Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-726/2024 05.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X5 qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinə dair Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2-1(85)-1262/2017 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 27 noyabr 2009-cu il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və təyin edilmiş əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq orta aylıq əmək haqqı əsas götürülməklə (2004-2005-ci illər üzrə) hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2-1(85)- 1262/2017 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 27 noyabr 2009-cu il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və təyin edilmiş əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq orta aylıq əmək haqqı əsas götürülməklə (2004-2005-ci illər üzrə) hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 iyul 2017-ci il tarixli, 2-1(105)-349/2017 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(85)-1262/2017 nömrəli qərarı, həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 noyabr 2017-ci il tarixli, 2-1(102)-1733/2017 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin 2-1(105)-349/2017 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə göndərilmiş, Şöbə 08 yanvar 2018-ci il tarixli, 20/65 nömrəli məktubu ilə bildirmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2-1(85)-1262/2017 nömrəli qərarı tərəflərindən icra olunmuşdur. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iş üzrə icraatın təzələnməsini və ərizəçi Fondun Abşeron rayon şöbəsinin əsl ərizəçi olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı pensiya işinə tikilmiş sənədlərin araşdırılması ilə ehtimal olunur ki, ona ötən dövrlərdən yüksək məbləğdə güzəştli şərtlərlə 50 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi bu işdə maraqlı olmuş şəxslər tərəfindən əvvəlcədən planlaşdırılmış və vətəndaşla qabaqcadan razılaşdırılmaqla sövdələşmə aparılmışdır. Baş vermiş hərəkətlərin tərkib hissəsi kimi məqsədli olaraq onun ünvanı (yaşayış yeri) dəyişdirilmiş, eyni zamanda, məhkəmə qərarlarının alınmasına və həmin qərarlara uyğun olaraq 50 yaşından yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə və ödənilməsinə nail olunmuşdur. Məhkəmə instansiyalarında İddiaçı iddiası üzrə işə baxılarkən qüvvədə olmuş və ya qüvvədə olan qanunvericiliyin tələblərinə diqqət yetirilməmiş, hüquqi normalardan kənara çıxılmışdır. Belə ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı 18 yaşı tamam olmadığı halda, məhkəmələr onun xx.xx.1976-cı il tarixdən, yəni 16 yaşından işlədiyi dövrü xüsusilə ağır və zərərli əmək şəraiti kimi təsdiq etmişdir. Araşdırma zamanı riyazi hesablama ilə müəyyən edilmişdir ki, məhkəmə qərarlarına əsasən xx.xx.1976xx.xx.1978-ci və xx.xx.1981-xx.xx.1988-ci illərdəki əmək fəaliyyəti nəzərə alındıqda İddiaçı güzəştli iş stajı 10 il 03 ay 10 gün təşkil edir. Lakin, 16 yaşından xüsusilə ağır və zərərli işlərdə işləməsi həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə zidd olduğundan və 18 yaşınadək əmək fəaliyyəti dövrü nəzərə alınmadıqda o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnu qazanmır. Qeyd edilmiş müddət çıxıldıqda qalan staj 8 il 10 ay 18 gün təşkil edəcəkdir. Həmçinin, iddia tələbi birinci instansiya məhkəməsində vətəndaşın xeyrinə təmin edildikdən sonra yuxarı instansiya məhkəmələrinin qərarlarını gözləmədən saxtalaşdırılmış əmək kitabçasının surəti və xx.xx.2010-cu il tarixli, 17/018 M nömrəli 2004-2005-ci illər üzrə əməkhaqqı arayışı əsas götürülməklə şöbənin müdiri, Pensiya təyinatı sektorunun müdiri, Maliyyə-uçot sektorunun müdiri-baş mühasibi, Pensiya təyinatı sektorunun məsləhətçisi imza etməklə və xx.xx.2017-ci il tarixli kimi rəsmiləşdirilməklə şöbənin sərəncamı ilə İddiaçı pensiyası yenidən hesablanmışdır. Ümumiyyətlə, bundan əvvəlki araşdırmalar zamanı analoji saxtalaşdırılma hallarına yol verildiyi aşkar edilmiş, bununla bağlı müvafiq materiallar Nazirliyin xx.xx.2020-ci tarixli, **********6 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Nazirlik tərəfindən Prokurorluğa göndərilən hər bir material üzrə Azərbaycan Respublikasının Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işləri başlanmış və ya əvvəllər başlanmış cinayət işlərinə əlavə edilmişdir. Bu barədə Nazirliyə rəsmi məlumat verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 2-1(85)-1262/2017 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2-1(85)-1262/2017 nömrəli qərardadı ilə icraatın təzələnməsi barədə ərizə mümkün sayılmamışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Hazırkı iş üzrə ərizəçi mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra məhkəməyə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmiş, qanunvericiliklə müəyyən edilmiş və bərpası istisna olunan prosessual müddəti buraxmışdır. Qərardadla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini ərizə ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, izahatında əlavə olaraq bildirmişdir ki, yeni açılmış hallarla bağlı ərizədə qeyd olunan hallar inzibati orqana 2017-2018-ci illər arasında, yəni inventarizasiya açıq aparılan zaman məlum olmuşdur. İddiaçıya münasibətdə yaşayış yerinin və qeydiyyat ünvanının sonradan dəyişdirilərək saxtalaşdırılması ehtimal olunur. Belə ehtimal hesab etmələrinin səbəbi Fondun Sabunçu rayon şöbəsinin keçmiş pensiya təyinatı şöbəsinin müdiri Vüsal Əliyevin anası tərəfindən “Neksus Company” də işlədiyi zaman vətəndaşlara yüksək məbləğlərdə əmək pensiyalarının təyin edilməsi üçün əməkhaqqı arayışı verilməsi ilə bağlıdır. Həmin şəxs barəsində başlanmış cinayət işi üzrə hazırda ağır cinayətlər məhkəməsində istintaq aparılır və cinayət işi üzrə ittiham hökmü qəbul edilməmişdir. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizəni yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 3 illik müddətin ötürülməsi əsası ilə mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Ərizənin mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış ərizələr məhkəmələr tərəfindən yuxarıda istinad olunan normada nəzərdə tutulmuş əsaslar baxımından yoxlanılır. Mümkünlük şərtini ödəməyən ərizəyə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Belə yanaşma prosessual qənaət prinsipindən irəli gəlir. Ərizənin mümkünlüyünə münasibətdə nəzərə almaq lazımdır ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. - 103.2-ci maddəsinə görə mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. - 103.3-cü maddədə göstərilir ki, bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Sadalanan normaların tələblərindən göründüyü kimi yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Belə ki, nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. Bu nəzərdə tutulmuş müddət yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkünlük şərti kimi qiymətləndirilməlidir. Yəni, ərizənin qanunla müəyyən olunmuş müddətdə verilməsi onun mümkünlük şərtinə aiddir. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)- 312/2022 və 2-1(102)-643/2024 nömrəli qərarlarında da məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. Bu hala istinadən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə mümkün sayılmamalıdır. Hazırkı işin hallarından görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2-1(85)-1262/2017 nömrəli qərarı qanuni qüvvəyə minmiş və cavabdeh həmin qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixdə yeni açılmış hallarla bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Eləcə də, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-312/2022 və 2-1(102)- 1389/2024 qərarlarında 3 illik müddət keçdikdən sonra icraatın təzələnməsinə dair ərizənin yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə biləcəyi göstərilmişdir. Cavabdehin ərizəsinin dəlillərindən görünür ki, iddiaçıya əmək pensiyasının təyin olunması və yenidən hesablanması zamanı aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qeyd olunan hallarla bağlı ittiham hökmü qəbul edilməmişdir. Göründüyü kimi cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün müəyyən olunan müddəti buraxmış, eləcə də iş üzrə müddət məhdudiyyətini istisna edən hal - ittiham hökmü olmamışdır. Həmçinin, qanunverici həmin 3 illik müddətin bərpa edilməsini nəzərdə tutmur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin ərizənin mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və düzgündür. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2-1(85)-1262/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3ə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-726/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-726/2024
05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver