Məhkəmə qərarları › İş №2-1(105)-694/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-694/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-694/2022 07.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “işlədiyi müddətin fərdi şəxsi hesabına daxil edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2-1(118)-817/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək iddiaçının 22 avqust 2012-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixindən xx.xx.2016-cı il tarixinə kimi Azərbaycan Respublikası Dövlət Neft şirkətində işlədiyi müddətin iddiaçının dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bağlanmış 22 avqust 2012-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı SOCAR-ın Belçika Krallığındakı Nümayəndəliyinin direktoru vəzifəsində işə başlamışdır. əmək müqaviləsisinin 2.4-cü bəndinə əsasən işə başlama tarixi 27 avqust 2012-ci il tarixi olmuş və 4.2-ci bəndinə əsasən əmək haqqı 2160.00 (iki min yüz altmış) manat məbləğində müəyyən edilmişdir. Bununla yanaşı, İddiaçı ilə SOCAR arasında Belçika qanunvericiliyinə müvafiq olaraq 04 fevral 2013-cü il tarixdən qüvvəyə minmiş əmək müqaviləsi bağlanmışdır ki, bu müqavilə üzrə Belçika qanunvericiliyinə müvafiq olaraq tələb olunan məcburi ödənişlər müqavilənin qüvvədə olduğu müddətdə həyata keçirilmişdir. Bununla belə, xx.xx.2013-cü il tarixli Əmək müqaviləsi də qüvvədə qalmış və həmin müqaviləyə xx.xx.2016-cı il tarixdə xitam verilmiş və xx.xx.2016-cı il tarixli 20B00031 № əmrlə rəsmiləşdirilmişdir. İddiaçıya dövlət sosial sığoıta sistemində fərdi şəxsi hesabında SOCAR-da işlədiyi müddətin sosial da nəzərə alınmadığı və Əmək müqaviləsi üzrə SOCAR tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi məlum olmuşdur. Halbuki, SOCAR tərəfindən ƏƏSMN-nin elektron informasiya sistemi tətbiq edilməyə başlandıqdan sonra iddiaçı barədə həmin sistemə iki dəfə məlumat daxil edilsə də, sonradan bu məlumatlar sistemdən silinmişdir. İddiaçıya məcburi dövlət sosial sığorta etmək vəzifəsini yerinə yetirməməklə, SOCAR Əmək Məcəlləsinin, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun və Əmək müqaviləsinin 6-cı tələblərini pozmuşdur. İddiaçının sosial müdafiəsi pozulmaqla, SOCAR-da işlədiyi müddət sosial sığorta stajına hesablanmamışdır. Bununla bağlı, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Qanunun 4.1-ci maddəsinə əsasən fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı qismində çıxış edən ƏƏSMN-nə iddiaçının SOCAR-da işlədiyi müddətin, yəni xx.xx.2012-ci il tarixindən xx.xx.2016-cı il tarixinə kimi olan müddətin məcburi dövlət sosial sığorta stajına daxil edilməsi, bu müddət üçün fərdi şəxsi hesaba hesablanmalı və ödənilməli olan sığorta haqqının məbləği barədə məlumat verilməsi və fərdi şəxsi hesaba hesablanmalı olan məcburi dövlət sosial sığorta haqlarının məbləğinin SOCAR-dan tutulmasının təmin edilməsi barədə müraciət edilmişdir. Lakin, cavabdehin 02 dekabr 2021-ci il tarixli **********8 nömrəli cavab məktubuna əsasən müraciətin icrasından imtina edilmiş və "Dövlət sosial sistemində fərdi uçot haqqında" Qanunun 9-cu maddəsinə istinad edərək müvafiq məlumatların dürüst və vaxtında təqdim edilməsinin sığortaedənin vəzifəsi olduğu bildirilmişdir. Halbuki, həmin Qanunun 8.1.3-cü maddəsinə əsasən fərdi şəxsi hesabında əks olunan məlumatlarla razı olmadığı hallarda həmin məlumatların dəqiqləşdirilməsi barədə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanın müraciət etmək hüququ təsbit edilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının müraciətinə cavabdeh orqan tərəfindən baxılmış və bildirilmişdir ki, Nazirliyin “X1 Sistemi”nin "xxxx" (Hesabat) altsistemindən əldə olunan məlumatlara əsasən AR Dövlət Neft Şirkəti (Socar) (SUN: **********7) tərəfindən 2012-2016-cı illər üzrə illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” larda (Forma B3) İddiaçı adı sığortaolunan kimi qeyd edilmədiyindən həmin dövrlər üzrə məlumatları **********459 nömrəli fərdi şəxsi hesabında əks olunmamışdır. Eyni zamanda “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunun 9-cu maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olduğundan, müraciətdə qaldırılan məsələ ilə bağlı sığortaedən AR Dövlət Neft Şirkətinə müraciət edilməsi məqsədəuyğundur. Bu proseslər həyata keçirildikdən sonra iddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlari fərdi şəxsi hesabında öz əksini tapacaqdır. Üçüncü şəxs iddia tələbinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, SOCAR-ın Belçika Nümayəndəliyinin fəaliyyət yeri Belçika Krallığı olduğu üçün, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən SOCAR-ın Baş ofisi həmin nümayəndəlikdə işləmiş şəxslərə münasibətdə "sığortaedən" hesab edilmir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Qanunun 9-cu maddəsinə əsasən, iddiaçıya aid olan sosial sığorta haqları barədə SOCAR-ın Baş ofisi tərəfindən müvafiq icra hakimiyyəti orqanına məlumat verilməmişdir. SOCAR-ın xx.xx.2015-ci SOCAR/15-1000/01/SM-04-000095 nömrəli əmrinə uyğun olaraq, bir sıra ölkələrdə, o cümlədən Belçika Krallığındakı Nümayəndəliyinin maliyyələşdirilməsi dayandırılmışdır. SOCAR-ın Belçika Krallığındakı rəhbəri tərəfindən fəaliyyətin dayandırılması ilə əlaqədar yaranmış xərclərə dair hesabatlar təqdim edilmişdir. Belçika Nümayəndəliyinin direktoru, yəni İddiaçı tərəfindən təqdim olunan 29 dekabr 2015-ci il tarixli hesabat üzrə o vaxta yaranmış bütün xərclər, o cümlədən əmək münasibətlərinə xitam verilən işçilərə kompensasiyalar, sosial müdafiə fonduna ödənilməli olan xərclər və digər xərclər Socar tərəfindən tam olaraq ödənilmişdir. Məhkəmyə təqdim edilən nümayəndəliyin saxlama xərcləri bağlı smetalardan göründüyü kimi, SOCAR bütün məcburi ödənişləri, SOCAR-ın Belçika Krallığındakı Nümayəndəliyinə köçürmüşdür. Sumqayıt İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2-1(85)-817/2022 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim L.Mirzəyeva). Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Apellyasiya şikayətinin dəlilləri Məhkəmə iddianın mümkün sayılmamasına barədə qərardad qəbul edərkən iddia tələbinin cavab verməli olan inzibati orqana qarşı yönəlmədiyini əsas götürmüşdür. Hesab edir ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. AR Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq Dövlət Sosial Müdafiə Fondunun nizamnaməsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotun həyata keçirilməsi DSMF-nin vəzifəsi kimi müəyyən olunmuşdur. Eyni zamanda fərdi şəxsi hesablara məlumatların dürüst daxil edilməsi nizamnamənin 3.1.5-ci bəndində öz əksini tapmışdır. Bu vəzifə sığortaedənlər tərəfindən daxil edilən məlumatların avtomatik olaraq daxil edilməsini deyil, məhz dürüst daxil edilməsini nəzərdə tutur. Bu o deməkdir ki, vətəndaş (sığortaolunan) Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanuna əsasən hər hansı pozuntu aşkar etdikdə və ya məlumatlarla razı olmadıqda bu barədə məlumatı müvafiq dövlət qurumuna, hazırkı halda cavabdehə məlumat verə bilər. Bu halda məlumatların dürüst daxil edilibedilməməsini yoxlamaq cavabdehin borcudur. İddia tələbi də məhz fərdi məlumatların düzgün daxil edilməsi öhdəliyinin inzibati orqanının üzərinə qoyulması ilə bağlı olmuşdur. Məhkəmə öz qərardadında iddianın mümkün sayılmamasını əsaslandırarkən hesabatın verilməsinin cavabdehin vəzifəsi olduğunu əsas götürmüşdür. Lakin nəzərə almamışdır ki, hesabatın verilməsi və məlumatın daxil edilməsi ayrı-ayrı öhdəliklərdir və sonuncu öhdəlik məhz cavabdehə aiddir. b) Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz edərək etirazı iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsinə və apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etdi. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə əsasən hər rüb üzrə rüb başa çatdıqdan sonra sosial sığorta haqları barədə sığortaçıya hesabatın verilməsi sığortaedənin vəzifəsi kimi müəyyən edilmişdir. Sığortaçı tərəfindən də sığortedən tərəfindən təqdim edilən məlumatlar fərdi şəxsi hesablara daxil edilir. Hazırki iş üzrə cavabdeh iddiaya cavab verməli olan orqan deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Kollegiya ilk növbədə qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (Bənd 2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (Bənd 8.5). “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sığortaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Sığortaedənlər Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Sığortaolunanlar xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. Həmin Qanunun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, həmin Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək sığortaedənin vəzifəsidir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunun: - 5.2 və 5.2.13-ci maddəsinə əsasən sığortaedən tərəfindən sığortaolunana münasibətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün) barədə məlumatlar daxil edilməlidir; - 7.1 və 7.1.3-cü maddələrinə əsasən sığortaçı bu Qanunun 5.2.11-ci, 5.2.12-ci və 5.2.13-cü maddələrində nəzərdə tutulmuş məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminin məlumatları əsasında sığortaolunanın fərdi şəxsi hesabında qeydə alır; - 8.1 və 8.1.4-cü maddələrinə əsasən sığortaolunan fərdi şəxsi hesabında əks olunan məlumatlar bu Qanunla müəyyən olunmuş hallarda dəyişdikdə, bu barədə sığortaçıya və ya sığortaedənə yazılı məlumat vermək hüququna malikdir; - 8.2 və 8.2.2-ci maddəsinə əsasən sığortaolunanın bu Qanuna əsasən fərdi şəxsi hesabına daxil edilməli olan fərdi məlumatları sığortaçıya təqdim etmək vəzifəsi vardır; - 9.2 və 9.2.1-ci maddəsinə əsasən sığortaedən sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları sığortaçıya, bu Qanunun 5.2.11-ci və 5.2.12ci maddələrində nəzərdə tutulmuş məlumatları isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu Qanuna və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən tam və düzgün təqdim etmək hüquqlarına malikdir; - 10.2 və 10.2.1-ci maddəsinə əsasən sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək sığortaçının vəzifələrinəaiddir. Qeyd olunan hüquq normalarının tələblərindən aydın olur ki, sosial sığorta haqlarını sığortaçıya ödəmək, sığortaolunanın fərdi şəxsi hesabına daxil edilməli olan fərdi məlumatları sığortaçıya təqdim etmək, sığortaedən tərəfindən sığortaolunana münasibətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün) barədə məlumatları sığortaolunanın fərdi şəxsi hesabında qeydə almaq sığortaedənin, sığortedən tərəfindən təqdim edilən məlumatların fərdi şəxsi hesablara daxil edilməsi isə sığortaçının vəzifəsidir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq SOCAR tərəfindən verilmiş 12 aprel 2022-ci il tarixli məktubda qeyd edilir ki, SOCAR-ın Belçika Krallığındakı Nümayəndəliyinin fəaliyyətini tənzimləyən SOCAR tərəfindən təsdiq Əsasnamənin tələblərinə uyğun olaraq hər bir təsərrüfat ilinin əvvəlində, SOCAR-ın bütün nümayəndəliklərində olduğu kimi, Belçika Krallığında fəaliyyət göstərən Nümayəndəliyinin də büdcəsi (Smeta) təsdiq edilirdi. Məhz bu büdcəyə uyğun olaraq Nümayəndəliyin fəaliyyəti üçün nəzərdə tutulan bütün xərclər, həmçinin, işçilərin əmək haqqı ödənişləri, bütün məcburi ödənişlər daxil olmaqla (vergi və dövlət sosial sığortaları) tam həcmdə SOCAR tərəfindən Nümayəndəliyin hesabına köçürülmüşdür. Nümayəndəliyin bütün işçilərinin, o cümlədən özünün məcburi ödənişlərinin ödənilməsinin həyata keçirilməsi Nümayəndəliyin direktoru kimi İddiaçı səlahiyyətinə aid edilmişdir. Lakin, dövlət sosial sığortaları sonuncu tərəfindən ödənilmədiyi səbəbindən, sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda (Forma B3) sığortaolunan kimi onun adı qeyd edilməmişdir. Qeyd olunan məktubunun məzmunundan göründüyü kimi üçüncü şəxs tərəfindən sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda (Forma B3) sığortaolunan kimi iddiaçının adı qeyd edilməmişdir. Beləliklə, hazırkı halda sığortaedən, yəni üçüncü şəxs tərəfindən iddiaçıya münasibətdə sosial sığorta haqları sığortaçıya, cavabdeh orqana ödənilməmiş, iddiaçının fərdi şəxsi hesabına daxil edilməli olan fərdi məlumatlar sığortaçıya təqdim edilməmişdir. İddiaçı iddia ərizəsində SOCAR tərəfindən ona münasibətdə məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyini qeyd etsə də, hazırkı iddia tələbini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı qaldırmışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, hazırkı iş üzrə cavabdeh iddiaya cavab verməli olan orqan deyildir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2-1(118)-817/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar