Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-72/2021 30.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2-N(NN8)-668/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı(bundan sonra iddiaçı) Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh N4 yanvar 2020-ci il tarixli məktubla müraciəti təmin etməkdən imtina edərək bildirmişdir ki, Mərkəzi Arxivin 26.03.20N9-cu il tarixli, 9/2-3543 nömrəli arayışına əsasən 03.08.N993-cü il tarixli xəstəlik haqqında (07.09.N993-cü il 697 nömrəli) şəhadətnamədə 07.09.N993-cü il tarixdən sonrakı hərbi xidmətləri və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmağı barədə məlumat olmadığından müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Verilən cavabla razılaşmayan iddiaçı Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırması: İddiaçı NN.09.N992-ci il tarixdə Şamaxı rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılsa da, Müdafiə Nazirliyinin Mərkəzi Arxivlər İdarəsi tərəfindən verilən arayışda, xidmətinin əvvəli 06 noyabır N992-ci il sənədləşdirilmişdir. Xidmətinin əvvəlini Füzuli rayonu ərazisində döyüşən N nömrəli hərbi hissənin 6-cı batalyonunda sıravi atıcı kimi başlayaraq, sonralar 865 (Zəngilan rayonu ərazisi) və N nömrəli hərbi hissələrin tərkibində, döyüş əməliyyatları gedən bölgələrdə iştirak etmiş, döyüşlərdə iştirak etdiyi dövrlərdə bir neçə dəfə mərmi partlaması və yüngül qəlpə yaralanmaları xəsarətləri almışdır. Lakin bundan başqa xidmət etdiyi dövrlərdə ağır xəstəlik keçirərək 25.02.N993-ci il tarixdən, 27.05.N993-cü il tarixədək Silahlı Qüvvələrin Mərkəzi Hərbi Hospitalında Terapiya şöbəsində “Brusellyoz, ikincili-xroniki metastatik forma, dayaq-hərəkət sisteminin zədələnmə üstünlüyü ilə (poliartir) daxili orqanların (Hepatit), residiv gedişli” diaqnozu ilə stasionar müalicə olunmuş, müalicə olunduqdan sonra yenə də öz xidmət yerinə döyüş bölgəsinə qayıtmışdır. Lakin keçirdiyi xəstəlik sonralar onun döyüş bölgəsində xidmətinə və döyüş əməliyyatlarında iştirakına mane olduğu üçün onu, N avqust N993-ci il tarixdə keçirdiyi xəstəliyin həkim komissiyasında şəhadətləndirilməsi məqsədi ilə N nömrəli hərbi hissənin komandiri tərəfindən, Bakı şəhərinə Mərkəzi Hərbi Hospitala, həkim komissiyasına göndərilmişdir. (Əsas: Müdafiə Nazirliyinin Mərkəzi Arxivlər idarəsi tərəfindən verilən 26.03.20N9-cu il tarixli, 9/2-3543 nömrəli arxiv arayışı və HHK-nın 30.09.N994-cü il tarixli, 697-M xəstəlik haqqında şəhadətnaməsi). Komissiya öz növbəsində onu şəhadətləndirərək, xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsini, hərbi xidmətə yararlılığ dərəcəsini təyin edərək “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə hərbi xidmətə qismən yararlı" qərarını vermişdir. (Əsas: Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 30 sentyabr N993-ci il imixli, 697 nömrəli Xəstəlik haqqında şəhadətnaməsi). 0N.N0.N993-cü il tarixdə o yenidən hərbi hissəyə geri dönmüş, geri döndükdə hərbi hissə komandiri (polkovnik Şabanov) şəxsən onun sənədlərini nəzərdən keçirdikdən sonra onun ağır xəstə olduğunu, hərəkət dayaq sisteminin qənaətbəxş olmadığını və onun bu vəziyyətdə xüsusəndə döyüş əməliyyatlarında iştirakının mümkünsüzlüyünü və hərbi xidmətə yararsız olduğunu, ona qətiyyətlə bildirərək geri, evinə dönməyi göstəriş vermişdir. O atasına xəbər göndərmiş, atası hərbi hissəyə gəlmiş, vəziyyəti ona izah etmiş, hərbi hissə komandiri ona anlatdıqlarını atasına başa salmış və o, N0.N0.N993-cü ildə evə qayıtmışdır. Bundan başqa Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarına əsasən keçirdiyi xəstəliyin və travmanm hərbi xidmətlə səbəb əlaqəsi təyin edilərək 0N.02.20N9-cu il tarixli, 88 saylı həkim komissiyası Qərar qəbul etmişdir. Müharibə Veteranı adının və müvafiq vəsiqənin alınması üçün Müdafiə Nazirliyi aparatı nəzdində yaradılmış komissiyaya bir neçə dəfə müraciət etsə də, komissiya öz növbəsində N4.0N.20N9-cu il tarixli N/Z-492 N-li məktubla ona öz mövqelərini belə izah etdilər ki, guya “o qanuni əsaslarla ordu sıralarından tərxis olunmamışdır və onun atəşkəsdən əvvəl tərxis olduğunu bildirərək Müharibə Veteranı adının və müvafiq vəsiqənin verilməsindən imtina etdilər”. Lakin o xəstə olduğu üçün ordu sıralarından ehtiyata buraxılmış, hətta buraxldıqdan sonra yenə hərbi hissəyə qayıtmış, atası gəlib həmin hissə komandirinin təkidindən sonra o qeydiyyata alınmaq üçün Şamaxı RHK-na göndərilmişdir. O, hərbi hissəni özbaşına tərk etsəydi Füzuli hərbi prokurorluğunda barəsində hər hansı bir cinayət işi açılmış olardı. Cavabdehin etirazları: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin tələblərinə əsasən, hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. N) Şəxsin keçməsi xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2) Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfumuna AR Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iddiaçının qanuni əsaslarla ehiyata buraxılması müvafiq əmrlərlə təsdiq edilməmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran” adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası məhz bu əsasla N4 yanvar 20N9-cu il tarixli qərarı ilə iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2-N(NN8)-668/2020 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim C.Məmmədov) Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmə onun qanuni əsaslarla hərbi xidmət keçdiyini nəzərə almamış, yekunda belə bir nəticəyə gəlmişdir ki, onun hərbi hissədən qanuni əsaslarla təxris olunmağı barədə hər hansı bir sübut təqdim edilməmişdir. Halbuki hərbi hissədən xəstəliyi ilə bağlı buraxıldıqdan sonra o, dərhal hərbi hospitalda həkim komissiyasında olmuş, komissiya tərəfindən bununla bağlı şəhadətnamə verilmişdir. Bundan başqa onun xidmətləri ilə bağlı N və N nömrəli hərbi hissə komandirlərinin məlumatları Müdafiə Nazirliyinin Mərkəzi Arxivində aşkar edildiyi halda məhkəmə bu faktı təhrif etmiş, qərarda göstərmişdir ki, guya nizami hissə üzrə əmrlərdə onun xidmətləri haqqında məlumat aşkar edilməmişdir. O, hərbi hissəni özbaşına tərk etməmişdir, xəstələnənə qədər hərbi hissədə olmuş, hospitaldan buraxılan kimi AR MN-nin N saylı hərbi hissəsinə qayıtmış, lakin hərbi hissə komandiri xəstəlik barədə hospitalın verdiyi arayışı və şəhadətnaməni (müharibə dövründə hərbi xidmətə yararsız, sülh dövründə məhdud yararlı), onun xəstə vəziyyətdə olduğunu, fiziki durumunu nəzərə alaraq hərbi hissəyə qəbul etməmiş və sonradan da onun hərbi xidmətini arxa cəbhədə yerləşən hərbi hissələrdə davam etdirməyi ilə bağlı AR Müdafiə Nazirliyi tərəfindən hər hansı bir əmr verilməmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cümlədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nomrəli Qərarı ilə təsdiq edilmiş «Muharibə veteranı, silahlı quvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinin 8-ci yarımbəndində əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar N998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Kollegiya işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək qeyd edir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Bununla bağlı, döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməni təsdiq edən sənəd kimi yalnız hərbi biletə və oradakı qeydlərə istinad edilə bilməz. Belə ki, qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarından göründüyü kimi yalnız hərbi biletdəki qeydlər özü-özlüyündə yetərli deyildir, onunla yanaşı, həm də hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları da təqdim olunmalıdır. Bundan başqa, artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 26 mart 20N9-cu il tarixli məktubundan görünür ki: - İddiaçı məcburi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissənin 6-cı batalyon komandirinin 06 noyabr N992-ci il tarixli 333 saylı əmrilə (əsas; 8, səh-N6, sıra-4; qeyd: N nömrəli hərbi hissə komandirinin N2.N0-30.NN.N992-ci il tarixli əmr kitabında, əmrdə soyadı Zülfiqarov yazılmışdır) batalyonun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissənin 3-cü ehtiyat taburunun əsgəri XN N nömrəli hərbi hissə komandirinin N7 fevral N993-cü il tarixli 4N nömrəli əmrilə (əsas; N, səh-44, qeyd: əmrdə soyadı Zülfiqarov yazılmışdır) müalicə olunmaq üçün Bakı şəhəri Mərkəzi hospitala ezam olunaraq ərzaq təminatından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin N fevral N993-cü il tarixli 5N nömrəli əmrilə (əsas; 5, səh-54, sıra-4; qeyd: əmrdə soyadı Zülfiqarov yazılmışdır) sıravi XN N-ci taburun sərəncamına keçirilərək ərzaq təminatı ilə təmin olunmuşdur. N №li hərbi hissə komandirinin 06.NN.N992-ci il tarixli 8 nömrəli əmrinə əsasən qulluğunu davam etdirmək üçün Zəngilan rayonuna göndərilmiş, atıcı sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N mart N993-cü il tarixli, 54 nömrəli əmrilə (əsas; 5, səh- 59, sıra-4) 0N.N2.N992-ci il tarixdən Zenit-Artileriya Divizionunun şəxsi heyətinin tərkibinə daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin N avqust N993-cü il tarixli N94 nömrəli əmrilə (əsas; 5, səh-24, sıra-N) İddiaçı müalicə olunmaq üçün Bakı şəhəri hərbi hospitalına göndərilərək müvəqqəti olaraq ərzaq təminatından çıxarılmışdır. Qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin sentyabr N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Beləliklə, iş materiallarında olan sənədlərlə iddiaçının N və N saylı hərbi hissələrin tərkibində döyüş bölgəsində olması öz əksini tapsa da, onun tərəfindən hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Hərbi xidmət zamanı iddiaçının xəstələnməsi ilə bağlı apellyasiya şikayətində göstərdiyi dəlil ilə bağlı kollegiya qeyd edir ki, həqiqətən də, iş materiallarından görünür ki, iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xəstələnmiş, MN Mərkəzi Hərbi Həkim Komissiyasının 07.09.N993-cü il tarixli 697 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən, diaqnozu: ”brusellyoz, ikincili xroniki metastatik forma, dayaq hərəkət sisteminin zədələnmə üstünlüyü ilə (poliartrit) və daxili orqanların(hepatit), residiv gedişli” olmuş, dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. 25 dekabr N99N-ci il tarixli “Hərbi qulluqçuların statusu haqqında”Azərbaycan Respublikasının Qanunun: - 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər; - N8-ci maddəsinin N-ci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Sadalanmış bu müddəalardan bəlli olur ki, çağırışla Silahlı Qüvvələrdə xidmətə daxil olan şəxslər hərbi qulluqçu statusunu əldə edir və bununla da onların hərbi xidmət keçmə müddəti başlanılır. Müəyyən edilmiş xidmət müddəti başa çatdığı halda, həmçinin, səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçular ehtiyata və ya istefaya buraxılırlar. Daha sonra qəbul edilmiş 03 noyabr N992-ci il tarixli “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun: - 2-ci maddəsinə əsasən, hərbi xidmət həmçinin müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir; - N4-cü maddəyə əsasən, çağırışçılar üçün - hərbi hissəyə göndərilməkdən ötrü hərbi komissarlığa gəldikləri gün hərbi xidmətin başlanğıcı sayılır. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır; - N7-ci maddəsinə əsasən, ali zabit heyəti və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti)tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Hərbi qulluqçuların qalan heyətləri “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada həqiqi hərbi xidmətdən müvafiq icra hakimiyyəti orqanları tərəfindən buraxılırlar. - N8-ci maddəsinin v) bəndinə əsasən, xəstəliyə görə—hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan və ya N2 aydan sonra yeni müayinədən keçməklə müharibə dövründə həqiqi hərbi xidmətə yararsız sayıldıqda həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılırlar. - N9-cu maddəsinin b) bəndinə əsasən, xəstəliyə görə—hərbi-həkim komissiyaları tərəfindən həqiqi hərbi xidmətə yararsız sayılaraq hərbi uçotdan çıxarıldıqda hərbi qulluqçular həqiqi həqiqi hərbi xidmətdən istefaya buraxılırlar. Sadalanmış bu müddəalardan bəlli olur ki, müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə, hərbi qulluqçunun xidmət keçmənin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. İddiaçı səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilsə də, onun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri olmamış, şəxsi heyət siyahısından qanunla müəyyən edilmiş qaydada çıxarılmamışdır. Odur ki, kollegiya qeyd edir ki, iddiaçının qanuni əsaslarla ordudan tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Belə ki, yuxarıda istinad olunan normalara əsasən iddiaçının qanunla müəyyən edilmiş qaydada təxris olunmaması onun «döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs» statusunu əldə etməməsinə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə də kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2-N(NN8)-668/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi N20) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-72/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-72/2021
30.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver