Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(105)-711/2025 07.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “## ###### 2007-ci il tarixdən güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyası məbləğinin həmin vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə uyğun orta aylıq əmək haqqından (2003-2005-ci illər üzrə) hesablanması və yaranacaq məbləğ fərqinin hesablanaraq, birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə cavabdehin “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi” barədə ərizəsinə dair Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya Müəyyən etdi: İddiaçı İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “## ###### 2007-ci il tarixdən güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyası məbləğinin həmin vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə uyğun orta aylıq əmək haqqından (2003-2005-ci illər üzrə) hesablanması və yaranacaq məbləğ fərqinin hesablanaraq, birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2016-cı il tarixli, *-*(**)****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## ###### 2017-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2016-cı il tarixli, *-*(**)****/**** nömrəli qərarı icraya yönəldilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(**)-****/**** nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2016-cı il tarixli, *-*(**)- ****/**** nömrəli qərarının icrasını təmin etmədiyi üçün 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Sumqayıt İnzibati Məhkəməsinə ## #### 2024-cü il tarixli ərizə ilə müraciət edərək yeni açılmış hallarla bağlı iş üzrə məhkəmə icraatının təzələnməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat: İş üzrə icraatın təzələnməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, vətəndaşın əmək kitabçasında qeyd olunanların tarixlər araşdırılarkən müəyyən edilmişdir ki, 4-cü qeyd - ##.##.1985-ci il qeydi və eyni tarixli əmr (başqa işə keçirilmə barədə, 4-5-ci səhifədəki qeyd) bazar günüdür. İstirahət gününə düşən müvafiq əmrin rəsmiləşdirilməsi İddiaçı əmək kitabçasının surətinin bütövlükdə saxtalaşdırıldığına əsaslı şübhələr yaradır. Vətəndaşın əmək kitabçasında elektrik qaz qaynaqçısı peşəsi üzrə işlədiyi qeyd edilsə də, onun həmin ixtisas üzrə təhsil alması barədə təsdiqedici sənədi şöbə və məhkəmə orqanları tərəfindən tələb olunmamışdır. Hərbi biletdə vətəndaşın sürücü ixtisasının olması barədə qeydin mövcudluğu isə onun həmin peşə üzrə təhsil aldığı ehtimalını artırır. Qeyd edilənlərdən əlavə, pensiya işinə tikilən əmək kitabçasında qeyd edilənlərin, habelə digər sənədlərin etibarlığının (düzgünlüyünün) bu işdə maraqlı olan şəxslərin təsiri ilə şöbə tərəfindən yoxlanılması təmin edilməmişdir. Ehtimal olunur ki, "xxxx’1 Açıq Səhmdar Cəmiyyətinin * saylı Üzən Tikinti Quraşdırma Dəstəsinin firma blankında çap edilmiş və möhürü ilə təsdiq edilmiş ##.##.2016-cı il tarixli 10-KŞ №-li arayış, Fondun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş Departamentinin firma blankında çap edilmiş və möhürü ilə təsdiq edilmiş ##.##.2016-cı il tarixli 88/03/04-11020 və 88/03/04-***** №-li arayışlar da bu işdə maraqlı olan şəxslər tərəfindən saxtalaşdırılmışdır. Belə ki, sözügedən blankda departamentin ünvanı "AZ1029, Bakı şəhəri, H.Əliyev prospekti, 115” göstərilsə də, departament faktiki olaraq 2008-ci il tarixdən "Az1108, Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti 43" ünvanında fəaliyyət göstərmişdir. Həmçinin, eyni gündə ardıcıl nömrə ilə qeydiyyatdan keçirilmiş sənədləri (dinamika barədə) ayrı-ayrı vəzifəli şəxslər - rəis Ş.X.Əsədov və rəis müavini E.R.Sultanov imzalamışdır. Eyni zamanda, blankın yuxarı hissəsində “departament” sözü, mətnin daxilində isə “idarə” kimi qeyd edimişdir. Məlumat üçün bildirilir ki, 2005-ci il tarixdən ## #### 2016-cı il tarixinədək sözügedən təşkilat Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş Departamenti adı ilə fəaliyyət göstərmiş, həmin tarixdən sonra isə Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş idarəsi adlandırılmışdır. Araşdırma zamanı Nazirliyin "Əmək münasibətləri və məşğulluq” altsistemində İddiaçı adına əmək müqaviləsi, həmçinin fərdi uçotun tətbiqinə başlanıldığı ##.##.2006-cı il tarixindən hazıradək "Pensiya” altsistemində pensiya kapitalı aşkar edilməmişdir. Qeyd olunan səbəblə qanunvericilikdə nəzərdə tutulduğu kimi vətəndaşın avtomatlaşdırılmış qaydada əmək pensiyası hüququ yaranmamış, ##.##.2020-ci il tarixindən 65 yaşından avtomatlaşdırılmış qaydada yaşa görə 130,0 manat məbləğində sosial müavinət təyin edilmişdir. Hazırda həmin məbləğ 220,0 manat təşkil edir. Yekun olaraq, araşdırma nəticəsində qanunvericiliklə İddiaçı 52, 57, 60 və ya 65 yaşından yaşa görə əmək pensiyası almaq hüququnun olmadığı, ötən dövrlərdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı zamanı əsas götürülmüş əmək kitabçasının və digər sənədlərin saxtalaşdırıldığı müəyyən edilmişdir. Eyni zamanda bildirilir ki, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2016-cı il tarixli, *-*(**)****/**** saylı inzibati işin icraatının təzələnməsi barədə ərizəsi mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra məhkəməyə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmiş, qanunvericiliklə müəyyən edilmiş və bərpası istisna olunan prosessual müddəti buraxmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri İnzibati orqan apellyasiya şikayətini iş üzrə icraatın təzələnməsi barədə ərizə ilə eyni məzmunda əsaslandıraraq Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Daha sonra inzibati orqan apellyasiya şikayətinə əlavə təqdim edərək onunla əsaslandırmışdır ki, hazırki iş üzrə də qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün əsas olan yeni sübutlar və hallar aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində (bundan sonra – Baş İdarə) istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarına əsasən digər şəxslərlə yanaşı, İddiaçı nömrəsi olmayan, doldurulma tarixi ##.##.1972-ci il qeyd edilmiş saxta əmək kitabçası, “xxxx” ASC-nin * saylı Üzən Tikinti Quraşdırma Dəstəsinin adından ##.##.2016-cı il tarixli, 10-KŞ №-li saxta arayış, Fondun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş Departamentinin adından ##.##.2016-cı il tarixli 88/03/04-11020 və 88/03/04-***** №-li saxta arayışlar əsasında Sumqayıt İnzibati-İqtisadi Məhkəmənin ##.##.2016-cı il tarixli qərarı ilə təyin olunmuş pensiya işi üzrə Əliyev Vüsal Arif oğlunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən (cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə) hissəvi xitam verilmişdir. Həmin qərardan o da görünür ki, istintaq zamanı Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən Əliyev Vüsal Arif oğlu ifadəsində həmin şəxslərə aid saxta sənədləri şəxsən tərtib edərək məhkəmələrə təqdim etdiyini göstərmişdir. Eləcə də, iş üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, Əliyev Vüsal Arif oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Baş İdarənin xitam qərarından da göründüyü kimi: hazırda məhkum olunmuş Əliyev Vüsal Arif oğlu tərəfindən İddiaçı aid saxta sənədlər hazırlanmış və məhkəməyə təqdim edilmiş; həmin saxta sənədlər əsasında məhkəmə tərəfindən İddiaçı pensiya təyin edilməsi öhdəliyi Şöbənin üzərinə qoyulmuş; Əliyev Vüsal Arif oğlunun sənəd saxtalaşdırma və bilə-bilə həmin saxta sənədlərdən istifadə etmə cinayət əməllərini törətməsi müəyyən edilmiş; Saxta sənədlər rəhbər tutulmaqla qəbul edilmiş məhkəmə qərarı əsasında iddiaçıya pensiya təyinatı aparılmış; cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən (bəraətverici olmayan əsasla) İddiaçı pensiya işi üzrə Əliyev Vüsal Arif oğlunun barəsində cinayət təqibinə hissəvi xitam verilmişdir; Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq hesab edirlər ki, Baş İdarənin cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə qəbul edilmiş ## ###### 2025-ci il tarixli xitam qərarı və orada sadalanan hallar hazırki iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsi üçün yeni sübutlardır. Oxşar mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2015-ci il tarixli Qərarında da öz əksini tapmışdır. Belə ki, həmin qərarda göstərilmişdir ki, “təqsirləndirilən şəxsin ölməsi, amnistiya və ya cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi hallarda cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin mümkün olmaması səbəbindən qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalaşdırılması yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasına əsas ola bilər.” Bundan əlavə, bildirilir ki, Baş İdarənin ## ###### 2025-ci il tarixli xitam qərarına əsasən müəyyən edilmiş sənədlərin (əmək kitabçasının, şəxsiyyət vəsiqəsinin, güzəştli arayışın və əmək haqqı arayışının) saxtalaşdırılması faktı hazırki ərizə ilə mübahisələndirilən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2016-cı il tarixli *-*(**)-****/**** nömrəli qərarının qəbul edilməsinə əsas olmuş və həmin qərarın qəbul edilməsinə birbaşa, açıq-aşkar təsir göstərmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən, İddiaçı iddia ərizəsində tələb etdiyi əməkhaqqı əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunurdu: şəxsiyyət vəsiqəsinin surəti; əmək kitabçası; işəgötürən tərəfindən verilən əməkhaqqı arayışı. Nəticə etibarilə, İddiaçı pensiyanın əməkhaqqı əsasında yenidən hesablanması ilə bağlı aparılan inzibati məhkəmə icraatı zamanı işin araşdırılması və ədalətli həll olunması üçün adıçəkilən sənədlər həlledici əhəmiyyət kəsb edib. Eyni zamanda, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-****/**** nömrəli qərarından da görünür ki, məhkəmənin iddianın təmin edilməsi ilə bağlı yekun nəticəyə gəlməsinə təsir edən əsas sənədlər qismində iş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin * saylı Üzən Tikinti Quraşdırma Dəstəsinin adından ##.##.2016-cı il tarixli, 10-KŞ №-li saxta arayış, Fondun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş Departamentinin adından ##.##.2016-cı il tarixli 88/03/04-11020 və 88/03/04-***** №-li saxta arayışlar və doldurulma tarixi ##.##.1972-ci il qeyd edilmiş saxta əmək kitabçası çıxış etmişdir. Lakin yuxarıda da vurğulandığı kimi, Baş İdarənin ## ###### 2025-ci il tarixli xitam qərarında Sumqayıt İnzibati- İqtisadi Məhkəməsi tərəfindən iddia təmin edilərkən əsas götürülmüş sözügedən sənədlərin saxtalaşdırılması faktı öz təsdiqini tapmışdır. Göstərilən xüsusatlar isə ## ###### 2025-ci il tarixli xitam qərarının və həmin qərarla müəyyən edilmiş halların əvvəlki iş üzrə nə qədər həlledici əhəmiyyətə malik olduğunu bir daha təsdiq edir. Çünki, qeyd edilən sənədlərin saxta olması faktı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə həmin iş üzrə qərar qəbul edilərkən məlum olsaydı, həmin qərarın nəticə hissəsi əhəmiyyətli dərəcədə fərqlənər və iddianın təmin olunmaması ilə nəticələnərdi. Eyni mövqe, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması ilə bağlı qəbul etdiyi ## #### 2016-cı il tarixli Qərarında da qeyd olunmuşdur. Belə ki, həmin qərarda vurğulanmışdır ki, “işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onunla ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı aşkar edilsəydi, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı”. Məlumat üçün bildirilir ki, saxta sənədlər əsasında qəbul edilmiş məhkəmə qərarının icrası nəticəsində iddiaçıya 163770,93 manat əsassız vəsait ödənilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli *-*(**)-****/**** nömrəli qərardadında qeyd olunmuşdur ki, ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra məhkəməyə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmiş, qanunvericiliklə müəyyən edilmiş və bərpası istisna olunan prosessual müddəti buraxmışdır. Məhkəmənin mövqeyinə münasibətdə bildirilir ki, İddiaçı işi üzrə yeni açılmış hallara dair ərizənin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülməmişdir. Belə ki, İPM-in 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Qeyd edilir ki, İddiaçı pensiya təyin edilməsi ilə əlaqədar işə mahiyyət üzrə məhkəmədə baxılarkən onun tərəfindən təqdim edilmiş sənədlərin saxtalaşdırılması faktı məhkəməyə və hazırki iş üzrə ərizə verən şəxsə məlum olmamışdır. Qeyd olunan fakt Baş İdarənin ## ###### 2025-ci il tarixli xitam qərarı ilə müəyyən edilmişdir. Sözügedən qərar isə ərizəçiyə Baş İdarənin ##.##.2025-ci il tarixli *-*-***/*-******/**** nömrəli məktubu ilə təqdim olunmuşdur. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sənəd dövriyyəsi” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən, həmin məktub Nazirliyə ##.##.2025-ci il tarixində 3-171/1-24036/2025 nömrəsi ilə daxil olmuşdur. Beləliklə, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sənəd dövriyyəsi” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən, yeni açılmış hallara bağlı icraatın təzələnməsinə əsas olan yeni sübutlar və hallar həmin sübutların və halların əks olunduğu Baş İdarənin ## ###### 2025-ci il tarixli qərarının Nazirliyə daxil olduğu ##.##.2025-ci il tarixində ərizəçiyə məlum olmuşdur. Bu səbəbdən, hazırki iş üzrə ərizəçi tərəfindən yeni açılmış hallara bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün nəzərdə tutulmuş 3 aylıq müddət buraxılmamışdır. Həmçinin bildirilir ki, hazırki iş üzrə ərizəçi olan Şöbənin əsl ərizəçi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi zərurəti də yaranmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 101. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İş materiallarından göründüyü kimi iddiaçı İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “## ###### 2007-ci il tarixdən güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyası məbləğinin həmin vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə uyğun orta aylıq əmək haqqından (2003-2005-ci illər üzrə) hesablanması və yaranacaq məbləğ fərqinin hesablanaraq, birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2016-cı il tarixli, *-*(**)****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## ###### 2017-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2016-cı il tarixli, *-*(**)****/**** nömrəli qərarı icraya yönəldilmişdir. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək yeni açılmış hallarla bağlı iş üzrə məhkəmə icraatının təzələnməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizəni mümkün saymayaraq mövqeyini inzibati orqan tərəfindən qanunla nəzərdə tutulmuş 3 illik müddətin ötürülməsi ilə əsaslandırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamaqla aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Sözügedən normanın təhlili göstərir ki, qanunverici qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilməsi üçün iki əsas müəyyən etmişdir: 1) sonradan yeni sübutların və ya halların aşkar olunması; 2) həmin sübut və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması. İPM-nin 102-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 106.2-ci maddəsinə görə icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edilir. Məhkəmə kollegiyası qeyd edir ki, yeni açılmış hallar dedikdə işə məhkəmədə baxılması zamanı mövcud olan, lakin həmin vaxt mövcudluğu haqqında ərizəçidə məlumat olmayan və işin hallarına görə məlum ola bilməyən hallar, məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra məlum olan, işin həlli üçün həlledici təsirə malik olan hallar başa düşülür. İşə əvvəllər baxılarkən məlum olmayan həlledici hallar məhkəmə aktı çıxarılarkən tərəflərin hüquq və vəzifələri barədə məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktlardır. Nəzərə almaq lazımdır ki, yeni sübutlar və hallar qismində başa çatmış məhkəmə icraatı zamanı təqdim edilməmiş və araşdırılmamış sübutlar və ya hallar nəzərdə tutulur. Həmçinin nəzərə alınmalıdır ki, həmin sübut və ya hallar mübahisəyə baxıldığı dövrdə mövcud olmalı, ancaq tərəflərə məlum olmamalı və onların məhkəməyə təqdim olunmaması obyektiv səbəblərə, yəni proses iştirakçılarının iradəsindən asılı olmayan səbəblərə bağlı olmalıdır. Sonradan yaranmış sübutlar və hallar da məhkəmə icraatının təzələnməsi üçün əsas qismində çıxış edə bilməz. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı, həmçinin, tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və ya hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, İPM-nin 103.1 və 103.2-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. 3 illik müddət keçdikdən sonra icraatın təzələnməsinə dair ərizə yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Birinci instansiya məhkəməsi də inzibati orqan tərəfindən müddətin ötürülməsinə istinad etmişdir. Kollegiya qeyd edir ki, apellyasiya instansiyasında icraat zamanı təqdim edilmiş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarla müddətin ötürülməsi ilə bağlı əsas aradan qaldırılmış olur. Belə ki, sözügedən qərardan da göründüyü kimi cinayət işi materiallarına əlavə edilmiş 91 şəxsə münasibətdə, o cümlədən ...İddiaçı nömrəsi olmayan, doldurulma tarixi ##.##.1972-ci il qeyd edilmiş saxta əmək kitabçası, “xxxx” ASC-nin * saylı Üzən Tikinti Quraşdırma Dəstəsinin adından ##.##.2016-cı il tarixli, 10-KŞ №-li saxta arayış, Fondun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş Departamentinin adından ##.##.2016-cı il tarixli 88/03/04- 11020 və 88/03/04-***** №-li saxta arayışları .... əsasında güzəştli şərtlərlə pensiya təyin olunması, pensiyanın yenidən hesablanması, müxtəlif sahələrdə işləmələri, həmçinin əlillik təyin edilməsi faktlarının təsdiq olunmasına dair müxtəlif məhkəmə instansiyalarının qanuni qüvvəyə minmiş məhkəmə qərarları və qətnamələri mövcuddur. Həmin qərardan o da görünür ki, istintaq zamanı Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən Əliyev Vüsal Arif oğlu ifadəsində göstərmişdir ki, həmin şəxslərə aid şəxsən özü saxta sənədlər tərtib edərək məhkəmələrə təqdim etmişdir. Həmin sənədlərin saxta olması barədə ondan başqa heç kimin məlumatı olmamışdır. Eləcə də, iş üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, Əliyev Vüsal Arif oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göründüyü kimi İddiaçı məxsus ##.##.1972-ci il qeyd edilmiş əmək kitabçasının, “xxxx” ASC-nin * saylı Üzən Tikinti Quraşdırma Dəstəsinin adından ##.##.2016-cı il tarixli, 10-KŞ №-li arayışın və Fondun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş Departamentinin adından verilmiş ##.##.2016-cı il tarixli 88/03/04-11020 və 88/03/04-***** №-li arayışların saxta olması yuxarıda istinad olunmuş cinayət işi üzrə aparılan istintaq zamanı öz təsdiqini tapmışdır. Beləliklə də, qeyd olunan halların inzibati orqana bəlli olması üçün başlanğıc tarix cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında qərarın qəbul edildiyi - ## ###### 2025-ci il olduğundan qanunvericilikdə nəzərdə tutulmuş müddət inzibati orqan tərəfindən ötürülməmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş cavabdehin “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi” barədə ərizəsinə yenidən baxılması və ərizə ilə əlaqədar digər hallar araşdırılmaqla qiymət verilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “## ###### 2007-ci il tarixdən güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyası məbləğinin həmin vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə uyğun orta aylıq əmək haqqından (2003-2005-ci illər üzrə) hesablanması və yaranacaq məbləğ fərqinin hesablanaraq, birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş cavabdehin “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi” barədə ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-711/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-711/2025
07.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver