Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-70/2021 22.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-N(NN8)-726/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N75-ci ildə Xaçmaz şəhərində anadan olmuş və xx.xx.N94-cu ildən xx.xx.N95-ci il tarixinə kimi N saylı hərbi hissədə döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.N93-cü il tarixdən N saylı hərbi hissəyə hərbi xidmətə çağırılmış və xx.xx.N97-ci il tarixində qanuni əsaslarla tərxis olunmuşdur. Bu hərbi hissənin tərkibində bir sıra qaynar döyüş əməliyyatlarında iştirak etmiş, Müharibə veteranı adı və vəsiqəsini almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də xx.xx.20N-cu il tarixli imtina məktubu ilə ona bildirmişlər ki, Müdafiə Nazirliyi arxiv sənədlərində xx.xx.N94-cu ildən xx.xx.N95-ci il tarixinə kimi N saylı hərbi hissədə may–iyun N94-cü il tarixdə pul təminatı cədvəlində pul təminatı ilə təmin olunmağı barədə məlumat olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab etməmişdir. Müharibədə iştrakı, düşmənlə üz-üzə müxtəlif döyüş əməliyyatlarında iştirakı danılmaz faktdır və haqqı olan müharibə veteranı adını hələ də ala bilməmişdir. Cavabdehə təqdim etdiyi sənədlərə istinad etməklə onun müracitini müsbət həll etməli idi. Hesab edir ki, cavabdehin bu hərəkətləri qanunsuz hesab edilməli və müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulmalıdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ərizəsində xx.xx.N94-cü ildən xx.xx.N95-ci il tarixinə kimi N saylı hərbi hissədə döyüş əməliyyatlarında iştirak etdiyini göstərsə də, atəşkəs barədə razılıq olduğundan N94-cü il N2 may tarixindən sonra döyüş əməliyyatları aparılmamışdır. Əsasnaməyə əsasən N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilə bilər. İddiaçı N94-cü il N2 may tarixindən sonra döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almasını göstərmir. İddiaçının xx.xx.N94-cü ildən xx xxx N94-cü ilə kimi N saylı hərbi hissədə döyüş əməliyyatlarında iştirak etməsinə sübutlar toplanmaqla, araşdırılmaqla və tədqiq olunmaqla baxıla bilər. İddia ərizəsində göstərilir ki, Müdafiə Nazirliyinin müvafiq komissiyası arxiv sənədlərində N saylı hərbi hissədə may-iyun N94-cü il tarixdə pul təminatı cədvəlində pul təminatı ilə təmin olunmağı barədə məlumat olmadığına görə iddiaçıya müharibə veteranı adı verilməsini məqsədəuyğun hesab etməmişdir. Məhkəmə qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, məhkəmə iddianın təmin edilməsinin əsası kimi iddiaçının xidmət etdiyi N saylı və N saylı hərbi hissələrin döyüş əməliyyatlarında iştirak etməsini, onun hərbi xidmətini N və N saylı hərbi hissələrdə davam etdirməklə müdafiə nazirinin xx.xx.N97-ci il tarixli əmrinə əsasən ordu sıralarından tərxis olunmasını göstərir. İddiaçının xx xxxxxx N94cü ildən xx xxxxx N94-cü ilə kimi xidmət keçdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. İddiaçı döyüş əməliyyatları aparmış N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına xx xxxxx N94-cü ildə daxil edilmişdir. Deməli, iddiaçı ancaq xx xxxxx N94-cü ildən xx xxx N94-cü ilədək, yəni atəşkəs elan olunan dövrədək döyüşlərdə iştirak etməsini iddia edə bilər. Çünki “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə N94-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müharibə veteranı adının verilməsi nəzərdə tutulur. Şəxsi heyətin siyahısına daxil edilməsi heç də iddiaçının N nömrəli hərbi hissədə xidmət keçməsi və döyüşlərdə iştirak etməsi demək deyildir. İddiaçının N nömrəli hərbi hissənin may-iyun N94-cü il tarixdə pul təminatı cədvəlində pul təminatı ilə təmin olunmağı barədə məlumat yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər X2 “Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasının katibinə ünvanladığı xx.xx.20N-cu il tarixli 9/2-8NN0 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx xxxxx N94-cü il tarixli N07 №-li əmrilə xx xxxxx N94-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında iddiaçının Müdafiə nazirinin xx.xx.N94-cü il tarixli 4N6 №-li əmrinə əsasən komandirin xx.xx.N95-ci il tarixli 27 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır.İddiaçının xidmət yerini özbaşına tərk etməsinin başlanığıc anı məlum deyildir. “Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N94-cü il tarixli 4N6 №-li əmrindən çıxarışdan” görünür ki, həmin əmr Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradıldığı vaxtdan xidmət yerlərini özbaşına tərk etmiş hərbi qulluqçulara verilmiş geyim əşyalarının “Forma-İl” aktı üzrə silinməsi ilə əlaqədardır. Əmrdə göstərilir ki, aktlara onların (hərbi hissəsini özbaşına tərk etmiş hərbi qulluqçuların) hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə hərbi hissə komandirinin əmrinin surəti əlavə edilməlidir. Müdafiə Nazirliyi İşlər X2 xx.xx.20N-cu il tarixli 9/2-8NN0 nömrəli məktubunda göstərilir ki, Ş.H.Q.M-dən gəlmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx xxxxxx N95-ci il tarixli 43 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək 2-ci MAT-da atıcı vəzifəsinə təyin olunmuşdur. Ş.H.Q.M-X4 Məntəqəsi idi və hərbi hissəni, xidmət yerini özbaşına tərk etmiş, xidmət yerinə qayıtmamış hərbi qulluqçuların yenidən hərbi xidmətə göndərilməsi məqsədi ilə yaradılırdı. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2006-cı il tarixli 396 №-li Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2006-cı il tarixli 396 №-li Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müvafiq normalarının tələblərini nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bunun nəticəsində isə prosessual normalar pozulmuşdur. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi XN apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı həqiqətən də Müdafiə nazirinin xx.xx.N94-cü il tarixli əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx xxxxxx N95-ci il tarixli 27 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır, lakin sonradan İddiaçı N və N saylı hərbi hissələrdə davam etdirməklə, Müdafiə nazirinin xx.xx.N97-ci il tarixli əmrinə əsasən ordu sıralarından tərxis olunub. Nəzərə alınmalıdır ki, həmin dövrə İddiaçı xidmət etdiyi N saylı və N saylı hərbi hissələr döyüş əməliyatlarında iştrak etmişdirlər. Məhkəmə İddiaçı hərbi hissəni özbaşına tərk etməsi ilə gətirilən arqumentə münasibətdə hesab edir ki, İddiaçı bu əməlinə görə cinayət təqibinə cəlb edilmədiyinə görə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin qeyd hissəsinin bu mübahisəyə tətbiq edilməsi düzgün deyil. Çünki “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş şəxslərə müharibə veteranı statusu verilə bilməz. Göründüyü kimi, İddiaçı döyüş əməliyyatlarında iştrak edən zaman yuxarıda qeyd olunan qanunun qeyd hissəsində göstərilən əməllərə görə məsuliyyətə cəlb edilməyib, əksinə xidmətini digər döyüşən hərbi hissədə davam etdirməklə Müdafiə nazirinin xx.xx.N97-ci il tarixli əmrinə əsasən ordu sıralarından tərxis olunub. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir.Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cümlədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N95-ci il tarixli, 2N6 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın N-dən N94-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Əsasnamənin N-ci hissəsinin dördüncü bəndinə əsasən, bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, (...) tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya iddiaçıya müharibə veteranı adının verilməsindən əsaslı olaraq imtina etmişdir. Belə ki, İddiaçı iddia ərizəsində xx.xx.N94-cü ildən xx.xx.N95-ci ilə kimi N saylı hərbi hissədə döyüş əməliyyatlarında iştirak etdiyini göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N95-ci il tarixli, 2N6 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən, xx xxx N94-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilə bilər. İş materiallarından isə iddiaçının xx xxx N94-cü ildən sonra döyüş əməliyyatları ilə əlaqədar xəsarət alması faktı müəyyən edilmir. İddiaçı özü də belə bir halı mübahisələndirmir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən, iddiaçının N saylı və N saylı hərbi hissələrin döyüş əməliyyatlarında iştirak etdiyini, hərbi xidmətini N və N saylı hərbi hissələrdə davam etdirməklə müdafiə nazirinin xx.xx.N97-ci il tarixli əmrinə əsasən ordu sıralarından tərxis olunmasına istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, iddiaçının xidmət etdiyi N saylı hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. N saylı hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir ki, iddiaçı həmin hərbi hissənin şəxsi heyətinin siyahısına xx xxxxx N94-cü ildə daxil edilmişdir. Belə olan halda, iddiaçıya müharibə veteranı adının verilməsi üçün onun xx xxxxx N94-cü ildən xx xxx N94-cü ildən tarixədək döyüş əməliyyatlarında iştirak etməsi faktı sübut olunmalıdır. Müdafiə Nazirliyi İşlər X2 xx.xx.20N-cu il tarixli 9/2-8NN0 nömrəli məktubunda göstərilir ki, X4 Məntəqəsindən gəlmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx xxxxxx N95ci il tarixli 43 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək 2-ci MAT-da atıcı vəzifəsinə təyin olunmuşdur. Cavabdeh inzibati orqan isə X4 Məntəqəsinin hərbi hissəni, xidmət yerini özbaşına tərk etmiş, xidmət yerinə qayıtmamış hərbi qulluqçuların yenidən hərbi xidmətə göndərilməsi məqsədi ilə yaradıldığını göstərir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər X2 xx xxxxxxxx 20N-cu il tarixli 9/2-N276N saylı arayışından görünür ki, N №-li hərbi hissənin may-iyun N94-cü il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəllərində İddiaçı pul təminatı ilə təmin olunması barədə məlumat aşkar olunmamışdır. Cavabdeh iddiaçıya imtina cavabı verərkən qeyd edilən arayışı əsas götürmüşdür. İş materiallarından görünür ki, N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx xxxxx N94-cü il tarixli N07 №-li əmrilə xx xxxxx N94-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir.N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında iddiaçının müdafiə nazirinin xx.xx.N94-cü il tarixli 4N6 №-li əmrinə əsasən komandirin xx.xx.N95-ci il tarixli 27 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx xxxxx N94-cü ildən xx xxx N94-cü ilədək olan müddət ərzində döyüş əməliyyatlarında iştirak etməsi iş materialları ilə müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-N(NN8)-726/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cümaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-N(NN8)-726/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası təmin edilməsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-70/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-70/2021
22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver