Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-706/2025 10.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (Açar sözlər:torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində faktiki vəziyyətinə uyğun olaraq onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli 2-1(118)-289/2025 nömrəli qərarından cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Quba rayon Qımılqazma bələdiyyəsinin 27 noyabr 2006-cı il tarixli, 13 saylı qərarı əsasında İddiaçı 0,12 ha torpaq sahəsi satılmışdır. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Quba rayon Qımılqazma bələdiyyəsinin 27 noyabr 2006-cı il tarixli, 13 saylı qərarına əsasən Quba rayon Qımılqazma bələdiyyəsi İddiaçı 0.12 ha torpaq sahəsi satmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı iddiaçının müraciət etdiyi Quba rayon Qımılqazma bəldiyyəsinin xx.xx.2006-cı il tarixli, 13 saylı qərarı ilə həyətyanı məqsədi ilə iddiaçıya satılmış 0.12 ha torpaq sahəsinin qüvvədə olub-olmaması barədə Qəçrəş bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 59 nömrəli arayışda torpaq sahəsinin ayrılma tarixi 2007-ci il kimi göstərilmişdir və tərəfinizdən torpaqların alqı-satqısına dair aktın, bələdiyyə qərarının və digər ilkin torpaqayırma sənədlərinin arxiv nüsxələri təqdim edilməmişdir. Torpaq sahəsi üçün ərizənizə əlavə olunmuş ləğv edilmiş DTXK-nın Quba rayon şöbəsi tərəfindən tərtib edilmiş A№0005489 nömrəli torpaq sahəsinin planı və ölçüsünün arxiv nüsxəsi Ərazi İdarəsində mövcuddur, lakin, qeydiyyatı yoxdur. A№0005489 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlar fərqlidir. Bundan əlavə, Qımılqazma bəldiyyəsinin xx.xx.2006-cı il tarixli 13 saylı qərarı ilə həyətyanı məqsədi ilə iddiaçıya satılmış 0.12 ha torpaq sahəsi elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) X3 örüş torpaq sahəsidir. Mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları torpaq sahəsinin planı və ölçüsündə göstərilən torpaq sahəsinin koordinatları ilə uyğunluq təşkil etmir. Belə ki, DT və XK-nin Quba rayon şöbəsi tərəfindən tərtib edilmiş plan-ölçü sənədində göstərilmiş torpaq sahəsinin yerləşmə mövqeyi ilə faktiki istifadə olunan torpaq sahəsinin yerləşmə mövqeydi eynilik təşkil etmir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən X1b uqodiyası kolluq örüş kimi göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Quba rayonu, Qımılqazma kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Quba rayon Qımılqazma bələdiyyəsinin 27 noyabr 2006-cı il tarixli, 13 saylı qərarı ilə ona satılmış 0.12 ha torpaq sahəsi üzərində faktiki vəziyyətinə uyğun olaraq onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1959-cu ildə Quba rayonu, Qımılqazma kəndində doğulmuşdur. Qımılqazma bələdiyyəsinin 27 noyabr 2006-cı il tarixli 13 saylı qərarı ilə ona həmin kəndin ərazisindən 1200 kv.metr fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Bununla əlaqədar, həmin vaxt qüvvədə olan qanunvericiliyə uyğun sənədləşmə işi aparılmış, alqı-satqı aktı tərtib edilmiş, torpağın alqısatqı predmeti olmasına dair rəy verilmiş və müvafiq ödəniş olunmuşdur. Həmçinin, DT və XK tərəfindən torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. Torpaq sahəsi faktiki olaraq onun istifadəsinddədir. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdikdə oradan bildirmişlər ki, torpağın ayrılması ilə əlaqədar arxiv sənədləri təqdim edilməmişdir. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı iddiasına qarşı münasibətin (etirazın) bildirilməsi ilə bağlı sərəncamın icrası ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş məktubunuza baxılmışdır. Bildirirlər ki, İddiaçı Quba rayonu, Qımılqazma kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı iddiaçının müraciət etdiyi Quba rayon Qımılqazma bəldiyyəsinin xx.xx.2006-cı il tarixli, 13 saylı qərarı ilə həyətyanı məqsədi ilə iddiaçıya satılmış 0.12 ha torpaq sahəsinin qüvvədə olub-olmaması barədə Qəçrəş bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 59 nömrəli arayışda torpaq sahəsinin ayrılma tarixi 2007-ci il kimi göstərilmişdir və tərəfinizdən torpaqların alqı-satqısına dair aktın, bələdiyyə qərarının və digər ilkin torpaqayırma sənədlərinin arxiv nüsxələri təqdim edilməmişdir. Torpaq sahəsi üçün ərizənizə əlavə olunmuş ləğv edilmiş DTXK-nın Quba rayon şöbəsi tərəfindən tərtib edilmiş A№0005489 nömrəli torpaq sahəsinin planı və ölçüsünün arxiv nüsxəsi Ərazi İdarəsində mövcuddur, lakin, qeydiyyatı yoxdur. A№0005489 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlar fərqlidir. Bundan əlavə, Qımılqazma bəldiyyəsinin xx.xx.2006-cı il tarixli 13 saylı qərarı ilə həyətyanı məqsədi ilə iddiaçıya satılmış 0.12 ha torpaq sahəsi elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) X3 örüş torpaq sahəsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli 2-1(118)-289/2025 nömrəli qərarı ilə Quba rayon Qımılqazma bələdiyyəsinin 27 noyabr 2006-cı il tarixli, 13 saylı qərarı ilə iddiaçıya satılmış 0.12 ha torpaq sahəsi üzərində faktiki vəziyyətinə uyğun olaraq İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrıldığı dövrdə, yəni 27 noyabr 2006-cı ildə qüvvədə olan redaksiyasında torpaq sahələrinin şəxslərə torpaq hərracları və ya müsabiqələri ilə yanaşı bilavasitə satışının mümkünlüyü də təsbit edilmişdir. Beləliklə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin bilavasitə satılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Torpaq sahəsinə alqı-satqı aktının müraciətə əlavə edilməməsi həmin torpaq sahəsi üzərində hüququn qeydiyyata alınmasından imtinanın əsasını təşkil edə bilməz. İddiaçıya torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır. Quba rayon Qımılqazma bələdiyyəsinin 27 noyabr 2006-cı il tarixli, 13 saylı qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. Torpaq sahəsinin iddiaçıya satılmasına dair qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Eyni zamanda iş materiallarında olan 18 dekabr 2006-cı il tarixli, 18 nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən 154 manat (yüz əlli dörd manat) məbləğində pul vəsaiti torpaq sahəsinin alqı-satqısı üçün Quba rayon Qımılqazma bələdiyyəsinin hesabına köçürülmüşdür. Bununla da iddiaçı ilə bələdiyyə arasında sözügedən torpaq sahəsinin alqı-satqısı baş tutmuşdur. Alqı-satqı aktının arxiv arayışının ərizəyə əlavə olunmaması iddiaçının məsuliyyətinə səbəb ola bilməz. İnzibati orqan tərəfindən alqı-satqı aktının, arxiv arayışının olmaması vətəndaşın ziyanına şərh oluna və ona torpaq sahəsinin ayrıldığını təkzib edə bilməz, qeyd olunan hal vətəndaşın əleyhinə şərh olunmamalıdır. Cavabdeh orqanın etirazda qeyd etdiyi dəlilinə münasibətdə bildirilir ki, iddiaçı iddia tələbinə dair dəqiqləşmə ərizəsi təqdim edərək, sözügedən torpaq sahəsinin faktiki vəziyyətinə uyğun olaraq mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etdi. Həmçinin məhkəmə cavabdehin qeyd edilən dəlilinin hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədi ilə cavabdeh orqana sorğu ünvalayaraq mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışların və onların verilməsinə əsas olmuş sənədlərin verilməsini xahiş etmişdir. Cavabdeh orqanın təqdim etdiyi sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri “yaşayış məntəqələri torpaqları” kimi dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının dəlilləri təşkil edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: X3 torpaqlar; ... Maddə 12. X3 torpaqlar və onların tərkibi
1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri X3 torpaqlar sayılır.
2. X3 torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.
3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir.
4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir.
5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan X3 torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. Maddə 13. X3 torpaqların məqsədli istifadəsi
1. X3 torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.
2. X3 torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər. X3 torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması bu Məcəllənin 13-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
3. X3 torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri
1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.
2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.
3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.
4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıqsanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.
5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış X3 torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyələrin ehtiyat fondunun X3 torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış X3 torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə...7.1.3-cü, 7.1.4-cü,...maddələr... çıxarılmışdır). 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin X3, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib olunur (xx.xx.2007-ci il tarixə qədər olan redaksiya). Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Dövlət torpaq kadastrı-torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu; torpaqların monitorinqi-torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı göstəricilərdə dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, mənfi proseslərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün torpaq fondunun vəziyyətinə müntəzəm müşahidə sistemi mənasını ifadə edir. Maddə 3. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin məqsədi Azərbaycan Respublikasının vahid torpaq fondunda kadastr, monitorinq və yerquruluşu işlərinin aparılmasını, təşkilini və idarə edilməsini tənzimləməkdir. Maddə 12. Dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddia tələbi torpaq sahəsinin faktiki vəziyyətinə uyğun olaraq mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan torpaq sahəsinin ayrılması barədə qərarın tarixi ilə bələdiyyə tərəfindən verilmiş arayışın məzmununda olan tarixin fərqli olması, torpaqların alqı-satqısına dair aktın, bələdiyyə qərarının və digər ilkin torpaqayırma sənədlərinin arxiv nüsxələri təqdim edilməməsi, torpaq sahəsinin plan və ölçü sənədinin arxiv nüsxəai mövcud olsa da, qeydiyyata alınmaması, plan və ölçü sənədində olan koordinatların fərqli olması, torpaq sahəsinin təyinatının elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) X3 örüş torpaq sahəsi olması halına istinad edərək, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, sözügedən torpaq sahəsi müvafiq bələdiyyə qərarı əsasında bələdiyyənin ehtiyat fondundan kənd təsərrüfatı yararlı torpaq sahəsi həyətyanı məqsədilə iddiaçının adına ayrılmış, alqı-satqı aktı tərtib edilmiş, müvafiq qəbz mövcud olmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması, kənd təsərrüfatı yararlı torpaq sahəsi olmaqla həmin məqsəd üçün satılmasının məqsədəmüvafiq olması barədə rəy və torpaq sahəsinin plan və ölçü sənədi (kadastr kitabında 07 nömrə ilə uçota alınmışdır) tərtib edilmişdir, plan və ölçü sənədində də torpaq sahəsinin yararlığı ilə bağlı bonitet balı 100 kimi qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi mütəxəssislər tərəfindən müayinə edilmiş, habelə torpaq sahəsində yerində baxış həyata keçirilmiş, torpaq sahəsinin texniki göstəriciləri və yerləşmə mövqeyi barədə rəy təqdim edilmiş, ortofoto görüntüsü əlavə edilmişdir. Həmin sənədlərin tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə sənəd üzrə mövcud olan torpaq sahəsi üst-üstə düşmür, fərqli ərazidə (aralı) yerləşir, həm sənəd, həm də faktiki istifadə üzrə torpaq sahəsinin təyinatı X3 örüş torpaq sahəsidir, faktiki istifadə üzrə torpaq sahəsi başqa şəxslərə məxsus olan torpaq sahəsi ilə üstüstə düşmür, sənəd üzrə torpaq sahəsi başqa şəxsin adına mülkiyyət hüququ dvlət qeydiyyatına alınmış torpaq sahəsi ilə müəyyən hissədə üst-üstə düşür, bundan əlavə üzərində mülkiyyət hüququ dövlət qediyyatına alınmış iki başqa torpaq sahəsi vardır, lakin onlar həm faktiki, həm də sənəd üzrə torpaq sahəsindən aralı məsafədə yerləşir (ətrafında qonşu torpaq sahəsi kimi mövcud olmamışdır). Həmçinin, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçının hüquqi marağı dəqiqləşdirilmiş, iddiaçı iddia tələbini müdafiə edərək, məhz faktiki istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istədiyini bildirmişdir. Bu halda, kollegiya iddianının əsaslılığı ilə bağlı onu qeyd edir ki, iddiaçının faktiki istifdaəsində olan torpaq sahəsi ilə bağlı onun mülkiyyət hüququnun yaranması üçün əsas olan hüquqmüəyyənedici sənədləri mövcud olmamışdır. Başqa sözlə desək, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün qanunla müəyyən edilmiş əsasların mövcudluğu aşkar edilməmişdir. Bu hal isə özlüyündə iddianın əsaslılığını təkzib edən hal kimi çıxış edir. Bundan əlavə, kollegiya iddianın əsaslılığının digər əsaslar üzrə dəyərləndirilməsini zəruri hesab edərək, qeyd edir ki, sözügedən torpaq sahəsi (həm faktiki, həm sənəd üzrə) təyinatı kənd təsərrüfatı örüş torpaq sahəsi olmuşdur. Həmçinin, torpaq sahəsinin ayrılmasına dair sənədlərin məzmununda da sözügedən torpaq sahəsinin X3 yararlı torpaq sahəsi olması, bonitet balının 100 olması öz əksini tapmışdır. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən X3 yararlı və örüş torpaq sahələri xüsusi mülkiyyətə verilə bilməz və alqı-satqı predmeti ola bilməz, yalnız icarəyə verilə bilər. Həmçinin, kollegiya onu qeyd edir ki, torpaq sahəsinin məqsədli təyinatı, hüquqi rejimi, kateqoriyası, kəmiyyət və keyfiyyət göstəriciləri (yararlılıq əlaməti) ilə bağlı məlumatlar məhz dövlət kadastr məlumatları əsasında müəyyən edilir ki, həmin məlumatlar da məhz qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə həyata keçirilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir:torpaq sahələrinin hüquqi statusu;torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ;torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri;torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi;torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinə əsasən dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. İndiki halda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,sözügedən torpaq sahəsinin X3 yararlı və örüş torpaq sahəsi olması həm ilkin torpaqayırma sənədlərinin, həm də kadastr məlumatları əsasında öz təsdiqini tapmışdır. Hətta torpaq sahəsinin ayrıldığı vaxtda kənd təsərrüfatına az yararlı və yararsız olması halı torpaq sahəsinin ayrıldığı vaxtda mövcud olan məlumatlar əsasında da təsdiqini tapmamışdır. Hansı ki, qanunvericiliyin qeyd olunan normalarının tələbinə əsasən X3 yararlı və örüş torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi, alqı-satqı predmeti olması yolverilməzdir. Kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları özlüyündə iddianın əsaslılığını müəyyən etməyə imkan verməmişdir. Bundan əlavə, kollegiya iddianın əsaslılğının bərabərlik prinsipinin tələbləri baxımından da yoxlanılmasını zəruri hesab edərək, qeyd edir ki, indiki halda iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin yaxınlığında, qonşu torpaq sahələrinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması halı müəyyən edilməmişdir (ortofoto göüntüsünə əsasən mülkiyyət hüququ qeydiyyata alınmış iki başqa torpaq sahəsi sözügedən torpaq sahəsinin ətrafında yerləşməməklə, aralı məsafədə yerləşdiyi aşkar görünür). Həmçinin, qeyd edilməlidir ki, sənəd üzrə torpaq sahəsi isə başqa şəxsin adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmış torpaq sahəsi ilə müəyyən hissədə üst-üstə düşmüş, həmin torpaq sahəsi üzərində aparılmış qeydiyyat hazırda qüvvədədir, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsindən aralı məsafədə yerləşmişdir (qonşuluğunda və ya yaxın ətrafında yerləşməmişdir). Bu hal da özlüyündə iddianın əsaslılığını təkzib etmişdir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hüquqi marağı faktiki istifadəsində olan torpaq sahəsi ilə bağlı olduğundan, sənəd üzrə yerləşən torpaq sahəsinin başqa şəxsin adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış torpaq sahəsi ilə üst-üstə düşməyən hissədə iddiaçıya hüquqi yardım göstərilməsinin də əsasları mövcud olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları (torpaq sahəsinin sənəd üzrə yeri ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin yerinin fərqli olması, iddiaçının hüquqi marağının faktiki istifadəsində olan torpaq sahəsi ilə bağlı olması, həmin yerə aid isə hüquqmüəyyənedici sənədinin olmaması, X3 yararlı və örüş sahə olması, bərabərlik prinsipinin əsaslarının mövcud olmaması) iddianın əsaslılığını təkzib etdiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, cavabdehin imtina ilə bağlı hərəkətləri və şikayətinin dəlilləri əsaslı olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən halları ətraflı araşdırılmamış, cavabdehin imtina əsasları qanunvericiliyin norma və prinsiplərinin tələbləri baxımından qiymətləndirilməmiş, iddiaçının hüquqi marağına uyğun tələbinin əsaslılığı qanunvericiliyin tələbi baxımından düzgün dəyərləndirilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Qeyd olunan hallara əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli 2-1(118)-289/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.