Məhkəmə qərarları › İş №2-1(105)-73/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-73/2021

15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-73/2021 15.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.N3xx.xx.N5-ci illərdə N saylı hərbi hissədə hərbi xidmətdə olmağı və ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-187/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 11-xx xxxxxx 2021-ci il tarixlərdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.N3-xx.xx.N5-ci illərdə N saylı hərbi hissədə hərbi xidmətdə olmağı və ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1959-cu ildə anadan olmuş, 1977– 1979-cu illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Sumqayıt Hərbi Komissarlığı tərəfindən xx xxxx N3cü ildə könüllü olaraq hərbi xidmətə çağırılmış və N saylı Hərbi Hissəyə göndərilmişdir. xx xxxxxxx N3-cü ildə N saylı hərbi hissədə atıcı kimi Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, xx.xx.N4-cü ildə yaralanaraq “Sol çiyin körpücük sümüyünün qapalı sınığı“ xəsarəti almış, Bunu Müdafiə Nazirliyinin N saylı hərbi hissənin tibb rotasının “ilkin tibbi kartoçkası“ təsdiq edir. Müdafiə Nazirliyinin xx.xx.N5-ci il tarixli 109 saylı əmri ilə ehtiyata buraxılmışdır. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməyi faktı Müdafiə Nazirliyi N saylı hərbi hissə tibb rotasının “ilkin tibbi kartoçkası" ilə ona məxsus hərbi biletin notariat təsdiqi ilə, Müdafiə Nazirliyinin İşlər idarəsi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli arayışı və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin xx.xx.N5-ci il tarixində verdiyi 642 saylı vəsiqəsi ilə təsdiq edilir. O, “Müharibə veteranı" adı və vəsiqəsi almaq məqsədilə Müdafiə Nazirliyinə müraciət etmiş, Nazirliyin Şəxsi Heyət Baş İdarəsi özünün xx.xx.2019 saylı məktubu ilə xahişi təmin olunmamışdır. Məktubda qeyd edilir ki, “N saylı hərbi hissənin arxiv sənədləri Mərkəzi Arxivə daxil olmadığına görə və hərbi xidmətiniz tam təsdiqlənmədiyindən Sizə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir“. Hesab edir ki, cavabdehin imtinasını əsassızdır və ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Sonda iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-187/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim C.Məmmədov) Həmin qərardan cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, iddiaçının ilkin tibbi kartından da görünür ki o, xx.xx.N4-cü ildə N nömrəli hərbi hissənin əsgəri olmuşdur. İddiaçının xx.xx.N4cü ildən xx xxxx N5-ci ilə qədər olan dövr üçün xidməti barədə məlumat yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019cu il tarixli 9/2-10414 №-li məktubunda göstərilir ki, Sumqayıt ŞHK-nın çağırışçısı, 1959-cu il təvəllüdlü, siravi İddiaçı N №-li hərbi hissə komandirinin xx xxxx N5-ci il tarixli 155 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilmiş, xx xxxx N5-ci il tarixli 202 №-li əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Sumqayıt ŞHK-na göndərilmişdir. İddiaya münasibətin sonunda iddiaçının xx xxxxxx N4-cü ildən xx xxxx N5-ci ilə qədər hərbi hissədə olmamasına görə məhkəmədən iddianın təmin olunmaması barədə qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə qərarında göstərir ki, “Cavabdeh təşkilatın iddia tələbinin təmin edilməməsinə dair gətirdiyi əsas arqument ondan ibarətdir ki, İddiaçı xx xxxxxx N4-cü ildən xx xxxx N5-ci ilədək N saylı hərbi hissədə olmaması səbəbindən ona müharibə veteranı statusu verilə bilməz”. Məhkəmə qərarında daha sonra qeyd edir ki, İddiaçı qeyd olunan tarixlərdə N nömrəli hərbi hissədə olmamışdır. Lakin məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, göstərilən müddətlərdə iddiaçının N saylı hərbi hissədə olmamasına səbəb onun yaralanaraq müalicədə olması ilə əlaqədar olmuşdur. İddiaçının ilkin tibbi kartından başqa onun xəsarət almasını və müalicə olunmasını təsdiq edən hər hansı sübut yoxdur. Məhkəmə xx xxxxxx N4-cü ildən xx xxxx N5-ci ilədək, yəni bir il dörd ay iddiaçının hərbi qulluqçu olduğu halda harada, hansı şəraitdə müalicə almasını araşdırmadan onun müalicə olunması qənaətinə gəlmişdir. Cavabdeh iddiaçının N nömrəli hərbi hissədə yox, xx xxxxxx N4-cü ildən xx xxxx N5-ci ilə qədər hərbi hissədə olmamasını göstərmişdir. ’’Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışla çağırıldıqları gündən hərbi qulluqçu statusu əldə edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. İddiaçının N və N nömrəli hərbi hissələrin şəxsi heyətinin siyahısına daxil edilməsi və siyahıdan çıxarılması barədə sübutlar yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019cu il tarixli 9/2-10414 №-li məktubunda göstərilir ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmamışdır. İddiaçının hərbi biletində isə onun N nömrəli hərbi hissədə 25.10.93-31.01.94-cü il tarixlərdə atıcı olması barədə qeyd vardır. Həmin qeyd iddiaçının N nömrəli hərbi hissədəki xidməti ilə bağlı məlumatdan əvvəl aparılmışdır. Hərbi biletin həmin səhifəsində kifayət qədər yer olmasına baxmayaraq nədənsə N nömrəli hərbi hissədə xidmətlə bağlı qeydlər məlumatların doldurulmasını müəyyən edən rekvizitlərin üstündəki qrafalarda yazılmışdır. Həmin qeydlər hərbi hissə tərəfindən aparılmamışdır. İddiaçının ancaq ilkin tibbi kartında onun N nömrəli hərbi hissənin əsgəri olması göstərilib. Onun N nömrəli hərbi hissəyə aidiyyətini müəyyən edən başqa sübut yoxdur. İddiaçının hərbi biletində isə onun N nömrəli hərbi hissənin tərkibində Füzuli rayonunda 04.06.95-ci ildən 21.07.95-ci ilə kimi döyüş əməliyyatlarında iştirak etməsi barədə qeyd vardır. Halbuki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə N4-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müharibə veteranı adının verilməsi nəzərdə tutulur. Məhkəmə qərarında göstərir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəyə qanuni əsaslarla daxil olmuş və qanuni əsaslarla həmin hərbi hissədən N nömrəli hərbi hissəyə köçürülmüş, həmin hərbi hissədən qanuni əsaslarla hərbi xidmətdən tərxis olunub. Həmin nəticə yanlışdır. Belə ki, iddiaçı N saylı hərbi hissədən N nömrəli hərbi hissəyə köçürülməmişdir. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2006cı il tarixli 396 №-li Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müvafiq normalarının tələblərini nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bunun nəticəsində isə prosessual normalar pozulmuşdur. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X1 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı xx.xx.N3-xx.xx.N5-ci illərdə N saylı hərbi hissədə hərbi xidmətdə olmağı və ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, cavabdeh təşkilatın iddia tələbinin təmin edilməməsinə dair gətirdiyi əsas arqument ondan ibarətdir ki, İddiaçı xx xxxxxx N4-cü ildən xx xxxx N5-ci ilədək N saylı hərbi hissədə olmaması səbəbindən ona müharibə veteranı statusu verilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı qeyd olunan tarixlərdə N saylı hərbi hissədə olmamışdır. Lakin məhkəmə araşdırması zamanı oda müəyyən edilmişdir ki, göstərilən müddətlərdə iddiaçının N saylı hərbi hissədə olmamasına səbəb onun yaralanaraq müalicədə olması ilə əlaqədar olmuşdur. Sonradan İddiaçı N saylı hərbi hissə komandirinin xx xxxx N5-ci il tarixli 155 saylı əmri ilə şəxsi heyətin sıralarına daxil edilərək, qanuni əsaslarala N saylı hərbi hiss komandirinin xx xxxx N5-ci ildə 202 saylı əmrinə əsasən ordu sıralarından tərxis olunmuşdur. Məhkəmə İddiaçı hərbi hissəni özbaşına tərk etməsi ilə gətirilən arqumentə münasibətdə hesab edir ki, İddiaçı bu əməlinə görə cinayət təqibinə cəlb edilmədiyinə görə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin qeyd hissəsinin bu mübahisəyə tətbiq edilməsi düzgün deyil. Çünki “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəndə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş şəxslərə müharibə veteranı statusu verilə bilməz. Göründüyü kimi İddiaçı döyüş əməliyyatlarında iştirak edən zamanı yuxarıda qeyd olunan qanunun qeyd hissəsində göstərilən əməllərə görə məsuliyyətə cəlb edilməyib, əksinə xidmətini digər döyüşən hərbi hissədə davam etdirməklə Müdafiə Nazirinin xx.xx.N5-ci il tarixli əmrinə əsasən ordu sıralarında tərxis olunub. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının müharibədə iştirakını təsdiq edən hərbi biletin, habelə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin məktubunun həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Nəzərə alınmalıdır ki, hərbi biletin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissəyə qanuni əsaslarla daxil olmuş və qanuni əsaslarla həmin hissədən N nömrəli hərbi hissəyə köçürülmüş, həmin hərbi hissədən qanuni əsaslarla hərbi xidmətdən tərxis olunub. Həmçinin iddiaçıya aid Qeydiyyat kartasının təsdiqlənmiş surətindən də həmin məlumatlar öz təsdiqini tapır. Eyni zamanda N saylı hərbi hissənin tibb rotasının “ilkin tibbi kartoçkası”nın surətindən görünür ki, iddiaçı xx.xx.N4-cü ildə yaralanaraq “Sol çiyin körpücük sümüyünün qapalı sınığı“ xəsarəti almış, bu hal iddiaçının döyüş əməliyyatlarında iştirakının əyani sübutudur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində İddiaçı hərbi xidmətdən tərxis olunması barədə məlumatın olmaması səbəbindən onun müharibə veteranı statusunu almaq hüququ məhdudlaşdırıla bilməz. Bundan başqa məhkəmənin sorğusuna əsasən Qarabağ hərbi prokurorluğu tərəfindən verilən xx.xx.2020-ci il tarixli, 16-1558 nömrəli cavab məktubundan görünür ki, İddiaçı barəsində Qarabağ hərbi prokurorluqda cinayət işi istintaqı olunmamış və təqsirləndirici material araşdırılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan hərbi biletin notarial qaydada təsdiqlənmiş surətindən və iddiaçıya aid Qeydiyyat kartasının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.N3xx.xx.N4-cü il tarixlərdə N nömrəli hərbi hissədə atıcı, xx.xx.N5-xx.xx.N5-ci il tarixlərdə isə N nömrəli hərbi hissədə atıcı olmuş, xx.xx.N5-xx.xx.N5-ci il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N5-ci il tarixli 109 saylı əmri ilə xx.xx.N5-ci il tarixdən ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli 9/2–10414 nömrəli məktubunun surətindən görünür ki, N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, Sumqayıt ŞHK-nin çağırışçısı, 1959-cu il təvəllüdlü, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli 155 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilmiş, bütün növ təminatlarla təmin edilərək 4-cü MAT-a təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N5-ci il tarixli müvafiq əmrinə əsasən yuxarı yaş hədli, 1959-cu il təvəllüdlü, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli 202 №-li əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Sumqayıt ŞHK-na göndərilmişdir. İş materiallarında olan N saylı hərbi hissənin tibb rotasının “ilkin tibbi kartoçkası”nın surətindən görünür ki, iddiaçı xx.xx.N4-cü ildə yaralanaraq “Sol çiyin körpücük sümüyünün qapalı sınığı“ xəsarəti almışdır. İş materiallarında olan iddiaçıya aid Qeydiyyat kartasının təsdiqlənmiş surətindən görünür ki, Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli, 16-1558 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Qarabağ hərbi prokurorluqda cinayət işi istintaqı olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 9/2–10774 nömrəli məktubundan görünür ki, xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş Sumqayıt ŞHK-dan çağırılmış sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 24 №-li əmrilə xx.xx.N3-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Bir aydan artıq hərbi hissəni özbaşına tərk etdiyi üçün ŞHK-dan çağırılmış İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 101 №-li əmrilə şəxsi heyətin sıralarından və bütün növ təminatlardan çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabının arxiv çıxarışından və həmin hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 24 №-li əmrin arxiv çıxarışından görünür ki, N №-li hərbi hissədən gəlmiş İddiaçı xx.xx.N3-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 101 №-li əmrin arxiv çıxarışından isə görünür ki, İddiaçı N gün hərbi hissəni özbaşına tərk etdiyi üçün xx.xx.N4-cü il tarixdən şəxsi heyətin sıralarından və bütün növ təminatlardan çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər 1 saylı şəhər polinlinikasının 8095 №-li müayinəsindən görünür ki, rentgen təsvirinə əsasən 1959-cu il təvəllüdlü İddiaçı sol körpücük sümüyünün orta 1/3 hissəsində düz bitişməyən köhnə sınıq izlənildi. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər Müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N5-ci il tarixli, 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə tədqiqatı və iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.N3-cü il tarixdən N nömrəli hərbi hissədə atıcı olmuş, xx.xx.N3-cü il tarixdən N №-li hərbi hissənin şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, sonradan yaralandığı üçün N gün N №-li hərbi hissədə olmadığından xx.xx.N4-cü il tarixdən şəxsi heyətin sıralarından və bütün növ təminatlardan çıxarılmışdır. Xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli 155 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilmiş, bütün növ təminatlarla təmin edilərək 4-cü MAT-a təyin olunmuşdur. xx.xx.N5-xx.xx.N5-ci il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N5-ci il tarixli 109 saylı əmrinə əsasən sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli 202 №-li əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Sumqayıt ŞHK-na göndərilmişdir. Göründüyü kimi iddiaçı xx.xx.N5-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən qanuni əsaslarla ehtiyata buraxılmışdır. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının N və N nömrəli hərbi hissələrin şəxsi heyətinin siyahısına daxil edilməsi və siyahıdan çıxarılması barədə, sübutlar yoxdur. Belə ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının N saylı hərbi hissədə xidmətlə bağlı qeydlər onun hərbi biletində, həmçinin N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında və həmin hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 24 №-li əmrində iddiaçının N saylı hərbi hissədən gəlməsi göstərmişdir. Cavabdehin N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərinin Mərkəzi Arxivə daxil olmaması dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya aid məlumatların Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməməsi iddiaçının təqsiri səbəbindən olmamışdır. İddiaçının N saylı hərbi hissədə xidmətinə dair sübutun olmaması ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş N saylı hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 24 №-li əmrində İddiaçı xx.xx.N3-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edildiyi və həmin hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 101 №-li əmrinə əsasən xx.xx.N4-cü il tarixdən şəxsi heyətin sıralarından və bütün növ təminatlardan çıxarıldığı göstərilmişdir. Cavabdeh həmçinin apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının hərbi biletində onun N nömrəli hərbi hissədə 25.10.93-31.01.94-cü il tarixlərdə atıcı olması barədə qeyd vardır. Həmin qeyd iddiaçının N nömrəli hərbi hissədəki xidməti ilə bağlı məlumatdan əvvəl aparılmışdır. Hərbi biletin həmin səhifəsində kifayət qədər yer olmasına baxmayaraq nədənsə N nömrəli hərbi hissədə xidmətlə bağlı qeydlər məlumatların doldurulmasını müəyyən edən rekvizitlərin üstündəki qrafalarda yazılmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının müharibədə iştirakını təsdiq edən hərbi biletin, habelə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin məktubunun həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Bundan başqa cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının ilkin tibbi kartından başqa onun xəsarət almasını və müalicə olunmasını təsdiq edən hər hansı sübut yoxdur. Məhkəmə xx xxxxxx N4-cü ildən xx xxxx N5-ci ilədək, yəni bir il dörd ay iddiaçının hərbi qulluqçu olduğu halda harada, hansı şəraitdə müalicə almasını araşdırmadan onun müalicə olunması qənaətinə gəlmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, N saylı hərbi hissənin tibb rotasının “ilkin tibbi kartoçkası”nda iddiaçının xx.xx.N4-cü ildə yaralanaraq “Sol çiyin körpücük sümüyünün qapalı sınığı“ xəsarəti alması göstərilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş Sumqayıt şəhər 1 saylı şəhər polinlinikasının 8095 №-li müayinəsindən görünür ki, rentgen təsvirinə əsasən 1959-cu il təvəllüdlü İddiaçı sol körpücük sümüyünün orta 1/3 hissəsində düz bitişməyən köhnə sınıq izlənildi. Göründüyü kimi iddiaçının xx.xx.N4-cü ildə yaralanaraq “Sol çiyin körpücük sümüyünün qapalı sınığı“ xəsarəti alması Sumqayıt şəhər 1 saylı şəhər polinlinikası tərəfindən verilmiş müayinədən də bir daha təsdiqini tapır. Məhkəmə kollegiyası iddiaçını hərbi hissəni özbaşına tərk etməsi ilə gətirilən arqumentə münasibətdə isə qeyd edir ki, Qarabağ hərbi prokurorluğu tərəfindən verilən xx.xx.2020-ci il tarixli, 16-1558 nömrəli cavab məktubundan görünür ki, İddiaçı barəsində Qarabağ hərbi prokurorluqda cinayət işi istintaqı olunmamış və təqsirləndirici material araşdırılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçının yuxarıda qeyd olunan sənədlərlə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və eyni zamanda qanuni əsaslarla hərbi hissədən tərxis olunması müəyyən olunduğundan “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən müharibə veteranı adı və vəsiqəsi almaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-187/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Telman Quliyev Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar