Məhkəmə qərarları › İş №2-1(105)-704/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-704/2023

20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-704/2023 20.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 305 saylı sərəncamı ilə ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-513/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 305 saylı sərəncamından görünür ki, İddiaçı Xaçmaz rayonu Seyidİi İƏV - dəki bələdiyyə ehtiyyat fondundan 0.06 ha torpaq sahəsinin ayrılmışdır. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 305 saylı sərəncamına əsasən Xaçmaz rayonu Seyidİi İƏV dəki bələdiyyə ehtiyyat fondundan İddiaçı 0.06 ha torpaq sahəsi satılmışdır. xx.xx.1999-cu il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 665919 manat torpaq pulu ödənilmişdir. Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli iclasının 08 saylı protokolunun və Dalğalı kəndində torpaq payı almaq hüququ olan vətəndaşların adlı siyahının təsdiqlənmiş arxiv surəti məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Xaçmaz rayon Dalğalı kəndində yerləşən, özünə məxsus JN-155A saylı KOD 30216047 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”-nın verilməsinə əsasən olan ilkin torpaqayırma sənədləri “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri” publik hüquqi şəxsinin tabeliyində "xxxx" MMCnin və 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv məlumatlarında aşkar edilməmişdir. İddiaçı məxsus JN-155A saylı KOD 30216047 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” arxiv məlumatlarında 0.05 ha və 0.06 ha kimi iki nüsxədən JN-155A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Kəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında 0.05 ha kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli müayinə aktından görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məktubda göstərilən Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-ci il tarixli 305 saylı sərəncamı ilə ayrılmış 0.06 ha torpaq sahəsinin İddiaçı adına JN-155A KOD 30216047 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında, Xaçmaz rayonu Dalğalı qəsəbə ərazisində yerləşən İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum oldu ki, Xaçmaz rayonu Dalğalı qəsəbə ərazisində yerləşən İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən kateqoriyası yaşayış məntəqəli.uqodiyası həyətyanıdır, faktiki naturada istifadəsində torpaq sahəsi 0.06 ha təşkil edir, kommunikasiya xətləri keçmir. Belə ki, JN-155A KOD 30216047 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə də torpaq sahəsinin ölçüsü 0.06 ha göstərilməsinə baxmayaraq, elektron baza (DWJ) məlumatlarında 0.05 ha ölçüdə öz əksini tapmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin baza məlumatlarında qeyd olunmuş 0.05 ha torpaq sahəsinin bərpa olunaraq Xaçmaz rayonu, Dalğalı qəsəbəsində yerləşən 0.06 ha qeyd olunmaqla torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 305 saylı sərəncamı ilə ayrılmış 0,06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 305 saylı sərəncamı ilə 0,06 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır. Həmin vaxtdan göstərilən torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Bundan başqa ona ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən KOD 30216047 seriyalı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmişdir. O, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquq şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə müraciət olunmuşdur. aşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 Xaçmaz Ərazi idarəsinin baza məlumatlarına əsasən müəyyən olunmuşdur ki JN-155A nömrəli {KOD ********) seriyalı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" də torpaq sahəsinin 0.06 ha göstərilməsinə baxmayaraq, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə Təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında həmin torpaq sahəsi 0.05 ha ölçüdə öz əksini tapmışdır. Bu səbəbdən xx.xx.2022-ci il tarixli **********73 saylı məktubla yuxanda göstərilən ərizənin icrasından 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən imtina edilmişdir.Bununla bağlı Xaçmaz rayon icra hakimiyyəti başçısının xx.xx.1999-cu tarixli 305 saylı sərəncamından çıxarışda Xaçmaz rayonu Seyidİi İƏV -dəki bələdiyyə ehtiyyat fondundan 0.06 ha torpaq sahəsinin ayrılması barədə ilkin torpaq ayırma sənədlərdə, Torpağın alqı satqısına dair aktında 0.06 ha torpaq sahəsinin və ödənilmiş 0.06 ha torpaq sahəsinin qəbzində həmin torpaq sahəsinin 0.06 ha olduğu sənədlərlə müəyyən olunmuşdur. 5 saylı Xaçmaz Ərazi idarəsinin mühəndisii lə birgə aparılan ölçü işləri zamanı yerində həmin torpağın daş hasarla hasarlanmış və 0.06 ha olduğu müəyyən olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, araşdıma zamanı təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqların mövcud olması müəyyən edilmişdir. Belə ki, JN155A nömrəli (KOD ********) seriyalı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə torpaq sahəsinin öiçüsü 0.06 ha göstərilməsinə baxmayaraq, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında həmin torpaq sahəsi 0.05 ha ölçüdə öz əksini tapmışdır. Eyni zamanda JN-155 A nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”eiektron baza kadastr xəritə materiallarında 0.05 ha ölçüdə əks olunmuşdur. İddia ərizəsində, arxiv və baza məlumatlarında olan xəritə üzərində əks olunan 0.05 ha torpaq sahəsindən əlavə tələb olunan 0.01 ha torpaq sahəsinin ərazinin hansı hissəsində yerləşdiyi yeri məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemə İstinad edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə ust-üstə düşübdüşməməsi müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-513/2023 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilmiş, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 305 saylı sərəncamı ilə ayrılmış 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh idarənin mühəndisləri tərəfindən torpaq sahəsinə yerində baxış keçirilərkən torpaq sahəsinin ölçüsünün faktiki 0.06 ha təşkil etdiyi müəyyən edilmişdir. Üzərindən kommunikasiya xətləri keçmir, şəhadətnamədə göstərilən cizgilər istifadə vəziyyətinə uyğundur. Lakin şəhadətnamədə ölçüləri 0.05 ha göstərilmişdir. Bununla yanaşı şəhadətnamədə göstərilən aqrar islahat komissiyasının qərarının arxiv əsaslarının müəyyən edilməsi üçün Xaçmaz rayon Dövlət Arxivinə müraciət etmişdir. Sorğu nəticəsində istinad olunan qərarın tam mətni və vətəndaşların adlı siyahısı əldə edilmişdir. Lakin həmin siyahıda İddiaçı adı aşkar edilməmişdir. Belə olan halda şəhadətnamədə hansı əsasla həmin qərara istinad olunması və ümumiyyətlə şəhadətnamənin əsaslı və mötəbər sənəd kimi qəbul olunmasına sual yaranır. Həmçinin məhkəmə tərəfindən eyni zamanda istinad olunan Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının 305 saylı xx.xx.1999cu il tarixli sərəncamının arxiv əsasının müəyyən edilməsi üçün sorğu verilmiş və sərəncamın arxiv əsası aşkar edilərək məhkəməyə təqdim edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətini iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə ilkin torpaqayırma sənədinə istinad etmiş, İddiaçı adına olan JN-155 A nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin, o cümlədən onun verilməsinə əsas olmuş Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli qərarının ləğv olunub-olunmamasına münasibət bildirməmişdir. Bundan əlavə məhkəmə tərəfindən əsas götürürülmüş Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 305 saylı sərəncamı JN-155 A nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin, o cümlədən onun verilməsinə əsas olmuş Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli qərarından sonra verilmişdir. Odur ki, aqrar islahat komissiyasının qərarı verilən zaman Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 305 saylı sərəncamı mövcud deyildir. Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 305 saylı sərəncamı ilə ayrılmış 0.06 ha torpaq sahəsi ilə bağlı müraciəti olmamış və bu məzmunda imtina cavabı verilməmişdir və bununlada inzibati akt mövcud deyildir. Apellyasiya şikayətinə dair etirazının dəlilləri Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. .... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Maddə 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; .... Maddə 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.. 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi müvafiq icra hakimiyyətinin sərəncamı ilə ayrılmış 0,06 ha torpaq shaəsinə dair iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarətdir. Cavabdeh inzibati orqan imtina əsası kimi sənədlərdə göstərilən məlumatlarda uyğunsuzluq olması, idarəyə təhvil verilmiş şəhadətnamədə torpaq sahəsinin ölçüsünün 0,05 ha qeyd olunması halına istinad etmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, Xaçmaz rayonu AİK-nın 24 iyun 1998-ci il tarixli 08 saylı qərarı əsasında tərtib edilmiş JN-155A KOD 30216047 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə iddiaçının mülkiyyətinə 0,06 ha torpaq sahəsi verilmişdir. Həmçinin, iş materiallarında olan arxiv çıxarışının məzmunundan görünür ki, Xaçmaz rayonu AİK-nın 24 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə vətəndaşlara torpaq sahəsinin verilməsi ilə bağlı adlı siyahıda iddiaçının adı aşkar edilməmişdir. Eyni zamanda iş materiallarında olan Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 305 saylı Sərəncamı ilə iddiaçının adına 0,06 ha torpaq sahəsi satılması qərara alınmış, torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Həmçinin, iş materiallarında olan 09 noyabr 1999-cu il tarixli qəbzin məzmunundan görünür ki, iddiaçı tərəfindən 0,06 ha torpaq sahəsi ilə bağlı Xaçmaz İH-nin hesabına müvafiq məbləğdə pul vəsaitinin ödənilmişdir. Eyni zamanda iş materiallarında olan torpaq sahəsinin müayinə aktının məzmunundan görünür ki, Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 305 saylı Sərəncamı ilə ayrılmış 0,06 ha torpaq sahəsinin iddiaçının adına verilmiş JN-155A KOD 30216047 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Xaçmaz rayonu, Dalğalı kəndi ərazisində yerləşən İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı torpaq sahəsinin kateqoriyasının yaşayış məntəqəli torpaqlara aid olması, uqodiyası həyətyanı, faktiki naturada istifadəsində torpaq sahəsi 0,06 ha təşkil etməsi, kommunikasiya xətlərinin keçməməsi müəyyən edilmiş, habelə qeyd kimi JN-155A KOD 30216047 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilə torpaq sahəsinin ölçüsünün elektron baza məlumatlarında 0,05 ha kimi qeyd edilməsi əks olunmuş, torpaq sahəsinə dair ortofoto görüntüsü əlavə edilmişdir. Göründüyü kimi, indiki halda iddiaçının adına müvafiq Sərəncam və Şəhadətnamə əsasında ayrılmış torpaq sahələrinin eyni torpaq sahəsi olması halı məhkəmə araşdırması zamanı tədqiq edilmiş müayinə aktı və ortofoto görüntüsü əsasında öz təsdiqini tapmışdır. Həmçinin, iddiaçının məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, hər iki sənədlər iddiaçının adına ayrılmış torpaq sahələri eyni torpaq sahəsindən ibarətdir. Eyni zamanda həmin torpaq sahəsi hazırda da faktiki olaraq iddiaçının istifadəsindədir, naturada 0,06 ha ölçüdə mövcuddur. Qeyd edilən hallar özlüyündə cavabdehin imtina və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları təkzib edir. Bununla yanaşı qeyd edilməlidir ki, müvafiq Şəhadətnamənin cavabdehdə saxlanılan arxiv nüsxəsində də iddiaçıya ayrılan həmin torpaq sahəsinin ölçüsünün 0,06 ha olması qeyd edilmişdir. Bu baxımından məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda həmin sənəddə qeyd edilmiş məlumatların elektron baza məlumatlarında yalnış qeyd edilməsi cavabdehin məsuliyyət daşıdığı hal olmaqla, iddiaçıqının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşımadığı hal kimi çıxış etmişdir. Belə olan halda isə cavabdeh tərəfindən həmin hala istinad edilməklə, mövcud olan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi qnaunvericiliyin tələbinə zidd olmaqla, iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına səbəb olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, cavabdeh inzibati orqan əlavə olaraq apellyasiya şikayətinin dəlili kimi iddiaçının məhz onun adına müvafiq Sərəncam əsasında ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinin olmaması, ona dair imtina cavabının və inzibati aktın qəbul edilməməsi halına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər iki sənədlə iddiaçının adına ayrılmış torpaq sahələrinin eyni torpaq sahəsi olması halı məhz cavbadehin özünün məhkəməyə təqdim etidyi müayinə aktı əsasında müəyyən edilmişdir. Belə olan halda iddiaçının müraciəti əsasında həmin halları aydınlaşdırmaq inzibati icraat çərçivəsində cavabdehin vəzifəsi olduğu halda, cavabdeh formal olaraq həmin məlumatların uyğunsuzluğu halına istinad edərək imtina etmişdir. Qeyd edilən hallara əsaəsn məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət veirlmiş, bununla da iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-513/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar