Məhkəmə qərarları › İş №2-1(105)-709/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-709/2025

17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-709/2025 17.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı qarşı “ona xx.xx.2008-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi ilə bağlı qanunvericiliyə uyğun tədbir görüb ona rəsmi məlumat vermək” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2-1(118)-533/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İş materiallarından görünür ki, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 35 il 5 ay 14 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iddiaçının iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 41,86 manat (35,46 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2008-ci il tarixinə indeksləşdirilib 52,90 manat müəyyən edilməklə üzərinə 60,00 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2008-ci il tarixinə 112,90 (52,90+60,00) manat məbləğində əmək pensiyası müəyyən edilib (xx.xx.2023-cü il tarixinədək indeksləşdirilməklə və sonrakı hesablamalarda nəzərə alınmaqla 355,85 manat). İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına müraciət edərək ona xx.xx.2008-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina olunmuşdur. Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2008-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi ilə bağlı qanunvericiliyə uyğun tədbir görüb ona rəsmi məlumat verilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2006-cı il tarixə kimi güzəştli şərtlərlə əmək pensiyası hüququ yaradan əmək stajına malik olduğundan xx.xx.2008-ci il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Cavabdeh iddia ərizəsinə qarşı etirazında qeyd etmişdir ki, araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamamlandığı xx.xx.2008ci il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamamlandığı xx.xx.2006-cı il tarixindən 2004-2005-ci illərin əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilib. “Əmək pensiyaları haqqında’’ Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 01.01,2006cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 35 il 5 ay 14 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iddiaçının iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 41,86 manat (35,46 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2008-ci il tarixinə indeksləşdirilib 52,90 manat müəyyən edilməklə üzərinə 60,00 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2008-ci il tarixinə 112,90 (52,90+60,00) manat məbləğində əmək pensiyası müəyyən edilib (xx.xx.2023-cü il tarixinədək indeksləşdirilməklə və sonrakı hesablamalarda nəzərə alınmaqla 355,85 manat). “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunan maddənin tələbləri nəzərə alınaraq, iddiaçıya 82857,75 manat artıq pul vəsaiti ödənilib. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2-1(118)-533/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçı xx.xx.2008-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsini istəyir. Lakin işin hallarından görünür ki, iddiaçıya qeyd edilən tarixdən pensiya təyin edilmiş və ödənilməsi davam etdirilir. Bu halda məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının hüquqi marağına uyğun deyil. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının hüquqi marağına uyğun olaraq xx.xx.2003-xx.xx.2008-ci il tarixləri arasındakı dövrün əmək stajı dövrünə aid edilməsi, əmək pensiyasının yenidən hesablanması və ya əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi kimi tələblər qoyulmamışdır. Lakin iddiaçı poçt vasitəsi ilə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək iddia tələbini müdafiə etmiş, şifahi məhkəmə baxışının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Beləliklə, iddiaçıya hüquqi yardımın göstərilməsi mümkün olmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Əlavə olaraq da qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymayarkən əsaslandırdığı hallar əsassız və qanunsuzdur. Birinci İnstansiya Məhkəməsi qərarını onunla əsaslandırır ki, birincisi iddiaçı xx.xx.2003-cü il tarixindən, xx.xx.2008-ci il tarixləri arasındakı dövrün əmək stajına aid edilməsi ilə bağlı məhkəməyə iddia tələbi ilə bağlı müraciət etməmişdir. Məhkəmənin həmin iradını əsassız hesab edir. Sumqayıt Qaz İstismar Sahəsinin rəisi Vəli Sadıqovun arxiv arayışında da görünür ki, onun xx.xx.2003cLi il tarixinə kimi (35 il 5 ay 14gün - 2il 6ay İ8gün = 32il 11 ay 1 gün) iş stajı olmuşdur. Həmin iş stajının 25 il 11 ay 17 günü güzəştli şərtlərlə əmək pensiyası hüququ yaradan iş stajı katoqeriyasiyasına aiddir. Belə ki, Sumqayıt Qaz İstismar Sahəsinin rəisi Vəli Sadıqovun arxiv arayışında da görünür ki, həmin müəsissədə işlədiyi müddət onun güzəştli şərtlərlə əmək pensiyası hüququ almağı üçün kifayət edir. Məhkəmənin ikinci dəlili ondan ibarətdir ki, hal-hazırda iddiaçıya pensiya ödənişi həyata keçirilməkdədir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, hazırda iddiaçı olaraq ona ödənilən pensiya güzəştli şərtlərlə yaşa görə ödənilməli olan pensiya deyil, 65 yaşının tamam olması ilə əlaqədar ödənilən əmək pensiyasıdır. Ona görə də, hesab edir ki, hazırki iddia tələbi üzrə məhkəmə tərətındən iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsassız və qanunsuzdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2008-ci ildən etibarən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini və ödənilməmiş məbləğin birdəfəlik verilməsini tələb etsə də, xx.xx.2006-cı il tarixdindən ona pensiya artıq təyin olunub və ödənilir. İddia ərizəsində əmək stajının xx.xx.2003–xx.xx.2008-ci illər üzrə nəzərə alınması və pensiyanın yenidən hesablanması ilə bağlı konkret tələb irəli sürülməyib. İddiaçı məhkəmədə iştirak etməyəcəyini bildirərək iddianı müdafiə edib və işin onun iştirakı olmadan baxılmasını istəyib. Bu səbəbdən, ona hüquqi yardım göstərmək mümkün olmayıb və məhkəmə iddianın hüquqi marağa uyğun olmadığını hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Qeyd olunan müddəalar onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Kollegiya qeyd edir ki, iddia tələbi iddiaçının hüquqi marağına uyğun deyil. Belə ki, hüquqi maraq yalnız o halda mövcud hesab edilə bilər ki, iddiaçının hüquqi müdafiə vasitəsindən istifadə etməsi onun konkret və aktual hüquq və ya qanunla qorunan marağının pozulması ilə bağlı olsun və həmin müdafiə vasitəsi ilə arzu edilən nəticəyə çatmaq mümkün olsun. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddiaçı xx.xx.2008-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və həmin tarixdən öncə ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsini tələb edir. Lakin işin materiallarından aydın olur ki, iddiaçıya qeyd olunan tarixdən pensiya artıq təyin edilmiş və ödənilməsi davam etdirilir (daha sonra cavabdeh orqanın qərarı ilə əmək pensiyası yenidən hesablanasa da, həmin qərar mübahisələndirilməmişdir) Bu baxımdan iddiaçının irəli sürdüyü tələb onun hüquqi maraqlarına uyğun deyil. Bundan əlavə, iddia ərizəsinin məzmununa diqqət yetirildikdə görünür ki, iddiaçı hüquqi maraqlarına uyğun olaraq xx.xx.2003-cü ildən xx.xx.2008-ci ilədək olan dövrün əmək stajının güzəştli şərtlərlə tanınması, əmək pensiyasının yenidən hesablanması və ya əmək pensiyasının yenidən hesablanması barədə əvvəlki qərarın ləğv edilməsi kimi hüquqi tələblər irəli sürməmişdir. Bu da göstərir ki, iddiaçının ərizəsində əsaslı və hüquqi nəticə doğura biləcək konkret tələb əks olunmamışdır. Digər tərəfdən, iddiaçı birinci instansiya məhkəməsinə poçt vasitəsilə məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələblərini şifahi müdafiə etmədən, məhkəmə baxışının iştirakçı olmadan keçirilməsini xahiş etmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım göstərilməsi və iddia tələblərinin daha geniş müdafiəsi imkanları məhdudlaşmışdır. Eyni zamanda iddiaçı apellyasiya şikayətində iddia tələbini müdafiə etmiş, birinci instansiya məhkəməsinin qərardadında gösdərilən mövqeiyi ilə razılaşmadığını və iddia tələbindən kənara çıxmayacağını israrla bildirmiş, həm də apellyasiya məhkəməsinin iclaslarında iştirak etmədiyindən apellyasiya icraatında da iddiaçıya lazımi hüquqi yardımın göstərilməsi də reallaşa bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi iddiaçının hüquqi marağına uyğun gəlmədiyindən iddia mümkün deyildir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2-1(118)-533/2025 nömrəli qərardadı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar