Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-713/2025 31.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X3 və X1 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-3573/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Qəşəm Məmmədli) xx.xx.2025-ci il tarixli 2-1(118)- 3573/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon (keçmiş Lenin rayonu) XDS İK-nin xx.xx.1989-cu il tarixli 2/101 saylı qərarı ilə İddiaçı ayrılmış ünvan 3ndə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 m2 torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, adına çıxarış, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddanın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları Bakı şəhəri Lenin rayon (indiki Sabunçu rayonu) XDS İK-nin xx.xx.1989-cu il tarixli 2/101 saylı qərarı ilə İddiaçı ünvan 3ndə fərdi yaşayış evinin tikintisi üçün 600 m2 torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin yerləşmə sxemi tərtib edilmişdir, sxemdə torpaq sahəsinin ölçüləri və koordinatları öz əksini tapmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdə qeyd edilmişdir ki, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı aşkar edilmişdir. Belə ki, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra müraciətə qanunamüvafiq qaydada baxılacaqdır. Bundan başqa sözügedən torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının hazırkı müraciətinizə əlavə olunmadığı, torpaq sahəsi sənəd üzrə 0,06 ha olduğu halda, faktiki olaraq torpaq sahəsinin 0,1544 ha hissəsinin istifadədə olduğu müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdə qeyd edilmişdir ki, torpaq sahəsi Abşeron rayon inzibati ərazi hüdudları daxilində yerləşdiyindən torpaq sahəsinə dair çıxarış və plan ölçü sənədinin verilməsi üçün 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etməyi məqsədə müvafiqdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüququna dair texniki pasportun və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və plan-ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüququna dair texniki pasportun və çıxarışın verilməsi barədə müvafiq qərar qəbul edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin imtina məktubu ilə hüquqların qeydiyyatından imtina edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən imtina məktubu qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin vəzifəli şəxslərin hərəkətsizliyi İddiaçı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqlarını həyata keçirməsini məhdudlaşdırır. Həmin imtinanı qanunsuz və əsassız hesab edir. İddiaçı inzibati orqan tərəfindən ayrıseçkiliyə məruz qalmışdır. Belə ki, arxiv qovluğunda mövcud olan sənədlərə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində olan tikili ilə birlikdə İddiaçı istifadəsinə verilmişdir. Belə olan halda həmin imtina tamamilə qanunsuz və əsassızdır. Yuxarıda sadalanan sənədlər qüvvədədir və yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə həmin sənədlər hüquqların qeydiyyata alınması üçün əsasdır. Cavabdeh inzibati orqanın iddiaçının bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassız olmuşdur. Beləliklə, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin edilməsindən imtina etməsində heç bir qanuni əsas müəyyən edilməmiş, bunun əksi olaraq iddiaçının tələbinin qanuni və əsaslı olduğu müəyyən edilir. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan birbaşa fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı müraciət olunduğu və iddiaçıya ayrılmış torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının müraciətə əlavə olunmadığı müəyyən edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 31 oktyabr 2024-cü il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan birbaşa fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı müraciət olunduğu və iddiaçıya ayrılmış torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının müraciətə əlavə olunmadığı müəyyən olunmuşdur. Bundan əlavə təkrar araşdırma zamanı sözügedən daşınmaz əmlakın dövlət əmlakı olduğu müəyyən edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46cı maddələrinə müvafiq olaraq, dövlət obyektlərinin - dağ-mədən sənayesi, təsdiq edilmiş faydalı qazıntı yataqları, vahid energetika sistemi, magistral boru kəmərləri, nəqliyyat, rabitə və müdafiə obyektləri, dövlət sərhəd zolaqları, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsi, onların planı və ölçüsünün tərtib edilməsi, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanması və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak envbi cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə etmiş, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ünvan 3 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi inzibati ərazi olaraq Bakı şəhəri Sabunçu rayonuna aiddir. Bu barədə məhkəmənin sorğusuna 4 saylı Abşeron Ərazi İdarəsi xx.xx.2025-ci il tarixli məktubla cavab vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etirazı edib, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, məhkəmənin sorğusu əsasında cavabdeh tərəfindən verilmiş məktubu, "xxxx" MMC-nin məktubunu və iş materiallarında olan sənədləri nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, işə ərazi aidiyyatı qaydaları pozulmaqla baxıldığına görə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, inzibati iş torpaq sahəsinin yerləşdiyi yer üzrə ərazi aidiyyəti qaydasında baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Bakı şəhəri Sabunçu rayon (keçmiş Lenin rayonu) XDS İK-nin xx.xx.1989-cu il tarixli 2/101 saylı qərarı ilə İddiaçı ayrılmış ünvan 3 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin koordinatlarının inzibati ərazi vahid üzrə Bakı şəhərinin və ya Abşeron rayonunun inzibati ərazi vahidində yerləşməsinin müəyyən edilməsi barədə müvafiq sorğular verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi xx.xx.2025-ci il tarixli məktubla məhkəmənin sorğusuna cavab verərək bildirilmişdir ki, ünvan 3 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 2866 nömrəli Sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış keçmiş X4 hüdudları daxilində yerləşir və inzibati ərazi olaraq Bakı şəhərinə (Sabunçu rayonu) aid edilmişdir. Qeyd olunan keçmiş X4 torpaq sahələrinin idarəçiliyi Abşeron rayon İcra Hakimiyyətində olduğu üçün 4 saylı Abşeron Ərazi İdarəsinin xidmət göstərdiyi əraziyə aid edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMC xx.xx.2025-ci il tarixli 3-21-3-60/2-2316/2025 nömrəli məktubla məhkəmənin sorğusuna cavab verərək bildirilmişdir ki, təqdim olunan koordinatlarda yerləşən ünvan 3 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazisinə daxil olmaqla, Abşeron rayonunun istifadəsində olan (keçmiş Bilgəh Zəfəran sovxozu) ərazisində yerləşir. Məhkəmə kollegiyası nəzərə alır ki, Abşeron rayonu xx.xx.1963-cü ildə təşkil olunmaqla, yaranmasının məqsədi ötən illər ərzində Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazilərindəki kolxoz və sovxozlara, quşçuluq sənayesinə, aqrar sahəyə xidmət edən idarə və müəssisələrə, kənd tikinti və meliorasiya təşkilatlarına, aqrar istiqamətli elmi-tədqiqat institut və laboratoriyalarına yüksək ixtisaslı rəhbərliyi təmin etməkdən ibarət olmuşdur. Rayon həmçinin, hər iki sənaye mərkəzinin kənd təsərrüfatı məhsullarına ehtiyacının daha dolğun ödənilməsinə xidmət etmək vəzifəsini həyata keçirmişdir. Göründüyü kimi, iki şəhəri kənd təsərrüfatı məhsulları ilə təmin etmək məqsədi ilə yaradılmış Abşeron rayonunun torpaqlarının əksər hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşir. Həmçinin qeyd edilməlidir ki, həmin ərazilərdə olan yaşayış məntəqələri torpaqları Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 2866 nömrəli “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” sərəncamına əsasən Bakı şəhərinin inzibati ərazisinə qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə təcrübəsindən də məlum olduğu kimi Bakı şəhəri ərazisində Abşeron rayonunun idarəçiliyində olan torpaq sahələri yerləşir və həmin ərazilər Abşeron rayonunun inzibati ərazisi sayılmır. Abşeron rayonunun idarəçiliyində olan və Bakı şəhərinin rayonlarının inzibati ərazisində yerləşən torpaq sahələri üzərində Abşeron rayon İcra Hakimiyyətinin sərəncam vermək hüququ olsa da, həmin ərazilərdə kommunal xidmətlər, polis nəzarəti və digər dövlət xidmətləri Abşeron rayon İcra Hakimiyyətinə yox, torpaq sahəsinin yerləşdiyi rayonun müvafiq qurumlarına aid edilir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrinin ərazi yurisdiksiyasının 15.9-cu bəndinə əsasən Bakı şəhəri Sabunçu rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası İPM-in 8.1.1-ci maddəsinə əsasən inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı işin hallarından da görünür ki, İddiaçınnun tələbi Bakı şəhəri Sabunçu rayon (keçmiş Lenin rayonu) XDS İK-nin xx.xx.1989-cu il tarixli 2/101 saylı qərarı ilə ona ayrılmış ünvan 3 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, adına çıxarış, torpaq sahəsinin planı və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Odur ki, İPM-in 8.1.1-ci maddəsi hazırkı iddia tələbinə də şamil olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi Abşeron rayonunun idarəçiliyində olan torpaqlarda yerləşsə də, inzibati ərazi baxımından Bakı şəhərinin ərazi hüdudlarında yerləşdiyi üçün mübahisəyə həmin torpaq sahəsinin aid olduğu Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1, 8.6 və 12-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-3573/2025 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Sabunçu rayon (keçmiş Lenin rayonu) XDS İK-nin xx.xx.1989-cu il tarixli 2/101 saylı qərarı ilə İddiaçı ayrılmış ünvan 3ndə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 m2 torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, adına çıxarış, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(105)-713/2025 nömrəli inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-713/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-713/2025
31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver