Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-697/2025 28.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Axundov Toğrul Bəhruz oğlu və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli 2-1(118)-1087/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən verilmiş sorğulara cavab olaraq təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər: İddiaçı məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletinin, xx.xx.1984-cü il tarixli əmək kitabçasının surəti. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin "xxxx" X2 Tikinti İdarəsi və İddiaçı arasında xx.xx.2011-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 2 saylı əlavə və dəyişiklik, xx.xx.2011-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 6 saylı əlavə. İddiaçı "xxxx" İstehsalat Birliyində işlədiyi xx.xx.2022-xx.xx.2022-ci il dövr üzrə haqq-hesab vərəqəsi. "xxxx" X1-Polietilen Zavodunun kadrlar şöbəsinin 22 fevral 2023-cü il tarixli 66 nömrəli arayışından görünür ki, İddiaçı 16 aprel 2001-ci il tarixdən 31 dekabr 2005-ci il tarixədək tam iş günü "xxxx" İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun təmir quraşdırma sexində spirt, divinil və kauçuk istehsalatları üzrə quraşdırıcı çilingər peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının Vİİİ saylı bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahı üzrə (spirtlər, butadien sintetik kauçuklar) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. "xxxx" X1-Polietilen Zavodunun kadrlar şöbəsinin 22 fevral 2023-cü il tarixli 67 nömrəli arayışından görünür ki, İddiaçı 1 yanvar 2006-cı il tarixdən 28 iyun 2010-cu il tarixədək tam iş günü "xxxx" İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun mexaniki təmir və quraşdırma sexində spirt, divinil və kauçuk istehsalatları üzrə quraşdırıcı çilingər peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarının 8-ci bölməsinin 8.1.1-ci bəndinə əsasən (spirtlər, butadien sintetik kauçuklar) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 1 mart 2024-cü il tarixli 3-17- 1/2-B-51547/2024 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” İddiaçı göndərilmiş məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən İddiaçı güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. "xxxx" İstehsalat Birliyi “Təmir-tikinti” İdarəsinin 26 fevral 2025-ci il tarixli 04-124 nömrəli məktubundan görünür ki, İddiaçı 21 yanvar 2011-ci il tarixdən 20 iyun 2019-cu il tarixədək Təmirtikinti İdarəsinin 2 saylı Mexaniki quraşdırma sahəsində 05-ci dərəcəli quraşdırıcı-çilingər, 21 iyun 2019-cu il tarixdən hal-hazıra kimi təmirçi çilingər peşəsində çalışır. SOCAR-ın Mərkəzi Attestasiya Komissiyasının xx.xx.2020-ci il tarixli protokolunu rəhbər tutaraq 2 saylı Mexaniki quraşdırma sahəsinin təmirçi-çilingərlərinə iş şəraitinin amillərinə (dəmir tozu, səs səviyyəsi) əsasən əmək şəraitinə görə vəzifə (tarif) maaşına əlavə artım əmsalı (1,04%) ödənilir və məzuniyyət müddəti “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli 92 nömrəli qərarına əsasən verilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 yanvar 2024-cü il tarixli, 3-17-1/2-441/2024 nömrəli SOCAR "xxxx" İstehsalat Birliyinə göndərilmiş məktubundan görünür ki, İddiaçı 21 yanvar 2011-ci il tarixdən bugünədək “Azərikimya” İstehsalat Birliyinin Təmir-tikinti İdarəsinin 2 saylı mexaniki quraşdırma sahəsində işlədiyi təmirçi çilingər peşəsi yuxarıdakı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”da qeyd edilən yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri peşəsinə uyğun deyil. Eyni zamanda adıçəkilən şəxsin işlədiyi Təmir-tikinti İdarəsinin 2 saylı mexaniki quraşdırma sahəsi Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər sahəsinə uyğun deyil. Belə ki, onun güzəştli iş stajı 12 il 6 aydan az (9 il 2 ay 12 gün (16 aprel 2001-ci il - 28 iyun 2010-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçının tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşından güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəlilləri işin hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1963-cü il tarixdə anadan olmuş və 1981-1983-cü illərdə sovet ordusu sıralarında xidmət etmiş və hərbi xidmətini başa vurduqdan sonra bir sıra müəssisələrdə çalışmış və 16 aprel 2001-ci il tarixdə isə Azərbaycan Dövlət Neft Şirkətinin "xxxx" istehsalat birliyinin nəzdində olan “Sintezkauçuk” zavodu təmir quraşdırma sexinə spirt, divinil və kauçuk istehsalı üzrə quraşdırıcı çilingər vəzifəsində işə qəbul olunmuş, həmin zavodun mexaniki təmir və quraşdırma sexində 28 iyun 2010-cu il tarixə kimi əmək funksiyasını yerinə yetirmişdir. Azərbaycan Respublikasının Prezidentinin 2 aprel 2010-cu il tarixli, 829 saylı sərəncamı ilə "xxxx" Dövlət Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində verilmiş və 22 aprel 2010-cu il tarixli, 258 saylı Fərmanı ilə "xxxx" istehsalat birliyi kimi bu şirkətin strukturuna daxil edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 28 aprel 2010-cu il tarixli, 56 saylı Əmri ilə "xxxx" istehsalat birliyinin “Sintezkauçuk” və “Etilen Politilen” zavodlarının bazasında “Etilen Politilen” zavodu yaradılmışdır. İddiaçı 29 iyun 2010-cu il tarixdə bu zavodun 66 saylı quraşdırma sexinə 5-ci dərəcəli quraşdırıcı çilingər keçirilmiş və işlədiyi müəssisənin adının dəyişməsi səbəbindən 19 yanvar 2011ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş və iddiaçının işlədiyi müəssisənin adı dəyişdirilərək "xxxx" istehsalat birliyinin Təmir Tikinti İdarəsi adlandırılmış və iddiaçı 21 yanvar 2011-ci il tarixli əmrlə həmin idarənin 2 saylı mexaniki quraşdırma sahəsinə 5-ci dərəcəli quraşdırıcı çilingər vəzifəsinə qəbul edilmişdir. 2013-2019-cu illərdə həmin müəssisədə qaz kəsicisi kimi işləmiş və 21 iyun 2019-cu il tarixdə isə həmin sahəyə 5-ci dərəcəli təmirçi çilingər vəzifəsinə keçirilmiş və hazırda da bu sahədə əmək fəaliyyətini davam etdirir. İddiaçının əmək kitabçasında müxtəlif vaxtlarda iş yerinin dəyişdirilməsi barədə əmrlər qeyd olunsa da, iddiaçı eyni müəssisədə işləmiş və bu əmrlərdə qeydlər işlədiyi müəssisənin tabeçiliyinin və adının dəyişdirilməsi ilə bağlı verilmiş əmrlərə əsasən aparılmışdır. Yəni iddiaçının bu gün də işlədiyi sahə zərərli iş sahəsi hesab olunur və onunla işlədiyi Təmir Tikinti İdarəsi arasında bağlanmış 21 yanvar 2011-ci il tarixli əmək müqaviləsinə 4 saylı əlavədə də müəssisə rəhbərliyi iddiaçıya işlədiyi sahənin zərərli iş sahəsi olması ilə bağlı 23,25 manat aylıq əmək haqqına əlavənin hesablanmasını qeyd etmişdir. Bundan başqa iddiaçı zərərli iş sahəsində çalışan işçilərə müəssisə tərəfindən tətbiq olunan bir sıra təyinatlardan da istifadə edir. İddiaçı bu gün də spirt, divinil və kauçuk istehsalı ilə məşğul olan bir müəssisədə çilingər vəzifəsində çalışır və bu hal da ona dəlalət edir ki, iddiaçının bu sahədə işlədiyi 14 il də zərərli iş sahəsi kimi qəbul edilməlidir. İddiaçı 28 iyun 2010-cu il tarixdən sonrakı dövr üzrə işlədiyi iş sahəsinin zərərli işlər siyahısına aid edilməsi və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli, 12 saylı Qərarının 8-ci bölməsinin 8.1.1-ci bəndinin təsiri altına düşməsi barədə rəsmi arayış "xxxx" istehsalat birliyi tərəfindən cavabdeh orqana göndərilmiş, lakin həmin göndərişə düzgün cavab verilməmiş və iddiaçının zərərli iş sahəsindəki əmək fəaliyyəti düzgün hesablanmamışdır. Buna görə də iddiaçı müvafiq sənədləri toplayaraq öz adından ərizə ilə cavabdehə müraciət edərək, onun stajını və zərərli iş sahəsində uzun müddətli əmək fəaliyyətini nəzərə alaraq 60 yaşdan güzəştli əsaslarla əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin ünvanlanan 1 mart 2024-cü il tarixli məktubunda cavabdeh bu müraciətini təmin etməmiş və cavab məktubunda göstərmişdir ki, iddiaçının güzəştli əmək stajı yoxdur. Cavabdehin imtinası qanunsuz hesab olunmalı və ona hüququnun yarandığı vaxtdan – 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1, 7, 9, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 31.1, 32.1, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.1, 2.2.2, 14.1, 14.2, 35.1-ci maddələrinə istinad olunmuşdur. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, imtina məktubunda qeyd edilən hallara istinad etmiş, iddianın təmin edilməməsini xahiş etmişdir. 17. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7, 9.1,-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1 mart 2024-cü il tarixli, 2-1(102)-668/2024 nömrəli və 6 mart 2024-cü il tarixli, 2-1(102)-584/2024 nömrəli qərarlarına istinad olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Könül Həbibova) xx.xx.2025-ci tarixli 2-1(118)- 1087/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza bərpa işlərinin çilingərləri və həmin bölmənin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndində tikinti çilingərləri və avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər) peşələri nəzərdə tutulub. İddiaçı xx.xx.2011-ci il tarixdən bugünədək “Azərikimya” İstehsalat Birliyinin Təmir-tikinti İdarəsinin 2 saylı mexaniki quraşdırma sahəsində işlədiyi təmirçi çilingər peşəsi yuxarıdakı Siyahıda qeyd edilən yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri peşəsinə uyğun deyil. Eyni zamanda iddiaçının işlədiyi Təmir-tikinti İdarəsinin 2 saylı mexaniki quraşdırma sahəsi Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər sahəsinə uyğun deyil. Belə ki, onun güzəştli iş stajı 12 il 6 aydan az (9 il 2 ay 12 gün (xx.xx.2001-xx.xx.2010-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmçinin məhkəmə öz qərarında qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş "xxxx" İstehsalat Birliyi “Təmir-tikinti” İdarəsinin məktubundan görünür ki, iddiaçı 21 yanvar 2011-ci il tarixdən 20 iyun 2019-cu il tarixədək Təmirtikinti İdarəsinin 2 saylı Mexaniki quraşdırma sahəsində 05-ci dərəcəli quraşdırıcı-çilingər, 21 iyun 2019-cu il tarixdən hal-hazıra kimi təmirçi çilingər peşəsində çalışır. Həmçinin qeyd edilmişdir ki, iş şəraitinin amillərinə əsasən əmək şəraitinə görə vəzifə maaşına əlavə artım əmsalı (1,04%) ödənilir və məzuniyyət müddəti “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”na uyğun olaraq verilir. Odur ki, qeyd edilmiş məktub əsasında iddiaçının güzəştli şərtlərlə iş stajı 14 il 1 ay 7 gün olaraq müəyyən edilir. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Beləliklə, İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan şərt ödənmədiyindən güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş edir. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti müdafiə etdi və bildirdi ki, cavabdehin qəbul etdiyi 9 il 2 ay 12 gün üçün arayış təqdim etdimdir. Digər illərin güzəştli sayılması barədə arayış təqdim etməmişdir. Bu səbəbdən digər illər güzəştli kimi qəbul edilməyib. Bu səbəbdən güzəştli iş stajı 12 il 6 aydan azdır. Odur ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdi və bildirdi ki, iddiaçı daima eyni vəzifədə işləmişdir. Cavabdehin staj illərinin bir hissəsini qəbul edib, qalan hissəsini qəbul etməməsi əsassızdır. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin rədd edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”: Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. İddiaçı tərəfin mövqeyinə görə, o, 16 aprel 2001-ci il tarixdə isə Azərbaycan Dövlət Neft Şirkətinin "xxxx" istehsalat birliyinin nəzdində olan “Sintezkauçuk” zavodu təmir quraşdırma sexinə spirt, divinil və kauçuk istehsalı üzrə quraşdırıcı çilingər vəzifəsində işə qəbul olunmuş, həmin zavodun mexaniki təmir və quraşdırma sexində 28 iyun 2010-cu il tarixə kimi əmək funksiyasını yerinə yetirmiş, daha sonra 29 iyun 2010-cu il tarixdə bu zavodun 66 saylı quraşdırma sexinə 5-ci dərəcəli quraşdırıcı çilingər keçirilmiş və işlədiyi müəssisənin adının dəyişməsi səbəbindən 19 yanvar 2011-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş və iddiaçının işlədiyi müəssisənin adı dəyişdirilərək "xxxx" istehsalat birliyinin Təmir Tikinti İdarəsi adlandırılmış və 21 yanvar 2011-ci il tarixli əmrlə həmin idarənin 2 saylı mexaniki quraşdırma sahəsinə 5-ci dərəcəli quraşdırıcı çilingər vəzifəsinə qəbul edilmişdir. 2013-2019-cu illərdə həmin müəssisədə qaz kəsicisi kimi işləmiş və 21 iyun 2019- cu il tarixdə isə həmin sahəyə 5-ci dərəcəli təmirçi çilingər vəzifəsinə keçirilmiş və hazırda da bu sahədə əmək fəaliyyətini davam etdirir. Bu səbəbdən də ona 60 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Nəzərə alınmalıdır ki, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: - iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; - həmin stajın ən azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması. - Cavabdeh inzibati orqanın mövqeyinə görə iddiaçının güzəştli iş stajı mövcud deyildir. Eyni zamanda, cavabdeh tərəfindən "xxxx" İstehsalat Birliyinə göndərilmiş məktubunda iddiaçının güzəştli iş stajı 9 il 2 ay 12 gün (xx.xx.2001-xx.xx.2010-cu il tarixləri arasındakı dövr) olaraq göstərilmişdir. Digər illərə dair arayış təqdim etmədiyi üçün güzəştli iş stajı kimi nəzərə almırlar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 1 mart 2024-cü il tarixli 3-17- 1/2-B-51547/2024 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” İddiaçı göndərilmiş məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən İddiaçı güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Göründüyü kimi, iddiaçının ümumi sığorta stajı mübahisələndirilmir. Cavabdeh inzibati orqan yalnız ümumi stajın ən azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması ilə bağlı tələbin ödənilmədiyinə əsaslanır. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən etirazın dəlilləri ilə razılaşmır. Belə ki, məhkəməyə təqdim edilmiş "xxxx" İstehsalat Birliyi “Təmir-tikinti” İdarəsinin məktubundan görünür ki, iddiaçı 21 yanvar 2011-ci il tarixdən 20 iyun 2019-cu il tarixədək Təmirtikinti İdarəsinin 2 saylı Mexaniki quraşdırma sahəsində 05-ci dərəcəli quraşdırıcı-çilingər, 21 iyun 2019-cu il tarixdən hal-hazıra kimi təmirçi çilingər peşəsində çalışır. Həmçinin qeyd edilmişdir ki, iş şəraitinin amillərinə əsasən əmək şəraitinə görə vəzifə maaşına əlavə artım əmsalı (1,04%) ödənilir və məzuniyyət müddəti “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”na uyğun olaraq verilir. Odur ki, qeyd edilmiş məktub əsasında iddiaçının güzəştli şərtlərlə iş stajı 14 il 1 ay 7 gün olaraq müəyyən edilir. Eyni zamanda, iddiaçının 16 aprel 2001-ci il tarixdən 31 dekabr 2005-ci il tarixədək "xxxx" İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun təmir quraşdırma sexində spirt, divinil və kauçuk istehsalatları üzrə quraşdırıcı çilingər peşəsində, 1 yanvar 2006-cı il tarixdən 28 iyun 2010cu il tarixədək tam iş günü "xxxx" İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun mexaniki təmir və quraşdırma sexində spirt, divinil və kauçuk istehsalatları üzrə quraşdırıcı çilingər peşəsində əmək fəaliyyəti iş materiallarına əlavə edilmiş "xxxx" X1-Polietilen Zavodunun arayışları, həmçinin əmək kitabçasında mövcud olan məlumat ilə təsdiqlənir. Belə ki, iddiaçının 2010-cu ilədək güzəştli şərtlərlə iş stajı 9 il 2 ay 14 gün təşkil edir. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. Məhkəmə araşdırılması nəticəsində iddiaçının azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən zərərli və ağır olan işlərdə əmək fəaliyyətinin mövcud olduğu təsdiq edilmişdir. Bu isə iddiaçıya 60 yaşının tamam olduğu 19 fevral 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hüququnu verir. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi, qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə, iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qanuni və əsaslı qərar qəbul etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli 2-1(118)-1087/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-697/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-697/2025
28.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver