Məhkəmə qərarları › İş №2-1(105)-720/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-720/2024

16.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-720/2024 16.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), hakimlər Babayeva Hökümə Çingiz qızı və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, iddiaçı X7 vəkili Vəkil iştirakı ilə, İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Baş İdarəsinə qarşı “onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2-1(118)-992/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı X12 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini (VÖEN **********) yaratmışdır. "xxxx" MMC-nin rəhbəri olduğu dövrdə, 10 avqust 2020-ci il tarixinə hesablanmış cəmi 93191,71 (doxsan üç min doxsan bir manat 71 qəpik) dövlət büdcəsinə borcu yaranmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixdə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin 8 saylı Ərazi vergilər idarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması iddiasını təmin etmişdir. Rəhbəri olduğu "xxxx" MMC-nin bütün mal qalığı, nizamnanə kapitalı və bütün borc öhdəlikləri ilə birlikdə xx.xx.2020-ci il tarixdə Qusar rayon notariat ofisi tərəfindən təsdiq edilmiş alqısatqı müqaviləsi əsasında ünvan 1 ünvanında qeydiyyatda olan X1. "xxxx" MMC-nin bütün öhdəlikləri yeni rəhbər X4 məxsusdur. X2 etdiyi qanunsuz əməllərə görə məhkəmənin 27 aprel 2022-ci il müvafiq hökmü ilə azadlıqdan məhrum edilmişdir. Hal-hazırda onun adına heç bir hüquqi firma yoxdur. Fiziki şəxs kimi fərdi sahibkarlıqla məşğuldur. Vergi orqanlarından aldığı şəxsi vərəqə hər hansısa borc görsənmir. Bu səbəbdən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə xx.xx.2023-cü il tarixli müraciətlə (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********801300 nömrəli) aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Baş İdarəsində müraciət etmiş, cavab olaraq ona borcun ödənilməsi təmin edildikdən sonra hüquqi şəxsin icra orqanının “əvvəlki” rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi məsələsinə baxıla biləcəyi barədə məktub göndərilmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, aşağıda qeyd olunanlara əsasən, cavabdeh iddianın mümkünsüz olduğunu hesab edir: Belə ki, Lokal Gəlirlər Baş İdarəsi X8 qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2020-ci il tarixinə dövlət büdcəsinə hesablanmış 93.191,71 manat borcunun ödənilməsini təmin etmək üçün iddiaçı barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci ii tarixli e-2-2(119)-511/2020 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Grand Decor” MMC-nin vergi borcu tam ödənilənədək X7 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış və qərar qanuni qüvvəsini almışdır.Həmçinin, bildirilir ki, iddia ərizəsində qeyd olunmuş tələbetmə müddəti keçməyən 93191,71 manat borc məbləği 2019-cu ilin dekabr ayı üzrə "xxxx" MMC tərəfindən təqdim edilmiş ƏDV bəyannaməsinə xx.xx.2020-ci il tarixdə hesablanan kameral vergi məbləğindən və ona hesablanan faizdən ibarətdir. Belə ki, ƏDV Dekabr 2019-cu il üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən ci il tarixdə göstəricilər olmadan (boş) təqdim edilmiş bəyannamədə aşağıdakı - məzmunda elektron uyğunsuzluq yaranmışdır: Qarşılıqlı əlaqələrin təhlili nəticəsində ƏDV tutulan əməliyyatlar üzrə cəmi dövriyyənizdən ƏDV məbləğinin 135000 manat olmasına baxmayaraq, təqdim edilən cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyənizdən hesablanmış ümumi ƏDV məbləğinin 72000 manat olması təqdim etdiyiniz bəyannamələr üzrə ümumilikdə 63000 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Yaranmış kənarlaşma barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********133700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərilmişdir. Vergi ödəyicisi tərəfindən zəruri olan sənədlər (məlumatlar) vergi orqanına təqdim edilmədiyindən xx.xx.2020-ci il tarixdə kameral vergi yoxlaması ilə 63000,0 manat əlavə dəyər vergisi hesablanaraq vergilərin hesablanması barədə **********649300 nömrəli qərar göndərilmişdir. Kameral hesablama aparıldıqdan sonra vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə dəqiqləşdirilmiş bəyannamələr təqdim edilmişdir.Sonuncu dəqiqləşdirilmiş bəyannamə göstəricilər olmadan (boş) təqdim edilmişdir. Bəyannamədə aşağıdakı məzmunda elektron uyğunsuzluq yaranmışdır: Təqdim edilən bəyannamənin 305-ci əməliyyatlar üzrə cəmi sətrinin ƏDV nəzərə alınmadan dövriyyə məbləği sütununda 0.00 manat məbiəğndə dövriyyə göstərilməsinə baxmayaraq, elektron qaimə-faktura məlumatlarına əsasən hesabat dövrü ərzində tərəfinizdən təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz ümumi dəyərinin 350000.00 manat göstərilməsi nəticəsində 350000.00 manat məbləğində fərq müəyyən edilmişdir. Yaranmış kənarlaşma barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli’ **********945700 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərilmişdir. Vergi ödəyicisi tərəfindən zəruri olan sənədlər (məlumatlar) vergi orqanına təqdim edilmədiyindən xx.xx.2020-ci il tarixdə kameral vergi yoxlaması ilə 63000,0 manat əlavə dəyər vergisi yenidən bərpa edilərək vergilərin hesablanması barədə **********516900 nömrəli qərar göndərilmişdir.Borclu vergi ödəyicisi "xxxx" MMC-ə (VÖEN: **********) açılmış ci il tarixli **********7 nömrəli əmlakın siyahıya alınması qərarının icrası zaman vergi ödəyicisinin faktiki olaraq fəaliyyət göstərməməsi və həmin ünvanda vergi ödəyicisinə məxsus heç bir əmlakın olmaması barədə Akt tərtib edilmişdir. Göstərilən səbəblərə görə, iddiaçı barəsində cavabdeh tərəfindən dövlət vergi borcunun alınması istiqamətində sonrakı addımların atılması mümkünsüz olmuşdur. MPMnin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci (vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat) fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxıla bilən işlərin dairəsinə nəzər saldıqda isə, qeyd edilən həmin məhkəmədə baxılmalı olmadığı başa düşülür. Həmçinin MPM-ə əsasən, qətnamə qanuni qüvvəsi aldığından, iddiaçı tərəfindən şikayət verilməsi müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 Nsli Qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-cİ maddəsinə uyğun yoxlamalıdırlar. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır və iddiaçı tərəfindən Kommersiya Məhkəməsinin qərarı qanuni qüvvəyə minmədən öncə mübahisəiəndirilməli olduğu mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır. İddiaçı tərəfindən 3 ilə yaxın müddət keçdikdən sonra, başqa bir məhkəmədə iddianın qaldırılması və özünün hazırda direktor olmamasını göstərməsi və məhkəmənin də iddiaçının mövqeyini təsdiqləyərək onun lehinə qərar çıxaracağı təqdirdə qərarlar arasında uyğunsuzluq yaranacaqdır. Belə ki, Sumqayıt Kommersiya Məhkəməsinin qərarında qeyd edilən 93191,71 manat məbləğində vergi borcu məhz iddiaçının direktor olduğu ərəfədə yaranmış və bu hissədə də təmin olunmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludurlar. Bu günə qədər, 93191,71 manat məbləğində borc iddiaçının rəhbəri olduğu "GRAND DECOR” MMC tərəfindən ödənilməmişdir. Əlavə olaraq bildirir ki, Cinayət Məcəlləsinin 213.1-ci maddəsinə müvafiq olaraq, “GRAND DECOR" MMC barəsində dövlət büdcəsindən 2019-cu il dekabr ayı üzrə 63.000 manat verginin yayındırılması faktına görə, xx.xx.2021-ci il tarixli Q2100559 nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Hesab edirik ki, bu tip işlərdə məhkəmələrin presedent yaratması İstinad kimi rəhbərin dəyişilməsini göstərərək, gələcəkdə dövlət vergi borclarının alınması istiqamətində əngəl törədə və kütləvi şəkildə sui-istifadə hallarının artmasına və qanunun tətbiqinin səmərəsizliyinə gətirib çıxara bilər. Həmçinin digər tərəfdən baxdıqda, müvafiq vergi borcunun məbləğinin ödənilməsinin təmin tədbiri kimi qanuni qüvvəsini almış məhkəmə qərarının, sonradan eyni birinci instansiya üzrə digər məhkəmə tərəfindən yeni qərarı ilə zəiflədilməsi və ya nəzərə alınmaması gələcəkdə məhkəmə təcrübəsi üzrə kolliziyalara gətirib çıxara bilər. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini (VÖEN **********) yaratmışdır. "xxxx" MMCnin rəhbəri olduğu dövrdə, 10 avqust 2020-ci il tarixinə hesablanmış cəmi 93191,71 (doxsan üç min doxsan bir manat 71 qəpik) Dövlət büdcəsinə borcu yaranmışdır. xx.xx.2021-ci il tarixli hüquqi şəxsin nizamnamə kapitalının alqı-satqısı müqaviləsinin təsdiqlənmiş surətindən müəyyən etmək olur ki, "xxxx" MMC-nin təsisçisi olan iddiaçı nizamnamə kapitalındakı payın hamısını X1. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2-1(118)-992/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması üçün vergi ödəyicisinin dövlət büdcəsinə borcu olmalıdır, həmin borcun ödənilmə müddəti keçməlidir, hüquqi şəxsə münasibətdə ölkədən çıxmaq hüququna məhdudiyyət qoyulacaq şəxs həmin hüquqi şəxsin icra orqanının rəhbəri olmalıdır. Vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas kimi icra orqanının rəhbərinin həmçinin hüquqi şəxsin təsisçisi olması halı hazırkı işdə müəyyən edilməmişdir. Beləliklə, hüquqi şəxsin nizamnamə kapitalının alqı-satqısı müqaviləsinin təsdiqlənmiş surətindən müəyyən etmək olur ki, "xxxx" MMC-nin təsisçisi olan iddiaçı nizamnamə kapitalındakı payın hamısını X1. Bunanla da Zaur Quliyevin MMC-nin üzərində olan hüquq və vəzifələrinə xitam verilmiş olur. Başqa sözlə desək 19 sentyabr 2020-ci ildən sonra MMC ilə bağlı öhdəliklərin daşıyıcısı Hüseyn Əmrahov olmuşdur. Belə olduğu halda iddia tələbi əsaslıdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinə iddianın mümkünsüz hesab olunması barədə vəsatət verilməsinə baxmayaraq, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-992/2024 nömrəli Qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh Sumqayıt İnzibati Məhkəməsinin müvafiq qərarı ilə razılaşmır və aşağıda qeyd olunanlara əsasən, qərarın ləğv edilməsini xahiş edir. İşin halları ilə bağlı bildirmişdir ki, Lokal Gəlirlər Baş İdarəsi X8 qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN:**********) xx.xx.2020-ci il tarixinə dövlət büdcəsinə hesablanmış 93.191,71 manat borcunun ödənilməsini təmin etmək üçün iddiaçı barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(119)-511/2020 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, Grand Decor” MMC-nin vergi borcu tam ödənilənədək X7 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış və qərar qanuni qüvvəsini almışdır. Həmçinin bildirilmişdir ki, iddia ərizəsində qeyd olunmuş tələb etmə müddəti keçməyən 93191,71 manat borc məbləği 2019-cu ilin dekabr ayı üzrə ’’Grand Decor” MMC (VÖEN: **********) tərəfindən təqdim edilmiş ƏDV bəyannaməsinə xx.xx.2020-ci il tarixdə hesablanan kameral vergi məbləğindən və ona hesablanan faizdən ibarətdir. Belə ki, ƏDV Dekabr 2019-cu il üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən xx.xx.2020-ci il tarixdə göstəricilər olmadan (boş) təqdim edilmiş bəyannamədə aşağıdakı məzmunda elektron uyğunsuzluq yaranmışdır: Qarşılıqlı əlaqələrin təhlili nəticəsində ƏDV tutulan əməliyyatlar üzrə cəmi dövriyyədən ƏDV məbləğinin 135000 manat olmasın baxmayaraq, təqdim edilən cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmış ümumi ƏDV məbləğini 72000 manat olması təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə 63000 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir Yaranmış kənarlaşma barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********133700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olar sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərilmişdir. Vergi ödəyicisi tərəfindən zəruri olan sənədlər (məlumatlar) vergi orqanına təqdim edilmədiyindən xx.xx.2020-ci il tarixdə kameral vergi yoxlaması ilə 63000,0 manat əlavə dəyər vergisi hesablanaraq vergilərin hesablanması barədə **********649300 nömrəli qərar göndərilmişdir. Kameral hesablama aparıldıqdan sonra vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə dəqiqləşdirilmiş bəyannamələr təqdim edilmişdir. Sonuncu dəqiqləşdirilmiş bəyannamə göstəricilər olmadan (boş) təqdim edilmişdir Bəyannamədə aşağıdakı məzmunda elektron uyğunsuzluq yaranmışdır: Təqdim edilən bəyannamənin 305-ci əməliyyatlar üzrə cəmi sətrinin ƏDV nəzərə alınmadan dövriyyə məbləği sütununda 0.00 manat məbləğndə dövriyyə göstərilməsinə baxmayaraq, elektron qaimə-faktura məlumatlarına əsasən hesabat dövrü ərzində tərəfindən təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz ümumi dəyərinin 350000.00 manat göstərilməsi nəticəsində 350000.00 manat məbləğində fərq müəyyən edilmişdir. Yaranmış kənarlaşma barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********945700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərilmişdir. Vergi ödəyicisi tərəfindən zəruri olan sənədlər (məlumatlar) vergi orqanına təqdim edilmədiyindən xx.xx.2020-ci il tarixdə kameral vergi yoxlaması ilə 63000,0 manat əlavə dəyər vergisi yenidən bərpa edilərək vergilərin hesablanması barədə **********516900 nömrəli qərar göndərilmişdir. Borclu vergi ödəyicisi "xxxx" MMC-yə (VÖEN: **********) açılmış xx.xx.2020-ci il tarixli **********7 nömrəli əmlakın siyahıya alınması qərarının icrası zamanı vergi ödəyicisinin faktiki olaraq fəaliyyət göstərməməsi və həmin ünvanda vergi ödəyicisinə məxsus heç bir əmlakın olmaması barədə Akt tərtib edilmişdir. Göstərilən səbəblərə görə iddiaçı barəsində cavabdeh tərəfindən dövlət vergi borcunun alınması istiqamətində sonrakı addımların atılması mümkünsüz olmuşdur. İddiaçı tərəfindən Kommersiya Məhkəməsinin qərarı qanuni qüvvəyə minmədən öncə mübahisələndirilməli olduğu mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır. İddiaçı tərəfindən 4 ilə yaxın müddət keçdikdən sonra, başqa bir məhkəmədə iddianın qaldırılması və özünün hazırda direktor olmamasını göstərməsi və məhkəmənin də iddiaçının mövqeyini təsdiqləyərək onun lehinə qərar çıxaracağı təqdirdə qərarlar arasında uyğunsuzluq yaranacaqdır. Belə ki, Sumqayıt Kommersiya Məhkəməsinin qərarında qeyd edilən 93191,71 manat məbləğində vergi borcu məhz iddiaçının direktor olduğu ərəfədə yaranmış və bu hissədə də təmin olunmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludurlar. Bu günə qədər, 93191,71 manat məbləğində borc iddiaçının rəhbəri olduğu "xxxx" MMC (VÖEN: **********) tərəfindən ödənilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, Cinayət Məcəlləsinin 213.1-ci maddəsinə müvafiq olaraq, ‘GRAND DECOR” MMC (VÖEN: ********* barəsinda dövlət büdcəsindən 2019-cu il dekabr ayı üzrə 63.000 manat verginin yayındırılması faktına görə, xx.xx.2021-ci il tarixli Q2100559 nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Hesab edirlər ki, bu tip işlərdə məhkəmələrin presedent yaratması istinad kimi rəhbərin dəyişilməsini göstərərək, gələcəkdə dövlət vergi borclarının alınması istiqamətində əngəl törədə və kütləvi şəkildə sui-istifadə hallarının artmasına və qanunun tətbiqinin səmərəsizliyinə gətirit çıxara bilər. Həmçinin digər tərəfdən baxdıqda, müvafiq vergi borcunun məbləğinin ödənilməsinin təmin tədbiri kimi qanuni qüvvəsini almış məhkəmə qərarının, sonradan eyni birinci instansiya üzrə digər məhkəmə tərəfindən yeni qərarı ilə zəiflədilməsi və ya nəzərə alınmaması gələcəkdə məhkəmə təcrübəsi üzrə kolliziyalara gətirib çıxara bilər. Yuxarıda qeyd olunanlara baxmayaraq, iddianın təmin olunma əsası kimi, vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas kimi yaranmış borcun hansı qanuni təmsilçinin dövründə yaranması nədə ki, icra orqanının rəhbərinin həmçinin hüquqi şəxsin təsisçisi olması halı müəyyən edilməməsini göstərmişdir. Məhkəmənin qeyd etdiyi ilə bağlı bildirilmişdir ki, mümkünsüzlük barədə məhkəməyə verilmiş vəsatət İPM-ə uyğun olaraq, qərardada münasibət bildirilməli olduğu halda, məhkəmə bunu mahiyyəti üzrə işə baxılması üçün əsas kimi qəbul etmiş və prosessual olaraq yanlışlığa yol verərək, mahiyyəti üzrə qərar çıxarmışdır. Həmçinin bildirilmişdir ki, borcun həmin vergi ödəyicisinin icra qurumunun rəhbərinin dövründə olması ilə bağlı məhkəməyə Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsi təqdim olunmasına baxmayaraq, məhkəmə buna öz qərarında yer verməmişdir. Göründüyü kimi məhkəmə kollegiyası iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, cavabdeh orqanın təqdim etdiyi fakt və dəlillərə ötəri yanaşaraq araşdırmadan, ətraflı şəkildə münasibət bildirmədən əsaslı və qanuni olmayan qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 9 sentyabr tarixli qərarı Azərbaycan Respublikasının Konstitusiyası Maddə 28.1. Hər kəsin azadlıq hüququ vardır. Maddə 28.3. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 23.1 və 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Maddə 24.1.1 və 24.1.2-1. Vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsinə nail olmaqdan ibarətdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə, xx.xx.2021-ci il tarixli hüquqi şəxsin nizamnamə kapitalının alqı-satqısı müqaviləsinin təsdiqlənmiş surətindən müəyyən etmək olur ki, "xxxx" MMC-nin təsisçisi olan iddiaçı nizamnamə kapitalındakı payın hamısını X1. "xxxx" MMC-nin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün icra orqanının rəhbəri kimi iddiaçının ölkədən getmək hüququ vergi öhdəliyi icra edilənədək Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci ii tarixli e-2-2(119)- 511/2020 nömrəli qətnaməsi ilə müvəqqəti məhdudlaşdırılmışdır. İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsinə dair qərar qəbul edilməsi barədə cavabdehə müraciət etmiş, lakin sözügedən hüquqi şəxsin icra orqanının rəhbərinin (iddiaçının) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxmadığına, borcun tam ödənilmədiyinə istinadən cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Mübahisəyə dair hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi sözügedən hüquqi şəxsin vergi borcuna görə onun ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsinə nail olmaqdan ibarətdir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. İstinad edilən həmin normanın müddəaları baxımından ölkədən getmək hüququna məhdudiyyətin tətbiqi üçün aşağıdakı dispozisiya şərtləri olmalıdır: 1) vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötürülməmiş vergi borcu olmalıdır; 2) həmin vergi borcu müəyyən edilmiş müddətdə yerinə yetirilməmiş olmalıdır; 3) hüquqi şəxsə münasibətdə ölkədən getmək hüququna məhdudiyyət qoyulacaq şəxs – icra orqanının rəhbəri olmalıdır. Vergi Məcəlləsinin 24-cü maddəsində isə təsbit edilmişdir ki, vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh Vergi Məcəlləsinin 23cü maddəsində göstərilən hüququndan istifadə etmiş, lakin həmin Məcəllənin 24-cü maddəsində təsbit edilmiş vəzifəsini yerinə yetirməmişdir. Halbuki, hüquqlardan istifadədən fərqli olaraq vəzifələr mütləq xarakter daşıyır. Vergi orqanının Vergi Məcəlləsinin 24-cü maddəsində nəzərdə tutulmuş və imperativ xarakter daşıyan vəzifəsini yerinə yetirməməsi iddiaçının konstitusion hüququ olan azadlıq hüququnu birbaşa pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Həmçinin Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının ölkədən getmək hüququna qoyulan məhdudiyyətə səbəb olmuş əsaslardan birinin – iddiaçının vergi öhdəliyi olan hüquqi şəxsin icra orqanının rəhbəri olması əsasının aradan qalxmasına baxmayaraq, həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı hər hansı tədbir görməmiş və bununla da birbaşa iddiaçını ölkədən getmək hüququndan məhrum etmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 9 sentyabr tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, faktiki olaraq vergitutma obyektindən mənfəət əldə edən şəxs vergi ödəyicisi hesab olunur və vergi öhdəliklərinin yerinə yetirilməsi hüquqi şəxsin faktiki rəhbərinin üzərinə düşür. Hazırkı işdə iddiaçının qeyd edilən müəssisənin faktiki rəhbəri olması müəyyən edilmir. Eyni zamanda işin müəyyən edilmiş və mübahisələndirilməyən hallarına görə, iddiaçı sözügedən hüquqi şəxsin icra orqanının rəhbəri olmuş, sonradan nizamnamə kapitalındakı payın hamısını X1. Bu hallar da cavabdehə məlum olmuşdur. Ona görə də, iddiaçının hazırda sözügedən hüquqi şəxsin icra orqanının rəhbəri olmadığı halda, onun həmin hüquqi şəxsin dövlət büdcəsinə olan vergi borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması yolverilməzdir. Yuxarıda qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi, vergi öhdəliyi olan hüquqi şəxs tərəfindən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etməyin üsulu kimi ölkədən getmək hüququna müvəqqəti məhdudiyyət qoyulacaq şəxs həmin hüquqi şəxsin icra orqanının rəhbəri olmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2-1(118)-992/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar