Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-692/2024 19.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər X1rşı “cavabdeh tərəfindən verilmiş 06 may 2023-cü il tarixli imtinanın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(118)-3624/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər X1rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 06 may 2023-cü il tarixli imtinanın ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi X13 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1980-ci il tarixdə anadan olmuşdur. O, X8 ilə rəsmi nikaha daxil olmuş, hazırda bir ailə kimi xoşbəxt və mehriban şəkildə iddiaçıya məxsus fərdi yaşayış evi olan ünvan 1 ünvanında yaşayırlar. X4 əvvəlki nikahdan 26 dekabr 2007-ci il təvəllüdlü X9 və 19 dekabr 2008-ci il təvəllüdlü X7 adlı övladları doğulmuşdur. Hazırda uşaqlar iddiaçının yanında və himayəsindədirlər. İddiaçı onlar üçün əlindən gələn hər bir şeyi yüksək səviyyədə təşkil edir. Uşaqlar ona ata deyərək müraciət edirlər və iddiaçı onları övladı kimi qəbul edir. Hazırda övladları Xəzər Universiteti Sumqayıt Dünya Məktəbində təhsil alırlar. Hər birinin təhsil haqqısı 6000 və 5500 (digər uşaq) manat təşkil edir. Övladlarının oxuduğu təhsil ocaqlarında hər kəs, sinif yoldaşları belə uşaqların atasının iddiaçı olduğunu bilirlər. Sinif yoldaşlarına iddiaçını atası kimi təqdim edirlər. Lakin sənəddə ata adı qrafasında iddiaçı göstərilmədiyindən bu uşaqlara psixoloji təsir edir və onlar mənəvi cəhətdən sarsıntı keçirirlər. Belə ki, uşaqların bioloji atası onlarla maraqlanmır, heç bir əlaqələri yoxdur. Uşaqlar ona görə doğma ata kimi iddiaçını görür və sinifdə isə ata adının fərqli səslənməsi, şəxsiyyət vəsiqələrində ata adının başqa olması onlarda psixoloji travma yaradır. Uşaqların bioloji atası Rasim Hüseynov övladlarını iddiaçının övladlığa götürməsinə razı olmuş və bununla bağlı notarial qaydada təsdiq edilmiş ərizəsi də vardır. X12 atası Nart Şahin və anası Zemfira Qəniyeva uşaqların iddiaçının övladlığa götürməsinə belə razıdırlar. Həmin razılıq da notarial qaydada təsdiq edilmişdir. Övladlığa götürməklə bağlı Sosial Xidmətlər Agentliyinə müraciət etməyi tövsiyə etmişlər. İddiaçı qanun çərçivəsində bütün sənədləri yığaraq 17 mart 2023-cü il tarixdə Sosial Xidmətlər Agentliyinə təqdim etmiş, rəsmi qaydada qeydiyyatdan keçmiş və müraciəti dərhal qeydə alınmışdır. 26 may 2023-cü il tarixdə iddiaçıya imtina verilmişdir. İmtinanın səbəbi kimi isə bir cümlə olaraq “uçot məlumatları düzgün təqdim edilmədiyi və ya düzgün olmadığı üçün valideyn namizədin müraciətindən imtina edilir" deyə yazılmışdır. Hazırda cavabdeh orqanla əlaqə saxlamağa çalışsalar da, imtinanın səbəblərinin aydın şəkildə izah edilməsini, həmin imtinanın ərizə şəklində iddiaçıya təqdim edilməsini xahiş etsələr də, ona imtinanın yalnız onlayn qaydada həmin formada olmasını bildirmişlər. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixində həyat yoldaşı X4 X11 ilə birgə nikahından olan X9 və X3 övladlığa götürülməsi üçün müvafiq altsistem üzərindən müraciət edərək, övladlığagötürən şəxs kimi uçota alınması üçün qeydiyyatdan keçmişdir. Ögey ata tərəfindən övladlığa götürmə üzrə müraciət etmiş valideyn-namizəd İddiaçı müraciətinin uçota alınması məqsədi ilə uçot məlumatları təhlil edilərkən müəyyən edilmişdir ki, iddiaçı ərizə üzrə onunla birgə eyni ünvanda yaşayan şəxs kimi təqdim etdiyi X21 və X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısının təsdiq edilməsi barədə 2000-ci il 15 avqust tarixli, 141 nömrəli Qərarında qeyd edilən xəstəliklərin olub-olmaması ilə bağlı müayinələrdən keçməmiş və bu barədə TƏBİB tərəfindən müəyyən edilmiş tibbi arayış təqdim etməmişlər. Həmçinin, valideynnamizədin təqdim etdiyi Azərbaycan Respublikası Sumqayıt şəhər bələdiyyəsi 20-ci mikrorayon üzrə 1 saylı məhəllə komitəsinin 39 nömrəli, 06 mart 2023-cü il tarixli ailə tərkibi haqqında” arayışına əsasən X21 və X2 valideyn-namizədlə birgə eyni ünvanda yaşamadıqları məlum olmuşdur. Bu qeyd edilənləri nəzərə alaraq, valideyn-namizədin müraciətindən qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olmaması səbəbindən xx.xx.2023-cü il tarixdə imtina edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3624/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi X20 tərəfindən verilmiş 06 may 2023-cü il tarixli imtinanın ləğv edilməsi qərara alınmışdır (hakim İmran Burcayev). Qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2-1(105)-936/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(118)- 3624/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər: G.Cabbarova - sədrlik edən və məruzəçi, A.Süleymanova və H.Babayeva). Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2024-cü il tarixli, 2-1(102)-1016/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2-1(105)-936/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, qərar məhkəmə tərəfindən maddi hüquq normaları düzgün şəkildə tətbiq edilməyərək qəbul edilib və ləğv olunmalıdır. Belə ki, iddiaçı xx.xx.1980-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixində həyat yoldaşı X4 X11 ilə birgə nikahından olan X9 və X3 övladlığa götürülməsi üçün müvafiq altsistem üzərindən müraciət edərək, övladlığa götürən şəxs kimi uçota alınması üçün qeydiyyatdan keçmişdir. İddiaçının uçot məlumatları təhlil edilərkən müəyyən edilmişdir ki, onun ailə ilə birgə eyni ünvanda yaşayan şəxs kimi təqdim etdiyi X21 və X6 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə İmkan verməyən xəstəliklərin Siyahısının təsdiq edilməsi barədə” 2000-ci il 15 avqust tarixli, 141 nömrəli Qərarında qeyd edilən xəstəliklərin olub-olmaması ilə bağlı müayinələrdən keçməmiş və bu barədə TƏBİB tərəfindən müəyyən edilmiş tibbi arayışı təqdim etməmişlər. Bundan əlavə, adları qeyd olunan şəxslər ərizədə iddiaçı ilə birgə eyni ünvanda yaşayan şəxslər kimi qeyd edilsə də, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Sumqayıt şəhər Bələdiyyəsi 20-ci mikrorayon üzrə 1 saylı məhəllə komitəsinin 39 nömrəli, 06 mart 2023-cü il tarixli “ailə tərkibi haqqında” arayışa əsasən X21 və X2 valideyn-namizədlərlə birgə eyni ünvanda yaşamadığı məlum olmuşdur. Göründüyü kimi, iddiaçının notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd etdiyi məlumat Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən verilmiş arayışla ziddiyyət təşkil edir. Məhz bu səbəbdən uçot məlumatları düzgün təqdim edilmədiyi və ya düzgün olmadığı üçün iddiaçının müraciətindən haqlı olaraq imtina edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. TƏTBİQ OLUNAN HÜQUQ: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Ailə Məcəlləsinin 118-ci maddəsi
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İddiaçı cavabdeh tərəfindən verilmiş 06 may 2023-cü il tarixli imtinanın ləğv edilməsini xahiş emişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmiş, həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2-1(105)-936/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(118)-3624/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2024-cü il tarixli, 2-1(102)-1016/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2-1(105)-936/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmışdır. Ali Məhkəmənin qərarında qeyd olunmuşdur ki, cavabdeh keçirilmiş məhkəmə iclaslarında sözügedən imtinanı təqdim etməmiş, məhkəmə isə iddia predmetini təşkil edən imtinanı tələb edib araşdırmalı olduğu halda, bunu etməmiş, yəni nəticə etibarı ilə də cavabdehin mübahisəli imtinası ümumiyyətlə işdə olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi cavabdehin 06 may 2023-cü il tarixli imtinanın ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul etmiş, apellyasiya məhkəməsi isə xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlamışdır. Eyni zamanda məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə təkrar baxarkən özü İPM-in 13-cü maddəsində müəyyən edilmiş yardım etmək vəzifəsindən mütləq qaydada istifadə etməlidir. Sumqayıt Apellyasiya Məhkəməsində ikinci icraat zamanı tərəflərə hüquqi yardım edilmiş, iddiaçının vəkili və nümayəndəsi iddia tələbinə dair dəqiqləşmə ərizəsi verərək cavabdeh tərəfindən verilmiş 06 may 2023-cü il tarixli imtinanın ləğv edilməsini, övladlığa götürmə ilə bağlı müsbət rəyin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi X13 üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Təkrar apellyasiya baxışı zamanı iddiaçı tərəfin mövqeyi və məhkəmə prosesinin uzun müddətdən bəri davam etməsi və eyni zamanda mübahisənin məhkəmədənkənar həll ediməsi ehtimalı nəzərə alınaraq, inzibati orqan tərəfindən diskression səlahiyyətinə uyğun olaraq müsbət və ya mənfi rəy verilməklə inzibati icraatın tamamlanması üçün 2-1(105)- 629/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli müvafiq qərardad qəbul edilərək icra olunması üçün cavabdeh inzibati orqana göndərilmişdir. Cavabdeh inzibati orqan tərəfindən ünvanlanan 23 sentyabr 2024-cü il tarixli, 3-17-3/2- 26970/2024 nömrəli məktubda geyd edilmişdir ki, yuxarıda qeyd olunanları və ailə tərkibində baş vermiş dəyişiklikləri, habelə Ailə Məcəlləsinin 119.6-cı maddəsinə əsasən tibbi arayışlar övladlığa götürmək istəyən şəxs tərəfindən təqdim edildiyi halda həmin məlumatların 6 ay müddətində etibarlı olduğunu nəzərə alaraq, iddiaçının yeni tibbi arayış və yeni rotarial ərizə ilə “ASAN Loqin" vasitəsilə Nazirliyin ‘e-sosial.az' internet portalında “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığa götürmə” altsistemində qeydiyyatdan keçməklə şəxsi kabinet yaradaraq müraciətini təsdiq etməsi zəruridir. Yalnız bundan sonra Nazirlik tərəfindən müraciətə baxılıb övladlığa götürmək istəyən şəxslərin uçotunun aparılması, övladlığa götürmənin uşağı mənafeyinə uyğunluğunun müəyyən edilməsi və müvafiq rəyin verilməsi təmin edilə bilər. Bu səbəbdən də hazırda iddiaçı Ə.Həşmovun övladlığa götürmə ilə bağlı yeni müraciətini “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə" altsistemində təsdiq etməməsi Nazirlik tərəfindən müraciətə baxılmasını və müvafiq rəyin verilməsini, nəticədə də məhkəmə qərardadının icrasını mümkünsüz edir. Lakin məhkəmə prosesi gedişində müəyyən edildi ki, ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “övladlığa götürmə” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-4766/2024 nömrəli, 07 oktyabr 2024-cü il tarixli qətnaməsinə əsasən ərizənin təmin edilməsi, xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X3 ərizəçi İddiaçı tərəfindən övladlığa götürülmüş hesab edilməsi, xx.xx.2007-ci il və xx.xx.2008-ci il tarixlərdə Bakı şəhərində doğulmuş övladlığa götürülən X9 və X5 veriləcək yeni doğum haqqında şəhadətnamədə onun adı, doğum tarixi və doğum yeri əvvəlki qaydada saxlanılmaqla, soyadları “Həşimov (Həşimova)” ata adı “Əliağa”, ana qrafası saxlanılmaqla, ata qrafasına müvafiq dəyişikliklər edilərək, atalarının adı “İddiaçı” kimi qeyd edilməsi qərara alınmışdır. Həmin məhkəmə qətnaməsi hazırda qanuni qüvvəyə minməsə də, məhkəmə kollegiyası həmin qətnamədə olan hüquqi mövqeyi və iddiaçının yekun hüquqi marağının qətnamə ilə tanınan hüquqa yönəldiyini nəzərə alaraq hesab edir ki, iddia hazırkı şərtlərdə mümkün hesab edilməməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarına əsasən İPM-in 35.1ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıbalınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Eyni zamanda şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Hazırki iş üzrə iddiaçının istəyi cavabdeh tərəfindən verilmiş 06 may 2023-cü il tarixli imtinanın ləğv edilməsi və övladlığa götürmə ilə bağlı müsbət rəyin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi X13 üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsinə nail olmaqdır. Bu isə mülki məhkəmə icraatı qaydasında övladlığa götürmə ilə bağlı qətnamə qəbul edilməsinə nail olmaq məqsədi daşıyır. Mülki Prosessual Məcəllənin 347.1.7-ci maddəsinin tələbinə əsasən övladlığa götürmə barədə ərizəyə əlavə edilməli olan sənədlərdən biri də müvafiq icra hakimiyyəti orqanının övladlığa götürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu barədə rəyidir. Eyni zamanda 348.1-ci maddənin tələbinə əsasən işi məhkəmədə baxılmağa hazırlayarkən hakim ərizəyə övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu barədə müvafiq icra hakimiyyəti orqanının rəyinin əlavə olunub-olunmadığını yoxlayır. Göründüyü kimi iddiaçının sözügedən rəyin alınmasında mövcud olan hüquqi marağı aydındır. Lakin iş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 4766/2024 nömrəli, 07 oktyabr 2024-cü il tarixli qətnaməsi sözügedən hüquqi marağı aradan qaldırmış olur. Belə ki, qətnamənin məzmunundan görünür ki, ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “övladlığa götürmə” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4766/2024 nömrəli, 07 oktyabr 2024-cü il tarixli qətnaməsinə əsasən ərizənin təmin edilməsi, xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X3 ərizəçi İddiaçı tərəfindən övladlığa götürülmüş hesab edilməsi, xx.xx.2007-ci il və xx.xx.2008-ci il tarixlərdə Bakı şəhərində doğulmuş övladlığa götürülən X9 və X5 veriləcək yeni doğum haqqında şəhadətnamədə onun adı, doğum tarixi və doğum yeri əvvəlki qaydada saxlanılmaqla, soyadları “Həşimov (Həşimova)” ata adı “Əliağa”, ana qrafası saxlanılmaqla, ata qrafasına müvafiq dəyişikliklər edilərək, atalarının adı “İddiaçı” kimi qeyd edilməsi qərara alınmışdır. Məhkmə kollegiyası hesab edir ki, həmin qətnamə hazırda qanuni qüvvəyə minməsə də, müvafiq rəy təqdim edilmədən də işə mahiyyəti üzrə baxıla bilməsi əsası ilə hazırkı iddianı hüquqi maraq baxımından mümkünsüz edir Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, aşağıda qeyd edilən normalar müvafiq rəyə zərurətin olmasını istisna edir. Ailə Məcəlləsinin 118-ci maddəsi övladlığa götürmənin qaydasını müəyyən edir. 118.1. Övladlığa götürmə üç mərhələdə həyata keçirilir: 118.1.1. övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması; 118.1.2. övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi; 118.1.3. övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi. 118.2. Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması bu Məcəllənin 119-cu maddəsinə uyğun olaraq həyata keçirilir. 118.3. Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 (bir) ildən çox olmayan müddətdə aşağıdakı qaydada müəyyən edilir:
--------------- 118.16. Uşaq ögey ata, ögey ana tərəfindən övladlığa götürüldükdə (hər iki valideynin vəfat etdiyi hallar istisna olmaqla) bu Məcəllənin 118.3-cü maddəsinin tələbləri onlara şamil olunmur. 118.23. Ögey ata (ögey ana) tərəfindən övladlığa götürülmə zamanı məhkəmə prosesində müvafiq icra hakimiyyəti orqanının iştirakı tələb olunmur. Qeyd edilən normalardan təhlilindən görünür ki, iddiaçının hüquqi marağı baxımından hazırki iddia tələbinin təmin olunaraq müvafiq rəyin alınmasına zərurət yoxdur. Bu eyni zamanda iddiaçının hüquqi marağına uyğun olan iddiaya mahiyyəti üzrə baxılması əsası ilə yuxarıda istinad edilən məhkəmə qətnaməsi ilədə təsdiq edilir. Yuxarıda qeyd olunanlardan da aydın olduğu kimi iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Lakin hazırda baxılan işdə belə bir zərurət hazırkı şərtlərdə mövcud deyil. Məhkəmə kollegiyası eyni zamanda bir neçə məqama da münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının yekun əldə etmək istədiyi nəticənin mülki məhkəmə icraatı qaydasında müvafiq məhkəmə aktı ilə əldə edilə biləcəyi nəzərə alınanda, ümumilikdə bu kateqoriya iddialara baxılması prosessual qənaət və hüquqi müəyyənlik prinsipləri baxımındanda əlverşli sayıla bilməz. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan hazırkı iş üzrə öz hüquqlarından ona verilmiş səlahiyyətlərin məqsədinə uyğun istifadə etməmiş, eyni zamanda iddiaçı əlverişli olmayan hüquq müdafiə vasitələri seçmiş, nəticədə onun hüquqları pozulmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, mülki məhkəmə icraatı qaydasında birinci instansiya məhkəməsində uğurlu olmuş iddiası əlverişli hüquq müdafiə vasitəsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(118)-3624/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4