Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-695/2022 01.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi, İddiaçı Yuzbekovnanın vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X28, üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Yuzbekovnanın Cavabdehnə qarşı “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarının “Xaçmaz rayonu “Yalama” sovxozunun AİK-nın Orta-Oba kəndində torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısında 124-cü X5 adında faktiki 0,10 ha torpaq sahəsi qeyd olunmuşdur”dan sonra 125-ci X8 və 126-cı X33 yazılmış hissəsində ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2-1(118)- 906/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı X13 (məhkəmə prosesi gedişində iddiaçı X13 vəfat etmiş və iddiaçı onun hüquqi varisi İddiaçı Yuzbekovna ilə əvəz edilmişdir) Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarın “Xaçmaz rayonu “Yalama” sovxozunun AİK-nın Orta-oba kəndində torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısında 124-cü X5 adında faktiki 0.10 ha torpaq sahəsi qeyd olunmuşdur”dan sonra 125-ci X8 və 126-cı X24 yazılması hissəsində ləğv edilməsi, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən X4 adına verilmiş, xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və 02.2013-cü il il tarixli, **********492-10301 reyestr nömrəli, 87 inventar nömrəli, Texniki Pasportun etibarsız hesab edilməsi, həmin məlumatların Dövlət Reyestrindən çıxarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon XDS Rəyasət Heyətinin 07 iyul 1995-ci il tarixli qərarı ilə Yalama sovxozun ərazisində yaşayan vətəndaşlara fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılmasma dair Yalama sovxozunun əmri təsdiq olunaraq, ümumi siyahıda iddiaçının adı 176-cı sıra nömrə ilə göstərilməklə Orta-oba kəndində adına ayrılan torpaq sahəsi 0,06 ha qeyd olunmuşdur. Xaçmaz rayon Aqrar İslahat komisyasının 26 dekabr 1998-ci tarixli 14 saylı qərarı ilə iddiaçının adına Orta-oba kəndində 0,10 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsi 1995-ci ildə iddiaçıya yerində ölçülərək təhkim olunandan sonra orada yaşayış evin tikintisinə başlamış və 1996-cı ilin ortalarında evi tikib başa çatdırmışdır. Yəni evin damı vurulmuş, qapı-pəncərə qoyulmuş və otaqların döşəmələri vurulmuşdur, evi tikdiyi zaman ailəsi ilə birlikdə Dərbənd şəhərində yaşayırdı, lakin mütəmadi olaraq qeyri iş günləri Xaçmaz rayonu Yalama İOV-nin Orta-oba kəndində tikilən evin tikinti işlərinə nəzarət etmişdir. X1 Xaçmaz rayonu Ortaoba kəndində valideynləri ilə birlikdə yaşayırdı. O, 1995ci ilin oktyabr ayında Qusar rayonunda yaşayan Natəvan adlı qadınla ailə həyatı qurmuşdur. İlk vaxtlar Natəvan valideynlərində normal münasibətdə olsa da müəyyən müddətdən sonra aralarında tez-tez mübahisələr baş vermiş və bu səbəbdən qardaşı Məzahir ailəsi ilə birlikdə valideynlərinin evindən çıxıb Yalama kəndində başqa evdə kirayə yaşamaq istəmişdir. Vəziyyətin bu cür alındığını görüb iddiaçı qardaşı Məzahirə təklif etmişdir ki, özünə torpaq sahəsi alıb ev tikənə qədər müvəqqəti olaraq təzə inşa etdirdiyi evə köçüb orada yaşasın. Belə də oldu. Qardaşı Məzahir ailəsi ilə birlikdə iddiaçının evinə köçərək orada yaşamağa başlamışdır. 2020-ci ilin yanvar ayında qardaşı Məzahirlə Natəvan məhkəmənin qətnaməsinə əsasən boşanmışlar. Məzahir yenidən valideynlərinin evinə qayıtmış, iddiaçıya məxsus evdə isə Natəvan yaşamaqda davam edir. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, Natəvan iddiaçının tikdiyi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə saxta yollarla adına mülkiyyət hüququna dair sənədlər düzəltdirmişdir. Belə ki, o, həmin evə dair DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli RX serialı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və 02.2013-cü il tarixli, **********92-10301 reyestr nömrəli, 87 inventar nömrəli texniki pasport almışdır. Çıxarışda qeyd olunur ki, fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X6, evin yerləşdiyi 0,18 ha həyətyanı torpaq sahəsi özü və oğlu X20 ümumi birgə mülkiyyətidir. Qeyd edir ki, mübahisəli evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair iddiaçının adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olmuş, cavabdeh hansısa yolla həmin şəhadətnaməni hazırda ləğv olunmuş DT və XK-nın Xaçmaz rayon şöbəsinin işçiləri vasitəsilə aradan götürüb adına saxta şəhadətnamə almaqla sonradan evə dair yuxarıda göstərilən saxta sənədləri əldə etmişdir. Həmin torpaq sahəsinə iddiaçının adına Şəhadətnamənin mövcud olması qonşu torpaq mülkiyyətçilərinin, yəni X14 adına olan JN- 141 A KOD 30225038 və X29 JN-074A KOD 30225038 olan Şəhadətnamələri ilə təsdiq olunur ki, həmin sənədlərdə qonşu torpaq sahəsinin mülkiyyətçisi kimi iddiaçının adı göstərilir. Bundan da əlavə iddiaçının adına 1995-ci ildə həyətyanı torpaq sahəsi ayrılarkən cavabdeh qardaşı Məzahirlə evlənməmiş, hələ də Qusar şəhərində pasport qeydiyyatında olmuş, torpaq sahəsi adına ayrılıb tərəfindən orada yaşayış evi inşa etdirdikdən sonra o, qardaşı Məzahirlə evlənərək valideynlərinin evinə gəlin köçmüşdür. Hazırki iddia ərizəsinin tərtib edilməsinə hazırlıq vaxtı Xaçmaz Rayon Dövlət Arxivindən aldığı xx.xx.2021-ci il tarixli 395 saylı Arxiv arayışı aldıqdan sonra məlum olmuşdur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarında Xaçmaz rayonu "Yalama” sovxozunun AİK-nın Orta-oba kəndində torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısında 124-cü X7 adında faktiki 0,10 ha torpaq sahəsi qeyd olunmuşdur. Siyahıda 125-ci X15, 126-cı X33 qeyd edilmişdir. Belə çıxır ki, X9 yuxarıda göstərilən AİK-nın qərarında adının olmasından istifadə edərək qanuni əsaslarla əldə etdiyi torpaq sahəsində öz vəsaiti ilə inşa etdirdiyi evə hüquq müəyyənedici sənədləri əldə etmişdir. X35 tərəfindən evə dair sənədlərin öz adına alınmasının kökündə dayanan məhz AİK-nın müvafiq qərarı olmuşdur. İddiaçı iddia ərizəsində İPM-nin 2-ci (2.2,-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1.şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair iddialara) maddəsinə istinad edərək göstərir ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 4 saylı qərarında Xaçmaz, ravonıı “Yalama" sovxozunun AİK-nın Orta-oba kəndində torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısında 124-cü nömrə ilə X7 adına 0,10 ha torpaq sahəsi mülkiyyətə verilməsi qeyd olunmaqla, orada 125-ci nömrə ilə X16 və 126-cı nömrə ilə X33 qeyd olunması tamamilə qanunsuzdur. Belə ki, Natəvan Gərəyxanova 1995-ci ilin oktyabr ayında qardaşı Məzahirlə ailə qurmuş və valideylərinin evinə gəlin köçmüşdür. Xaçmaz RPŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 160-8152-124 saylı arayıdan da görünür ki, X9 xx.xx.2005-ci il tarixdən Xaçmaz rayonu Yalama kəndində pasport qeydiyyatındadır. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı(əri), onların uşaqları və valideynləri hesab olunur. “ Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən həyətyanı torpaq sahələr və bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadəı hüququna dair sənədlərin hazırlanması,qeydiyyatı və verilməsi haqqında” Əsasnamənin 5-ci maddəsinə əsasən Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. Natəvan Qereyxanovanın iddiaçının ailə üzvü olmadığı, Yalama kəndində 2005-ci ildən pasport qeydiyyatına durduğu halda 1998-ci ildə AİK qərarı ilə onun iddiaçının ailə üzvü kimi qəbul edilərək mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin ona da aid etməsi tamamilə qanunsuzdur. Sumqayıt İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(118)-1032/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-648/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(118)- 1032/2021 saylı qərardadı qismən- “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarında “Xaçmaz rayonu “Yalama” sovxozunun AİK-nın Orta-oba kəndində torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısında onun ailə üzvləri kimi qeyd edilən X8 və X17 dair qeydin ləğv edilməsinə dair iddianın mümkün sayılmaması hissəsində ləğv edilmiş, həmin hissədə iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X9 və X25 zəruri cəlbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2-1(118)-906/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı üçüncü şəxslərin aqrar islahat zamanı qeydə alınmış hüquqlarını mübahisələndirir ki, həmin hüquqların mübahisələndirilə bilməsinə qanunvericiliklə müəyyən edilmiş müddət şamil edilmişdir. Həmin müddətin bərpa edilməsinə yol verilmir və bu eyni zamanda hüquqi müəyyənlik prinsipi ilə də ziddiyət təşkil edir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində göstərir ki, qərardadda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Aqrar Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1985-ci il 14 aprel 313№li Fərmanı ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 225№li Fərmanı ilə qüvvədən düşmüşdür. Hazırda qüvvədə olan Azərbaycan Respublikası İPM-nin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısı alınmaz hallar, eləcə də hüquqi hallar istisna olmaqla müddətin buraxmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi iddiaçı üçüncü şəxslərin aqrar islahat zamanı qeydə alınmış hüquqlarını mübahisələndirir ki, həmin hüquqların mübahisələndirilə bilməsinə qanunvericiliklə müəyyən edilmiş müddət şamil edilmişdir. Həmin müddətin bərpa edilməsinə yol verilmir və məhkəmə hesab etmişdir ki, bu eyni zamanda hüquqi müəyyənlik prinsipi ilə də ziddiyyət təşkil edir. İddia ərizəsində iddiaçı X12 qeyd etmişdir ki, onun hüquqlarının pozulması, yəni ona məxsus olmuş torpaq sahəsinə və orada inşa etdirdiyi yaşayış evinə üçüncü şəxs X9 tərəfindən öz adına hüquqmüəyyənedici sənədlərin düzəldilməsini ona 2020-ci ilin sonlarında, yəni qardaşı X27 Qereyxanova arasında ailə münasibətlərinin pozulması və tərəflərin nikahlarının məhkəmə qaydasında pozulması vaxtı məlum olmuşdur. Bu hal ona məlum olan kimi o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni onun tərəfindən prosessual müddəti buraxılmamışdır. İddiaçının nümayəndəsi təqdim etdiyi apellyasiya şikayətinə əlavədə göstərir ki, həmin qərarın surəti nəinki X10, ümumiyyətlə torpaq sahəsi ayrılmış vətəndaşların heç biriniə verilməmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr yerli bələdiyyələr vasitəsi ilə əhaliyə verilmişdir. Bələdiyyədən verilmiş JN- 131 A KOD 30225038 nömrəli şəhadətnamə tək Firudin Gereyxanovun adı olmuşdur, rayon Aqrar-İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı və ya qərardan çıxarış verilməmişdir. Belə olan halda iddiaçının həmin qərarla təsdiq olunmuş torpaq payı almaq hüququ olan subyektlərin siyahısında kimlərin adı olmasından, onun hüquqlarının pozulmasına səbəb olan halların olmasından məlumatı ola bilməzdi. Əlavədə daha sonra işin mahiyyəti ilə bağlı digər hallara istinad edilməklə göstərilir ki, Firudin Gereyxanov ona məxsus olan həyətyanı torpaq sahəsini həmin sahədə tikdiyi fərdi yaşayış evini və özlərinin birgə yaşadıqları dövrdə əldə etdikləri əmlakı boşanmış arvadı N. Gereyxanova ilə bölgüsü üçün qardaşı M. Gereyxanovun məhkəməyə iddia ərizəsini verməyə hazırlaşdığı zaman bu məsələdən xəbər tutmuş və N. Gereyxanovaya qarşı çıxrışın və texniki pasportun etibarsız hesab edilməsinə dair iddia tələbi ilə xx.xx.2021-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilərək ona müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunduqdan sonra xx.xx.2021-ci il tarixli hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X8 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadın dəyişdifrilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında digər üçüncü şəxslər lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2- 1(118)-906/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, iddiaçı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarının “Xaçmaz rayonu “Yalama” sovxozunun AİK-nın Orta-oba kəndində torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısında 124-cü X5 adında faktiki 0.10 ha torpaq sahəsi qeyd olunmuşdur”dan sonra 125-ci X8 və 126-cı X33 yazılmış hissəsində ləğv edilməsini, yəni Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarının hissəvi olaraq ləğv edilməsini xahiş edir ki, bu da İPM-nin 2.2.1ci maddəsində nəzərdə tutulmuş şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi barədə iddiadır. Belə ki, İPMnin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən isə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM 32.1, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından göründüyü kimi, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının mübahisələndirilən qərarı xx.xx.1998-ci il tarixdə qəbul edilsə də iddiaçının onun hissəvi ləğv edilməsi tələbinə dair xx.xx.2021-ci il tarixli iddia ərizəsi xx.xx.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Birinci instansiya məhkəməsi müvafiq normativ hüquqi aktlara istinad etməklə iddianın mümkün saymaması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı üçüncü şəxslərin aqrar islahat zamanı qeydə alınmış hüquqlarını mübahisələndirir ki, həmin hüquqların mübahisələndirilə bilməsinə qanunvericiliklə müəyyən edilmiş müddət şamil edilmişdir. Həmin müddətin bərpa edilməsinə yol verilmir və məhkəmə hesab edir ki, bu eyni zamanda hüquqi müəyyənlik prinsipi ilədə ziddiyət təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını əsaslı hesab edərək qeyd edir ki, “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli, 313 nömrəli Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə xx.xx.2005-ci il tarixli 226 saylı Fərmanla qüvvədən düşmüşdür. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir.Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Kollegiya qeyd edir ki, mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Kollegiya həmçinin oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış məhkəmə təcrübəsinə (2-1(102)-1577/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərar; 2-1(102)- 1708/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərar) istinadən qeyd edir ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddianın mübahisələndirilən qərarın qəbul edilməsindən 22 idən artıq müddət keçdikdən sonra qaldırılması hüquqi müəyyənlik prinsipinə uyğun olmamaqla apellyasiya şikayətinin mübahisələndirilən qərardan Firudin Gereyxanovun yalnız 2020-ci ilin sonlarında məlumatlı olması, habelə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından sonra bununla bağlı iddia qaldırması barədə dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə, iddianın mümkün sayılmasına əsas ola bilməz. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2-1(118)-906/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-695/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-695/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver