Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-734/2022 15.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)- 1075/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “Fövqəladə Hallar Nazirliyində hərbi xidməti dövrü sərəncamda olduğu 17 avqust 2017-ci il tarixdən 10 sentyabr 2018-ci il tarixədək olan müddətin qanunsuz hesab edilməsi və göstərilən dövr üçün aylıq əmək haqqının, 2017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının, xx.xx.2018-ci il tarixdən 30 sentyabr 2018-ci il tarixədək olan dövr üçün birdəfəlik pul mükafatının, 2017-ci ildə istifadə etmədiyi 45 gün növbəti məzuniyyətə görə və 2018-ci ildə iddiaçıya verilməli olan 45 günlük növbəti məzuniyyətin ona verilməmiş 34 gününə görə müvafiq kompensasiyanın, 2017-ci ilin hesabına maddi yardımın, Fövqəladə Hallar Nazirliyində hərbi xidmət dövrü istifadə etmədiyi əşya əmlakı əvəzinə pul kompensasiyasının və 2017ci ildə kirayədə yaşadığına görə mənzil kirayəsi üçün 1 illik kompensasiyanın hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)-1075/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilərək iddiaçıya 17 avqust 2017-ci il tarixdən 10 sentyabr 2018-ci il tarixədək ödənilməli olan 8680.85 manat əmək haqqı, 2017-ci il üçün 447.0 manat maddi yardım, 2017-ci ilin müvafiq dövrü üçün 894.00 manat, 2018-ci ilin yanvaravqust ayları üçün 636.00 manat mükafat, 2017-ci ilin müvafiq dövrü üçün 727.85 manat məzuniyyət əvəzinə pul kompensasiyası və 2018-ci ilin 34 gün istifadə edilməmiş məzuniyyət günləri üçün 573.78 manatın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın 2017-ci il üçün 447.0 manat maddi yardım, 2017-ci ilin müvafiq dövrü üçün 894.00 manat, 2018-ci ilin yanvaravqust ayları üçün 636.00 manat mükafat ödənilməsi hissəsində ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2-1(105)-83/2022 nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərarı 2017-ci ilin müvafiq dövrü üçün 894.00 manat, 2018-ci ilin yanvar-avqust ayları üçün 636.00 manat mükafat ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin olunmamış, qərar apellyasiya şikayəti ilə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın iddiaçıya 2017-ci il üçün 447 manat maddi yardım ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməsi, iş üzrə həmin hissədə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1287/2022 nömrəli, 06 sentyabr 2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2-1(105)-83/2022 nömrəli qərarı “iddiaçıya 2017-ci il üçün 447 manat maddi yardım ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilərək, iş həmin hissədə təkrar baxılması üçün göndərilmişdir. İş üzrə xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək hazırda icraatda olan, onun FHN-ə qarşı olan iddiasının ona aid olan, yəni 2017-ci il üçün 447 manat maddi yardım ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsindən imtina etdiyini və həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, iddiaçının ərizəsi nəzərə alınmaqla iddiaçının həmin hissədə iddiadan imtinası qəbul edilərək birinci instansiya məhkəməsinin qərarı, “iddiaçıya 2017-ci il üçün 447 manat maddi yardım ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. İnzibati Prosessual Məcəllə inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Həmin Məcəllənin 15.2-ci maddəsində qanunverici inzibati məhkəmə icraatında tərəflərə mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdırmaq imkanı yaratmışdır. Həmin Məcəllənin 55-ci maddəsində iddiaçının iddiadan imtina etmək hüququ və onun hüquqi nəticələri təsbit edilmişdir. Həmin maddəyə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 80, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ərizəsi təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)-1075/2021 nömrəli qərarı “iddiaçıya 2017-ci il üçün 447 manat maddi yardım ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi imtina edilən hissədə (447 manat maddi yardım) eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-734/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-734/2022
15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver