Məhkəmə qərarları › İş №2-1(105)-730/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-730/2022

08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-730/2022 08.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X11 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2- 1(118)-1772/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt bələdiyyəsinin 14 sentyabr 2007-ci il tarixli 28 saylı protokolu ilə “Novxanı” bağlar ərazisində yerləşən ümumi sahəsi 0.12 ha olan 456 saylı bağ sahəsinin X3 mülkiyyətinə verilməsi barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri Novxanı bağlar ərazisində yerləşən ümumi sahəsi 0.12 ha olan 456 saylı bağ sahəsi Bağlar Təsərrüfatı İdarəsinin xx.xx.1989-cu il tarixli 7122 saylı müqaviləyə və 26/261988 saylı protokola əsasən iddiaçının anası X5 verilmişdir. Uzun illər iddiaçı ailəliklə həmin bağ sahəsindən istifadə etməklə yay mövsümlərini orada yaşamışlar. X4 1996-cı ildə vəfat etmişdir, bundan sonra da iddiaçı və bacısı X6 bağ sahəsindən istifadə etmişlər. 2005-ci ildə bacısı Sona vəfat etmişdir, iddiaçı da səhhəti ilə bağlı bağa gedib-gələ bilməmişdir. Sonradan isə iddaçıya məlum olmuşdur ki, Sumqayıt bələdiyyəsi özünün 28 saylı xx.xx.2007-ci il tarixli qərarı ilə bağı iddiaçının bacısı Münəvvərin nəvəsi X3 mülkiyyətinə vermişdir. Halbuki, bələdiyyə iddiaçıdan həmin bağ sahəsi üçün 2009-2013-cü illərdə 30 manat torpaq vergisi ödənişini qəbul etmişdir. Bununla bağlı həmin qərarın ləğv edilməsi barədə iddia qaldırmışdır. İddiaçı əlavə olaraq bildirmişdir ki, mübahisələndirilən qərardan 2009-2010-cu illərdə xəbər tutmuşdur. Bundan sonra S.Məmmədovla aralarında evlə bağlı məhkəmə mübahisələri olmuşdur. Həmin çəkişmə 3-4 il davam etmişdir. Bu səbəbdən bağla əlaqədar hazıradək iddia qaldırmamışdır. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının anası ilə bağlanmış bağ icarə müqaviləsinin müddəti bitdiyindən hazırda iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, torpaq sahəsinin icarəçisi olmuş X13 1996-cı ildə vəfat etmişdir. Bundan sonra onun vərəsələri bağ torpaq sahəsini qəbul etməmiş və qəbul edilməsi üçün hər hansı hərəkət etməmişlər. Qeyd olunan torpaq sahəsi bələdiyyə mülkiyyətinə keçmiş və bəlıdiyyə tərəfindən Süleyman Məmmədovun mülkiyətinə verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X7 Azərbaycan Respublikası İPM-nin 28.2-ci maddəsinə əsasən (zəruri cəlbetmə) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-1772/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı öz izahatında mübahisələndirilən qərardan 2009- 2010-cu illərdə xəbərdar olduğunu və evlə bağlı məhkəmə mübahisələri olduğundan bağla əlaqədar iddia qaldırmadığını bildirsə də, iddiaçının gətirdiyi dəlillər iddiaçının məhkəməyə 10 ildən çox müddət keçdikdən sonra müraciət etməsi üçün üzürlü səbəb kimi qiymətləndirilə bilməz. İddiaçının 15 il ərzində pozulduğunu irəli sürdüyü konkret hüquqi marağı ilə bağlı məhkəməyə müraciət etməməsi, onun bu marağının artıq itdiyinə, bunun nəticəsində isə iddianın qaldırılması üçün başlıca şərt kimi mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan müvafiq subyektiv hüquqa malik olmadığına dəlalət edir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız Sumqayıt Bələdiyyəsi tərəfindən təqdim olunmuş sənədlərlə kifayətlənmişdir. Halbuki, iddia qaldırılarkən tərəfindən Sumqayıt şəhəri Novxanı bağlar ərazisində yerləşən ümumi sahəsi 0,12 ha olan 456 saylı bağ sahəsi ilə bağlı Bağlar Təsərrüfatı İdarəsinin xx.xx.1989-cu il tarixli 7122 saylı müqaviləsi və 26/261988 saylı protokol təqdim edilmişdir. Həmin müqavilə üzrə qeyd olunan bağ sahəsi 1996-cı ildə vəfat etmiş anası X8 mülkiyyətinə verilmişdir. Məhkəmədə Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X9 qeyd etmişdir ki, iddiaçının anası ilə bağlanmış müqavilə bağ icarə müqaviləsidir. Həmçinin, məhkəməyə Sumqayıt Bələdiyyəsi tərəfindən təqdim olunmuş 09 avqust 2022-ci il tarixli, 2159 saylı etiraz məktubunda belə qeyd olunmuşdur ki, iş materiallarında olan sənədlərdən görünür ki, “Novxanı” bağları ərazisində yerləşən sahəsi 1200 kv.metr olan 456 saylı bağ torpaq sahəsi 04 aprel 1989-cu il tarixli torpaq icarə müqaviləsi əsasında mərhum X10 icarəsinə verilmişdir. Həmin icarə müqaviləsinin müddəti 05 aprel 1999-cu il tarixədək müəyyən olunmuşdur. Bələdiyyənin təqdim etdiyi etiraz, eləcə də bələdiyyənin nümayəndəsi tərəfindən məhkəmədə bildirilənlər tamamilə əsassızdır və həmin müqavilənin icarə müqaviləsi olması ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Baxmayaraq ki, etirazda qeyd olunsa da ki, “iş materiallarında olan sənədlərdən görünür ki....” məhkəməyə sözügedən Bağlar Təsərrüfatı İdarəsinin xx.xx.1989-cu il tarixli 7122 saylı müqaviləsi və 26/261988 saylı protokolu ilə bağlı aidiyyatı orqandan tələb etməli idi. Lakin məhkəmə sözügedən məsələni araşdırmamış, bununla da ədalətli çəkişmə prinsipi pozulmuşdur. Məhkəmə iddianın mümkün sayılmamasında arqument kimi iddia müddətinin keçməsini göstərmişdir. Hesab edir ki, məhkəmə iddiaçının subyektiv hüquqa malik olmadığını göstərsə də, yalnız müddət məsələsinə toxunmuşdur. Halbuki, bu məsələdə məhkəmə mülkiyyət məsələsinə diqqət etməli idi. Belə ki, həmin bağ qanunsuz olaraq onların mülkiyyətindən alınaraq başqasının mülkiyyətinə verilmişdir. Belə olan halda da mülkiyyət hüquqları pozulmuşdur. Çünki, bələdiyyə həmin bağ sahəsi üçün 2009-2013-cü illərdə 30 manat torpaq vergisi ödənişini qəbul etmişdir. Bu onu deməyə əsas verir ki, həmin dövrlərdə həmin bağ onlara məxsus olduğundan və həmin bağdan yalnız onlar istifadə etdiyindən həmin bağ üzrə torpaq vergisini 3-cü şəxs X1 deyil, məhz onlardan tələb etmişdir. Görünən odur ki, məhkəmə təqdim edilmiş qəbzlərə hüquqi qiymət verməmişdir. Bundan başqa, 3-cü şəxs X7 onun bacısı Münəvvərin nəvəsidir. Həmin qeyd olunan bağ sahəsinin 2007-ci il tarixdə Sumqayıt Bələdiyyəsi tərəfindən kənar şəxsə deyil, məhz onun bacısı Münəvvərin nəvəsinə satılması həm böyük maraq, həm də şübhə doğurur. Çünki, məhkəmə iclasında da qeyd etdiyi kimi 3-cü şəxs Süleyman Məmmədovla vaxtı ikən evlə bağlı məhkəmə mübahisələri olmuşdur. Həmin çəkişmə də 3-4 il davam etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında üçüncü şəxs lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(118)-1772/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən maddəyə əsasən iddiaçının iddia qaldırmağa subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İşdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt bələdiyyəsinin 14 sentyabr 2007-ci il tarixli 28 saylı protokolu ilə “Novxanı” bağlar ərazisində yerləşən ümumi sahəsi 0.12 ha olan 456 saylı bağ sahəsinin X3 mülkiyyətinə verilməsi barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 24-cü maddəsinə əsasən müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçı mübahisələndirilən qərardan 2009-2010-cu illərdə xəbərdar olduğunu və evlə bağlı məhkəmə mübahisələri olduğundan bağla əlaqədar iddia qaldırmadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri onun məhkəməyə 10 ildən çox müddət keçdikdən sonra müraciət etməsi üçün üzürlü səbəb kimi qiymətləndirilə bilməz. Kollegiya qeyd edir ki, iddiaçı mübahisələndirilən qərardan xəbərdar olmuş və qeyd olunan qərarla onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Bundan əlavə işə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollogeyisaının xx.xx.2015-ci il tarixli 2-1(105)-70/2015 saylı qərardadının surətindən görünür ki, hazırkı iş üzrə iddaçının digər iddiaçı X6 ilə birgə Sumqayıt Bələdiyyəsində qarşı 14 sentyabr 2007-ci il tarixli qərarın, 28 saylı protokolun, 05 oktyabr 2007-ci il tarixli qərarın, 30 saylı protokolun ləğv edilməsi, daşınmaz əmlakın əvvəlki vəziyyətinə gətirilməsi və yenidən özəlləşdirilməsi tələbinə dair iddiasının mümkün sayılmaması barədə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazırkı iddianın predmeti ilə eyni olan həmin iş üzrə qərardadda da apellyasiya instanisyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, “...iddiaçılar mübahisə predmeti olan inzibati aktın ləğv edilməsi ilə bağlı iddia müddətini, eyni zamanda həmin müddətin bərpasına dair ərizə verilməsi üçün qanunvericilikdə müəyyən edilən 1 il müddəti buraxmışlar”. İPM-nin “Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri” adlanan 78-ci maddəsinə əsasən übahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, kollegiya hesab edir ki, iddiaçı qanunvericilikdə müəyyən olunmuş müddət ərzində qərarı mübahisələndirmədiyindən birinci instansiya məhkəməsi müddətin ötürülməsi əsası ilə iddianı mümkün saymayaraq düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(118)-1772/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar