Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-725/2025 03.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi) Axundov Toğrul Bəhruz oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “buraxılmış müddət ərzində əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Gəncə İnzibati Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2-1(114)-4770/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı "ötürülmüş müddət üçün əmək haqqının ödənilməsi" tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2-1(114)-167/2020 nömrəli qərardadı ilə iddia tələbi mübahisəyə inzibati deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalı olması əsası ilə mümkün sayılmamışdır. Cavabdeh İnzibati-İqtisadi Kollegiyasının 09 iyun 2020-ci il tarixli, 2-1(104)-511/2020 nömrəli qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(114)-167/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanmışdır.
2. Bundan sonra iddiaçı cavabdeh AR Təhsil Nazirliyinə qarşı "işə bərpa, ötürülmüş müddət üçün əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki qaydada iddia qaldırmışdır.
3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(005)- 1928/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2020-ci il tarixli, 2(103)-7732/2020 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmiş və iddiaçıya həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(102)-2334/2021 nömrəli qərardadı apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
4. Ali Məhkəmənin qərarına əsasən iddiaçı yenidən həmin cavabdeh orqana qarşı "ötürülmüş müddət üçün əmək haqqının, eləcə də, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair inzibati qaydada iddia qaldırmışdır.
5. Bakı İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-1(112)-1981/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2265/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 dekabr 2022-ci il tarixli, 2-1(102)-2221/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. Daha sonra iddiaçı Cavabdeh İnzibati-İqtisadi Kollegiyasının 09 iyun 2020-ci il tarixli, 2-1(104)-511/2020 nömrəli qərardadından kassasiya şikayəti vermiş, həmçinin, şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2023-cü il tarixli, 2-1(102)-1088/2023 nömrəli qərardadı ilə müddətin bərpa edilməsi barədə ərizə təmin edilməyərək, kassasiya icraatı mümkün sayılmamışdır.
7. Bundan sonra iddiaçı Cavabdehnə ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair ərizə ilə müraciət etmişdir.
8. Cavabdeh xx.xx.2024-cü il tarixli, 27-727/2024 nömrəli məktubu ilə müraciətin icrasından imtina edərək ona məhkəmə müdafiəsindən istifadə etmək hüququnu izah etmişdir.
9. Daha sonra iddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 09 iyun 2020-ci il tarixli, 2-1(104)-511/2020 nömrəli qərardadı əsasında buraxılmış 03 il 07 ay ərzində hər ay 600 manat məktəb direktoru vəzifə maaşı olmaqla, 25.800 manat məbləğində əmək haqqının və 20.000 manat məbləğində mənəvi ziyanın alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehə qarşı "ötürülmüş müddət üçün əmək haqqının ödənilməsi" tələbinə dair inzibati qaydada qaldırdığı iddiasının mümkün sayılmamasına dair Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(114)-167/2020 nömrəli qərardadı Cavabdeh İnzibati-İqtisadi Kollegiyasının 09 iyun 2020-ci il tarixli, 2-1(104)-511/2020 nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanmışdır. Bundan sonra iddiaçı apellyasiya məhkəməsinin aidiyyət məsələsinə dair bu qərardadını qanuni hesab edərək müddətin uzanmaması üçün kassasiya şikayəti vermək hüququndan istifadə etməmişdir. Bundan sonra iddiaçı eyni tələblə mülki qaydada iddia qaldırmış, lakin, yekunda Ali Məhkəmənin qərardadı ilə işin icraatına xitam verilmiş və ona inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Nəticə etibarilə, Cavabdeh 2-1(104)- 511/2020 nömrəli qərardadı əsassız olmaqla onun buraxılmış 3 il 7 ay ərzində hər ay 600 manat vəzifə maaşı olmaqla 25.800 manat məbləğində əmək haqqı ödənilməmiş qalmışdır. İddiaçı hesab edir ki, 3 il ərzində iştirak etdiyi çoxsaylı (9 məhkəmə prosesi) məhkəmə çəkişmələrində, proseslərin uzanmasında, hüquqlarının bərpa edilməsi üçün qarşılaşdığı maneələr, son olaraq Cavabdeh qanunsuz və əsassız qərarı onun düşüncə və şüuruna mənfi təsirlər göstərmişdir. Bu baxımdan, keçirdiyi mənəvi sarsıntı və streslərin əvəzi olaraq ona 20.000 manat mənəvi ziyanın ödənilməsi təmin edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4770/2024 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim Ruhiyə Tağıyeva).
12. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxılması üçün yaranan mübahisələr inzibati hüquq münasibətləri ilə bağlı olmalı, mübahisənin predmetini inzibati orqanların inzibati aktları və ya faktiki xarakterli hərəkətləri təşkil etməli, mübahisənin tərəfləri ümumi hüququn subyektləri olmalı, eyni zamanda iddia İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən birinə aid edilməlidir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə orqanlarının ədalət mühakiməsinin həyata keçirilməsi üzrə fəaliyyəti, həmin orqanların inzibati hüquq münasibətləri çərçivəsində həyata keçirdikləri fəaliyyət deyildir. Ona görə də məhkəmə orqanlarının ədalət mühakiməsinin həyata keçirilməsi üzrə fəaliyyəti daxilində olan hərəkət və ya hərəkətsizliyinin inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi yolverilməzdir. Odur ki, Cavabdeh iddia ərizəsində qeyd olunan ədalət mühakiməsinin həyata keçirilməsi üzrə fəaliyyəti inzibati hüquq münasibətləri ilə bağlı fəaliyyət hesab oluna və məhkəmə inzibati hüququn subyekti kimi çıxış edə bilməz.
13. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat
14. Cavabdeh İnzibati Kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 2-1(104)-797/2024 nömrəli qərardadı ilə məhkəmə tərkibinin özü-özünə etirazı və işin kassasiya instansiyası məhkəməsi tərəfindən başqa apellyasiya məhkəməsinə verilməsi məsələsinin həll edilməsi üçün işin Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
c) Kassasiya instansiya məhkəməsindəki icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01 may 2025ci il tarixli, 2-1(102)-1109/2025 nömrəli qərardadı ilə işin baxılması üçün Sumqayıt Apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
16. Birinci instansiya məhkəməsi iddianı mümkünsüz hesab edərkən göstərmişdir ki, məhkəmə orqanlarının ədalət mühakiməsinin həyata keçirilməsi üzrə fəaliyyəti həmin orqanların inzibati hüquq münasibətləri çərçivəsində həyata keçirdikləri fəaliyyət deyildir. Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq bildirir ki, qanunvericiliyin tələbinə əsasən Cavabdeh qərarı inzibati orqanın qəbul etdiyi inzibati akta bərabər sayılır.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
19. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarı
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
22. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:
23. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
24. İddiaçının hazırkı tələbi cavabdeh qismində Cavabdehnə yönəldilməklə, onun 09 iyun 2020-ci il tarixli, 2-1(104)-511/2020 nömrəli qərardadı nəticəsində iddiaçıya maddi və mənəvi ziyanın ödənilməsi barədədir.
25. Birinci instansiya məhkəməsi cavabdehin ədalət mühakiməsinin həyata keçirilməsi üzrə fəaliyyətindən irəli gələn mübahisələrə inzibati qaydada baxılmasının yolverilməz olduğu qənaətinə gələrək iddianı mümkün hesab etməmişdir.
26. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir:
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 11 və 12-ci bəndlərində göstərilir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
28. Plenum qərarının tələblərindən göründüyü kimi iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, yəni mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasıdır.
29. Müvafiq olaraq, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.
30. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 12 yanvar tarixli Qərarında qeyd edilir ki, publik hüquqi münasibətlər bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər ümumi maraqlar naminə və dövlətin adından fəaliyyət göstərən bir tərəfin – publik orqanın hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin – fərdin (fiziki və hüquqi şəxslərin) isə tabeçiliyinə əsaslanmaqla tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, publik orqanın tələbləri və şəxslərin vəzifələri müqavilədən deyil, qanundan irəli gəlir.
31. Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 7.2-ci bəndinə əsasən ......... inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.
32. Hazırkı mübahisə məhkəmənin ədalət mühakiməsinin həyata keçirilməsi üzrə fəaliyyətindən yaranmışdır. Bu fəaliyyət isə birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi məhkəmənin publik orqan olaraq inzibati hüquq sahəsindəki fəaliyyətinə aid deyildir.
33. Bu baxımdan, kollegiya iddiaçının məhkəmə qərarının inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akta bərabər sayılmasına dair apellyasiya şikayətinin dəlilini əsassız hesab edir.
34. Kollegiya qeyd edir ki, iddiaçı məhkəmənin qərarı ilə razılaşmadığı təqdirdə qərardan kassasiya şikayəti verə bilərdi. İşdən görünür ki, iddiaçı bu hüququndan sonradan istifadə etmiş, lakin, şikayət vermək müddəti ötürüldüyündən kassasiya məhkəməsi tərəfindən şikayəti mümkün sayılmamışdır.
35. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2-1(114)-4770/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3