Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-731/2025 25.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya X1rşı cavabdeh orqanın 19 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçıya 19 dekabr 2023-cü il tarixdən göndərişə uyğun olaraq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli 2-1(118)-832/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçıya 2018-ci ildə 5 il müddətinə ll dərəcəli əlillik müəyyən edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 09 yanvar 2025-ci il tarixli imtina məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin İ0053283STB nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması göstərilərək imtina qərarı qəbul edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3129/2024 saylı qərardadı əsasında “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X14 tərəfindən keçirilmiş məhkəmə-tibb ekspertizasının T496/2024 saylı, xx.xx.2024-cü il tarixli rəyinə görə Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” PHŞ müalicə müəssisəsi olmadığından İddiaçı hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə konkret fikir söyləmək mümkün olmamışdır. Sumqayıt Tibb Mərkəzində onun adıma tərtib edilmiş xx.xx.2023-cü il tarixli 100153283STB nömrəli göndərişdə qeyd edilmiş “Əsas diaqnoz: İ69.3- Beyin infarktının nəticələri, sağ oba hövzəsində keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri); Ağırlaşmalar: R26- Hərəkətin və yerişin pozulmaları, yerişin pozulması; G31- Sinir sisteminin başqa rubrikalarda təsnif olunmayan digər degenerativ xəstəlikləri, beyin atrofıyası; G81.1- Spastik hemiplegiya, sol tərəfli hemiparez; Yanası xəstəliklər: İ10- Essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ mərhələ” diaqnoz, 2018-2023- cü illərdə ona əlillik təyin edilərkən müəyyən edilmiş diaqnozla ümumən eynilik təşkil edir və hər iki diaqnoz konkret stasionarda onun şikayətləri, klinik, laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. Odur ki, diaqnoz nəzərə alınmaqla, əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bəndini aid etmək mümkün olmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-731/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı əsasında “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X15 tərəfindən keçirilmiş məhkəmə-tibb ekspertizasının T794/2025 saylı, xx.xx.2025-ci il tarixli rəyinə görə Sumqayıt Tibb Mərkəzində vətəndaş İddiaçı adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli 100153283STB nömrəli göndərişdə qeyd edilmiş "Əsas diaqnoz: İ69.3- Beyin infarktının nəticələri, sağ oba hövzəsində keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri); Ağırlaşmalar: R26- Hərəkətin və yerişin pozulmaları, yerişin pozulması; G31- Sinir sisteminin başqa rubrikalarda təsnif olunmayan digər degenerativ xəstəlikləri, beyin atrofiyası; G81.1- Spastik hemiplegiya, sol tərəfli hemiparez; Yanası xəstəliklər: İ10- Essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ mərhələ" diaqnozu xəstəyə stasionarda müalicədə olarkən, klinik, anamnestik, funksional diaqnostik müayinələrinin nəticələri əsasında müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə əyani müayinə zamanı yeriyərkən dəstək axtarması, sol ayağını çəkməsi, axsaması, oturduğu yerdən dəstəksiz qalxa bilməməsi müəyyən edilmiş, yuxarı və aşağı ətraf əzələlərində kəskin nəzərə çarpan hipotrofiya, atrofiya izlənilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabiliytasiya Agentliyinin əlilliyimin müəyyənləşdirilməməsinin qanunsuz hesab edilməsi və əlilliyinin düzgün müəyyən edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, “cavabdeh orqanın 19 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçıya 19 dekabr 2023-cü il tarixdən göndərişə uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü İddiaçı 2018ci ildən ümumi xəstəlik nəticəsində İİ dərəcəli əlil olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-da müayinəyə dair məlumatın verilməsinə dair arayışda qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və diaqnozu: Sağ OBA hövzəsində keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri. Bulbar sindrom, D Yerişin pozulması, nitq pozğunluğu, vestibulyar beyincik ataksİyası OU -hipertonİk anglopatiya, qabarıq atenonevrotik sindrom, tez-tez baş verən vegetativ damar krizləri ilə sol tərəfli hemiplegiya. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-da müayinəyə dair məlumatın verilməsinə dair arayışda qeyd edilmişdir ki, xx.xx.2023-cü ildə qiymətləndirilmiş və diaqnozu: Beyin infarktının nəticələri. Sağ OBA hövzəsində keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabiliytasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-11-180/2024 saylı cavab məktubunda qeyd olunur ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi barədə daxil olmuş müraciətlərinizə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Bildiririk ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 100153283STB nömrəli göndərişi əsasında xx.xx.2023cü il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. (Forma 88-də qeyd olunur ki, səbəb: əlavə müalicəyə ehtiyacı olması). Cavabdeh (inzibatı orqan) icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı “əlilliyin təyin edilməsi” tələbinə dair iddia ərizəsinə dair etirazı təqdim edirlər. Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinik-funksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması iddiaçıda olub-olmamasını müəyyən etmək üçün əyani müayinə qərardadının qəbul edilməsi xahiş edilir. Birinci instansiya məhkəməsində qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli 2-1(118)-832/2025 nömrəli qərarı ilə iddia tələbinin təmin edilərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən İddiaçı barəsində qəbul edilmiş 19 dekabr 2023-cü il tarixli qərarın ləğv edilməsi, iddiaçıya sonuncu göndəriş nəzərə alınmaqla xx.xx.2023-ci il tarixdən “ümumi xəstəlik” səbəbindən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən Beyin infarktının nəticələri, sağ oba hövzəsində keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri (İ69); Essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ mərhələ” (İ10) müşahidə olunan şəxsə əlillik təyin edilir. Verilmiş ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda İ00153283STB nömrəli Forma 088-də qeyd edilən xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazlarını belə təhrif edərək, etirazlarının şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Bu isə işin nəticələrinin “Diaqnozun təsdiqini tapmaması” barədə qərar iddiaçının forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin TibbiSosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnozun təsdiqini tapmaması” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 izahat verərək, apellyasiya şikayətini müdafiə etdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi .... Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. .... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ..... Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.Ümumi müddəalar ... 1.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ...... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. .....
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); https://e-qanun.az/framework/44218 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61- 80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 2 . Qan dövranı sisteminin xəstəlikləri Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinikfunksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması Qiymətləndirmə : arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının mülayim, ciddi və ya ağır pozulması (zədələnməsi) ilə. Bənd 6. Sinir sistemi xəstəlikləri Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması 6.5 Serebral iflic və digər paralitik sindromlar G81-G83 serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) Qiymətləndirmə : təzahür edən hemiparez (əzələ gücünün 2 bala qədər azalması, yuxarı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının 10-20 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulması, böyük əşyaların uzun müddət saxlanılmasının qeyri-mümkünlüyü (barmaqların distal falanqalarının 3-4 sm məsafədə ələ çatmaması, barmaqların yumruğa bükülməsinin təzahür edən məhdudlaşması), yuxarı ətrafın əsas funksiyasının pozulması və ya bütün aşağı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının təzahür edən məhdudlaşması (bud-çanaq oynağının 20 dərəcəyə, diz oynağının 10 dərəcəyə, aşıq-baldır oynağının 6-7 dərəcəyə qədər) ilə); əhəmiyyətli təzahür edən statodinamik pozuntular (65-80 faiz – müddətsiz) 6.1.10 Sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr (R26-R29) Qiymətıləndirmə : başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim (əhəmiyyətli və ya ağır dərəcədə) pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək iddia tələbi təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının iddia tələbi cavabdeh orqanın 19 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçıya həmin tarixdən göndərişə uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən 19 dekabr 2023-cü il tarixdə “Diaqnozun öz təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının barəsində müvafiq tibb müəssisəsi tərəfindən tibbi göndəriş tərtib edilmiş, həmin tibbi göndərişdə iddiaçı barəsində əsas diaqnoz xəstəliyi “Beyin infarktının nəticələri, sağ OBA hövzəsində keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri” (XBT kodu İ69.3), ağırlaşmaları “G81.1 spastik hemiplegiya, soltərəfli hemiparez, G31.1 sinir sisteminin başqa rubrikalarında təsnif olunmayan digər deqenerativ xəstəlikləri, beyin atrofiyası, beyin atrofiyası, R26 Hərəkətin və yeriş pozulması, yerişin pozulması”, yanaşı xəstəlik kimi “İ10essensial hipertenziya, arterial hipertenziya ll mərhələ” qeyd edilmişdir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində həmin forma-088 göndəriş əsasında əlilliyin qiymətləndiirlməsi aparılmış, xx.xx.2023-cü il tarixdə “əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina cavabı verilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, iddiaçı qeyd edilən diaqnoz xəstəliklərlə bağlı stasionar və ambulator müalicələr almışdır. “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 T794/2025 saylı, xx.xx.2025ci il tarixli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: Sumqayıt Tibb Mərkəzində vətəndaş İddiaçı adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli 100153283STB nömrəli göndərişdə qeyd edilmiş "Əsas diaqnoz: İ69.3- Beyin infarktının nəticələri, sağ oba hövzəsində keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri); Ağırlaşmalar: R26- Hərəkətin və yerişin pozulmaları, yerişin pozulması; G31- Sinir sisteminin başqa rubrikalarda təsnif olunmayan digər degenerativ xəstəlikləri, beyin atrofiyası; G81.1- Spastik hemiplegiya, sol tərəfli hemiparez; Yanası xəstəliklər: İ10- Essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ mərhələ" diaqnozu xəstəyə stasionarda müalicədə olarkən, klinik, anamnestik, funksional diaqnostik müayinələrinin nəticələri əsasında müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə əyani müayinə zamanı yeriyərkən dəstək axtarması, sol ayağını çəkməsi, axsaması müəyyən edildi. Oturduğu yerdən dəstəksiz qalxa bilmir. Yuxarı və aşağı ətraf əzələlərində kəskin nəzərə çarpan hipotrofiya, atrofiya izlənilmədi. İş materiallarının araşdırılmasından müəyyən edilir ki, İddiaçı hazırda G81.1 kodu ilə təsnif edilən “Spastik hemiplegiya, sol tərəfli hemiparez” xəstəliyinin mövcudluğu təsdiq edilir. Belə ki, məhkəmə kollegiyasının sorğusu nəticəsində “Respublika Neyrocərrahiyyə Xəstəxanası” X14 tərəfindən İddiaçı əyani müayinəsinə əsasən tərtib edilmiş tibbi rəyl də diaqnozu “Sağ beyin yarımkürəsində keçirilmiş işemik insultdan sonrakı qalıq əlamətləri. Soltərəfli spastik hemiparez. Yerişin pozulması” kimi qeyd edilmişdir. Apellyasiya icraatı zamanı məhkəmə iclasına onlayn formada dinlənilən Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-neyrocərrahı X6 müayinə olunan İddiaçı “Sağ beyin yarımkürəsində keçirilmiş işemik insultdan sonrakı qalıq əlamətləri, soltərəfli spastik hemiparez, yerişin pozulması” diaqnozunu təsdiq etdi və izah etdi ki, daha ətraflı rəyin verilməsi üçün maqnit rezonans tomoqrafiyası tələb olunur, iddiaçı tərəfindən yalnız 2023-cü ildə tərtib edilmiş kompyuter tomoqrafiyası (KT) təqdim edilmişdir ki, həmin məlumatlar əsasında arterial hipertenziyasının, iradə motorikasının pozulmasının dəqiq dərəcəsi barədə rəy vermək mümkün deyildir. Amma müayinənin nəticələri olaraq iddiaçıda soltərəfli hemiparez (yuxarı və aşağı ətraflarda), əzələ gücünün 3-3,5 bala qədər azalması, yerişin ağır olmayan (mülayim) dərəcədə pozulması müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən, XBT-10-un G81-83 kodu üzrə Serebral iflic və digər paralitik sindromlar bağlı 6.5.1.2.-ci bənddə mülayim hemiparez (əzələ gücünün 3 bala qədər azalması, 4-7 sm-lik əzələ hipotrofiyası, yuxarı və (və ya) aşağı ətraflarda aktiv hərəkət amplitudasının çiyin oynağında 35-40 dərəcəyə, dirsəkdə 30-45 dərəcəyə, biləkdə 30-40 dərəcəyə, bud-çanaq üzrə 15-20 dərəcəyə, dizdə 16-20 dərəcəyə, aşıq-baldır üzrə 14-18 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulmasının çətinləşməsi ilə (baş barmağın distal falanqasının 4-cü barmağa qədər çatmaması, yumruq bükülməsinin məhdudlaşması, barmaqların ələ 1-2 sm məsafədə çatmaması); mülayim statodinamik pozuntuların olması olması orqanizmin funksiyalarının 40–60 faiz pozulması kimi qiymətləndirilir və bu pozulmanın müddəti 2 il müəyyən edilmişdir. Belə olan halda, iddiaçıya orqanizmin funksiyalarının 40–60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi üçün hüquqi əsasların mövcud olduğu qənaətinə gəlinir. İndiki halda cavabdeh inzibati orqan iddiaçıda əllliyin təyin edilməsi üçün əsas olan diaqnozun əlillik əlaməti təyin etməməsini qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, habelə istinad etdiyi halları iddiaçının müayinə nəticələrinə və s. aid müvafiq tibbi sənədlərə istinad edilməklə, əsaslandıra bilməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliyin və ağırlaşma əlamətlərinin ekspert rəyi, müvafiq tibbi sənədlər əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən həmin xəstəliklərin (ağırlaşmalarının) əlilliyin təyin edilməsi üçün əsas olmadığı halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur. Nəticə etibarilə iddiaçı barəsində diaqnoz qoyulmuş xəstəlik və ağırlaşması müvafiq Qərarla təsdiq edilmiş meyarlara əsasən əlilliyin təyin edilməsi üçün əsas hesab edildiyindən, habelə cavabdehin istinad etdiyi hallar iş materialları (ekspert rəyi, psxiatrmütəxəssis rəyi və s. tibbi sənədlər) əsasında təkzib olunduğundan, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan müvafiq tibbi sənədlər, habelə ekspert rəyi və həkim-psixiatr rəyinin təhlili nəticəsində iddiaçıda aşkar olunan diaqnoz xəstəliklərin məhz orqanizmin funksiyasının pozulmasının 40-60 faiz dərəcəsinə uyğunluğu öz təsdiqini tapdığından, iddiaçının iddia tələbi həmin hissədə əsaslı olmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçı barəsində sonuncu tibbi göndəriş dekabr 2023cü il tarixdə tərtib edilmiş və cavabdeh tərəfindən həmin göndəriş əsasında əlilliyin qiymətləndirilməsi aparılmaqla, sonuncu imtina barədə qərarı xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir.Bu səbəbdən kollegiya hesab edir ki, əlilliyin təyinat tarixi məhz sonuncu tbbi göndəriş və onun əsasında cavabdeh tərəfindən aparılmış qiymətləndimənin nəticəsinə dair imtina qərarının tarixi-xx.xx.2023-cü il götürülməklə, müəyyən edilməlidir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçı onun barəsində əlilliyin məhz xx.xx.2023-cü il tarixdən müəyyən edilməsini tələb etməkdə haqlı olmuşdur. Göründüyü kimi, iddiaçı barəsində məhz xx.xx.2023-cü il tarixdən “ümumi xəstəlik” səbəb əlaqəsi ilə orqanizmin funskiyasının pozulmaısnın 40-60 faiz dərəcəsi ilə iki il müddətinə əlilliyin təyin edilməsi üçün əsaslar olduğundan, cavabdehin imtinası və nəticə etibarı ilə apellyasiya şikayəti əsassız olmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli 2-1(118)-832/2025 nömrəli qərarı dəyişdirilsin. İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2023-ci il tarixdən “ümumi xəstəlik” səbəbindən orqanizmin funksiyalarının 40-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüquqi Şəxsinin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.