Məhkəmə qərarları › İş №2-1(105)-727/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-727/2025

06.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-727/2025 06.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər X1 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, X8 katibliyi, İddiaçının nümayəndələri Nümayəndə1 və Nümayəndə2, Üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Quba Rayon İcra Hakimiyyətinə qarşı “siyahıdan üçüncü şəxsin adının çıxarılması və həmin yerə onun adının yazılması, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2025-ci il tarixli, 2-1(118)- 3530/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-0018, KOD 30308028 nömrəli Dövlət Aktının surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 0.48 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları üçün əkilib-becərilməsi və yetişdirilməsi üçün İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu Susayqışlaq kəndi ərazisində yerləşən 0.48 ha torpaq sahəsi üzərində X3 xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli 2- 1(118)-273/2020 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 8 nömrəli qərarı ilən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpağa mülkiyyət hüququna dair JN-0018, KOD 30308028 nömrəli Dövlət Aktına əsasən iddiaçıya verilmiş 0.48 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinin plan ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzrərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2-1(105)-268/2021 nömrəli qərardadından görünür ki, həmin məhkəmə qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamışdır. İş materiallarına olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 may 2021-ci il tarixli 2-1(102)-790/2021 nömrəli qərardadından görününr ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2-1(105)-268/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2- 1(118)-344/2022 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu, Susayqışlaq kəndi ərazisində yerləşən, ona məxsus 0.48 ha torpaq sahəsinə dair X3 adına verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş, sonuncunun adına verilmiş 02 iyul 2021ci il qeydiyyat tarixli, **********54 reyestr nömrəli çxarışın ləğv edilməsi öhdəliyi cavabdehin üzrərinə qoyulmuşdur. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2-1(102)-357/2022 nömrəli qərarından görünür ki, üçüncü şəxs X3 apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 07 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin olunmamışdır. İş materiallarında olan AR Ali Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2-1(102)- 101/2023 nömrəli qərarından görünür ki, iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2022-ci il tarixli 2- 1(105)-357/2022 nömrəli, qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli 2- 1(118)-745/2024 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X3 adına olan daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2024-cü il tarixli, 2-1(105)-522/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 22 yanvar 2024-cü il tarixli 2-1(118)- 745/2024 nömrəli qərarı qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 noyabr 2024ci il tarixli 2-1(102)-2906/2024 nömrəli qərarından görünür ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2024-cü il tarixli, 2-1(105)-522/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək Quba rayonu Susayqışlaq kəndində yerləşən, 0.48 ha torpaq sahəsinə dair ləğv edilmiş DTXK-sı tərəfindən tərtib edilmiş torpaq payı alacaq subyektlərin siyahısından vətəndaş X4 adının çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi 28 noyabr 2024-cü il tarixli məktubla iddiaçının müraicətini təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan respublikası Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Torpaq payı alacaq subyektlərin siyahısından vətəndaş X4 adının ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyətinə ərizə ilə müraicət edərək şəxsin adının təsərrüfatbaşına uçot kitablardan çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti 26 iyun 2024-cü il tarixli 5-61/2-M-39-302/2024 nömrli məktubla iddiaçının müraicətini təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2012ci il 06 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 5.1.6-cı yarımbəndinə əsasən ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaq inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin səlahiyyətinə aiddir. Ərizədə göstərilən şəxs X5 Bakı şəhərində qeydiyyatda olmasına baxmayaraq Susayqışlaq kəndinin əvvəlki illərə dair təsərrüfatbaşına uçot kitablarında adının hansı səbəblərə görə qeyd edilməsi müəyyən edilməmişdir. Hazırda onun adının əvvəlki təsərrüfatbaşına uçot kitablarından çıxarılmasının Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilməsi mümkün deyildir. Həmçinin, Aqrar islahat komissiyası 1996-cı ildən təsis edilərək fəaliyyətə başlamış və 2005-ci ilədək (10 il ərzində) aqrar islahatın, o cümlədən torpaq islahatının aparılmasını, bununla bağlı məsələlərin həllini həyata keçirmiş, öz missiyasını sona çatdırması ilə əlaqədar 2005-ci ildə mövcudluğuna xitam verilmişdir. Quba Rayon İcra Hakimiyyətinin isə aqrar islahat əsasında vətəndaşların mülkiyyətinə torpaq sahəsi vermək, həmçinin verilmiş qərarları ləğv etmək (və ya etibarsız hesab etmək) səlahiyyəti və öhdəliyi yoxdur. Belə ki, artıq ölkədə aparılan aqrar islahat yekunlaşmış, aqrar islahat komissiyalarının fəaliyyətinə son qoyulmuş, islahatla bağlı tərtib edilmiş siyahılar arxivə təhvil verilmiş, torpaq sahəsinin yeni mülkiyyətçiləri formalaşmışdır. Verilən imtina cavabları ilə razılaşmayan İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Quba Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraicət edərək “siyahıdan üçüncü şəxsin adının çıxarılması və həmin yerə onun adının yazılması, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması”nı xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayon Aqrar İslahat Komissiyasının tərtib etdiyi siyahıda Quba rayonu Susayqışlaq kəndinin ərazisində torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktındakı cizgidə göstərilən sərhəd daxilində yerləşən, kənd təsərrüfatı məhsulları üçün əkilib-becərilməsi və yetişdirilməsi üçün iddiaçının mülkiyyətinə verilmiş 0.48 ha torpaq sahəsinin qarşısında yazılmış X4 adının çıxarılması və iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək Quba Rayon İcra Hakimiyyətinin cavabdeh qismində işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 07 fevral 2025-ci il il tarixli, 2-1(118)-3530/2025 nömrəli qərardadı ilə Quba Rayon İcra Hakimiyyəti cavabdeh qismində işə cəlb edilmişdir. Daha sonra İddiaçının nümayəndəsi tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Quba rayon Aqrar İslahat Komissiyasının tərtib etdiyi siyahıda Quba rayonu Susayqışlaq kəndinin ərazisində torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktındakı cizgidə göstərilən sərhəd daxilində yerləşən, kənd təsərrüfatı məhsulları üçün əkilib-becərilməsi və yetişdirilməsi üçün iddiaçının mülkiyyətinə verilmiş 0.48 ha torpaq sahəsinin qarşısında yazılmış X4 adının çıxarılması və həmin yerə İddiaçı adının yazılması öhdəliyinin Quba rayon İcra Hakimiyyətinə həvalə edilməsi və həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin digər cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 15 avqust tarixli, 8 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 0.48 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları üçün əkilib-becərilməsi və yetişdirilməsi üçün İddiaçı mülkiyyətinə verilmişdir. Bunu təsdiq edən Torpağın mülkiyyətə verilməsinə dair 05 noyabr 1997-ci il tarixli, JN-0018, KOD30308028 nömrəli Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsi Quba rayonu Susayqışlaq kəndinin ərazisində yerləşir və iddiaçı tərəfindən təyinatı üzrə istifadə edilməkdədir. İddiaçı Dövlət Aktına əsasən ona məxsus olan torpaq sahǝsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə çıxarış verilməsi üçün müraciət edəndə ona bildirilib ki, həmin torpaq sahəsinə İslahat Komissiyasının tərtib etdiyi siyahıya əsasən X3 adına çıxarış verilmişdir. Bundan sonra iddiaçı X2 olması, onun adının İslahat Komissiyasının tərtib etdiyi siyahıda iddiaçıya məxsus torpaq sahəsinin qarşısına necə düşməsi və mülkiyyətində olan 0.48 hektar torpaq sahəsinə onun adına hansı əsasla mülkiyyətə dair çıxarış verilməsini araşdırmağa başlamışdır. İddiaçı əvvəlcə Milli Arxiv İdarəsinin Quba rayon Filialına müraciət etmişdir. 10 may 2023-cü il tarixli, 3-48-da-Gf/2- 6xx-xx/2023 nömrəli arxiv arayışında bildirilir ki, Quba rayonu Aşağı Atuc yerli Aqrar İslahat Komissiyasının AR X16 Filialında mühafizə olunan 1995-1999-cu illərə aid sənədlərində X6 adlı şəxsə pay torpağının verilməsi haqqında heç bir məlumat yoxdur. Arayışın qeydindən görünür ki, həmin ərazidə fəaliyyət göstərmiş olan “Şahdağ” Aqrofirması tərəfindən vətəndaşlara əmlak payı verilməsi haqqında olan cədvəldə də X3 adı yoxdur. Bundan sonra Quba rayonunun X13 verdiyi 16 may 2023- cü il tarixli 10 saylı məktubda bildirilir ki, Quba rayonu Susayqışlaq kəndinin keçmiş sakini X6 02 avqust 1996cı ilədək Susayqışlaq kəndinin sovxoz və kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, koopertivlərin, kiçik müəssisələrin, kəndli(fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçisi, habelə əsas iş yeri həmin müəssisələr olmamışdır. Daha sonra Quba rayonu Hacıhüseynli Bələdiyyəsinə müraciətinə əsasən oradan verilmiş 27 aprel 2023-cü il tarixli, 029 nömrəli arayışdan aydın olur ki, xx xxxx 1974-cü ildə Quba rayonu Gənclər qəsəbəsində anadan olmuş X9 Aqrar İslahat Komissiyası tərəfindən vətəndaşa Gənclər kəndi ərazisində torpaq sahəsi ayrılmamış, lakin qeydiyyatda olduğu ərazi üzrə torpaq sahəsi ayrılmışdır. Bundan sonra iddiaçı X1 ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinə müraciət etmişdir. Oradan verilən 23 may 2023-cü il tarixli,3-43-46/2-841/2023 nömrəli məktubunda bildirilir ki, 1963cü il təvəllüdlü istefada olanbaş leytenant X6 həqiqətən 25 oktyabr 1981-ci il tarixdən 27 oktyabr 1983-cü il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində, 27 iyun 1993-cü il tarixdən 15 fevral 1998-ci il tarixədək isə AR Silahlı Qüvvələrində zabit qismində hərbi xidmət etmişdir. AR Müdafiə Nazirliyinin müvafiq əmri ilə “Hərbi Xidmət Haqqında” Qanunun 18-ci maddəsinin “A” bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən 15 fevral 1998-ci il tarixdə ehtiyyata buraxılıb. AR DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 10 aprel 2023-cü il tarixli,3-13-18/2-10841/23 nömrəli məktubda bildirilir ki, 01 mart 1963-cü il təvəllüdlü X6 28 dekabr 1995-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Qeyd olunanlardan göründüyü kimi X3 iddiaçının mülkiyyətində olan torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Onun aqrar sahədə islahat keçirilənədək yəni 02 avqust 1996-cı ilədək Susayqışlaq kəndinin sovxoz və kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, koopertivlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinə aidiyyəti yoxdur, hətta əsas iş yeri həmin müəssisələr olmamışdır. Həmçinin, Dövlət Arxivinin verdiyi arayışından da göründüyü kimi, Quba rayonu Aşağı Atuc yerli Aqrar İslahat Komissiyasının AR X16 Filialında mühafizə olunan 1995-1999-cu illərə aid sənədlərində X6 adlı şəxsə pay torpağının verilməsi haqqında heç bir məlumat yoxdur. Arayışın qeydindən də həmin ərazidə fəaliyyət göstərmiş olan “Şahdağ” Aqrofirması tərəfindən vətəndaşlara əmlak payı verilməsi haqqında olan cədvəldə də X3 adının olmaması öz təsdiqini tapır. Bu bir daha onu sübut edir ki, AR DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin məktubunda bildirildiyi kimi, 01 mart 1963-cü il təvəllüdlü X6 28 dekabr 1995-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Yəni onun hələ aqrar islahatdan qabaq və aqrar islahatın keçirildiyi dövrdə Quba rayonu Susayqışlaq kəndinin ərazisində yaşayıb, əməklə məşğul olmamışdır. Bu səbəbdən də həmin ərazidə fəaliyyət göstərmiş olan “Şahdağ” Aqrofirması tərəfindən vətəndaşlara əmlak payı verilməsi haqqında olan cədvəldə də X3 adı olmamışdır. Qeyd olunanlardan bir daha aydın olur və öz təsdiqini tapır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 15 avqust tarixli, 8 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 0,48 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları üçün əkilib-becərilməsi və yetişdirilməsi üçün iddiaçının mülkiyyətinə verilmişdir. Buna görə də həmin torpaq sahəsi iddiaçıya məxsusdur, Quba rayon Aqrar İslahat Komissiyasının tərtib etdiyi siyahıda həmin torpaq sahəsinin qarşısında yazılmış X3 adı çıxarılmalı və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən iddiaçının adına çıxarış verilməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il il tarixli, 2-1(118)-7356/2024 nömrəli qərardadı ilə X7 hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2025-ci il tarixli, 2-1(118)-3530/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Qəşəm Məmmədli). İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci intansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddia tələbinin mümkünlüyü barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə eyni əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının tərtib etdiyi siyahıda Quba rayonu Susayqışlaq kəndinin ərazisində torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktındakı cizgidə göstərilən sərhəd daxilində yerləşən, kənd təsərrüfatı məhsulları üçün əkilib-becərilməsi və yetişdirilməsi üçün iddiaçının mülkiyyətinə verilmiş 0.48 ha torpaq sahəsinin qarşısında yazılmış X4 adının yazılması iddiaçıya 2020-ci ildə məlum olmuşdur. Halbuki, həmin vaxtı iddiaçının öz adına qanuni surətdə Quba rayonu Susayqışlaq kəndinin ərazisində torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı olmuşdur və həmin vaxt səlahiyyətli dövlət orqanlarının yol verdikləri səhvlər barədə onun məlumatı ola bilməzdi. Həmin dövrdə ərazisində Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı islahat aparılan torpaq sahələrinə hüquq yaradan əsas sənəd hesab olunurdu. Buna görə də əlində mülkiyyətə dair sənəd olduğu halda nə üçün narahat olmalı idi. Səlahiyyətli dövlət orqanı olan Quba rayon Aqrar İslahat Komissiyasının mülkiyyət hüququna dair hər hansı yanlışlığa yol verməsi ağlına gəlməzdi. Torpaq sahəsi Quba rayonu Susayqışlaq kəndinin ərazisində yerləşir və iddiaçı tərəfindən təyinatı üzrə istifadə edilməkdədir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi xahiş etdi. Cavabdeh inzibati orqanlara məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 nömrəli qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia). Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı hazırda mübahisələndirdiyi siyahıda düzəliş edilməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş imkanı itirmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi AİK-nın qərarının qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyrihüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 01 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 01 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia tələbinin digər hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia tələbinin birinci hissəsi mümkün hesab edilmədiyindən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələbi də mümkün hesab edilməməlidir. Həmçinin, həmin torpaq sahəsinin iddiaçının adına qeydə alınması, çıxarış və plan ölçü sənədinin verilməsi ilə bağlı məhkəməyə müraciət olunmuş, Sumqayıt İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2-1(118)-273/2020 nömrəli qərarı ilə iddia rədd edilmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. İşin hallarından görünür ki, iddiaçının tələbi iki hissədən: siyahıdan üçüncü şəxsin adının çıxarılması, həmin yerə onun adının yazılması və həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından ibarətdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə tam razılaşaraq həmin halları təkrar qeyd etməyi zəruri hesab etmir. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, şikaytin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı hazırkı halda mübahisələndirdiyi siyahıda düzəliş edilməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş imkanı itirmişdir. Kollegiya iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi tələbi ilə bağlı bildirir ki, işin yuxarıda qeyd edilmiş hallarından görünür ki, iddiaçı daha öncə də 0.48 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinin plan ölçüsünün verilməsi tələbinə dair iddia qaldırmış, iddia tələbi Sumqayıt İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2-1(118)-273/2020 nömrəli qərarı ilə rədd edilmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2025-ci il tarixli, 2-1(118)-3530/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar