Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-710/2025 01.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: X1 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, X7 katibliyi ilə, Sumqayıt İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-1(118)-2368/2023 nömrəli qərarından üçüncü şəxs X6 və X7 tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 aprel 2025ci il tarixli 2-1(118)-2368/2023 nömrəli qərardadından üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinə qarşı “Qusar rayonunun Bədirqala kəndində yerləşməklə JN-258A KOD 30106028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən İddiaçı və onun ailə üzvlərinə məxsus 0.09 ha həyətyanı torpaq sahəsinə cavabdeh tərəfindən X4 adına əsassız olaraq aparılmış 06 may 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********21 reyestr nömrəli qeydiyyatın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini dəqiqləşdirərək, “Qusar rayonunun Bədirqala kəndində yerləşməklə JN-258A KOD 30106028 saylı “Torpağn mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən İddiaçı və onun ailə üzvlərinə məxsus 0.09 ha həyətyanı torpaq sahəsinin 0.0465 ha hissəsinə X4 adına əsassız aparılmış 06 may 2016-cı il tarixli, **********21 reyestr nömrəli qeydiyyatın 0.0465 ha hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2-1(118)-2368/2023 nömrəli qərardadı ilə X6 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-1(118)-2368/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-1(118)-2368/2023 nömrəli qərarı icraya yönəldilərək icra edilmişdir. İş üzrə üçüncü şəxs X6 və X7 ərizə ilə müraciət edərək yeni açılmış hallarla bağlı iş üzrə məhkəmə icraatının təzələnməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Qusar rayonunun Bədirqala kəndində yerləşən və (JN-258A KOD ********) 12 avqust 1999-cu il tarixli 10/4 saylı Aqrara İslahat Komissiyasının qərarına əsasən Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı və onun ailə üzvlərinə məxsus 0,09 ha həyətyanı torpaq sahəsinin 0,0465 ha hissəsinin əsassız olaraq 06 may 2016-cı il tarixli, **********21 reyestr nömrəsi ilə mərhum X4 adına qeydiyyatının aparılması Sumqayıt İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli 2-1(118)-2368/2023 nömrəli qərarı ilə ləğv edilmişdir. Məhkəmə tərəfindən işə baxılan dövrdə, yəni 2023-cü ildə X2 atası X8 artıq 9 il idi ki, həyatda yox idi. Belə ki, mərhum 23 yanvar 2014-cü il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında 2V-164 nömrə ilə reyestrdə qeyd edilmiş, V-04/2016 nömrəli vərəsəlik işi ilə bağlı 12 mart 2017-ci il tarixli şəhadətnaməyə əsasən X6 həmin miras əmlakdan bərabər hissədə irs almışdır. Göründüyü kimi mərhum atasından qalan həmin 0.12 ha torpaq sahəsi 12 mart 2017-ci ildən müəyyən hissədə ona məxsus olmaqla xüsusi mülkiyyətində olmuşdur. Lakin məhkəmədə işə baxılarkən bu məsəlyə münasibət bildirilmədən X2 mülkiyyət hüququ ilə bağlı məsələyə ona məlumat verilmədən, iştirakı təmin edilmədən baxılmışdır. Həmin məhkəmə qərarını rəsmi qaydada məhkəməyə müraciət əsasında 25 noyabr 2024-cü il tarixdə əldə etmişdir. AR İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcələnin 106.2-ci maddəsinə əsasən icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2-1(118)-2368/2023 nömrəli qərardadı ilə ərizəçi X3 Sumqayıt İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-1(118)-2368/2023 saylı inzibati işin icraatının təzələnməsi barədə ərizəsi mümkün sayılmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, 2-1(118)-2368/2023 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 01 aprel 2025-ci il tarixli 2-1(118)- 2368/2023 nömrəli qərardadının nəticəsi hissəsində buraxılmış yanlışlıq düzəldilmiş, qərarın nəticə hissəsində qeyd edilmiş “ərizəçi X3 Sumqayıt İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-1(118)-2368/2023 saylı inzibati işin icraatının təzələnməsi barədə ərizəsi mümkün sayılmasın” sözlərinin “ərizəçilər X3 və X2 Sumqayıt İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-1(118)-2368/2023 saylı inzibati işin icraatının təzələnməsi barədə ərizələri mümkün sayılmasın” kimi oxunması qərara alınmışdır. Qərardadla razılaşmayan üçüncü şəxs (ərizəçi) X6 apellyasiya şikayəti verərək 01 aprel 2025-ci il tarixli, 2-1(118)-2368/2023 nömrəli qərardadın ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti ərizə ilə eyni əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qanun üzrə vərəsəlik hüququ haqqında 2V-164 nömrə ilə reyestrdə qeyd edilmiş, V- 04/2016 nömrəli vərəsəlik işi ilə bağlı 12 mart 2017-ci il tarixli şəhadətnaməyə əsasən 0.12 ha torpaq sahəsindən mərhum X4 arvadı X9, oğlanları Fərzəliyev Elçin, Fərzəliyev Elnur, Fərzəliyev Vahid və qızı Əliyeva Xatirə miras əmlakdan bərabər hissədə irs almışlar. Mərhumun mülkiyyətində olmuş 0.12 ha torpaq sahəsindən miras payı almış Leyla, Elnur və Xatirə miras əmlakın bağışlanması barədə 12 mart 2017-ci il tarixli müqavilə əsasında paylarını Vahid və Elçin Fərzəliyevə bağışlamışlar. Göründüyü kimi mərhum atasından qalan həmin 0.12 ha torpaq sahəsi 12 mart 2017-ci ildən qardaşı X1 bərabər hissədə məxsus olmaqla onların xüsusi mülkiyyətində olmuşdur. Sumqayıt İnzibati Məhkəməsi 01 aprel 2025-ci il tarixdə 2-1(118)-2368/2023 nömrəli qərardad qəbul edərək onun proses iştirakçısı olmadığını əsas gətirərək ərizəni mümkün hesab etməmişdir. Məhkəmə 3 vərəqdən ibarət qərardadda heç bir normaya istinad etmədən yalnız prosesual normaları sadalamaqla yalnız 3-cü səhifənin 3-cü abzasında bir cümlə ilə proses iştirakçısı olmaması səbəbi ilə ərizənin mümkün sayılmamasını əsaslandırmağa çalışmışdır. Lakin 2024-cü ilin oktyabr ayından məhkəməyə işin icraatının təzələnməsi barədə müraciət edilməsinə baxmyaraq, məhkəmə prosessual müddətləri kobud surətdə pozaraq 6 ay sonra, yəni 2025-ci ilin aprel ayında ərizənin mümkün olmaması barədə qanunsuz və əsasız qərar qəbul etmişdir. Bununla da iş bitməmiş, işə məsuliyyətsiz yanaşma nəticəsində həmin qərardadı da X5 təqdim etməmiş və onun 20 iyun 2025-ci ildə məhkəməyə ərizənin aqibəti barədə müraciətindən sonra elə həmin gün eyni nömrəli qərardadla buraxılmış yanlışlığı düzəldərək mübahisələndirilən qərardada X2 adını qeyd edərək qərardadı ona təqdim etmişlər. Göründüyü kimi məhkəmə ərizəçi olaraq X2 da icraatın təzələnməsi barədə müraciət etdiyini unutduğunu 20 iyun 2025-ci il tarixdə aşkar yazı səhvinə yol verdiyini etiraf edərək 01 aprel 2025-ci il tarixdə X2 da ərizəsinin mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Elə həmin gün də qərardadı əlbə-əl ona təqdim etmişdirlər. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı X6 tərəfindən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı X5 münasibətdə tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən - X5 aid hissədə ləğv edilməli, həmin hissədə ərizə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2-1(118)-2368/2023 nömrəli qərardadı ilə ərizəçi X3 Sumqayıt İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-1(118)-2368/2023 saylı inzibati işin icraatının təzələnməsi barədə ərizəsi mümkün sayılmamışdır. Məhkəmə qərardadını ərizəçi X3 proses iştirakçısı olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi daha sonra 20 iyun 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin 01 aprel 2025-ci il tarixli 2-1(118)-2368/2023 nömrəli qərardadının nəticə hissəsində qeyd edilmiş “ərizəçi X3 Sumqayıt İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-1(118)-2368/2023 saylı inzibati işin icraatının təzələnməsi barədə ərizəsi mümkün sayılmasın” sözlərinin “ərizəçilər X3 və X2 Sumqayıt İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-1(118)-2368/2023 saylı inzibati işin icraatının təzələnməsi barədə ərizələri mümkün sayılmasın” kimi oxunması barədə qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İşin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt İnzibati Məhkəməsini 01 aprel 2025-ci il tarixli tarixli qərardadı, ərizəçi X3 proses iştirakçısı olmaması əsası ilə mümkün sayılmasa da həmin qərardadda X2 adı qeyd edilməmiş, sonuncunun adı 20 iyun 2025-ci il tarixli yanlışlıq qərardadında qeyd edilməklə ərizəsi mümkün sayılmamışdır. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2-1(118)-2368/2023 nömrəli qərardadından görünür ki, X6 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi X2 ərizəsinin proses iştirakçısı olmaması əsası ilə mümkün saymamaqda haqlı olmamışdır. Kollegiya qeyd edir ki, hazırkı halda üçüncü şəxs (ərizəçi) X6 01 aprel 2025-ci il tarixli tarixli qərardadın tam ləğv edilməsini istəsə də, digər ərizəçi X7 qərardaddan şikayət vermədiyi üçün birinci instansiya məhkəməsinin qərardadının qismən ləğv edilməklə ərizəyə X5 aid hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi məqsədəmüvafiqdir. İPM-nin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilməli, ərizəyə X5 aid hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 aprel 2025-ci il tarixli 2-1(118)-2368/2023 nömrəli qərardadı qismən ləğv edilsin. X6 tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəyə yenidən baxılması üçün inzibati iş həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-710/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-710/2025
01.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver