Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-690/2022 01.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X4 Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə tikinti fəaliyyətinin həyata keçirilməsinə dair Cavabdeh tərəfindən verilmiş 09 dekabr 2020ci il tarixli 014 nömrəli icazənin ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1020/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı iddia əriəsi ilə cavabdehə müraciət edərək, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, sonuncu ərizəsi ilə X4 Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə tikinti fəaliyyətinin həyata keçirilməsinə dair Cavabdeh tərəfindən verilmiş 09 dekabr 2020-ci il tarixli 014 nömrəli icazənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yaşayış sahəsi 52.9 kv.m, köməkçi sahəsi 22.9 kv.m olan 3 otaqdan ibarət yaşayış evi Abşeron rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ona verilmiş mülkiyyət vəsiqəsinə əsasən mülkiyyətindədir. Evi Abşeron rayon, 2-ci Dövlət Notariat Kontorunda bağlanmış və reyestrdə 4ə-5-662 nömrə ilə qeydə alınmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən almış, istifadəsində 241.0 kv.m torpaq sahəsi vardır ki, bunun da 100.3 kv.m tikililərin altındadır. Evi aldığı vaxtdan ailəsi ilə birgə orada yaşayır. Üçüncü şəxs X6 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 66, 69, 72 və 80-cı maddələrinin tələblərinə zidd olmaqla 2020-ci ildə evinin divarından 2.56 metr aralıda yaşayış binası tikməyə başladığına, bunun nəticəsinin onun və ailə üçün təhlükəli olduğuna, evinə zərər vurduğuna görə Azərbaycan Respublikasının Prezidentinə, X11 xanım Mehriban Əliyevaya, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinə müraciətlər etmiş, Mehriban xanım Əliyevaya müraciətinə Cavabdeh başçısının müavini İlham Quliyev 6/2382 nömrəli xx.xx.2020-ci il tarixli cavab yazaraq pozulmuş yanaşı yaşama prinsiplərinin aradan qaldırılması üçün məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Halbuki, ərizə ilə əlaqədar müvafiq tədbir görmək icra hakimiyyətinin vəzifəsidir. Cavabdeh isə vəzifəsini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş müraciətinə cavab olaraq Cavabdeh başçısının birinci müavini İlham Quliyevin 6/2673 nömrəli xx.xx.2020-ci il tarixli cavab məktubunda tikilinin rayon icra hakimiyyəti tərəfindən verilmiş 1/6/1510 saylı xx.xx.2020-ci il tarixli razılığa əsasən həyata keçirildiyi, tikinti işlərinin qeyri-qanuni aparılmadığı, tikinti işlərinin qüvvədə olan norma və qaydalara uyğun aparılmasına nəzarətin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq FHN Tikintidə X5 Agentliyi tərəfindən həyata keçirildiyi göstərilmişdir. FHN Tikintidə X5 Agentliyinə müraciətinə cavab olaraq 37/R-03867 nömrəli xx.xx.2020-ci il tarixli məktubda Abşeron RİH başçısının 13 iyul 2020-ci il tarixli 1/6/1510 nömrəli məktubu ilə X9 şəhəri ərazisində istifadəsində olan 0,10 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş kürsülü, üçmərtəbəli, mansardlı fərdi yaşayış evinin tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi və ərazinin baş Plan bölməsinin razılaşdırıldığı, evin tikintisinə dövlət nəzarəti aparılarkən, layihədən kənarlaşmaya yol verildiyi aşkar edildiyi üçün Agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə 31 avqust 2020-ci il tarixli 0471 nömrəliu qərar verildiyi, hər hansı məqsəd üçün torpaq sahəsinin ayrılması, tikintiyə icazə verilməsi, obyektin baş plana əsasən ərazidə yerləşdirilməsi yerli icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğu göstərilmişdir. Araz İsgəndərov isə tikinti işlərinin dayandırılması barədə Tikintidə X5 Agentliyinin qərarına əməl etməyərək 6 mərtəbəli, üstü mansardalı ev tikmişdir. Abşeron RİH və FHN Tikintidə X5 Agentliyi buna göz yummuşdur. Sonrakı şikayətlərinə Agentlik tikinti işlərinin dayandırılması barədə 31 avqust 2020-ci il tarixli 0471 nömrəli qərarının icrasını yoxlamadan şablon xarakterli cavablar yazaraq 37/R- 03867 nömrəli xx.xx.2020-ci il tarixli məktubla ona cavab verildiyini bildirmiş və bununla da işini bitmiş hesab etmişdir. Azərbaycan Respublikasının Prezidentinə müraciəti baxılması üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmişdir. Komitənin əməkdaşları tərəfindən yerində araşdırma zamanı yaşayış binasının tikintisinə icazə verilməsinə dair sənədlər Araz İsgəndərovdan tələb olunmasına baxmayaraq o, əməkdaşlara heç bir sənəd təqdim etməmişdir. Komitə 16 oktyabr 2020-ci il tarixli 05/09-PA/R-23-4564 nömrəli məktubla Abşeron RİH başçısı İradə Gülməmmədovaya, FHN Tikintidə X5 Agentliyinə məktub göndərərək Tikililərin reyestrində qeyd olunan ünvanda yerləşən tikinti obyekti ilə bağlı məlumat olmadığını, qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları’nm tələblərinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən yerli səviyyədə şəhərsalma nəzarətinin aparılması məqsədi ilə tikintiyə icazə prosedurunun araşdırılması, həmçinin Şəhərsalma və Tikinti Məcəlləsinin 92 və 95-ci maddəsinə uyğun zəruri tədbirlərin görülməsi üçün ərizəsini həmin ünvana göndərmiş və görülmüş tədbirlər barədə Komitəyə və ona 10 iş günü müddətində məlumatın verilməsinə göstəriş verilməsini xahiş etmişdir. Lakin nə İcra hakimiyyətindən, nə də Agentlikdən ona heç bir cavab verilməmişdir. Abşeron RİH Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məktubuna məhəl qoymayaraq 09 dekabr 2020-ci il tarixli 014 nömrəli məktubla X4 Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 6 mərtəbəli+ mansardlı evin tikintisinə icazə vermişdir. Göründüyü kimi Abşeron RİH Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd olaraq yə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məktubuna məhəl qoymayaraq X7 ev inşa etməyə razılıq vermişdir. X4 qarşı “ona məxsus olan ev ilə X4 məxsus tikilən bina arasında qanunvericiliyə uyğun olaraq ara məsafəsinin saxlanılması məqsədilə həmin tikilinin müvafiq hissəsinin sökülməsi, evinə dəyən zərərin əvəzində cavabdehdən 10000 manat onun xeyrinə tutulması, cavabdehin qanunvericiliyin tələblərini pozaraq binanı tikməsi səbəbindən evinin bazar dəyərinin kəskin şəkildə azalması səbəbindən 100000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi və cavabdehdən ödədiyi 160 manat vəkil xərcinin, 30 manat məhkəmə xərcinin onun xeyrimə tutulmasına” dair iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət etmişdir. Sonuncunun 2(012)-694/2021 nömrəli 15 mart 2021-ci il tarixli qətnaməsinə əsasən iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsində ekspertiza təyin edilmədiyindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti verməklə yanaşı "xxxx" MMC-yə müraciət etmiş, sonuncunun verdiyi 03-30/21 nömrəli 30 aprel 2021-ci il tarixli rəyində göstərilir ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış evinin arxa və yan tərəfində yeni tikililərin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq ara məsafəsi saxlanılmamışdır. Belə ki, evin yan tərəfində inşa olunmuş yeni tikili qonşu sərhəd hasarından Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1 bəndinə əsasən 6,0 m və digər evin arxa hissəsində inşa olunmuş yeni tikili (X4 məxsus tikili) qonşu sərhəd hasarından 11,4 m aralıda inşa olunmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 07 iyun 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 10/2957 nömrəli 16 sentyabr 2021-ci il tarixli rəyində də göstərilir ki, çoxmərtəbəli yaşayış binasının divarının hündürlüyünün 21.3 metr olduğunu nəzərə alaraq, həmin bina ilə, binanın inşa olunduğu torpaq sahəsinin sərhəddinə qədər məsafə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən 12.78 metr olmalıdır. Çoxmərtəbəli yaşayış binası ilə iddiaçının fərdi yaşayış evinin arasındakı məsafənin 2.56 metr olduğuna görə, saxlanılmış bu ara məsafəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun deyildir. Qərardadın ikinci və üçüncü sualları üzrə bu günə qədər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin müvafiq mütəxəssis rəyi Mərkəzə daxil olmadığına görə, qərardadın bu sualları cavablandırmaq mümkün olmadı. (Göründüyü kimi Tikintidə X5 Agentliyi rəy verməməklə qanunsuzluqları ört basdır etməyə çalışmışdır.) Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 2(105)-1851/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, tikilinin sökülməsi barədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Abşeron rayonu Xırdalan şəhərində yerləşən ümumi sahəsi 3309,8 kv.m olan altı mərtəbəli, mansardlı, çoxmənzilli yaşayış binasının tikintisinə Cavabdeh tərəfindən icazə yerilməsi qüvvədədir. Üçüncü şəxs X8 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 66, 69, 72, 80-cı maddələrinin tələblərinə zidd olmaqla 2020-ci ildə evindən 30 sm məsafədə yaşayış evi tikməyə başlamışdı. Onun bu hərəkətinin qanunsuz olması barədə özünə dəfələrlə bildirməyinə və tikintini dayandırmasını tələb etməyinə baxmayaraq ö, 4 mərtəbəli ev tikmişdir. Cavabdehin tikdiyi ev ilə onun evinin ara məsafəsi az olduğundan tikintinin ağırlığı nəticəsində evinin divarlarında dərin çatlar əmələ gəlmiş, evi qəzalı vəziyyətə düşmüşdür. Nəticədə ona külli miqdarda - maddi zərər dəymişdir. Ara məsafəsi olmadığından evinin ətrafında təmir işləri apara bilmir. Onun ev tikməsinə razılıq verilməsinə dair sənədlərin surətlərini almaqla əlaqədar cavabdeh Abşeron RİH vəkil sorğusu təqdim etmiş, lakin sorğuya cavab verilməmişdir. Cavabdehlər və üçüncü şəxslər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozduqlarına görə hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Abşeron rayonunun baş planına əsasən göstərilən ərazilərdə yalnız çoxmənzilli yaşayış binalarının inşası nəzərdə tutulmuş və sonradan həmin ərazilərdə müxtəlif şəxslər tərəfindən fərdi yaşayış evləri inşa edilmişdir. Mübahisə predmeti olan çoxmənzilli bina ilkin olaraq 3 mərtəbədən ibarət olmuşdur. Sonradan verilmiş icazə əsasında həmin binanın inşası davam etdirilərək 6 mərtəbəli yaşayış binası olmuşdur. Hal-hazırda həmin yaşayış binasında 100-dən çox sakin yaşayır. Qeyd olunan yaşayış binası istismara qəbul edilmiş və tikinti tələblərinə tam şəkildə cavab verməkdədir. Çoxmənzilli yaşayış binasının inşası üçün verilmiş 09 dekabr 2020-ci il tarixli 014 saylı icazə sənədi artıq əhəmiyyətini itirmiş olur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1020/2022 nömrəli qərarı ilə İddiaçı Cavabdehnə qarşı “X4 Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə tikinti fəaliyyətinin həyata keçirilməsinə dair Cavabdeh tərəfindən verilmiş 09 dekabr 2020-ci il tarixli 014 nömrəli icazənin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təyinatına görə artıq qüvvədən düşmüş icazənin ləğv edilməsi inzibati icraat prinsiplərinə ziddir. Belə ki, verilmiş icazə əsasında inşa edilmiş tikili müvafiq qurumlar tərəfindən istismara qəbul edilmiş və hal-hazırda həmin binada 100-dən artıq sakin yaşayır. Başqa sözlə deyilsə tikinti üçün verilmiş 09 dekabr 2020-ci il tarixli icazədən təyinatı üzrə istifadə olunduğuna görə həmin sənədə qüvvədə olan sənəd kimi baxılması düzgün deyil. Təsadüfi deyil ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 77-ci maddəsində tikiliyə verilən icazənin 3 illik qüvvədə olma müddəti nəzərdə tutulub. Qeyd olunan maddənin tərifindən belə qanaətə gəlinir ki, tikiliyə verilən icazə daimi xarakter daşımır və həmin sənəddə tikiliyə verilmiş icazə tikilinin başa çatması ilə qüvvəsini itirmiş olur. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində iddia ərizəsində göstərilən dəlillərə əsaslanmaqla, işin hallarına, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə, habelə hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan üçüncü şəxsə qarşı (X4) “ona məxsus olan ev ilə X4 məxsus tikilən bina arasında qanunvericiliyə uyğun olaraq ara məsafəsinin saxlanması məqsədiylə həmin tikilinin müvafiq hissəsinin sökülməsi, onun evinə dəyən zərərin əvəzində cavabdeh X1 10000 manat onun xeyrinə tutulması, cavabdeh X3 qanunvericiliyin tələblərini pozaraq binanı tikməsi səbəbindən evinin bazar dəyərinin kəskin şəkildə azalması, habelə onun və ailəsinin həyat və sağlamlığını təhlükə altında qoyması səbəbindən 100000 manat pulun cavabdeh X1 tutularaq ona ödənilməsi və cavabdeh X1 ödədiyi 160 manat vəkil xərci və 30 manat məhkəmə xərcinin onun xeyrinə tutulması” tələbinə dair mülki iş üzrə məhkəmə qərarlarına istinad etməklə göstərir ki, məhkəmənin gəldiyi nəticə ilə yuxarıda göstərilən faktlarla əlaqədar razı deyildir. Məhkəmə evin qanunvericiliyin tələblərinin pozulması ilə inşa edildiyini nəzərə almamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. İş materiallarından göründüyü kimi, iddiaçı Cavabdeh tərəfindən verilmiş 09 dekabr 2020-ci il tarixli 014 saylı icazənin ləğv edilməsini tələb edir. Hazırki iddia İPM-nin 2.2.1–ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) aiddir. Belə ki, İPM-nin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM32.1, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd olunmalıdır ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. İş materiallarından göründüyü kimi, mübahisələndirilən qərar 09 dekabr 2020-ci il tarixdə qəbul edilsə də, iddiaçının onun ləğv edilməsi tələbinə dair iddia ərizəsi xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Birinci instansiya məhkəməsi öz qərarında göstərmişdir ki, “...iddiaçı Cavabdeh tərəfindən qəbul edilmiş 09 dekabr 2020-ci il tarixli 014 nömrəli icazədən iddia tələbinə məhkəmədə baxılan ərəfədə məlumatı olmuşdur. Bu səbəbdən də iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlərin tətbiq edilməsinə zərurət yoxdur” İşin yuxarıda qeyd edilən halları, habelə iddiaçının apellyasiya şikayətinin müvafiq dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası iddiaçı ilə hazırkı iddianın mümkünlük şərtlərini, iddia verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddətlə bağlı məsələni müzakirə etmiş, iddiaçı həmin müddətin buraxılmadığını, mübahisələndirilən 09 dekabr 2020-ci il tarixli 014 saylı icazənin ləğv edilməsi ilə bağlı iddia qaldırmalı olduğunu üçüncü şəxsə qarşı olan mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-1851/2021 nömrəli qətnaməsindən somra ona izah oldunğunu, buna görə də müddətin ötürülmədiyini bildirmişdir. Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunmaqla iş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(012)-694/2017 nömrəli qətnməsindən görünür ki, İddiaçı cavabdeh X4 qarşı “ona məxsus olan ev ilə X4 məxsus tikilən bina arasında qanunvericiliyə uyğun olaraq ara məsafəsinin saxlanması məqsədiylə həmin tikilinin müvafiq hissəsinin sökülməsi, onun evinə dəyən zərərin əvəzində cavabdeh X1 10000 manat onun xeyrinə tutulması, cavabdeh X3 qanunvericiliyin tələblərini pozaraq binanı tikməsi səbəbindən evinin bazar dəyərinin kəskin şəkildə azalması, habelə onun və ailəsinin həyat və sağlamlığını təhlükə altında qoyması səbəbindən 100000 manat pulun cavabdeh X1 tutularaq ona ödənilməsi və cavabdeh X1 ödədiyi 160 manat vəkil xərci və 30 manat məhkəmə xərcinin onun xeyrinə tutulması” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamənin məzmunundan göründüyü kimi, Abşeron Rayon Məhkəməsi iddianı rədd edərkən cavabdehə Cavabdeh tərəfindən 09 dekabr 2020-ci il tarixli 014 saylı icazənin verilməsinə istinad etmişdir. İddiaçının apellyasiya şikayəti əsasında həmin işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-1851/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(012)-694/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-1545/2022 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-1851/2021 nömrəli qətnaməsi zərərin əvəzinin ödənilməsinə dair tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissələrdə iş yeni apellyasiya baxışına göndərilmişdir. X14 Məhkəmə bu nəticəyə gəlmişdir ki, “...apellyasiya məhkəməsinin qətnaməsinin tikilinin müvafiq hissəsinin sökülməsi tələbinə aid hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində X4 məxsus çoxmərtəbəli binanın tikintisinə inzibati orqan olan Cavabdeh tərəfindən 09 dekabr 2020-ci il tarixli, 014 №-li icazə verilmiş, tikinti layihəsi rəsmi qaydada təsdiq olunmuşdur. Sözügedən tikintiyə dair inzibati orqanın aktı qüvvəsində olduğu halda həmin binanın bir hissəsinin sökülməsi tələbinin təmin olunmamasına dair məhkəmələrin qənaəti əsaslıdır.” Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Kollegiya qeyd edir ki, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. İşin qeyd edilən halları, yəni şikayət verilməsi üçün 30 gün müəyyən edilmiş inzibati aktın iddiaçıya ən azı - Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə məlum olduğu vaxtdan 9 aydan artıq müddət keçdikdən sonra mübahisələndirilməsi, iddia müddətinin araşdırılmasında formal tələblərdən çıxış etməni məhudlaşdırır. Çünki iddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Hazırkı işdə Cavabdeh tərəfindən verilmiş 09 dekabr 2020-ci il tarixli, 014 №-li icazənin mövcudluğundan iddiaçının məlumatlı olması danılmaz faktdır. İddiaçı isə 1 aylıq (hətta “İnzibati icraat haqqında” Qanun 73.2-ci maddıəsində nəzərdə tutulmuş 6 ay və İPM-nin 24.4-cü maddəsində nəzərdə tutulmuş 1 il) müddəti buraxmaqla xx.xx.2021-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Başqa sözlə, iddiaçı, sözügedən qərarı mübahisələndirmək üçün kifayətedici imkanlara malik olmuşdur. İşin bu halında, iddia müddətinin ötürülmədiyi barədə nəticəyə gəlmək isə həmin normaların tətbiqində ifrat formallığa yol verilməsi olardı. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1020/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “X4 Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə tikinti fəaliyyətinin həyata keçirilməsinə dair Cavabdeh tərəfindən verilmiş 09 dekabr 2020ci il tarixli 014 nömrəli icazənin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-690/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-690/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver