Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-700/2022 01.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Şabran rayonu Pirəmsən bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi, İddiaçı, cavabdeh Şabran rayonu Pirəmsən bələdiyyəsinin sədri X1 iştirakları ilə İddiaçı cavabdeh Şabran rayonu Pirəmsən bələdiyyəsinə qarşı Şabran rayon Pirəmsən bələdiyyəsinin 26 yanvar 2007-ci il tarixli Qərarının və torpaq sahəsinin plan və ölçüsünün ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2245/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Şabran rayonu Pirəmsən bələdiyyəsinə qarşı iddia qaldıraraq “onun mərhum anası X2 Şabran rayonu Pirəmsən kəndi ərazisindən 1200 kvadrat metr torpaq sahəsinin ayrılmasına dair Şabran rayon Pirəmsən bələdiyyəsinin 26 yanvar 2007ci il tarixli Qərarının və torpaq sahəsinin plan və ölçüsünün ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Şabran (Dəvəçi) rayon Pirəmsən Bələdiyyəsinin 26 yanvar 2007-ci il tarixli Qərarı ilə iddiaçının mərhum anası X2 Şəhid anası kimi Şabran rayonu Pirəmsən kəndi ərazisindən 1200(bir min iki yüz) kvadrat metr torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi ayrılarkən müvafiq dövlət orqanları ilə razılaşdırılmış, rəylər alınmış və anası tərəfindən Şabran rayon Pirəmsən bələdiyyəsinin kassasına alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi məqsədi ilə xx.xx.2007-ci ildə vəsait ödənilmişdir. Aparılmış bu işlərlə bağlı bütün sənədlər anasında olmuş, lakin anası xx.xx.2011-ci ildə dünyasını dəyişmişdir. Anasının vəfatından sonra ondan miras qalan əmlakları faktiki qəbul etmiş və Şabran rayon Məhkəməsinin 16 iyul 2012-ci il tarixli 2(031)-409/2012 saylı qətnaməsinə əsasən mirasın tərəfindən qəbul edilməsi faktı tanınmaqla anasından miras qalan əmlaklar üzərində vərəsəlik hüququ ona keçmişdir. Lakin anasına Şəhid anası kimi Şabran rayon Pirəmsən kəndində verilmiş 1200 kv.m. torpaq sahəsinə dair sənədlər tapılmadığı üçün iddiçı bu torpaq sahəsinin də adına rəsmiləşdirilməsini həyata keçirə bilməmişdir. Həmin sənədlərin onda yalnız kserosurəti var və iddiaçı sənədlərin təkrar verilməsi ilə bağlı cavabdeh Şabran rayon Pirəmsən Bələdiyyəsinə müraciət etdikdə ona həmin sənədlərin əslinin yalnız iddiaçıda olduğunu və sənədlərə dair arxivin onlarda olmadığı bildirilmiş, iddiaçının müraciəti əsasında Şabran rayon İcra hakimiyyətindən və Xaçmaz Regional Ədliyyə İdarəsindən aldığı cavab məktublarından aydın olmuşdur ki, bələdiyyədə olan sənədlər AR Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi tərəfindən tələb edilmiş və sonradan geri qaytarılmamışdır, sənədlər Arxivə təhvil verilməmişdir və bu səbəbdən də həmin sənədlərin verilməsi ilə bağlı mübahisəni məhkəmə qaydasında həll edə bilər. Artıq xeyli müddət davam edən bu yazışmalar onu sübut edir ki, iddiaçı surəti onda olan sənədlərin əslini əldə edə bilmir və bu məsələnin yeganə həlli yolu məhkəmə qaydasında mümkündür. Torpaq sahəsinin ayrılmasına dair ilkin sənədlər (rəylər, razılaşmalar və s.) Şabran rayon Pirəmsən bələdiyyəsinə təqdim olunmuş və onun əsasında işə torpaq sahəsinin mərhum anasının adına ayrılması barədə qərar qəbul edilmişdir, qərarın əsli də həmin qərarı qəbul etmiş orqanda saxlanılmalı və tələb olunduğu təqdirdə onun təkrarı(dublikatı) torpaq sahəsinin sahibinə verilməli olduğu halda cavabdeh qərarın surətini və torpaq sahəsinin ayrılmasına dair sənədlərin təsdiq edilmiş surətini ona vermir, həmin sənədləri arxivə də təhvil verməmişdir. Bu isə bir vərəsə kimi həmin torpaq sahəsi üzərində hüquqların həyata keçirilməsinə əngəl yaradır. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, tələb edilən sənədlərin əsilləri bələdiyyədə olmur. Sənədlərin əsli vətəndaşın özündə olmalıdır. 2007-2009-cu illərə aid olan sənədlər ibtidai istintaq məqsədilə Respublika Baş Prokurorluq yanında Korrupsiya idarəsinə aparılmış və geri qaytarılmamışdır. Bu səbəbdən tələb edilən sənədlərinə təqdim edilməsi mümkün olmamışdır. İddiaçının istədiyi sənədlər bələdiyyədə saxlanılmır, arxivə verilir. Arxivdə olan sənədləri isə Korrupsiya idarəsi aparılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2245/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddia tələbinin mümkün hesab edilməsini xahiş etmişdir. İddiaçı şikayətdə bildirmişdir ki, Şabran rayon Məhkəməsinin 16 iyul 2012-ci il tarixli 2(031)-409/2012 saylı qətnaməsi ilə Şabran rayon Pirəmsən kəndində miras qalmış və onun tərəfindən faktiki qəbul edilərək istifadəsində olan 1,87 ha pay torpaq sahəsinə 0,13 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən yaşayış evinə iddiaçı vərəsəlik və mülkiyyət hüququ müəyyən edilərək tanınmışdır, lakin hazırda iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı hər hansı vərəsəlik işinin açıldığı müəyyən edilmir. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, iddiaçının vərəsəliklə bağlı sənədləri qaydasında olsaydı belə, cavabdeh bələdiyyənin hazırkı şərtlərdə iddiaçının tələb etdiyi sənədləri vermək imkanı faktiki olaraq mövcud deyil. Məhkəmə hesab etmişdir ki, o, düzgün olmayan hüquq müdafiə vasitəsi seçmişdir və ona arxiv sənədlərini əldə etmək üçün mövcud hüquqi vasitələrdən istifadə etməyi, həmin sənədlər olmadığı halda isə, mülki məhkəmə icraatı qaydasında mövcud olan hüquq müdafiə vasitələrindən istifadə edə bilməyini izah etmişdir. Məhkəmənin bu yanaşması tam əsassızdır, əvvəla həmin sənədlər bələdiyyə tərəfindən arxivə təhvil verilməmişdir, digər tərəfdən cavabdeh bu sənədlərin onlarda olduğunu və Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən bütün sənədlərin aparıldığını bildirmiş, lakin həmin sənədlərin həqiqətən də bu idarə tərəfindən təhvil alınması və təhvil verilmiş sənədlər sırasında mərhum anasına ayrılan torpaq sahəsinə dair də sənədlərin olması görünmür. Digər tərəfdən bir idarəyə məxsus sənədlərin illərdə hansısa bir idarədə qalması inandırıcı deyildir. İstənilən sənəd hər hansı bir orqana təhvil verilsə də belə həmin sənədin mövcudluğu barədə müvafiq qeydlər aparılır və həmin idarədə saxlanılır. Lakin sənədlərin surətinin verilməsi və ya onda olan surətlərin təsdiq edilməsi cavabdeh orqanın vəzifəsidir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh bələdiyyənin sədri apellyasiya şikayətinə etiraz edib, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, İPM-nin istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iş üzrə də birinci instansiya məhkəməsi Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə uyğun olaraq iddianın mümkünlük şərtlərini yoxlamış və haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh bələdiyyənin hazırkı şərtlərdə iddiçının tələb etdiyi sənədləri vermək imkanı faktiki olaraq mövcud deyil. Bələdiyyədə mövcud olmayan sənədlərin həmin qurum tərəfindən təsdiq edilməsi mümkün deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdehin etirazda istinad etdiyi, habelə iddiaçıya ünvanladığı məktublarda istinad etdiyi hallardan müəyyən olunur ki, iddiçının tələb etdiyi sənədlər – yəni onun mərhum anası X2 torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin xx.xx.2007-ci il tarixli qərarı hazırda bələdiyyədə mövcud deyildir. Belə ki, müvafiq sənədlərin arxiv nüsxəsinin təqdim edilməsi ilə bağlı Şabran rayon Pirəmsən bələdiyyəsinin müraciətinə cavab olaraq Şabran rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 04 saylı məktubunda da “...Pirəmsən bələdiyyəsi barədə yazılmış arayışda göstərilir ki, məktubda qeyd edilən 2007-2009-cu illərə aid olan sənədlər, ibtidai istintaq məqsədi ilə Respublika Baş Prokurorluq yanında Korrupsiya idarəsinə aparılmış və geri qaytarılmamışdır. Belə olan halda kollegiya qeyd edir ki, cavabdeh bələdiyyə orqanı onda olmayan qərarın və həmin qərarla ayrıldığı iddia edilən torpaq sahəsinə dair plan ölçünün iddiaçıya verilməsi öhdəliyini daşımır. Kollegiya həmçinin iddiaçının hüquqi marağına uyğun olaraq müvafiq hüquqi müdafiə vasitələrini seçmək imkanları barədə birinci instansiya məhkəməsinin izahını düzgün hesab edərək qeyd edir ki, iddiaçı müvafiq sənədlərin əslinin yaxud təsdiq edilmiş surətinin əldə edilməsi üçün digər hüquqi müdafiə imkanlarına malikdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hüquqi qiymətləndirməsi əsaslı olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2245/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-700/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-700/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver