maddəsinin “c” bəndinə əsasən “xəstəliyin hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” qərarı bu hallarda çıxarılır: - əgər şəhadətləndirilən şəxs xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, İ-İİ qrup patogenli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa, əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromu və ya insanın immun çatışmazlığı virusu ilə yoluxmanı cərrahi əməliyyat nəticəsində (tibbi heyət hərbi xidmət vəzifələrini yerinə yetirərkən) almışsa, əgər şəhadətləndirilən şəxs xəstəliyi hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərkən həşaratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa, əgər şəhadətləndirilən şəxs hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) icrasl üzrə işləri yerinə yetirərkən xəstəlik almışsa; 2.ikitaylı aortal qapaq, aortal qapaq çatışmazlığı, birinci dərəcə xəstəliyi XBT-10 (xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatına) müvafiq olaraq qan dövranı sisteminin anadangəlmə inkişaf qüsurları xəstəliklərinə aid edilir və Q23.1 kodu ilə kodlaşdırılır (aorta qapağının anadangəlmə çatışmazlığı ikitaylı aortal qapaq). Qeyd olunanları nəzərə alaraq “ikitaylı aortal qapaq çatışmazlığı, birinci dərəcə” xəstəliyinin anadangəlmə inkişaf qüsurlarına aid edildiyindən bu xəstəliyin hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınması mümkün deyildir.

24. Beləliklə iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın və apelllyasiya baxışı zamanı təqdim olunmuş mütəxəssis rəyindən görünür ki, iddiaçıda “Anadangəlmə ürək qüsuru: ikitaylı aortal qapaq. Aortal qapaq çatışmazlığı İ dərəcə” diaqnozu müəyyən edilmiş və həmin xəstəliyin hərbi xidmət dövrü ilə heç bir əlaqəsi yoxdur.

25. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

26. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1029/2022 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmamalıdır.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2-1(118)- 1029/2022 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin olunmasın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar