Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-71/2024 16.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (Açar sözlər: mənzillərə dair mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “X19” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Abşeron rayonu, Masazır kəndi “Yeni Bakı” yaşayış kompleksində inşa edilmiş bina 2-F, mənzil 47 üzərində İddiaçı1 və bina 5-A, mənzil 52 üzərində X2 mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə hər birinə çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(118)-380/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Abşeron Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 168 saylı, 25 fevral 2008-ci il tarixli sərəncamdan görünür ki, MH seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarış əsasında "xxxx" MMC-yə Masazır bədlədiyyəsi ərazisində 13.0 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış evlərindən ibarət kompleksin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. 11 mart 2008-ci il tarixli podrat müqaviləsindən görünür ki, həmin müqavilə əsasında sifarişçi "xxxx" MMC ilə podratçı “X19” MMC arasında Abşeron Rayon İcra Hakimiyyəti Başçısının "xxxx" MMC-yə məxsus Masazır bələdiyyəsi ərazisində torpaq sahəsində çoxmərtəbəli yaşayış evlərindən ibarət kompleksin layihələndirilməsinə və tikintisinə icazə verilməsinə dair xx.xx.2008-ci il tarixli 168 nömrəli sərəncamına əsasən Masazır Bələdiyyəsi ərazisində 13.0 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış evlərindən ibarət kompleksin tikintisinin aparılması üçün tikinti müddətinə sifarişçi və baş podratçı funksiyaları podratçıya vermişdir, podartçı isə həmin funkdiyaları yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. “X19” MMC-nn 08 dekabr 2008-ci il tarixli əmrindən görünür ki, “X19” MMC-nin Abşeron rayonu Masazır qəsəbəsində inşa etdiyi çoxmərtəbəli yaşayış evlərindən ibarət yaşayış kopmleksinə “Yeni Bakı” yaşayış kompleksi adı verilmişdir. 14 iyul 2009-cu il tarixli müqaviləyə əlavədən görünür ki, mənzillərin satışı podratçıya həvalə edilmişdir. 06 yanvar 2014-cü il tarixli müqaviləyə əlavədən görünür ki, “Yeni Bakı” yaşayış kompleksində yarana biləcək mübahisələrin həlli üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlar podratçı “X19” MMC-yə həvalə edilmişdir. YB/2F-47/2 nömrəli, xx.xx.2013-cü il tarixli mənzil müqaviləsindən görünür ki, müqavilə əsasında “X19” MMC-nin Abşeron rayonu, Masazır qəsəbəsində inşa etdiyi yaşayış binalarında yerləşən bina 2F, blok 2, 7-ci mərtəbədə yerləşən 47 saylı mənzil satıcı “X19” tərəfindən alıcı İddiaçı1 satılmışdır. YB/5A-52 nömrəli, xx.xx.2017-ci il tarixli mənzil müqaviləsindən görünür ki, müqavilə əsasında “X19” MMC-nin Abşeron rayonu, Masazır qəsəbəsində inşa etdiyi yaşayış binalarında yerləşən bina 5A, blok 2, 6-cı mərtəbədə yerləşən 52 saylı mənzil satıcı “X19” tərəfindən alıcı X1. “X19” MMC tərəfindən tərtib edilmiş 272 saylı, 20 may 2013-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində inşa etdiyi yaşayış binalarında yerləşən 2F korpusunda, 1 otaqlı 47 saylı mənzilin haqqı tam ödənilmişdir. “X19” MMC tərəfindən tərtib edilmiş 79 saylı, 14 fevral 2013-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində inşa etdiyi yaşayış binalarında yerləşən bina 5A, blok 2, 6-cı mərtəbədə yerləşən 52 saylı mənzilə dair ödəniş tam şəkildə edilmişdir. 007 saylı, 31 yanvar 2015-ci il tarixli “İstismara qəbul aktı”ndan görünür ki, "xxxx" MMC-yə məxsus, inşası başa çatmış binalar istismara qəbul edilmişdir. 24 noyabr 2017-ci il tarixli, 107 saylı tikinti obyektinin istismarına icazə aktından görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən çoxmərtəbəli yaşayış binalarının istismarına icazə verilmişdir. RX seriyalı ******* saylı, xx.xx.2018-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 13.0 ha torpaq sahəsi “X19” MMC-yə məxsusdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 18 noyabr 2019-cu il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən sizə təqdim ediləcək çıxarışda Abşeron rayonu, Masazır qəsəbəsində “Yeni Bakı" Yaşayış kompleksi ərazisində inşa olunmuş binalara Qeyri-Dövlət Qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (Yenidənqurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul ediİməsi haqqında aktı, Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin texniki baxış rəyi və "xxxx" MTK tərəfindən təqdim edilmiş protokollar əsasında ünvan “Yeni ünvan 1 Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında 5 oktyabr 2017ci il tarixli, 1619 nömrəli fərmanına əsasən isə yeni qaydalarla Abşeron rayonu, Masazır kəndi, istiqlaliyyət 245, mərtəbə 7, mənzil 2 qeyd olunacaq. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 13 yanvar 2020-ci il tarixli məktubdan görünür ki, “X19” Mənzil Tikinti Kooperativinə məxsus ünvan 2 ünvanda inşa edilən 2F nömrəli çoxmərtəbəli yaşayış binası üzərində mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə qeydiyyata alındığı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq bildiririk ki, “X19” MTK tərəfindən verilən mənzilə dair hüquqmüəyyənedici sənədlərin əsilləri (kooperativ üzvlərinin ümumi yıncaq protokoldan çıxarış, Maliyyə arayışı, mənzilin planı) idarəyə təqdim ediləcəyi tədirdə sözügedən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq şəkildə baxıla bilər. "xxxx" Mənzil Tikinti Kooperativinin məhkəməyə ünvanlanmış 14 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, “X19" MMC Abşeron rayonu, Masazır kəndində yerləşən “Yeni Bakı Yaşayış Kompleksinin, tikintisində podratçı təşkilat olub. Həmin kompleksin tikintisi "xxxx" MTK tərəfindən sifariş verilib. ünvan 2 bina 5A, blok 2, 6-cı mərtəbədə yerləşən 52 saylı X8 və Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı" Yaşayış Kompleksi bina 2F, blok 2, 7-ci mərtəbədə yerləşən 47 saylı mənzil İddiaçı1 ilə “X19” MMC arasında mənzil tikinti müqaviləsi bağlanmışdır. Həmin mənzilə dair “X19" MMC tərəfindən maliyyə arayışı deyil, tikintini həyata keçirilməsi üçün arayış verilmişdir. 02 mart 2019-cu il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativnin ünvan 2 ünvanında yerləşən çoxmənzilli Yaşayış Kompleksi mülkiyyətçilərinin (sahiblərinin) ümumi yığıncağı keçirilmişdir. Ümumi yığıncağın gündəliyində 2 məsələ, mənzillərin özəlləşdirilməsi və binada işlərin və xidmətlərin növü olmuşdur. Qeyd edilən iclasda və ondan sonrakı dövrdə X8 və İddiaçı1 MTK-ya müraciət etməmişdilər. "xxxx" X8 və İddiaçı1 MTK-nın üzvü deyillər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəməyə ünvanlanmış 25 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Mənzil Tikinti Kooperativinin (VÖEN **********) üzvləri xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış "X19" Məhdud Məsuliyyətli Cəmiyyəti, (VÖEN **********) X6, X14, X7, X10, Vəli-zadə Nazim Nadir oğludur. "İDF-Mənzii Servis” MTK-nın və "X19" MMC-nin ləğv olunması barədə məlumat müəyyən edilməmişir. Hüquqi şəxsin fəaliyyəti barədə məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestr haqqıda” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüququ şəxslərin dövlət reyestr məlumatlarına aid deyildir. Birinci instansiya məhkəməsində icraat İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Sifarişçisi olduqları və podratçı "xxxx" MMC tərəfindən Abşeron rayonu Masazır kəndində “Yeni Bakı” yaşayış kompleksində inşa edilmiş 2-F saylı binada ümumi sahəsi 38 kv.m, yaşayış sahəsi 18.47 kv.m olan 47 saylı birotaqlı mənzilə dair və 5-A saylı binada ümumi sahəsi 68,69 kv.m və yaşayış sahəsi 33.84 kv.m olan 52 saylı iki otaqlı mənzilə dair texniki pasportun hazırlanması, Abşeron rayonu Masazır kəndində “Yeni Bakı” yaşayış kompleksində inşa edilmiş 2-F saylı binada ümumi sahəsi 38 kv.m, yaşayış sahəsi 18.47 kv.m olan 47 saylı birotaqlı mənzil üzərində İddiaçı1 və 5-A saylı binada üsmumi sahəsi 68.69 kv.m və yaşayış sahəsi 33.84 kv.m olan 52 saylı ikiotaqlı mənzil üzərində X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar daha sonra iddia tələbini dəqiqləşdirmə barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “X19” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Abşeron rayonu, Masazır kəndi “Yeni Bakı” yaşayış kompleksində inşa edilmiş bina 2-F, mənzil 47 üzərində İddiaçı1 və bina 5-A, mənzil 52 üzərində X2 mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə hər birinə çıxarışın və texniki pasportun verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Abşeron rayonu Masazır kəndində inşa ediləcək çoxmənzilli binalarda mənzillərin sifarişçisi olaraq müqavilə əsasında birotaqlı və ikiotaqlı mənzil əldə etmişdirlər. Binaların tikintisi başa çatdıqdan sonra mənzillər onlara təhvil verilib, 2013-cü ildən birotaqlıda və 2017-ci ildən isə ikiotaqlı mənzildə yaşayırlar. 2019-cu ilin aprel ayında komendatlıq tərəfindən çıxarışların verilməsinə başlandığı bildiriləndən sonra qanunvericilikdə nəzərdə tutulmuş hüquqtəsdiqləyici sənədləri toplayaraq mənzil üzərində hüquqlarının ilkin dövlət qeydiyyatına alınması, Çıxarışın verilməsi və texniki pasportun hazırlanması üçün xx.xx.2019-cu il tarixində cavabdehə ərizə ilə müraciət etmişdir. İcraçı təqdim etdikləri ərizələri və sənədlərdən lazım olanları qəbul etdi, digərlərini isə geri qaytardı. Qanunla nəzərdə tutulan 20 iş günü keçəndən sonra 30 yanvar 2020-ci ildə çıxarış və texniki pasportu almaq üçün cavabdehə yaxınlaşmışlar. Bu vaxt onları hazırlanmasını gözlədikləri sənədlər əvəzinə xx.xx.2020-cı il tarixində imzalanmış cavab məktubu təqdim edilmişdir. Cavabda imtinaya səbəb olaraq sahibi olduğuqları mənzillərin yerləşdiyi çoxmənzilli binaya xx.xx.2019-cu il tarixində ‘"X19” MTK-nın mülkiyyət hüququnun qeydiyyata alınması göstərilir. Cavabdeh maddi hüquq normalarını düzgün tətbiq etmir, bununla da onların konstitusiya ilə qorunan mənzil və mülkiyyət hüquqlarını pozur. Təkzibedilməz faktdır ki, onlar öz mənzil hüquqlarını təmin etmək məqsədi ilə əvvəl Abşeron rayonu, Masazır kəndində inşa ediləcək 2-F saylı binada ümumi sahəsi 38 kv.m, yaşayış sahəsi 18,47 kv.m. olan 47 saylı birotaqlı mənzilin tikintisinin sifarişçisi olaraq Podratçı-“X19” Məhdud Məsuliyyətli cəmiyyət (bundan sonra -İDF MMC) ilə 20 may 2013-cü il tarixində YB/2F47/2 saylı müqavilə (İddiaçı1 adlna) bağlamışlar. Müqavilənin qiymətin razılaşdırılması Protokoluna (əlavə 1) uyğun olaraq onlar mənzilin dəyərini tam ödəmişlər və podratçı tərəfindən onlara bunu təsdiqləyən 20 may 2013-ci il tarixli 271 nömrəli maliyyə arayışı təqdim olunmuşdur. Bundan əlavə onların həqiqətən "xxxx" MMCnin Abşeron rayonu Masazır kəndində inşa etdiyi çoxmənzilli binanın 2-F korpusundakı birotaqlı 47 saylı mənzilin payçısı olduqlarını "xxxx" MMC-nin verdiyi 10 yanvar 2019-cu il 14 saylı arayış da təsdiqləyir. Müqaviləyə uyğun olaraq həmin binanın tikintisi 2013-ci ildə faktiki başa çatdırıldıqdan sonra həmin yaşayış sahəsi - mənzil onlara təhvil verilmişdir. Bu haqda, o cümlədən orada yaşamaları və istismar xərclərinə və xidmətlərə görə borcunun olmaması barədə "xxxx" MMC tərəfindən 03 may 2019-cu il 688 saylı arayış verilmişdir. Obyektin tikintisi sənəd üzrə 2014-cü ildə başa çatmışdır və podratçı tərəfindən qəbul komissiyasına təqdim olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin MN seriyalı ******* saylı çıxarışı (torpaq üzərində mülkiyyət), Abşeron RİH Başçısının 168 saylı 25 fevral 2008-ci il tarixli sərəncamı (tikintiyə icazə) və Texniki baxış rəyi əsasında Qeyridövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidənqurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında 007 №-li xx.xx.2015-ci il tarixli Akt Abşeron Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən 09 fevral 2015-ci ildə təsdiq edilmiş və onların, o cümlədən 2-F nömrəli binanın istismarına icazə verilmişdir. İşin materiallarına əlavə olunmuş sənədlər müqaviləyə uyğun olaraq binanın tikintisi başa çatdırıldıqdan və binanın istismara qəbul edilməsindən sonra sifarişləri ilə inşa edilən yaşayış sahələri - mənzillərin onlara təhvil verilməsini təsdiqləyir. O cümlədən orada yaşamaları və istismar xərclərinin, kommunal xidmətlərin onlar tərəfindən mütəmadi olaraq ödənilməsi və borclarının olmaması barədə "xxxx" MMC tərəfindən 03 may 2019-cu й tarixli 689 saylı arayış verilmişdir. İşin düzgün və ədalətli həlli üçün əhəmiyyət kəsb edən amillərdən biri də obyektin tikintisinin 2017-ci ildə tam başa çatması və xx.xx.2017-ci il tarixli 5/001563 nömrəli Akta əsasən Abşeron rayon İH-nin Başçısı tərəfindən 24 noyabr 2017-ci ildə 107 saylı Tikinti obyektinin istismarına icazənin verilməsidir (əlavə olunur). Abşeron rayon İH-nin 24 noyabr 2017-ci il tarixli 107 №-li Tikinti obyektinin istismarına icazəyə 1 nömrəli əlavədə isə istismarına icazə verilmiş obyektlərin geniş siyahısı, o cümlədən 5-ci həyət bina 5-A, göstərilmişdir. Bu sənədlərin əsli podratçı şirkət tərəfindən inzibati orqana-Cavabdehə təqdim edilmişdir. Bu fakt həm də cavabdeh tərəfindən “Yeni Bakı” yaşayış kompleksi binalarında yerləşən mənzillərin sahiblərinə 2019-cu ilin aprel ayından başlayaraq təxminən 1700 Çıxarışın verilməsi ilə təsdiqlənir. Binaların sifarişçisi olan "xxxx" MMC və podratçısı "xxxx" MMC arasında olan müqavilə və edilmiş dəyişikliklərə əsasən binanın tikintisi dövründə obyekt ilə bağlı funksiya və vəzifələr Podratçıya verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçılar X2 və İddiaçı1 iddia ərizəsi Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2020-çi il tarixli, 2-1(118)729/2020 nömrəli Sərəncamına (hakim - İsmayıl Quliyev) əsasən 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilmiş və iddiaya qarşı yazılı şəkildə münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddia ərizəsi və sənədlərdə göstərilənlərin tərəflərindən araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçıların Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsinə xx.xx.2020-ci il tarixdə daxil olmuş müraciətlərinə xx.xx.2020-ci il tarixli, **********62 və **********67 saylı cavab məktubları inzibati aktın qəbulundan imtina kimi qiymətləndirilə bilməz. Belə ki, Abşeron rayonu, Masazır kəndində ‘X19” MTK tərəfindən inşa edilmiş ‘’Yeni Bakı” yaşayış kompleksi/bina 5A ünvanında yerləşən 52 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar X2 müraciətinə və Abşeron rayonu, Masazır kəndində “X19” MTK tərəfindən inşa edilmiş "Yeni ünvan 5 ünvanında yerləşən 47 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar İddiaçı1 müraciətinə 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı, “X19” MTK-nə məxsus ünvan 2 ünvanda inşa edilən 5A nömrəli çoxmərtəbəli yaşayış binası üzərində mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə və 'X19” MTK-nə məxsus, ünvan 2 ünvanda inşa edilən 2F nömrəli çoxmərtəbəli yaşayış binası üzərində mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə qeydiyyata alındığı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq ərizəçilərə bildirilmişdir ki, “X19” MTK tərəfindən verilən mənzilə dair hüquqmüəyyənedici sənədlərin əsilləri (Kooperativ üzvlərinin ümumi yığıncaq protokoldan çıxarış, Maliyyə arayışı, Mənzilin planı, Maliyyə arayışı, Mənzil planı) idarəyə təqdim ediləcəyi təqdirdə sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq şəkildə baxıla bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki. Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmaması müəyyən edilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Habelə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57.1ci maddəsinə əsasən Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 61,1. Yazılı və ya yazılı formada təsbit olunmuş İnzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hesab edirik ki, iddiaçıların Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması və buna dair reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası mümkün sayılmamalıdır. Beləliklə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-380/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, “X19” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Abşeron rayonu, Masazır kəndi “Yeni Bakı” yaşayış kompleksində inşa edilmiş bina 2-F, mənzil 47 üzərində İddiaçı1 və bina 5-A, mənzil 52 üzərində X2 mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə hər birinə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqanın iddiaçıların müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Mənzilə pay haqqını müvafiq binanın məxsus olduğu quruma (“X19” MMC-yə) tam ödəməklə iddiaçılar mənzillərə mülkiyyət hüququ əldə etmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınması məsələsinə münasibətdə qeyd olunmalıdır ki, bununla bağlı imtinada qeyd edilən əsaslar hazırkı iş üzrə mövcud deyil. Üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan mənzilin yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismarına icazə” sənədinin hansı şəxsin adına verilməsi, həm iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtimalı görünmür. Ümumiyyətlə səlahiyyətli qurum tərəfindən yol verilmiş texniki yanlışlıqlar vətəndaşın mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz. Həmçinin iddiaçılar pay haqqını ödədiyindən və üzvlüyə qəbul edildiklərindən, onların mənzillərə hüquqlarının qeydiyyata alınması üçün əsaslar mövcuddur. Cavabdehin imtinasında göstərilən dəlilə gəldikdə isə, məhkəmənin qənaəti belədir ki, mənzillərə iddiaçıların mülkiyyət hüquqları yarandığından və qanunvericiliyin normaları da bu hüquqların qeydiyyata alınmasını məhdudlaşdırmadığından, imtinadakı dəlil əsaslı hesab edilə bilməz. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. Belə ki, a:İddiaçı1 Abşeron rayonu, Masazır kəndində “X19” MTK tərəfindən inşa edilmiş “Yeni ünvan 5 ünvanında yerləşən 47 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar xx.xx.2020-ci il tarixdə, ********** nömrəli; b: X2 Abşeron rayonu, Masazır kəndində “X19” MTK tərəfindən inşa edilmiş “Yeni ünvan 6 ünvanında yerləşən 52 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar xx.xx.2020-ci il tarixdə, ********** nömrəli müraciətləri olmuşdur. Araşdırma zamanı: a.Abşeron rayonu, Masazır kəndində “X19” MTK tərəfindən inşa edilmiş Yeni Bakı” yaşayış kompleksi, 2F saylı bina üzərində “X19” MMCnın mülkiyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində **********41-05330 reyestr nömrəsi ilə; b.Abşeron rayonu, Masazır kəndində “X19” MTK tərəfindən inşa edilmiş Yeni Bakı” yaşayış kompleksi, 5A saylı bina üzərində “X19” MMC-nın mülkiyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində **********41-05301 reyestr nömrəsi ilə qeydiyyata alındığı müəyyən edilmişdir. İddiaçı1 və X15 oglu tərəfindən mübahisə predmeti olan mənzillərə dair aşağıda qeyd edilmiş sənədlər təqdim edilmişdir: 1. Abşeron rayonu, Masazır kəndində “X19” MTK tərəfindən inşa edilmiş yeni Bakı” yaşayış kompleksi, 2F və 5A saylı binalarına dair hüquqmüəyyənedici sənədlərin : - qisminin surətləri; 2. “X19” MMC ilə iddiaçılar arasında bağlanmış, lakin notarial qaydada təsdiq və tərtib edilməmiş müqavilələrin surətləri; 3. İddiaçıların binaların payçıları olmaları və kommunal, istismar xərclərə görə borclarının olmaması barədə arayışların surətləri; 4. Mənzillərin sxemlərinin surətləri. Göründüyü kimi iddiaçılar tərəfindən qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq 1. Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış), 2. Qanunvericiliklə nəzərdə tutulmuş pay haqqının tam ödənilməsi barədə arayış (Maliyyə arayışı) təqdim edilməmişdir. Yuxarıda qeyd edilən səbəblərdən iddiaçılar İddiaçı1 və X4 mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin keçirilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarların protokoldan çıxarışların), qanunvericiliklə nəzərdə tutulmuş pay haqqının tam ödənilməsi barədə arayışların (Maliyyə arayışlarının) və mənzillərin planının əsillərinin təqdim ediləcəyi təqdirdə sözügedən daşınmaz əmlaklar üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq şəkildə baxıla biləcəyi barədə **********62 və **********67 saylı cavab məktubları göndərilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçılar apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-380/2023 nömrəli qərarının qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı X8 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə digər iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;.... 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);..... Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .. 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri ..... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi müvafiq mənzillərə dair iddiaçıların mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və texniki sənədlərin verilməsindən ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçı tərəfindən qanunla tələb olunan hüquqmüəyyənedici sənədlərin qismən verildiyini, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış), pay haqqının tam ödənilməsi barədə maliyyə arayışı, mənzilin planı təqdim edilmədiyindən, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmiş, iddiaçı tərəf isə cavabdehin imtinasının qanunazidd olduğundan, qeyd edilən tələbi irəli sürmüşdür. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq mənzillərə dair “X19” MMC ilə iddiaçılar arasında müqavilə bağlanılmış, müqaviləyə əsasən satıcı tərəfindən mənzilin razılaşdırılmış dəyəri tam ödənildikdən sonra mənzillər alıcıya (iddiaçılara) təhvil verilir. Müqavilə tərəfləri arasında qiymətin razılaşdırılmasına dair protokol tərtib edilmişdir. “X19” MMC tərəfindən verilmiş 20 may 2013-cü il tarixli 272 №li arayışın və 14 fevral 2017-ci il tarixli 79 №li arayışın məzmunundan görünür ki, mənzillərin haqqı iddiaçılar tərəfindən tam ödənilmişdir. Sözügedən MMC tərəfindən verilmiş digər arayışların məzmunundan görünür ki, iddiaçılar MMC-nin inşa etdiyi yaşayış binalarında yerləşən həmin mənzillərin payçısıdır. Həmin mənzillər iddiaçıların faktiki istifadəsində olmaqla, yaşayırlar. Qeyd edilən mənzillərin yerləşdiyi yaşayış binalarının istismarına icazə verilməsinə dair sənəd (istismara qəbul edilməsinə dair akt) mövcuddur. Həmin sənəddə binanın tikintisinin "xxxx" MMC tərəfindən fərdi layihəyə uyğun özünü maliyyələşdirmə şəklində yerinə yetirdiyi qeyd edilmişdir (istismara qəbul aktında "xxxx" MMC və “X19” MMC-nin möhürləri də əks olunmuşdur). "xxxx" MMC və “X19” MMC arasında bağlanmış müqavilənin məzmunundan görünür ki, tərəflər öz aralarında həmin evlərin satışının “X19” MMC-yə həvalə olunduğu qeyd edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X19” MMC (xx.xx.2000ci il tarixdə) və "xxxx" MTK (xx.xx.2017-ci il tarixdə) hər ikisi dövlət qeydiyyatına alınmaqla, hazırda da hər ikisinə aid ayrı-ayrılıqda aktiv VÖEN mövcuddur. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar "xxxx" MTK-nın üzvi deyillər. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı qeyd edir ki, indiki halda qeyd edilən mənzillərin iddiaçılar tərəfindən dəyərinin ödənilməklə, satın alınması halı iş materialları əsasında öz təsdiqini tapır. İddiaçılar həmin mənzilləri MTK vasitəsilə əldə etməmiş, məhz MMC ilə aralarında bağlanmış müqavilə əsasında əldə etmişlər, indiki halda da MTK-nın üzvi olmamışlar. Belə olan halda isə cavabdeh tərəfindən iddiaçılardan mənzil tikinti kooperativinin ümumi yığıncağının protokolundan çıxarışın və pay haqqının öədnilməsi barədə sənəd tələb edilməsi halı əsassız olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, həmin sənədlərin təqdim edilə bilməməsi iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi çıxış etməmiş, nəticə etibarilə bu səbəblərdən həmin sənədlərin mövcud olmaması halı iddiaçının ziyanına şərh edilməməlidir. Bununla bağlı qeyd edilməlidir ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. İndiki halda, qeyd edilən mənzillərin satın alınmasına dair müqavilə qüvvədədir (onun ləğv edilməsi və etibarsız hesab edilməsi halı müəyyən edilməmişdir), mənzilin dəyərinin ödənilməsi halı aşkardır, faktiki iddiaçıların istifadəsindədir. Başqa sözlə desək, qeyd edilən mənzillərə dair iddiaçıların mülkiyyət hüququnun tərkib hissəsi olan əmlaka sahiblik və istifadə hüququ mövcuddur, nəticə etibarilə mülkiyyət hüququna qanuni gözlənti hüquqları olmuşdur. Mövcud olan hüququn formal əsaslara istinad edilməklə qeydiyyata alınmasında imtina olunması halı isə həmin hüquqların realizəsi baxımından iddiaçıya münasibətdə əlverişsiz (mənfi) nəticələrlə qarşılaşmasına səbəb olur. Həmçinin, qeyd edilməlidir ki, cavabdehin imtina və şikayətin dəlili kimi istinad etdiyi halmüvafiq sənədlərin təqdim edilməməsi səbəbi iddiaçının təqsiri ilə əhatə olunmamaqla, həmin mənzillərin MMC-dən əldə etməsi ilə bağlı olmuşdur. Belə olan halda həmin arqumentin əsas gətirələrək, iddiaçıya məxsus olan hüququn dövlət qeydiyyatına alınmasından imtina edilməsi halı özlüyündə qanunvericiliyin normasının və mütənasiblik, qanunçuluq, ədalətlilik prinsiplərinin tələbinə (mahiyyətinə və məqsədinə) zidd olmuşdur. Məhkəmə kollegiyası qeyd olunan hallara əsasən hesab edir ki, hazırki iş üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olmaqla və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-380/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-71/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-71/2024
16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver