Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-711/2025 14.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi” barədə ərizəsinə dair Sumqayıt İnzibati Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2-1(118)-2381/2016 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq kollegiya, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinə qarşı “24 avqust 2007ci il tarixdən güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyası məbləğinin həmin vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə uyğun orta aylıq əmək haqqından (20032005-ci illər üzrə) hesablanması və yaranacaq məbləğ fərqinin hesablanaraq, birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli, 2- 1(85)2381/2016 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 fevral 2017-ci il tarixli 2-1(105)-118/2017 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli, 2- 1(85)2381/2016 nömrəli qərarı icraya yönəldilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(85)-2381/2016 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli, 2- 1(85)-2381/2016 nömrəli qərarının icrasını təmin etmədiyi üçün 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(105)-597/2024 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-3343/2024 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 avqust 2024-cü il tarixli, 2-1(105)-597/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Sumqayıt İnzibati Məhkəməsinə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək yeni açılmış hallarla bağlı iş üzrə məhkəmə icraatının təzələnməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2-1(118)-2381/2016 nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli, 2- 1(85)2381/2016 saylı inzibati işin icraatının təzələnməsi barədə ərizəsi mümkün sayılmamışdır. (hakim Leyla Mirzəyeva) Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü əsasları yoxlanılarkən verilmiş şikayətin prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyi məlum olmuşdur. Belə ki, apellyasiya şikayəti, qanunvericiliklə müəyyən olunmuş 10 gün müddət ərzində verilməmişdir. Məhkəmə qərardadı xx.xx.2025-ci il tarixdə qəbul edilib, xx.xx.2025-ci il tarixdə də “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilsə də, cavabdehin apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bu baxımdan, apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması qərara alınmış və 14 iyul 2024-cü il tarixə, saat 12:30-a məhkəmə iclası təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, inzibati işə cavabdeh olaraq Mərkəzi Filial əlavə edilsə belə, iş məhkəmənin icraatında 2016-cı ildən davam etdiyindən Elektron Məhkəmə İnformasiya Sistemində yaranmış texniki problemlərdən sözügedən inzibati iş nə cavabdeh Mərkəzi Filialının elektron kabinetində, nə də onun elektron kabinetində görünməməkdədir. Qeyd edilən məsələnin həlli məqsədilə məhkəmə iclas katibi ilə işçi qaydada əlaqə saxlanılmış, Elektron Məhkəmə İnformasiya Sistemində texniki problemlər olduğundan inzibati işlə bağlı heç bir məlumatın həmçinin müvafiq qərardadın sistemdə əks olunmadığı bildirilmişdir. Buna əsasən xx.xx.2025-ci il tarixli qərardadın Sumqayıt İnzibati Məhkəməsindən əl ilə rəsmi qaydada götürülməsi təklif edilmiş, xx.xx.2025-ci il tarixdə qəbzə imza etməklə, Mərkəzi Filialın nümayəndəsi tərəfindən götürülmüşdür. Həmçinin apellyasiya şikayətini vaxtında verdiklərindən müddət bərpa barədə ərizə vermək istəmədiklərini bildirərək, apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun, həmçinin, apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də, bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilə bilməsi müəyyən olunur. İPM-in 9-1.3-cü maddəsi isə imperativ olaraq müəyyən edir ki, inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda, həmin icraat, o cümlədən, ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 15 iyul 2019-cu il tarixli, “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 2.3-cü bəndinə əsasən hakimin gücləndirilmiş elektron imzası ilə təsdiq edilmiş bütün məhkəmə sənədləri proses iştirakçılarının informasiya sistemində yaradılmış elektron kabinetində avtomatlaşdırılmış qaydada yerləşdirilir və onlara bu barədə məlumat İnformasiya Sistemi vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İşdən görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixdən “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş, həmin sistemdə “elektron kabinet” yaratmışdır. Hazırki iş üzrə xx.xx.2024-cü il tarixdə cavabdeh qismində işə əlavə edilmiş, eyni zamanda məhkəmə qərardadadının qəbul edildiyi tarixdə də cavabadeh qismində iştirakı davam etmiş, hətta daha öncəki zamanlarda da məhkəmə qərarları cavabdehin elektron kabinetinə yerləşdirilmiş, həmin qərarlar cavabdeh tərəfindən apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş, şikayətlər çəhkəməyə cavabdehin elektron kabineti vasitəsi ilə göndərilmişdir. O da nəzərə alınmalıdır ki, mübahisəli qərardad qəbul edilən zaman cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, məhkəmə qərardadından məlumatlı olmuşdur. Kollegiya onu da qeyd edir ki, İPM-nin 85.1-ci maddəsinin tələbinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İPM-nin yuxarıda sadalanan müddəasından da aydın şəkildə görünür ki, məhkəmə qərardadından apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddət 10 gündür və bu müddət qərardadın elan olunduğu gündən hesablanır. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetinin mövcudluğu isə ona məhkəmə aktlarına və digər sənədlərə vaxtında çıxış imkanı yaradır ki, bu da müvafiq aktlardan xəbərdar olmaq və qanunvericilikdə nəzərdə tutulmuş müddətlər ərzində hüquqlarını müdafiə etmək üçün əlverişli şərait təmin edir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsinin xx.xx.2025-ci il tarix qərardadın mümkün sayılmamasından tam xəbərdar olması isə cavabdehin hazırki müddət məsələsində diqqətsizliyinin sübutdur. Belə olan halda, məhkəmə prosedurlarında nəzərdə tutulan müddətlərin ciddi şəkildə pozulması və apellyasiya şikayətinin vaxtında təqdim edilməməsi, həmçinin bununla bağlı hər hansı üzrlü səbəbin əsaslandırılmaması məhkəmə tərəfindən qəbul edilə bilməz. Nəzərə alınmalıdır ki, cavabdeh həm məhkəmə qərardadından, həm də qərardadın elektron sistemə yerləşdirilməsindən xəbərdar olmuş, lakin buna baxmayaraq qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Məhkəmə kollegiyası tərəfindən cavadehin elektron kabinetinə və poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixdə bildiriş yerləşdirilərək, eləcə də cavabdehə hüquqi yardım göstərilərək apellyasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutların təqdim edilməsi və ya buraxılmış prosessual müddətin bərpasına dair müvafiq ərizə (vəsatət) verilməsi ona təklif edilməklə, apellyasiyanın mümkünlüyü məsələsinə baxılması məhkəmə iclasına təyin edilsə də, müəyyən edilmiş müddətdə qeyd edilən çatışmazlıq aradan qaldırılmamış, şikayətin vaxtında verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış, eləcə də müddətin bərpa edilməsi barədə ərizə (vəsatət) verilməmişdir, nümayəndəsi də məhkəmə iclasında müddət ötürmədikləri üçün ərizə verilməsinə zərurət olmadığını bildirmişdir. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbayan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarına əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq, onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmayaraq şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 80, 85, 86 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2-1(118)-2381/2016 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-711/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-711/2025
14.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver