Məhkəmə qərarları › İş №2-1(105)-726/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-726/2022

08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-726/2022 08.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2-1(118)-1215/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü (buraxılmış prosessual müddətin bərpası) məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin həcmini artıraraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 109 saylı Ordu Korpusu komandirinin şəxsi heyət üzrə müavinin köməkçisi polkovnik leytenant Kamal Əliyevin xx.xx.2017-ci il tarixli, 40KK-051/ƏÇ nömrəli əmrinin ləğv edilməsi, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə və öz əvvəlki vəzifəsinə bərpa edilməsi, qanunsuz əmrin verildiyi gündən-xx.xx.2017-ci ildən məhkəmə qərarı çıxanadək olan müddətin onun xidməti illərinə hesablanmasına, həmin müddət ərzində iddiaçıya ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini məkhəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2-1(118)-1215/2021 nömrəli qərarı ilə iddianın təmin edilərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 109 saylı Ordu Korpusu komandirinin şəxsi heyət üzrə müavinin köməkçisi polkovnik leytenant Kamal Əliyevin xx.xx.2017-ci il tarixli, 40KK-051/ƏÇ nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə və öz əvvəlki vəzifəsinə bərpa edilməsi, qanunsuz əmrin verildiyi gündən-xx.xx.2017-ci ildən məhkəmə qərarı çıxanadək olan müddətin onun xidməti illərinə hesablanması, həmin müddət ərzində iddiaçıya ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh həmçinin buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında iştirakı təmin edilmədiyindən, onun müvafiq məhkəmə prosesindən məlumatı olmamışdır. Məhkəmənin qərarı da cavabdehə rəsmi təqdim edilməmiş, həmin qərarın mövcudluğundan yalnız qərar icra edilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərildikdə xidməti iyerarxiyaya uyğun olaraq məlumat əldə edilmişdir. Ərizədə göstərilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 109 saylı Ordu Korpusu 2020-ci ilin dekabr ayında düşmənlə təmas xəttindəki Laçın rayonu Bozlu, Minkənd, Qarqışlaq, Pircahan, Bilunduz, Qorçu, Ərdəşəvi, Hoçaz, Piçəniz, Nağdalı, Şamkənd, Kürtacı, Şəlvədərəsi yaşayış məntəqələrində Azərbaycan Ordusunun mövqelərində yerləşdirilərək müdafiəni gücləndirmişdir. 2021-ci ilin noyabr ayında isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 109 saylı Ordu Korpusu uğurlu döyüş əməliyyatı həyata keçirərək Alagöllər, Ağbulaq kəndlərinə yaxın düşmən postlarını ələ keçirmişlər. 2022-ci ilin iyul, avqust, sentyabr aylarında xüsusi döyüş əməliyyatlarının icrasını həyata keçirərək uğurlu nəticələr əldə etmiş, düşmənin yerləşdiyi bir neçə yaşayış məntəqəsini azad etmişlər. Yəni cavabdeh qeyd olunan üzürlü səbəblərdən, daha dəqiq deyilsə düşmənlə təmas xəttində döyüş tapşırığı yerinə yetirdiyi üçün müvafiq qərardan şikayət vermək üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Ərizədə mübahisələndirilən qərarın cavabdehə 30 iyun 2022-ci il tarixdə daxil olduğu göstərilmişdir. Məhkəmə kollegiyası verilmiş şikayətin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmiş, məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi prosessual müddətin bərpası barədə ərizənin dəlillərinə uyğun izahat verərək müddətin bərpa olunması xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, ərizənin dəlillərini müzakirə edib hesab edir ki, müddətin bərpası barədə ərizə təmin edilməyərək apellyasiya şikayəti mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İPM-nin 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən qərarın surəti müşayiətedici məktubla sifarişli-xəbərnaməli poçt vasitəsi ilə tərəflərə göndərilmiş və cavabdehin ünvanına göndərilmiş məhkəmə bildirişi “F-20” dərkənarda “ünvandan köçmüşdür” qeydi yazılmaqla geri qaytarılmışdır. Yenidən məhkəmə tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 28 mart 2022-ci il tarixli məktub ünvanlanaraq məhkəmə qərarının aidiyyatı üzrə göndərilməsi xahiş olunmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən N nömrəli hərbi hissənin komandirinə N aprel 2022-ci il tarixli məktub göndərilərək Sumqayıt İnzibati Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2-1(118)-1215/2021 nömrəli qərarının icra edilməsinə dair göstəriş verilməsi və bu barədə məhkəmənin məlumatlandırılması bildirmiş, lakin məhkəməyə cavab verilmədiyindən yenidən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məhkəmə tərəfindən təkrar 23 iyun 2022-ci il tarixli məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə xx.xx.2022-ci tarixli məktub ünvanlayaraq məlumat üçün bildirilmişdir ki, İddiaçı barəsində olan Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş 2-1(118)-125/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Hüquq İdarəsinə daxil olmuş və Hüquq İdarəsi tərəfindən sözügedən qərar icra edilməsi üçün aidiyyəti üzrə N nömrəli hərbi hissənin tabe olduğu N nömrəli hərbi hissəyə göndərilmişdir. Lakin N nömrəli hərbi hissə N nömrəli hərbi hissənin tabeliyindən çıxarılaraq N nömrəli hərbi hissənin tabeliyinə verildiyindən N nömrəli hərbi hissə komandanlığı tərəfindən məhkəmə qərarının icrasının mümkün olmaması barədə Hüquq İdarəsinə cavab məktubu ünvanlanmışdır. Qərarın icrası ilə əlaqədar N nömrəli hərbi hissə komandanlığına xx.xx.2017-ci il tarixli, 051/əç əmrinin ləğv edilməsi məsələsinin həmin hərbi hissənin komandirinin vəzifəsinə aid olması və həmin əmrin ləğv edilərək hərbi hissə komandirinin əmrindən çıxarışın Müdafiə Nazirliyinin Hüquq İdarəsinə göndərilməsinə dair xx.xx.2022-ci il tarixdə təkrar məktub ünvanlanmışdır. Bununla da N nömrəli hərbi hissə komandanlığına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba cavab verildikdən sonra qərarın icrası barədə məlumat veriləcəkdir. İş materiallarından həmçinin görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini-Kadrlar İdarəsinin rəisinə ünvanladığı məktubun surəti 09 avqust 2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə daxil olmuşdur. Məktubun məzmununda görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2-1(118)-1215/2021 nömrəli qərarı icra olunması üçün aidiyyəti üzrə göndərilmiş və nəticəsi barədə Sumqayıt İnzibati Məhkəməsinə məlumat verilməsi xahiş edilmişdir. Kollegiya qeyd edir ki, hətta müddətin bərpası barədə ərizədə göstərilən səbəblərdən birinci instansiya məhkəməsi tərəfindən cavabdehə göndərilmiş iş üzrə 03 dekabr 2021-ci il tarixli qərarın cavabdeh tərəfindən ünvanda qəbul edilməməsi müəyyən olunsa da, cavabdehin özünün müddətin bərpası barədə ərizəsində mübahisələndirilən qərarın xx.xx.2022-ci ildə daxil olması barədə etirafı nəzərə alındıqda cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə qərarından şikayət verilmənin son müddəti xx.xx.2022-ci il tarixdə bitmiş, apellyasiya şikayəti isə bundan 3 ay keçdikdən sonra, 31 oktyabr 2022-ci il tarixində birinci instansiya məhkəməsinə daxil olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya şikayətinin 31 oktyabr 2022-ci il tarixindən əvvəl poçt və ya rabitə orqanlarına təhvil verilməsi barədə işdə heç bir sübut yoxdur və cavabdeh də bu barədə hər hansı bir dəlil irəli sürmür. Beləliklə də, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 (bir) aylıq prosessual müddətin ötürülməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasının İPM-nin 24.1 və 24.2-ci maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir. Hüquqi şəxslərə münasibətdə isə üzürlü səbəb kimi göstərilən hallar daha ciddi əsaslara söykənməli və mötəbər sübutlarla təsdiq olunmalıdır. Yuxarıda təsvir edilənlərdən göründüyü kimi, hazırkı iş üzrə cavabdehin müddətin bərpası barədə ərizədə istinad etdiyi üzürlü səbəb kimi göstərilən hallar mötəbər sübutlarla (müvafiq rəsmi sənədlərlə) təsdiq olunmamaqla yanaşı, həmin halların cavabdehə qanunla müəyyən edilmiş müddətdə şikayətin tərtib olunaraq təqdim olunmasına nə dərəcədə mane olması ümumiyyətlə əsaslandırılmamışdır. Beləliklə də, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin üzrsüz səbəbdən ötürüldüyü müəyyən olunur. Müddətin bərpasına dair ərizənin cavabdehin məhkəmə prosesindən ümumiyyətlə məlumatı olmaması barədə dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, materiallarında olan birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli sərəncamının və məhkəmə iclası barədə bildirişin qəbul edilməsinə dair poçt qəbzindən (cild 1, s.22), cavabdehin birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2021-ci il tarixli 5967 saylı məktubdan (cild 2, s.34) görünür ki, cavabdehin hazırkı məhkəmə işi barədə məlumatı olmuş, hətta cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi (N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi ədliyyə mayoru X2) iş üzrə iddianın mümkünlüyü ilə bağlı əvvəlki apellyasiya icraatında xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edərək izahat vermişdir. İnzibati-Prosessual Məcəllənin 87-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır (maddə 87.2, 87.3 və 87.4). NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2-1(118)-1215/2021 nömrəli qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməsin. Apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti, 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 4 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar