Məhkəmə qərarları › İş №2-1(105)-720/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-720/2023

22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-720/2023 22.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, Üçüncü şəxs X13 nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X15 və X13 adının qeyd olunduğu “Torpağın mülkiyyətə verilməsinə dair” JN-280F KOD 30214018 saylı şəhadətnamənin ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(118)-151/2023 nömrəli qərarından üçüncü şəxs X19 və cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0.25 ha torpaq sahəsi və digər daşınmaz əmlaklar üzərində X13 hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydə alınmış mülkiyyət hüquqlarının iddiaçıya aid hissədə qanunsuz hesab edilərək, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-280F, KOD 30214018 saylı şəhadətnaməyə iddiaçının adı bərpa edilərək, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “X15 və X13 adının qeyd olunduğu “Torpağın mülkiyyətə verilməsinə dair” JN-280F KOD 30214018 saylı şəhadətnamənin ləğv edilməsi, onun əsasında verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” **********16-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışın (qeydə alınmış hüquqların) torpaq sahəsinə dair hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X19 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Xaçmaz rayon Dövlət Arxivinin 1168 saylı, 24 noyabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 6 saylı protokolu ilə Xaçmaz rayon Qımıl-Qışlaq kənd İnzibati Ərazi Vahidi üzrə pay almaq hüququ olan vətəndaşların siyahısında X5 ailə başçısı olduğu sıra 4-də X7 adı qeyd olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2022-ci il tarixdə daxil olmuş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 16 saylı, 17 dekabr 1997-ci il tarixli qərarına əlavə edlmiş cədvəlin surətindən görünür ki, X10, X16 və X8 0.24 ha torpaq sahəsi ayrılmışdır. Xaçmaz rayon Qımıl-Qışlaq kənd inzibati ərazi dairəsi üzrə pay almaq hüququ olan vətəndaşların siyahısında X6, X13 və X7 adı qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin arixivində olan həyətyanı və pay torpaq sahələrinin adlı siyahısından çıxarışda X6, X13 və X7 adına 0.2400 ha torpaq sahəsinin ayrıldığı qeyd edilmişdir. “Qanun üzrə vərəsəlik haqqında” 21 aprel 2009-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, X5 vərəsələri X15 və X17r, şəhadətnamə verilən miras əmlak Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində yerləşən 0.25 ha torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 57.57 kv.m, köməkçi sahəsi 87.12 kv.m, ümumi sahəsi 144.69 kv.m olan evin hər birinə ½ hissədə. MH seriyalı, 0025279saylı, xx.xx.2009-cu il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Xaçmaz rayonu, Qımılqışlaq kəndində mülkiyyətdə olan 0.25 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 57.8 kv.m yaşayış, 55.70 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X13 adına ½ hissədə, X9 adına ½ hissədə qeydiyyata alınmışdır. 4Ə-1211 reyestr nömrəli, 30 iyul 2015ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin surətindən görünür ki, X15 0.25 ha torpaq sahəsinin ½ hissəsini və 0.25 ha torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli evin 1/2 hissəsini X16 hədiyyə etmişdir. RX seriyalı, ******* saylı, xx.xx.2015-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisində yerləşən 0.25 ha torpaq sahəsi X13 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən daxil olmuş 21 iyun 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, JN- 280F KOD 30214018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında 0.25 ha-nan qeydiyyatdan keçmiş, adlı siyahıda üç nəfərin (X3, X13 və X7 adı qeyd olunmuşdur. "xxxx" MMC tərəfindən daxil olmuş 08 iyul 2022-ci il tarixli məktuba əlavə edilmiş subyektlərin siyahısından görünür ki, siyahıda X9, X13 və X7 adı qeyd edilmişdir. JN-280F, KOD 30214018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin bir nüsxəsində X10, X18 və X11 0.25 ha torpaq sahəsinin ayrıldığı, digər nüsxəsində isə X18 və X11 0.25 ha torpaq sahəsinin ayrıldığı qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 24 dekabr 2021-ci il tarixli və 04 fevral 2022-ci il tarixli məktublardan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxx 1995-ci ildə Xaçmaz rayonu, Qımılqışlaq kəndində anadan olmuşdur. X33 21 mart 1996-cı ildə vəfat etmiş və bundan sonra babası və nənəsi ilə birlikdə uzun müddət həmin ünvanda yaşamışdır. Hazırda da həmin evdə qeydiyyatdadır. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə nənəsi X10, əmisi oğlu X18 və ona Qımılqışlaq kəndi ərazisindən 0,25 hektar torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsi yaşadıqları evin yerləşdiyi ərazidir. Bununla əlaqədar onlara “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-280F kod 30214018 saylı Şəhadətnamə verilmişdir. Şəhadətnamənin bir nüsxəsi nənəsi Mehri Hüseynovaya verilmiş, onlarda isə onun surəti olmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 04 may 2009-cu il tarixli, 75 saylı arayışda da göstərilmişdir ki, Qımılqışlaq kəndi üzrə həmin topraq sahəsinin mülkiyyətə verilməsi nəzərdə tutulan şəxslərin siyahısına qanun tələbinə uyğun olaraq onun adı da daxil edilmişdir. Ona görə də onun adı da “Torpağa Mülkiyyət Hüququna Dair” JN-279 kod 30214018 saylı Dövlət aktında və Torpağın Mülkiyyətə verilməsinə dair JN-280F kod 30214018 saylı Şəhadətnamədə qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində olan həyətyanı və pay torpaq sahələrinin adlı siyahılarından da görünür ki, şəhadətnaməyə uyğun 280 nömrəli xanada X15 və X20 ilə yanaşı onun adı da qeyd olunmuşdur. Həmçinin Xaçmaz rayon Dövlət Arxivindən verilmiş arayışda göstərilmişdir ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 06 saylı protokolu ilə Qımılqışlaq kənd İƏV üzrə pay almaq hüququ olan vətəndaşların siyahısında X5 (babası) ailə başçısı olduğu sıra № 4-də onun adı qeyd olunmuşdur. Qeyd olunanlara əsasən “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-280F kod 30214018 saylı Şəhadətnamə əsasında daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını və çıxarışın verilməsini təmin etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. İdarədən verilmiş cavabda bildirilmişdir ki, Şəhadətnamədə qeyd olunan 0,25 hektar torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə dair Xaçmaz rayon 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiqlənmiş xx.xx.2009-cu il tarixli, 2V-1-235 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və xx.xx.2015- ci il tarixli 4Ə-1211 reyestr nömrəli Bağışlanma müqaviləsi əsasında xx.xx.2015-ci il tarixdə X13 mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyat alınaraq çıxarış verilmişdir. Qeyd olunanlara əsasən ərizəsinin icrasından imtina edilmişdir. Bundan sonra həmin idarəyə yenidən müraciət edərək, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2015-ci il tarixdə X13 adına mülkiyyətə dair aparılan qeydiyyatın heç bir əsasının olmadığı və tam qanunsuz olduğu üçün ləğv edilməsini, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-280F kod 30214018 saylı Şəhadətnamədə qeyd olunduğu kimi müəyyən edilmiş mülkiyyət hüquqlarının bərpa edilməsini və dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan müraciətinə idarə tərəfindən verilmiş cavabda göstərilmişdir ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanuna əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Buna görə də, məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN- 280F kod 30214018 saylı Şəhadətnamə əsasında reyestrdə aparılmış qeydiyyat müvafiq araşdırma aparılmadan tam qanunsuz olaraq həyata keçirilmişdir. Belə ki, qeyd olunan şəhadətnamənin həqiqi forması təhrif edilərək, oradan onun adı özbaşına və qaunsuz olaraq çıxarılmışdır. Başqa sözlə belə görünür ki, rəsmi sənəd faktiki saxtalaşdırılmışdır. Bununla əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində olan həyətyanı və pay torpaq sahələrinin adlı siyahılarına baxış keçirilsəydi müəyyən ediləcəkdi ki, şəhadətnaməyə uyğun 280 nömrəli xanada X15 və X20 ilə yanaşı onun adı da qeyd olunmuşdur. Həmçinin adının həmin şəhadətnamədə olması Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 04 may 2009-cu il tarixli, 75 saylı arayışda da göstərilmişdir. Qeyd olunan qanun pozuntularına yol verilərək adının mülkiyyət sənədindən çıxarılması mülkiyyət hüquqlarını pozmuşdur. Buna görə də pozulmuş hüquqların bərpa edilməsi üçün inzibati orqana müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh iddia tələbinə qarşı etirazında bildirmişdir ki, İddiaçı Quba rayonu, Qımılqazma kəndində yerləşən əmlaka dair vətəndaş X13 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə xx.xx.2022-ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********33 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Məlumat üçün bildiririk ki, həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Quba rayonu, Qımılqazma kəndində yerləşən torpaq sahəsinə dair X13 adına verilmiş çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür.” Üçüncü şəxs X13 nümayəndəsi Nümayəndə1 iddiaçının onun qardaşı qızı olduğunu, həmçinin həqiqətən də Aqrar İslahat Komissiyasının verdiyi ilkin şəhadətnamədə iddiaçının da adının qeyd olunduğunu, lakin daha sonra iddiaçının nənəsi və onun anası olan X9 iddiaçının şəhadətnamədə heç bir haqqı olmadığını bildirdiyindən, onların daha sonra yenidən orqana müraciət edərək, iddiaçının adı olmayan şəhadətnaməni aldıqlarını bildirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-151/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “Torpağın mülkiyyətə verilməsinə dair” JN280F KOD 30214018 saylı şəhadətnamənin əsasında verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” **********16-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışın (qeydə alınmış hüquqların) torpaq sahəsinə dair hissədə ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(118)-151/2023 nömrəli qərarı ilə iddia təmin edilərək X15 və X13 adının qeyd olunduğu “Torpağın mülkiyyətə verilməsinə dair” JN-280F KOD 30214018 saylı şəhadətnamə ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, məhkəmə qərarı ilə ləğv edilmiş JN-280F KOD 32214018 saylı şəhadətnamə göstərilən torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə X15 və X13 adlarına vahid əmlak kımı ********** qeydiyyat nömrəli, **********16-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. X1 həmin əmlakın özünə çatan hissəsini Xaçmaz rayon 1 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli, 4Ə-1211 reyestr nömrəli müqavilə ilə X16 bağışlamış və sonuncunun adına ********** qeydiyyat nömrəli, **********16-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Bununla da məhkəmə qərarı ilə ləğv edilmiş torpaq sahəsinə dair şəhadətnamədə X10 çatan hissəsi üzrə mülkiyyət hüququ itirilmişdir və onun ləğv edilməsi mümkün olmadığından gələcəkdə məhkəmə qətnaməsinin icrası qeyrimümkün olacaqdır. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən ikinci şəhadətnamənin verilməsinə nəyin əsas olduğunun aydınlaşdırılması üçün aidiyyatı üzrə sorğular verilsə də, orqandan müvafiq cavab məktubları ilə şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin təhvil verilmədiyi qeyd edilmişdir. Beləliklə, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hansı əsaslarla iki dəfə ayrı-ayrı JN-280F, KOD 30214018 nömıəh «mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin verilməsi müəyyən edilə bilməmişdir, üçüncü şəxsin nümayəndəsi özü də məhkəmə icraatı zamanı X14 və X9 adına verilmiş ikinci nüsxənin əsassız olaraq, orqana müraciətləri əsasında çıxarılaraq tərtib edildiyini etiraf etmişdir. Beləliklə, Xaçmaz rayon Aqrar islahat Komissiyasının 16 saylı, 17 dekabr 1997-ci il tarixli qərarı əsasında X11, X8 və X16 Xaçmaz rayonu Qımılqışlaq kəndi ərazisindən 0.25 ha torpaq sahəsinin ayrılması və bunun əsasında hər üçünün adına JN-280F KOD 30214018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dan şəhadətnamə” tərtib edilməsi müvafiq sorğulara cavab məktubları və uçuncu şəxsin nümayəndəsinin ifadəsi ilə öz təsdiqini tapmıdşır. Göründüyü kimi ikinci dəfə eyni adlı şəhadətnamənin tərtib edilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Qanunvericiliyin tələblərinə zidd olaraq yenidən iddiaçının adına şəhadətnamənin tərtib olunması isə öz növbəsində iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Belə olan halda isə Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X15 və X13 adının qeyd olunduğu “Torpağın mülkiyyətə verilməsinə dair” JN-280F, KOD 30214018 saylı şəhadətnamə ləgv edilməlidir. Nümayəndə1 məhkəmə iclasında verdiyi izahat təhrif olunmuş məzmunda əks etdirilmişdir. Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, həqiqətən də, 0.25 ha torpaq sahəsinə ilk əvvəl iddiaçının da adı qeyd olunmuş, JN-280F KOD 30214018 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənilmişdir. Sonradan təsərrüfat başçısı olmuş anası Mehri Hüseynovanın DT və XK Xaçmaz rayon Şöbəsinə müraciəti əsasında həmin şəhadətnamə ləğv edilərək eyni nömrəli və eyni kodlu yeni şəhadətnamə işlənilmiş və torpaq mülkiyyətçilərinin sayı 2 nəfər - X15 və X19 göstərilmişdir. Buna səbəb o olmuşdur ki, Xaçmaz rayon Aqrar islahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə Hüseynov Əşrəf ailə başçısı göstərilməklə 5 nəfərin adına (Hüseynov Əşrəf, Hüseynova Mehri, Hüseynov Elvin, İddiaçı və X12) 0.25 ha və 0.15 ha torpaq sahələri mülkiyyətə verilmişdir. X24 anasıdır. Kərimova Könül 0.15 ha həyətyanı torpaq sahəsinə tək öz adını göstərilməklə JN-281F, KOD 30214018 “Torpağın mülkiyyətə verilməsinə dair’ şəhadətnamə almışdır. Qanunvericiliyin tələbinə gorə yetkinlik yaşma çatmamış uşağın adı valideynlərinin adına olan şəhadətnamədə göstərilməlidir. Ona görə də Hüseynova Mehri iddiaçının adı göstərilmiş şəhadətnamənin ləğv edilərək onun adının bu şəhadətnamədən çıxarılıb anasının adına olan şəhadətnamədə qeyd olunmasını xahiş etmişdir, iddiaçının adı əvvəlki şəhadətnamədən çıxarılsa da, məlum olmayan səbəbdən iddiaçının adı anasının adına olan şəhadətnaməyə yazılmamışdır. Onu da məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyirəm kı, hazırda Sumqavıt İnzibati Məhkəməsinin icraatında X13 5 say İ Xaçmaz Ərazi İdarəsinə qarş, X4 adma verilmiş, JN-281F. KOD 30214018 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğvinə dair iddia ərizəsi üzrə inzibati iş vardır. İddiaçı anası Könül Kərimovanm adına olan şəhadətnamədə əks olunması barədə iddianı qaldırmalı idi. Nəzərə alaraq ki, Xaçmaz rayon İslahat Komissiyasının 17 dekabr 1997-cı ı tarixli, 16 saylı qərarı ilə 5 nəfərin mülkiyyətinə 0.15 ha və 0.25 ha həyətyanı torpaq sahələri verilmişdir, ümumilikdə hər bir pay sahibinə 0.08 ha torpaq sahəsi duşur. Könül Kərimovanm adına olan şəhadətnamədə iddiaçının da adı göstərilərsə, 2 nəfərin mülkiyyətinə 0.15 ha torpaq sahəsi düşür. Belə olan halda iddiaçının torpaq sahəsinə olan hüquqları bərpa olunmuş olur. İşə baxmış məhkəmə yuxarıda göstərilən hallan nəzərə almayaraq forma əsaslarla şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X19 və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır. İlk növbədə qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ali Məhkəmənin Plenumunun sözügedən qərarının 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası mübahisənin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının hüquqi marağına uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında qaldırılmalı olan iddia “Torpağın mülkiyyətə verilməsinə dair” JN-280F KOD 30214018 saylı şəhadətnamənin əsasında verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” **********16-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışın torpaq sahəsinə dair hissədə qeydiyyatın ləğvi barədə iddia ola bilərdi. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xaçmaz rayon Aqrar islahat Komissiyasının xx.xx.1997-ci il tarixli 6 saylı protokolu ilə Xaçmaz rayon Qımıl- Qışlaq kənd İnzibati Ərazi Vahidi üzrə pay almaq hüququ olan vətəndaşların siyahısında iddiaçının adı qeyd edilmiş, Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində olan həyətyanı və pay torpaq sahələrinin adlı siyahısından çıxarışda X6, X13 və X7 adına 0.2400 ha torpaq sahəsinin ayrıldığı qeyd edilmişdir. Cavabdeh inzibati orqanın 21 iyun 2022-ci il tarixli məktubuna əsasən, JN-280F KOD 30214018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında 0.25 ha-la qeydiyyatdan keçmiş, adlı siyahıda üç nəfərin (X3, X13 və X7) adı qeyd olunmuşdur. Beləliklə sadalan iş materialları ilə JN-280F, KOD 30214018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə torpaq sahəsinin ilkin olaraq X10, X18 və X11 ayrıldığı müəyyən olunmuşdur. Şəhadətnamənin digər bir nuxsəsində yalnız X20 və X9 adları qeyd edilmişdir. Həmin torpaq sahəsi üzərində yerləşən yaşayış sahəsi 57.57 kv.m, köməkçi sahəsi 87.12 kv.m olan yaşayış evi X5 adına qeydə alınmışdır. Bundan sonra iş materialları ilə müəyyən olunur ki, X9, X13 adına hər iki əmlaka- X5 vərəsələri X15 və X13 adına qanun üzrə vərəsəlik haqqında” 21 aprel 2009-cu il tarixli şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən miras əmlak Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində yerləşən 0.25 ha torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 57.57 kv.m, köməkçi sahəsi 87.12 kv.m, ümumi sahəsi 144.69 kv.m olan evin hər birinə ½ hissədə pay olmuşdur. MH seriyalı, ******* saylı, xx.xx.2009-cu il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Xaçmaz rayonu, Qımılqışlaq kəndində mülkiyyətdə olan 0.25 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 57.8 kv.m yaşayış, 55.70 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X13 adına ½ hissədə, X9 adına ½ hissədə qeydiyyata alınmışdır. Yəni, iddiaçının torpağa pay hüququ işin faktiki halları və təqdim olunmuş sübutlarla müəyyən olunsa da, xx.xx.2009-cu il tarixli həmin çıxarışda iddiaçının adı qeyd olunmamışdır. İddiaçı da müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edərək ilk öncə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-280F, KOD 30214018 saylı şəhadətnaməyə iddiaçının adının bərpa edilərək, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, daha sonra iddia tələbini dəqiqləşdirmiş və ilkin əsassız qeydiyyatın aparılması ilə nəticələnən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” **********16-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışın torpaq sahəsinə dair hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdən görünür ki, təqdim olunmuş bütün sənədlərdə iddiaçının adı şəhadətnamədə mövcud olmuş, daşınmaz əmlakın qeydiyyatı isə iddiaçının adı olmadan aparılmaqla digər iki şəxsə həmin torpaq sahəsinə çıxarış verilmişdir. Beləliklə, torpaq sahəsi ilə bağlı xx.xx.2009-cu il tarixli çıxarış heç bir əsası olmayan X15 və X13 adının qeyd olunduğu “Torpağın mülkiyyətə verilməsinə dair” JN-280F KOD 30214018 saylı şəhadətnamə əsasında verilmişdir. Məhkəmə isə iddianı xx.xx.2009-cu il tarixli çıxarışın ləğvi hissəsində mümkün saymamış, hesab etmişdir ki,- “çıxarışın verilməsinə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-280F KOD 30214018 saylı şəhadətnamə əsas olmuşdur, həmin şəhadətnamə məhkəmə qərarına əsasən ləğv edildiyi və məhkəmə qərarı qanuni qüvvəyə mindiyi halda, çıxarışın verilməsinə əsas olmuş sənəd də öz qüvvəsini itirmiş olacağından, həmin çıxarış da etibarsız hesab olunacaqdır. Yalnız məhkəmə qərarı qüvvəyə mindikdən sonra iddiaçı cavabdeh orqana “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” **********16-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışın ləğv edilməsi ilə bağlı müraciət edə bilər. Cavabdeh orqan çıxarışı ləğv etmədiyi təqdirdə iddiaçı qeyd olunan tələblə məhkəməyə müraciət edə bilər.” Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması qaydasında aparılır. İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlarla yanaşı, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.(7-ci bənd). Hazırkı işdən görünür ki, iddiaçının reyestrdə qeydiyyatın ləğvinə dair iddianı qaldırmağa hüquqi marağı olmuş, konkret halda reyestrdə qeydiyyatın mübahisələndirilməsinə dair hüquqi müdafiəyə ehtiyac olmuşdur. Beləliklə iddiaçı iddia tələbində haqlı olaraq əsassız şəhadətnamə əsasında verilmiş çıxarışın ləğvini tələb etsə də, məhkəmə iddianı həmin hissədə mümkün saymamış, iddiaçı isə həmin qərardadı mübahisələndirməmişdir. Digər bir tərəfdən isə X15 və X13 adının qeyd olunduğu “Torpağın mülkiyyətə verilməsinə dair” JN-280F KOD 30214018 saylı şəhadətnamənin ləğv edilməsi hissəsində iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir. Mövcud məqamda torpaq sahəsinə dair iki inzibati akt mövcuddur. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən aidiyyəti inzibati orqanlara və arxiv idarəsinə müvafiq sorğular ünvanlanmış, həmçinin tərəflərin izahatları alınmış və müəyyən olunmuşdur ki, təqdim edilən şəhadətnamələrdən X15, X19 və X8 torpaq sahəsi ayrılması barədə ilkin inzibati akt qəbul edilmişdir. X15, X13 adına olan, arxiv əsasları mövcud olmayan, iş materiallarının 72-ci səhifəsində olan iddiaçının adı qeyd olunmayan şəhadətnamənin isə hansı əsasla verildiyi, mənbəyi iş materiallarında öz əksini tapmamışdır. Məhkəmə kollegiyası bütün bu araşdırmaların nəticəsi olaraq belə bir qənaətə gəlir ki, şəhadətnamənin əsaslılığı və qanuniliyi sübuta yetirilmədiyinə görə, mübahisələndirilən bu inzibati akt icrası mümkün olmayan inzibati akt hesab edilməlidir. İş üzrə mübahisə predmeti olan X15 və X13 adının qeyd olunduğu “Torpağın mülkiyyətə verilməsinə dair” JN-280F KOD 30214018 saylı şəhadətnamə əsassız olduğundan və heç bir hüquqi nəticə yaratmadığından, onun ləğv edilməsi ilə bağlı iddiaçının iddia tələbinin hüquqi əsası aradan qalxmış olur. Belə olan halda kollegiya hesab edir ki, X15 və X13 adının qeyd olunduğu “Torpağın mülkiyyətə verilməsinə dair” JN-280F KOD 30214018 saylı şəhadətnamənin ləğv edilməsinə dair iddia iddiaçının hüquqi marağına uyğun iddia deyildir. Ona görə də, iddia mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd edilən xüsusatlarını nəzərə almadan işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayətləri isə qismən təmin edilməlidir. Qərara aldı: Apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(118)-151/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün hesab edilməsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar