Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-72/2022 19.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinin nümayəndəsi Nümayəndə1, 3-cü şəxs X5 nümayəndəsi Nümayəndə2 Hümsü oğlunun iştirakları ilə İddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə qarşı “Sumqayıt şəhər, Novxanı bağları sahəsində yerləşən 1650j saylı bağ sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarının, həmin torpaq sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin mülkiyyət hüququnun DƏDRX-nin Sumqayıt 2 saylı Ərazi İdarəsində aparılmış qeydinin və bunun əsasında verilmiş 06 dekabr 2013-cü il tarixli, RX ******* seriyalı çıxarışın, həmin torpaq sahəsinin F.Cəbrayılovun mülkiyyətinə verilməsinə dair Bələdiyyənin 28 dekabr 2013-cü il tarixli 17 saylı iclasının 34-cü qərarının etibarsız hesab edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2-1(118)- 52/2021 saylı qərarından cavabdeh Sumqayıt şəhər Bələdiyyəsi və 3-cü şəxs X11 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı iddia qaldıraraq “Sumqayıt şəhər Bələdiyyəsinin 908 kv.m. torpaq sahəsinin X5 mülkiyyətinə verilməsinə dair 23 avqust 2013-cü il tarixli 11 saylı qərarının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək Sumqayıt şəhər, Novxanı bağları sahəsində yerləşən 1650j saylı bağ sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarının, həmin torpaq sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin mülkiyyət hüququnun DƏDRX-nin Sumqayıt 2 saylı Ərazi İdarəsində aparılmış qeydinin və bunun əsasında verilmiş 06 dekabr 2013-cü il tarixli RX ******* seriyalı çıxarışın, həmin torpaq sahəsinin F.Cəbrayılovun mülkiyyətinə verilməsinə dair Bələdiyyənin 28 dekabr 2013-cü il tarixli 17 saylı iclasının 34-cü qərarının etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X11 və X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər XDS-nin Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçının mərhum atası X3 arasında bağlanmış 08.06.1989-cu il tarixli icarə müqaviləsinə əsasən «Novxanı» bağlar massivində yerləşən, sahəsi 0,12 ha olan 1650j saylı bağ sahəsi sonuncunun icarəsinə verilmişdir. Bağ icarə müqaviləsi bu günə qədər də ləğv edilməmiş və bu günə qədər də atasının icarəsində hesab edilir. R.Fərzullayev 12.02.2005-ci il tarixdə rəhmətə getmişdir. Həmin bağ sahəsi AR Prezidentinin 1998-ci il tarixli Sərəncamına və «Torpaq islahatı haqqında» Qanuna əsasən iddiaçının icarəçi olan atasının mülkiyyətinə verilmişdir. Lakin bu torpaqlar barəsində Sumqayıt şəhər Bələdiyyəsinin sərəncam vermək və bu torpaqların geri qaytarılması barədə iddialar qaldırmaq hüququ olmadan xəbərləri olmadan Sumqayıt şəhər Bələdiyyəsi 2008-ci ildə həmin bağ sahəsinə dair müqavilənin etibarsız hesab edilməsi barədə iddia qaldırmış, Sumqayıt şəhər Məhkəməsinin 06 iyun 2008-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş və atasının adına olan icarə müqaviləsi etibarsız hesab edilmişdir. İddiaçı bu barədə məlumatı yalnız 2018-ci ildə almış və bu məqsədlə Sumqayıt şəhər Məhkəməsinin həmin adı çəkilən qətnaməsini rəsmi qaydada əldə etdikdən sonra bu barədə apellyasiya şikayəti vermişdir və şikayətinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin 05 iyun 2008-ci il tarixli qətnaməsinə əsasən atasına məxsus bağa dair icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə olan qətnaməsi ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qət edilmişdir. Bu qətnamə qüvvəyə minməklə atasının adına olan icarə müqaviləsi yenidən qanuni qüvvədə qalmış və hal hazırda həmin torpaq sahəsi atasının qanuni icarəsində olan torpaq hesab edilir. «İcarə haqqında» Qanunun tələblərinə görə icarəçi öldükdən sonra onun vərəsələri onun hüquqlarına malikdirlər və həmin torpaqlar özəlləşmə üçün açıldığı üçün vərəsələr həmin torpaqdan istifadə hüququna,eləcə də mülkiyyət kimi qeydə alaraq mülkiyyətlərinə keçirmək hüququna malikdirlər. Lakin Sumqayıt Bələdiyyəsi vətəndaşların qanuni icarəsində olan torpaqlar barədə sərəncam vermək hüququ olmadan həmin torpağa dair sərəncam verərək, özünün 29 avqust 2013-cü il tarixli, 11 saylı qərarı ilə həmin torpağın X7 vermişdir. İddiaçı həmin qərarın etibarsız hesab edilməsi üçün Sumqayıt şəhər Məhkəməsinə iddia ilə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçının həmin iddiası təmin edilmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 09 avqust 2019-cu il tarixli qərardadına əsasən həmin hissədə məhkəmə qətnaməsi ləğv edilərək iş baxılmamış saxlanılmış və bildirilmişdir ki, həmin mübahisə inzibati mübahisə olduğu üçün bu iddia ilə Sumqayıt İnzibati İqtisadi məhkəməsinə müraciət etmək lazımdır. Ona görə də hazırkı iddia ilə müraciət etmişdir. Bələdiyyənin qərarı qanunsuzdur və bu səbəbdən də ləğv edilməlidir. Çünki Sumqayıt Bələdiyyəsinin bu torpağa dair sərəncam vermək hüququ olmamışdır. Belə olan təqdirdə həmin qərar etibarsız hesab edilməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2-1(118)-52/2021 saylı qərarı ilə iddianın təmin edilməsini, Sumqayıt şəhər, Novxanı bağları sahəsində yerləşən 1650j saylı bağ sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarı, həmin torpaq sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin mülkiyyət hüququnun DƏDRX-nin Sumqayıt 2 saylı Ərazi İdarəsində aparılmış qeyd və bunun əsasında verilmiş 06 dekabr 2013-cü il tarixli RX ******* seriyalı çıxarış, həmin torpaq sahəsinin F.Cəbrayılovun mülkiyyətinə verilməsinə dair Bələdiyyənin 28 dekabr 2013-cü il tarixli 17 saylı iclasının 34-cü qərarının etibarsız hesab edilməsi qərara alınmışdır (hakim İsmayıl Quliyev). Qərardan narazı qalan cavabdeh Sumqayıt şəhər Bələdiyyəsi və 3-cü şəxs X11 ayriairılıqda apellyasiya şikayəti vermişlər. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt şəhər Bələdiyyəsi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, "Novxanı” bağları ərazisində yerləşən sahəsi 1200 kvadrat metr olan 1650j saylı bağ torpaq sahəsi 08 iyun 1989-cu il tarixli torpaq icarə müqaviləsi əsasında mərhum X1 icarəsinə verilmişdir. Həmin icarə müqaviləsinin müddəti 08 iyun 1999-cu il tarixədək müyyən olunmuş və müddəti başa çatdıqdan sonra tərəflər arasında yeni icarə müqaviləsi bağlanılmamışdır. Həmin vaxtdan sonra X1 torpaq sahəsindən istifadə etdiyinə dair hər hansı sübut da mövcud deyildir. Belə olan halda iddiaçının mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüququ olmadığından, onun bələdiyyə qərarının etibarsız sayılması barədə iddia qaldırmağa da subyektiv hüququ mövcud deyildir. Apellyasiya şikayətində Sumqayıt İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2-1(118)-52/2021 saylı qərarının ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərar çıxarılması xahiş olunmuşdur. Üçüncü şəxs X11 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin iş üzrə qərarı əsassızdır və ləğv edilməklə iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı iddia tələbinə cavabdeh-Sumqayıt Bələdiyyəsinin iddia ərizəsinə etirazında qeyd edilən əsasları təsdiq etməklə məhkəmə kollegiyasının nəzərinə çatdırırıq ki, "Novxanı bağları ərazisində yerləşən sahəsi 1200 kvadrat metr olan 1650j saylı bağ torpaq sahəsi 08 iyun 1989-cu il tarixli torpaq icarə müqaviləsi əsasında mərhum X1 icarəsinə verilmişdir. Həmin icarə müqaviləsinin müddəti 08 iyun 1999-cu il tarixədak müyyən olunmuş və müddəti başa çatdıqdan sonra tərəflər arasında yeni icarə müqaviləsi bağlanılmamışdır. Həmin vaxtdan sonra X2 torpaq sahəsindən istifadə etdiyinə dair har hansı sübut mövcud deyildir. Bundan əlavə iddiaçının atasına icarə müqaviləsi əsasında verilmiş torpaq sahəsi 0,12 ha olmuş və İ. Fərzullayevin cavabdehlər Sumqayıt Şəhər Bələdiyyəsinə, X8, X4, X13, X12, Sumqayıt Şəhəri 3 saylı Dövlət Notariat Kontoruna, Sumqayıt Şəhəri 2 saylı Dövlət Notariat Kontoruna va Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı qərarın, əqdlərin etibarsız hesab edilməsi, tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2 (060)-738/2019 saylı, 15 fevral 2019-cu il tarixli qətnaməsi Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 avqust 2019-cu il tarixli 2(105)- 2683/2019 saylı qətnaməsi ilə ləğv edilmiş və həmin qətnamə Ali Məhkəmənin qərarı ilə qüvvədə saxlanılmışdır. İ. Fərzullayev həmin iddia tələbində 0,12 ha torpaq sahəsini mübahisələndirmişdir. Apellyasiya şikayətində Sumqayıt İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2-1(118)-52/2021 saylı qərarının ləğv edilməsi və iddianın rədd olunması barədə qərar çıxarılması xahiş olunmuşdur. TƏRƏFLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinin nümayəndəsi Nümayəndə1 onun tərəfindın verilən apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək iddianın mümkünsüz sayılmasına dair apelyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X5 nümayəndəsi Nümayəndə2 Hümsü oğlu üçüncü şəxs X11 tərəfindən verilən apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə iddianın rədd olunmasını xahiş etdi. İddiaçı və iddiaçının vəkili Vəkil apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdilər. Əlavə olaraq İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəni məhkəmə kollegiyasına təqdim edərək iddianın həcmini azaltmaq zəruriəti yarandığını bildirmişdir. Belə ki, iddianın Bələdiyyənin adına aparılmış qeyd və çıxarışın etibarsız hesab edilməsi hissəsində cavabdeh kimi Reyestr Xidməti göstərilməli olduğu halda, bu iddiada sonuncu cavabdeh kimi işə cəlb edilməmişdir. Bundan əlavə, inzibati icraatda yalnız bir orqan cavabdeh kimi cəlb edilə bilməsini nəzərə almaq da zəruridir. Ona görə də iddianın «həmin torpaq sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin mülkiyyət hüququnun DƏDRX-nin Sumqayıt 2 saylı Ərazi İdarəsində aparılmış qeydinin və bunun əsasında verilmiş 06 dekabr 2013-cü il tarixli RX ******* seriyalı çıxarışın etibarsız hesab edilməsi» hissəsini hazırkı iddiadan xaric edir və yalnız Sumqayıt şəhər, Novxanı bağlar sahəsində yerləşən 1650j saylı bağ sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarının və həmin torpaq sahəsinin F.Cəbrayılovun mülkiyyətinə verilməsinə dair Bələdiyyənin 28 dekabr 2013- cü il tarixli 17 saylı iclasının 34-cü qərarının etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq 3-cü şəxs X6 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinin apellyasiya şikayəti təmin və 3-cü şəxs X5 apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia mümkün sayılmamalıdır. Belə ki, dəqiqləşdirilmiş iddia ərizəsinə əsasən iddiaçı Sumqayıt şəhər, Novxanı bağlar sahəsində yerləşən 1650j saylı bağ sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarının və həmin torpaq sahəsinin F.Cəbrayılovun mülkiyyətinə verilməsinə dair Bələdiyyənin 28 dekabr 2013- cü il tarixli 17 saylı iclasının 34-cü qərarının etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, "Novxanı” bağları ərazisində yerləşən sahəsi 1200 kvadrat metr olan 1650j saylı bağ torpaq sahəsi 08 iyun 1989-cu il tarixli torpaq icarə müqaviləsi əsasında mərhum X1 icarəsinə verilmişdir. Həmin icarə müqaviləsinin müddəti 08 iyun 1999-cu il tarixədək müyyən olunmuş və müddəti başa çatdıqdan sonra tərəflər arasında yeni icarə müqaviləsi bağlanılmamışdır. Həmin vaxtdan sonra X1 torpaq sahəsindən istifadə etdiyinə dair hər hansı sübut da mövcud deyildir. Eyni zamanda X3 12 fevral 2005-ci il tarixdə vəfat etmişdir. Mərhum icarəçinin vəfatından sonra onun vərəsələrinin qeyd olunan1650j saylı bağ torpaq sahəsindən faktiki istifadə etmələri müəyyən olunmur. İş materialları ilə həmçinin müəyyən olunur ki, iddiaçı mübahisələndirilən bağ torpaq sahəsinə dair icarəçinin ölmündən 13 il keçdikdən sonra iddia tələbləri ilə müraciət etmişdir. “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 noyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Əsasnamənin 2-ci oəndinə əsasən özəlləşdirməyə çıxarılmış torpaqların vətəndaşların mülkiyyətinə verilməsi üçün onlar tərəfindən ərizənin və həmin sahədən qanuni istifadə olunmasını təsdiq edən sənədin surətinin təqdim edilməsi nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, yuxarıda göstərilən qanunvericilik aktlarında həyətyanı torpaq sahəsinin məhz daimi istifadəçinin ərizəsi və həmin sahənin onun qanuni istifadəsində və ya icarəsində olduğunu təsdiq edən sənəd əsasında xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü müəyyən edilmişdir. Bu qayda isə həmin torpaq sahələrinin hüquqi vəziyyətinin dəyişdirilməsi təşəbbüsünə yalnız belə torpaq sahələrinin daimi istifadəçisinin malik olduğunu göstərir və həmin şəxsin ölümündən sonra vərəsəlik kütləsinə daxil edilməsini istisna edir. Oxşar hüquqi mövqe, həmçinin Kostitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012ci il tarixli Qərarında da ifadə olunmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi İddiaçı mübahisələndirilən “Novxanı” bağları massivində yerləşən, sahəsi 1200 kvadrat metr təşkil edən 1650j saylı saylı bağ torpaq sahəsinə dair icarə hüquqlarının X1 ölümündən sonra onun vərəsələrinə keçməsi üçün heç bir hərəkət etməmiş, o cümlədən 1650j saylı bağ torpaq sahəsi üzərində icarə hüququnun keçməsi barədə müraciət etməmişdir. Eyni zamanda iddiaçı ən azından 2005ci ildən, yəni X1 ölümündən sonra mübahisələndirilən bağ torpaq sahəsindən istifadə etməyərək bağa faktiki sahiblik də etməmişdir. Belə olan halda iddiaçının mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüququ olmadığından, onun bələdiyyə qərarının etibarsız sayılması barədə iddia qaldırmağa da subyektiv hüququ mövcud deyildir. Bundan əlavə, yuxarıda qeyd olunan 1650j saylı saylı bağ torpaq sahəsinin 0,05 ha hissəsinin mübahisələndirilməsinə dair başqa cavabdehlərə qarşı qaldırılmış iddia təlibi üzrə İddiaçı subyektiv hüququnun olmamasına dair eyni hüquqi mövqe qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 09 avqust 2019-cu il 2(105)-2683/2019 saylı qətnaməsində də təsbit olunmuşdur (1-ci cild, i/v 56-62). İddianın mümkünlüyü adlanan Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, eynu zamanda İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə və üçüncü şəxs X7 qarşı “bələdiyyə qərarının etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə qanunvericiliklə müəyyən olunmuş iddia müddəti də ötürülmüşdür. Belə ki, iddia ərizəsinin məzmunundan da görünür ki, irəli sürülmüş iddia tələbi mübahisələndirmə haqqında iddialara aiddir. Məlum olduğu kimi, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bununla əlaqədar məhkəmə kollegiyası tərəfindən iddiaçı Sumqayıt Bələdiyyəsinin “torpaq sahəsinə dair icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi əsasında çıxarılmış Sumqayıt şəhər Məhkəməsinin 06 iyun 2008-ci il tarixli, 2(060)-1124/2008 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki iş tələb edilərək öyrənilmişdir. Həmin mülki üzrə verilmiş apellyasiya şikayətində mübahisələndirilən torpaq sahəsinin Sumqayıt Bələdiyyəsi tərəfindən satılması barədə bələdiyyənin nümayəndəsi tərəfindən verilən məlumat qeyd olunmuşdur. Yəni mübahisələndirilən torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsinin 2013-cü ilə aid qərarlarının mövcudluğundan iddiaçının ən azından, 2018-ci ilin avqust ayından məlumatı olduğu halda, iddiaçı həmin qərarları yalnız 2019-cu ilin oktyabr ayında mübahisələndirmişdir. Bununla da iddiaçı həmçinin yuxarıda qeyd olunan Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38-ci maddəsində təsbit olunan iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Sumqayıt Bələdiyyəsinin apellyasiya şikayəti təmin edilməli, 3-cü şəxs X5 apllyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2-1(118)-52/2021 saylı qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt Bələdiyyəsinin apellyasiya şikayəti təmin edilməli, 3-cü şəxs X5 apllyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2-1(118)-52/2021 saylı qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80,86,87,90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinin apellyasiya şikayəti təmin edilsin. Üçüncü şəxs X5 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2-1(118)-52/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı dəqiqləşdirilmiş ərizəsi üzrə iddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-72/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-72/2022
19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver