Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-695/2024 12.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Quba rayon Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli, 7 saylı qərarına və JN- 1669 KOD 30319018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən onun mülkiyyətinə verilmiş 0,23 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2-1(118)-774/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək məhkəmə qətnaməsi əsasında Quba rayonu, 1-ci Nügədi kəndi ərazisində yerləşən 0,23 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-M-0217-8/2023 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə edilmiş qətnamələrə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ müəyyən edilməmişdir, o cümlədən hər hansı vəzifə qoyulmamışdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə, Quba rayon Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli, 7 saylı qərarına və JN-1669 KOD 30319018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən onun mülkiyyətinə verilmiş 0,23 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon 1-ci Nügədi kəndində 0,23 ha torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli, 7 saylı qərarına və JN1669 KOD 30319018 saylı Dövlət Aktı əsasən onun xüsusi mülkiyyətinə verilmişdir. Quba Rayon Məhkəməsinin 05 sentyabr 2006-cı il tarixli, 2-478/2006 saylı qətnaməsi ilə X7 iddiası təmin edilərək, digər torpaq sahələri ilə yanaşı JN 1669, kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 0,23 ha torpaq sahəsinin 26 noyabr 2001-ci il tarixdə iddiaçı X1 dair bağlanmış alqı- satqı əqdinin etibarlı hesab edilməsi, həmin torpaq sahələrinin X7 mülkiyyətinə verilməsi, JN 1672, kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair mərhum X5 məxsus və ondan miras qalmış 0,46 ha torpaq sahəsinə vərəsəlik üzrə X7 mülkiyyət hüququnun müəyyən olunması, göstərilən həmin torpaq sahələrinin alqı-satqı və vərəsəlik üzrə X7 adına dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışın verilməsi DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir.Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli, 2(105)- 258/2019 saylı qətnaməsi ilə onun və qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin 05 sentyabr 2006- cı il tarixli, 2-478/2006 saylı qətnaməsi qismən –ona dair hissədə ləğv olunmuş, iddiaçı X7 ona qarşı torpaq sahəsinin alqı-satqı əqdinin etibarlı hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 4797/2019 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi ilə əqd etibarlı hesab edildiyi üçün cavabdeh tərəfindən Quba rayonu Birinci Nügədi kəndində yerləşən 0.23 ha torpaq sahəsinə dair JN-1669 KOD 30319018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na Quba Rayon Məhkəməsinin 05 sentyabr 2006-cı it tarixli 2-478 saylı qətnaməsinə əsasən dövlət reyestrindən X7 adına 18 oktyabr 2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********12 reyestr nömrəli çıxarış verilmişdir. Lakin həmin qətnamə ləğv edildikdən sonra B.Musayev məhkəməyə müraciət edərək Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə JN 1669, kod 30319018 saylı mülkiyyət hüququna dair dövlət aktı ilə onun mülkiyyətinə verilmiş Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,23 ha torpaq sahəsinin üzərində mövcud olan ümumi dəyəri 55440 manat 140 ədəd alma ağacının və ümumi dəyəri 17280 manat olan 12 ədəd gilas ağacının əvəzinə 72720 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi 2(103)-3737/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə bu torpaq sahəsinin ona məxsus olması və B.Musayevin həmin ərazidən özünə məxsus olaıı ağacları çıxarması qət edilmiş, qətnamə Ali Məhkəmənin Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi qanun qüvvəsini almış məhkəmə aktları ilə qeyd edilən, torpaq sahəsinin onun mülkiyyətində olması öz təsdiqini tapmışdır. Hazırda bu torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarını təsdiqləyən Dövlət aktı mövcuddur, qüvvədədir və ləğv olunmamışdır. İddiaçı məhkəmə prosessləri başa çatdıqdan sonra cavabdeh təşkilata müraciət edərək qeyd edilən torpaq sahəsinə dair onun adına çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə onun müraciəti müsbət həll edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirilir ki, İddiaçı məhkəmə qətnamələri əsasında Quba rayonu, 1-ci Nügədi kəndi ərazisində yerləşən 0.23 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-M-0217-8/2023 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Bildiririk ki, ərizənizə əlavə edilmiş qətnamələrə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ müəyyən edilməmişdir, o cümlədən hər hansı vəzifə qoyulmamışdır. Göstərilənləri nəzərə alaraq ərizənizin icrası mümkün olmamışdır. İddia ərizəsindən göründüyü kimi “Daşınmaz əmlakın döviət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlakın hüquqi statusunu müəyyən edən, hüquqların dövlət qeydiyyatına əsas olan hüquq müəyyənedici sənədlər mövcud deyildir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilmişdir ki, iddia ərizəsində mülkiyyət hüquqları tələb olunan 0.23 ha torpaq sahəsi xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********12 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən 5.410984 ha tərkibində olaraq X7 mülkiyyətinə verilmişdir. Sonradan həmin torpaq sahəsindən 0.23 ha hissəsi (tərkibində İddiaçı tərəfindən tələb olunan 0.23 ha torpaq sahəsinin bir hissəsi) Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, 4Ə-504 reyestr nömrəli alqı-satqısı müqaviləsi əsasında X2 və sonuncunun adına xx.xx.2018-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********47 reyestr nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Yerdə qalan 5.18098 ha hissəyə X7 adına xx.xx.2018-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli dövlət reyestrindən çıxarış verilmişdir”. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, iddia ərizəsində göstərilən qətnamələrdə çıxarışların ləğvi və mülkiyyət hüquqların bərpası əks olunmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-1507/2024 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, iddiaçının faktiki istifadəsində torpaq sahəsi mövcud deyil, iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatları naturadan (yerdən) götürülmüşdür, (sxematik xəritə və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə olunmuşdur) JN 1669, KOD 30319018 torpağa mülkiyyət hüququna dair Dövlət Aktı torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmadığından həmin torpaq sahəsinin iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi ilə uyğun olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir. Həmçinin, iddiaçının iddia etdiyi torpaq sahəsi baza məlumatlarına əsasən **********05 reyestr nömrəli çıxarışa əsasən X7 mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşür. Bundan başqa iddiaçının iddia etdiyi torpaq sahəsi baza məlumatlarına əsasən Kənd Təsərrüfatı təyinatlı olub uqodiyası çoxillik əkmədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2-1(118)-774/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim C.Məmmədov) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mövcud mübahisənin ədalətli həll edilməsi məqsədilə məhkəmə tərəfindən mütəxəssis rəyi alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-1507/2024 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, iddiaçının faktiki istifadəsində torpaq sahəsi mövcud deyil, iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatları naturadan (yerdən) götürülmüşdür, (sxematik xəritə və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə olunmuşdur.) JN 1669, KOD 30319018 torpağa mülkiyyət hüququna dair Dövlət Aktı torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmadığından həmin torpaq sahəsinin iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi ilə uyğun olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir. Həmçinin, iddiaçının iddia etdiyi torpaq sahəsi baza məlumatlarına əsasən **********05 reyestr nömrəli çıxarışa əsasən X7 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bundan başqa iddiaçının iddia etdiyi torpaq sahəsi baza məlumatlarına əsasən Kənd Təsərrüfatı təyinatlı olub uqodiyası çoxillik əkmədir. Belə olan halda məhkəmə hesab edir ki, indiki halda iddia tələbi qanunun tələbinə əsasən təmin edilə bilməz. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə rəyə istinadən belə qənaətə gəlmişdir ki, indiki halda iddia tələbi qanunun tələbinə əsasən təmin edilə bilməz, göründüyü kimi məhkəmə araşdırması nəticəsində iddiaçının iddia etdiyi torpaq sahəsinin qanunauyğun qaydada verilməməsi öz təsdiqini tapmışdır. Məhkəmənin bu yanaşması tam əsassızdır, belə ki, torpaq sahəsi ona dövlət aktı əsasında verilmişdir ki, həmin akta istinadən cavabdeh əqdin etibarlı hesab olunması barədə məhkəmə qətnaməsindən sonra B.Musayevin adına çıxarış vermiş və həmin torpaq sahəsini çıxarışa daxil etmişdir. Torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün deyilsə, o halda mütəxəssis rəylə həmin torpaq sahəsinin B.Musayevə verilmiş çıxarışda olan torpaq sahəsi ilə üst-üstə düşdüyünü bildirir və ziddiyyətli rəy verir, lakin məhkəmə həmin rəyə tənqidi yanaşmaq əvəzinə onu mötəbər sübut kimi qiymətləndirir, birtərəfli mövqe nümayiş etdirir. Bundan başqa ona torpaq sahəsinin ayrılmasını təsdiqləyən sənəd dövlət aktıdır, həmin akt qüvvədədir və bu akta əsasən məhkəmə aktları qəbul olunmuş və həmin məhkəmə aktları da qanuni qüvvəsini almışdır, dövlət aktında ona ayrılan torpaq sahəsinin təyinatı və koordinatları da daxil edilmişdir. Lakin məhkəmə həmin məhkəmə aktları ilə müəyyən edilmiş halları nəzərə almadan özünün subyektiv yanaşması ilə hazırki mübahisəyə qiymət vermişdir. Məhkəmə qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində sadalanan məlumat arasında uyğunsuzluq müəyyən edilmişdir, belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sanəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanuni olmuşdur. Məhkəmənin bu yanaşması da tam əsassızdır, belə ki, məhkəmə cavabdeh orqanın imtinasının əsaslarını yoxlamaqla bu mübahisəyə qiymət verməli idi, belə ki, həm ona ünvanlanan imtinada, həm də iddia ərizəsinə verilmiş etirazda cavabdeh orqan imtinasını onunla əsaslandırmışdır ki, ərizəyə əlavə edilmiş qətnamələrə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ müəyyən edilməmişdir, o cümlədən hər hansı vəzifə qovulmamışdır. Göstərilənləri nəzərə alaraq ərizənizin icrası mümkün olmamışdır. İddia ərizəsindən göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlakın hüquqi statusunu müəyyən edən, hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər mövcud deyildir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilmişdir ki, iddia ərizəsində mülkiyyət hüquqları tələb olunan 0.23 ha torpaq sahəsi xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********12 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən 5.410984 ha tərkibində olaraq X8 mülkiyyətinə verilmişdir. Sonradan həmin torpaq sahəsindən 0.23 ha hissəsi (tərkibində İddiaçı tərəfindən tələb olunan 0.23 ha torpaq sahəsinin bir hissəsi) Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, 40-504 reyestr nömrəli alqı-satqısı müqaviləsi əsasında X2 və sonuncunun adına xx.xx.2018-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********47 reyestr nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Yerdə qalan 5.18098 ha hissəyə X8 adına xx.xx.2018-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli dövlət reyestrindən çıxarış verilmişdir”. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta уetirilməyincə həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, iddia ərizəsində göstərilən qətnamələrdə çıxarışların ləğvi və mülkiyyət hüquqların bərpası əks olunmamışdır. Göründüyü kimi məhkəmə araşdırması zamanı etirazda qoyulan dəlillər öz təsdiqini tapmamışdır, belə ki, mütəxəssis rəyindən bəlli olmuşdur ki, B.Musayev ona məxsus olan torpaq sahəsini satmamış və həmin torpaq sahəsi hazırda B.Musayevin adına olan çıxarışda göstərilən torpaq sahəsinin hüdudları daxilindədir. Bundan başqa ona məxsus torpaq sahəsinin üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına əsas olan məhkəmə qətnaməsi ləğv edilmiş və əqdin etibarlı hesab edilməsi hissəsində iddia rədd edilmişdir. Həmin qətnamənin icrası fonunda cavabdeh onun mülkiyyətində olan torpaq sahəsini ümumi çıxarışa daxil olan torpaq sahəsindən ayırmaqla onun adına bununla bağlı yeni çıxarış verməli idi və dövlət aktı əsasında onun mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almalı idi, lakin cavabdeh bunu etməmişdir. Tərəfindən cavabdeh orqanın verdiyi çıxarışa qüvvədə olan qətnamə əsasında dəyişikliyin edilməsi ilə bağlı iddia ərizəsi ilə Quba rayon məhkəməsinə və Sumqayıt İnzibati məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş, lakin hər iki məhkəmə onun iddia tələbini mümkünsüz hesab etmiş və bununla bağlı qərardad qəbul edilmişdir. Göründüyü kimi qanuni qüvvəsini almış mənkəmə qətnaməsi olduğu halda o dövlət aktına əsasən ona məxsus olan torpaq sahəsinə çıxarış ala bilmir və bu da onun mülkiyyət hüquqlarının pozulmasına xidmət etmişdir. Onu da qeyd etmişdir ki, o, cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi və torpaq sahəsinə dair onun adına çıxarışın verilməsi də bağlı Quba rayon məhkəməsinə müraciət elmiş, onun iddiası təmin olunmamış, bu barədə Quba rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-2315/2020 saylı qərardadı ilə qətnamə ləğv olunmuş və həmin mübahisəyə inzibati qaydada baxılmalı olduğu üçün iş üzrə icraata xitam verilmişdir. O, bu səbəbdən həmin torpaq sahəsinə dair onun adına çıxarışın verilməsi ilə bağlı inzibati məhkəməyə müraciət etmişdir. Əgər məhkəmə onun adına çıxarışın verilməsində əngəl kimi cavabdehin adında olan çıxarışı səbəb kimi göstərmişsə, ona hüquqi yardım etməklə həmin çıxarışın ləğvini də məhkəmədə qaldırmağını və bununla bağlı iddia tələbi həcminin artırılması barədə ərizə verməyi hüquqi yardım olaraq ona təklif etməli idi, lakin məhkəmə bunu etməmiş və görünür məqsəd onun iddia tələbini rədd etmək olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıya hüquqi yardım edilsədə, iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr; ...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı məhkəmə qətnaməsi əsasında Quba rayonu, 1-ci Nügədi kəndi ərazisində yerləşən 0,23 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən bundan imtina edilərək, imtinanın əsası kimi ərizəyə əlavə edilmiş qətnamələrə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun müəyyən edilməməsi, o cümlədən hər hansı vəzifə qoyulmaması olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu qərarında onunla əsaslandırmışdır ki, mövcud mübahisənin ədalətli həll edilməsi məqsədilə məhkəmə tərəfindən mütəxəssis rəyi alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli 3-21-3-34/2- 1507/2024 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, iddiaçının faktiki istifadəsində torpaq sahəsi mövcud deyil, iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatları naturadan (yerdən) götürülmüşdür, (sxematik xəritə və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə olundu.) JN 1669, KOD 30319018 torpağa mülkiyyət hüququna dair Dövlət Aktı torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmadığından həmin torpaq sahəsinin iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi ilə uyğun olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir. Həmçinin, iddiaçının iddia etdiyi torpaq sahəsi baza məlumatlarına əsasən **********05 reyestr nömrəli çıxarışa əsasən X7 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bundan başqa iddiaçının iddia etdiyi torpaq sahəsi baza məlumatlarına əsasən Kənd Təsərrüfatı təyinatlı olub uqodiyası çoxillik əkmədir. Belə olan halda məhkəmə hesab etmişdir ki, indiki halda iddia tələbi qanunun tələbinə əsasən təmin edilə bilməz. Eyni zamanda birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması nəticəsində iddiaçının iddia etdiyi torpaq sahəsinin qanunauyğun qaydada verilməməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə araşdırması nəticəsində iddiaçının iddia etdiyi torpaq sahəsinin qanunauyğun qaydada verilməməsinin öz təsdiqini tapdığını qeyd etsə də, belə bir araşdırmanın aparılması müəyyən edilmir. Ümumiyyətlə belə bir araşdırmaya zərurətin olması da müəyyən edilmir. Ama məhkəmə kollegiyası hesab edir ki, işin araşdırılan digər halları iddianın rədd edilməsi üçün əsas təşkil etdiyi üçün birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. İşdən görünür ki, iddiaçı Quba rayon Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli, 7 saylı qərarına və JN1669 KOD 30319018 saylı Dövlət Aktına əsasən onun xüsusi mülkiyyətinə verilmiş Quba rayon 1-ci Nügədi kəndində 0,23 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. Hansı ki, həmin torpaq sahəsi mülki məhkəmə icraatı qaydasında mübahisə predmeti olmuşdur. Cavabdeh inzibati orqan qeyd edir ki, iddia ərizəsində mülkiyyət hüquqları tələb olunan 0.23 ha torpaq sahəsi xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********12 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən 5.410984 ha tərkibində olaraq X7 mülkiyyətinə verilmişdir. Sonradan həmin torpaq sahəsindən 0.23 ha hissəsi (tərkibində İddiaçı tərəfindən tələb olunan 0.23 ha torpaq sahəsinin bir hissəsi) Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, 4Ə-504 reyestr nömrəli alqı-satqısı müqaviləsi əsasında X2 və sonuncunun adına xx.xx.2018-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********47 reyestr nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Yerdə qalan 5.18098 ha hissəyə X7 adına xx.xx.2018-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli dövlət reyestrindən çıxarış verilmişdir”. Məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi ilə də iddiaçının iddia etdiyi torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olduğu öz təsdiqini tapmışdır. Bu isə iddianın təmin edilməməsi üçün əsas təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı düzgün hüquq müdafiə vasitəsi seçməmişdir. İddiaçı qeyd edilən dövlət aktına və məhkəmə qərarlarına əsasən mülkiyyət hüuqunun dövlət qeydiyyatına alınmasını istəyir. Lakin həmin torpaq sahəsi dövlət reyestrində başqa şəxsin adına qeydə alınıbsa, ilkin olaraq həmin qeydin silinməsi tələb edilməlidir. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, əgər məhkəmə onun adına çıxarışın verilməsində əngəl kimi cavabdehin adında olan çıxarışı səbəb kimi göstərmişsə, ona hüquqi yardım etməklə həmin çıxarışın ləğvini də məhkəmədə qaldırmağını və bununla bağlı iddia tələbi həcminin artırılması barədə ərizə verməyi hüquqi yardım olaraq ona təklif etməli idi. Bu qeyd edilənlər iddiaçıya hüquqi yardım edən şəxsin inzibati məhkəmə icraatı və praktikasından tam məlumatlı olmadığını göstərir. Bu kateqoriya işlərdə məhkəmədə qaldırılan iddia tələbi ilə bağlı ilkin olaraq səlahiyyətli inzibati orqana müraciət edilməsi iddianın mümkünlük şərtlərindən birini təşkil edir. Hazırkı halda iddiaçı ilkin olaraq inzibati orqana düzgün tələblə müraciət etməmişdir. İddiaçı onun iddia etdiyi torpaq sahəsinə verilmiş mülkiyyət sənədlərinin və müvafiq qeydlərin ləğvinə nail olduqdan sonra öz hüququnun qeydiyyatını tələb edə bilər. Hər bir halda məhkəmə kollegiyası hesab edir ki, məhkəməyə təqdim edilmiş mütəxəsis rəyi ilə cavabdeh inzibati orqanın imtinasının qanuni olması öz təsdiqini tapdığı üçün birinci instansiya məhkəməsinin qərarı əsaslı olmuşdur. Beləliklə qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçıya izah edilsin ki, inzibati məhkmə icraatının formalaşmış praktikasına uyğun olaraq cavabdeh inzibati orqana yenidən müraciət edərək, iddia etdiyi torpaq sahəsi ilə bağlı digər şəxslərin adlarına aparılmış qeydləri və müvafiq sənədləri mübahisələndirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2-1(118)-774/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-695/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-695/2024
12.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver