Məhkəmə qərarları › İş №2-1(105)-721/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-721/2024

19.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-721/2024 19.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Quliyev İsmayıl Rza oğlu, hakimlər X1 və X2 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “cavabdeh tərəfindən vaksinə əks göstəriş sertifikatının vaxtında verilməməsi səbəbindən iş yerindən ödənilməmiş əmək haqqının və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2- 1(118)-252/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı cavabdehin hərəkət və hərəkətsizliyinin aradan qaldıılması, vaksinə əks göstəriş sertifikatının verilməsi, əlillik dərəcəsinin təyin edilməsi, buraxılmış müddətə görə ona əmək haqqının verilməsinin təmin olunması və dəymiş maddi və mənəvi zyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh tərəfindən vaksinə əks göstəriş sertifikatının vaxtında verilməməsi səbəbindən işyerindən ödənilməmiş əmək haqqının və dəymiş maddi və mənəvi zyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, İddiaçı Covid- 1 virusuna qarşı əks göstəriş sertifikatının təqdim etməməsi səbəbindən 2021-ci ilin oktyabr ayında işlədiyi “Kontakt Home” mağazalar şəbəkəsindən işdən çıxarılmışdır. Belə ki, o, Səhiyyə Nazirliyinə həmin əks göstəriş sertifikatının alınması üçün müraciət etsə də, həmin sertifikat ona vaxtında təqdim edilməmişdir. Bu səbəbdən iddiaçı işdən çıxarılmışdır. Bununla bağlı iddiaçı itirdiyi əmək haqqını və dəymiş maddi və mənəvi ziyanın ödənilməsini cavabdehdən tutulmasını tələb edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, ölkədə konstitusiyaya zidd olaraq heç bir qanun olmadan tətbiq edilmiş karantin rejiminin və Covidə görə vaksin vurdurmayan şəxslərin 01 sentyabr 2021-ci il tarixindən işə buraxılmaması qərarına görə iddiaçını həmin tarixdən işə buraxmayıblar, ondan qabaq da allergiyaya görə arayış alınması üçün müraciətlərinə də Quba mərkəzi xəstəxanası onlara göstəriş verilmədiyini bildirilib, tibbi kartası da qəsdən itirilib, yalnız rəsmi orqanlara kəskin müraciətlərdən sonra 5 saylı xəstəxanaya göndəriş verilib, lakin həmin dövlət xəstəxanasında da avandanlıqların olmamaması səbəbindən iddiaçı öz xərci ilə özəl klinikada analizləri verdikdən sonra onda allergiyanın normadan həddən artıq olduğu müəyyən edilib, həkim-allerqoloq da ona bildirib ki, vaksin vurmaq olmaz, iki aylıq müalicə təyin edib, lakin Səhiyyə Nazirliyinə göndərilən bildirişə isə şikayət etdiyinə görə qərəzli olaraq imtina göndərilib. AR Konstitusiyasının və AİHAHK-nın maddələrinə görə də heç qanun olmadan karantin rejimi tətbiq edilə, vaksin olunmağa məcbur edilə bilməz və buna görə də heç bir məhdudiyyət qoyula bilməz. Ona görə də cavabdehlərin hərəkət və hərəkətsizliyinə görə iddiaçı qanunsuz olaraq işə buraxılmır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2-1(118)-252/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim V.Əzizova) Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı əmək haqqının və ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi üçün cavabdeh inzibati orqana yazılı qaydada müraciət etməmiş və həmin orqan tərəfindən iddiaçının müraciətinin təmin olunmasından yazılı qaydada imtina edilməmişdir. Bununla bağlı iddiaçının bir neçə orqanlara və instansiyalara müraciətləri iş materiallarına əlavə edilmişdir. Lakin məhz cavabdeh orqana müvafiq müraciətləri aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etməsi və ya iddiaçının müraciəti ilə bağlı hərəkətsizliyi öhdəliyin icrası növündə baxılan iddialarda da mümkünlük şərtlərindən biridir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bu şərt yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq pozuntularıyla qəbul olunduğundan aşağıdakı səbəblərə görə ləğv olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 1,7,14,24,26,38,41,57,71-ci maddələrinin tələblərinə əməl olunmur. Belə ki, 1 saylı inzibati məhkəməsinə oğlu İddiaçı Səhiyyə Nazirliyinə qarşı iddiaları ilə bağlı müraciət etmişlər, ərizələr icraata qəbul edilib. Səhiyyə Nazirliyi ilə bağlı sərəncam da qəbul olunub, lakin sonradan qərəzli olaraq yubatmaq məqsədilə aidiyyatı üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmələri tövsiyyə olunub, iş ora göndərilib. İki dəfə məhkəməyə gedib qərarları tələb etdikdə sistemdə çıxacağı deyilib, hansı ki, məhkəmələrdə olan sistem və kameralardan qanuni qaydada istifadə olunmur. Onların iştirakı olmadan iddianın mümkünsüzlüyü barədə qərar qəbul edilmişdir. Həmin qərardan verdikləri apellyasiya şikayəti əsasında qərar ləğv olunmuş yenidən baxılması üçün inzibati məhkəməyə qaytarılmışdır. Dəfələrlə tələb etməklərinə baxmayaraq oğlunu qanunsuz olaraq vaksinə görə işdən azad etmiş “Kontakt home” mağazalar şəbəkəsi cavabdeh qismində cəlb edilməmişdir, hazırki məhkəmə baxışında həmin təşkilat cavabdeh qismində qəbul olunmalı, buraxılmış müddətə görə 4000 (dörd min) manat maddi və mənəvi ziyanın ödənilməsi barədə də qərar qəbul olunmalıdır (əməkhaqqı barədə arayış və sənədlər göndərilmişdir). Azərbaycan Respublikasının Ali məhkəməsinin vaksinlə bağlı qanunsuz qərarına görə onlar məhkəmə iclaslarında iştirak edə bilməmişlər. MPM-nin 175-203-cü maddələrinə əsasən məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyi, zəruri hallarda video və texniki avadanlıqlardan istifadə etməklə digər hərəkətləri etməyə borcludur. AR dövlət rəhbərləri videoformatdaan istifadə edirsə qanunla məhkəmələr də eyni qaydada məhkəmələrdə quraşdırılmış sistem və avadanlıqlardan istifadə etməiidir.AR İPM-nin 12-ci maddəsinə görə məhkəmə prosses iştirakçılarının izahatları,ərizə və təklifləri ilə,onların təqdim etdikləri sübutlarla və işdə olan materiallarla kifayətlənməyərək,mübahissənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur,13-cü maddəsinə əsasən də məhkəmə tərəflərə hərtərəfli hüquqi yardım göstərməlidİr.AR MPM-nin 64.2-ci maddəsinə görə işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki,digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bİlər. Ona görə də İPM- nin 12,13,80-cı maddələrini və MPM-nin 97.1,263264,267-ci maddələrini rəhbər tutaraq ekpertizanın keçirilməsin və mütəxəssis rəyinin alınması üçün qərardad çıxarılmalıdır,tərəflər ekspert rəyinin alınmasında iştirak edə bilər. AR Konstitusiyasının 25-ci maddəsinə görə qanun və məhkəmə qarşısında hamıbərabərdir, İPM-nə görə də qanunların və məcəllədə göstərilən normaların pozulmasıyla qəbul edilmiş qərarların ləğv olunmasına əsas verir.Bütün göstərdiyim faktlar qərardadın ləğv olunması olunması üçün əsasdır və məhkəmədə bu faktlar araşdırılaraq hüquqi qiymət verilməli və yuxanda yazdığım səbələrə görə də qəbul edilmi qərarəssasız yazıldığından ləğv olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq Quba rayon mərkəzi xəstəxanası cavabdeh qismində qəbul edilməli 4000 (dörd) min manat maddi və mənəvi ziyanın ödənilməsi, qanunsuz hərəkətlərinə görə vəzifəli sayılan şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün AR MPM 265-ci maddəsi ilə qərardad qəbul edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən xahiş edir: Sumqayıt inzibati məhkəməsinin 2-1(1181-252/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilərək birinci instansiya məhkəmsinə qaytarılması və xüsusi qərardad qəbul edilməsi barədə qərar qəbul edəsiniz. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İddia ərizəsindən, apellyasiya şikayətindən və iddiaçının nümayəndəsinin izahatından görünür ki, iddiaçı tərəf ümumiyyətlə Covid pandemiyası ilə bağlı respublikada karantin rejiminin tətbiq edilməsindən narazıdır və iddia ərizəsində qeyd edir ki, İddiaçı Covid- 1 virusuna qarşı əks göstəriş sertifikatının təqdim etməməsi səbəbindən 2021-ci ilin oktyabr ayında işlədiyi “Kontakt Home” mağazalar şəbəkəsindən işdən çıxarılmışdır. Belə ki, o, Səhiyyə Nazirliyinə həmin əks göstəriş sertifikatının alınması üçün müraciət etsə də, həmin sertifikat ona vaxtında təqdim edilməmişdir. Bu səbəbdən iddiaçı işdən çıxarılmışdır. Bununla bağlı iddiaçı itirdiyi əmək haqqını və dəymiş maddi və mənəvi ziyanın ödənilməsini cavabdehdən tutulmasını tələb edir. İddiaçı apellyasiya şikayətində isə qeyd edir ki, Quba rayon mərkəzi xəstəxanası cavabdeh qismində qəbul edilməli 4000 (dörd) min manat maddi və mənəvi ziyanın ödənilməlidir. Bu isə iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada cavabdeh inzibati orqana müraciət etməməsindən başqa, ümumiyyətlə cavab verməli olan orqanı tam olaraq müəyyən etmədiyini göstərir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı mümkün saymayaraq gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edildiyi kimi, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Hazırkı halda qaldırılmış iddia növünə görə vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddiadır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Yuxarıda adı çəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və sairə) də mövcudluğu yoxlanılmalıdır. Plenum qərarının yuxarıda qeyd edilən tələblərindən müəyyən edildiyi kimi hazırki halda vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia növü üzrə iddia o halda mümkün sayıla bilər ki, iddiaçı tərəfindən əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edildiyi, inzibati orqanın onun müraciətinin təmin olunmasından imtina edildiyi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətinin cavablandırılmadığı müəyyən edilmiş olsun. Göründüyü kimi vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. Yuxarıda istinad olunan normanın tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə tabedir və iddia həmin şərtlərə riayət edilməklə qaldırılmalıdır. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialara münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının ilkin olaraq öz tələbi ilə bağlı inzibati orqana müraciət etməsi şərti də ödənilmiş olmalıdır. İşin qeyd olunan hallarından görünür ki, iddiaçı iş yerindən ödənilməmiş əmək haqqının və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etmiş, bununla da iddianın xüsusi mümkünlük şərtini yerinə yetirməmişdir. Hazırkı iş üzrə iddianın mümkün sayılmamasına səbəb olan yuxarıda qeyd edilən hallar məhkəmə kollegiyası tərəfindən iddiaçının nümayəndəsinin diqqətinə çatdırılmaqla onunla müzakirə edilmiş, iddiaçıya cavabdeh inzibati orqana müraciət etmək hüququ izah olunmuşdur. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2-1(118)-252/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar