Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-735/2024 23.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Quliyev İsmayıl Rza oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehnə qarşı “onun barəsində minik avtomobilinə tibbi göstərişin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2-1(118)-2624/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onun barəsində minik avtomobilinə tibbi göstərişin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılır ki, o, xx.xx.2001-ci il tarixində Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı əsasında işğal olunmuş torpaqların işğaldan azad edilməsi üçün 44 günlük Vətən müharibəsində (2-ci Qarabağ müharibəsində) şücayət göstərmiş və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xəsarət almışdır. İlk tibbi yardım göstərildikdən sonra Füzuli DM-ne göndərilərək orada “Sağ budun orta 1/3-nin dəlib-keçən odlu silah yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsi. Sağ bud arteriyasının ve bud venasının hissəvi qopmasına görə aparılmış sağ bud arteriyasının PVX boru ilə müvəqqəti suntlanması, sağ bud venasının liqasiyası” cərrahi əməliyyatı icra edilərək xx.xx.2020-ci il tarixdə SQ BKH-na köçürülmüşdür. Sağ aşağı ətrafın bud nahiyəsinin yumşaq toxumalarının dəlib-keçən qəlpə yaralanması. Sağ bud arteriyasının və dərin bud venasının autovenoplastikası, sağ bud sinirinin autovenoplastikası cərrahi əməliyatından (xx.xx.2020) sonrakı vəziyyət. Hemorragik şok, İİİ dərəcə Xroniki eritematoz qastroduodenitin kəskinləşməsi. Sağ oturaq sinirinin kompression işemik neyropatiyasından sonrakı vəziyyət” diaqnozu ilə stasionar müalicədə olmuş, SQ BKH-nın ürək-damar cərrahı ilə konsultasiya olunmuşdur. TSEK tərəfindən Mina partlayışı travması. Sağ aşağı ətrafın bud nahiyyəsinin yumşaq toxumalarını dəlib keçən qəlpə yaralanması ümumi bud, dərin bud, səthi bud, dizaltı arteriyası, ön qamış, arxa qamış arteriyaların stenozu qeyd olunur. Sağ bud arteriyasının və dərin bud venasının antovenoplastikası. Hərəkətin və yerişin pozulması. Sağ ouraq sinirin postravmatik neyropatiyası. Xr qastritş. Dəmir defisitli anemiya. Kardionevroz diaqnozları müəyyən edilmişdir. Bununla bağlı hərbi hospitalda bir sıra müayinələr almışdır. Yuxarıda göstərilən diaqnoza əsasən cavabdeh orqan tərəfindən ona 5 il müddətinə 3-cü dərəcə əlillik (xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı ilədək) müəyyən edilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə əyani müayinədən sonra avtomobil növbəsinə götürülsə də, “texniki yanlışlıq” səbəbi ilə cavabdeh tərəfindən onun müraciəti təmin edilməmiş və ona dair diaqnoz və onun ağırlaşmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı qərarına əsasən minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermədiyi bildirilmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin etirazında qeyd edilmişdir ki, iddiaçıya dair Abşeron Rayon Mərkəzi Xəstəxanasının “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Mina partlayışı travması. Sağ aşağı ətrafın bud nahiyyəsinin yumşaq toxumalarını dəlib keçən qəlpə yaralanması ümumi bud, dərin bud, səthi bud, dizaltı arteriyası, ön qamış, arxa qamış arteriyaların stenozu qeyd olunur. Sağ bud arteriyasının və dərin bud venasının antovenoplastikası. Hərəkətin və yerişin pozulması. Sağ oturaq sinirin postravmatik neyropatiyası. Xroniki qastrit. Dəmir defisitli anemiya. Kardionevroz” diaqnozlu 0215003AAC5D nömrəli göndərişi xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Vətəndaşın minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılarkən sağ aşağı ətrafda pəncəni əhatə edən yüngül distal parez qeyd olunmuşdur. Əlillik təyinatına əsas verən diaqnoz Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin təyinatına əsas verməmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: “Sağ aşağı ətrafın bud nahiyəsinin yumşaq toxumalarının dəlib-keçən qəlpə yaralanması. Sağ bud arteriyasının və dərin bud venasının autovenoplastikası, sağ bud sinirinin autovenoplastikası cerrahi əməliyyatından (xx.xx.2020) sonrakı vəziyyət. Hemorragik şok, İİİ dərəcə Xroniki eritematoz gastroduodenitin kəskinləşməsi. Sağ oturaq sinirinin komoression işemik nevropativasından sonrakı vəziyyət” diaqnozu ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının 0215003AAC5D nömrəli göndərişi xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının qərarına əsasən ona “avtomobil və motorlu araba ilə təmin edilməsinə tibbi göstərişin verilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi isə əlillik təyinatına əsas verən diaqnoz Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin təyinatına əsas vermədiyi göstərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2-1(118)-2624/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırır ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “sol budun yuxarı və orta 1/3-nin dəlib keçən güllə yaralanması, sol aşağı ətrafındərin parezi” diaqnozu ilə əlillik təyin edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya dair Abşeron Rayon Mərkəzi Xəstəxanasının “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Mina partlayışı travması. Sağ aşağı ətrafın bud nahiyyəsinin yumşaq toxumalarını dəlib keçən qəlpə yaralanması ümumi bud, dərin bud, səthi bud, dizaltı arteriyası, ön qamış, arxa qamış arteriyaların stenozu qeyd olunur. Sağ bud arteriyasının və dərin bud venasının antovenoplastikası. Hərəkətin və yerişin pozulması. Sad oturaq sinirin postravmatik neyropatiyası. Xroniki qastrit. Dəmir defisitli anemiya. Kardionevroz” diaqnozlu 0215003AAC5D nömrəli göndərişi xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.Vətəndaşın minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılarkən sağ aşağı ətrafda pəncəni əhatə edən yüngül distal parez qeyd olunmuşdur. Əlillik təyinatına əsas verən diaqnoz Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin təyinatına əsas verməmişdir. Bundan əlavə, Abşeron rayon sakini xx.xx.2001-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair Abşeron Rayon Mərkəzi Xəstəxanasının "Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Mina partlayışı travması. Saq aşaqı ətrafın bud nahiyyəsinin yumşaq toxumalarını dəlib keçən qəlpə yaralanması ümumi bud, dərin bud, səthi bud, dizaltı arteriyası, ön qamış, arxa qamış arteriyaların stenozu qeyd olunur. Saq bud arteriyasının və dərin bud venasının antovenoplastikası. Hərəkətin və yerişin pozulması. Saq oturaq sinirin postravmatik neyropatiyası. Xroniki qastrit. Dəmir defisitli anemiya. Kardionevroz” diaqnozlu 0215003AAC5D nömrəli göndərişi xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Vətəndaşın minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılarkən sağ aşağı ətrafda pəncəni əhatə edən yüngül distal parez qeyd olunmuşdur. Əlillik təyinatına əsas verən diaqnoz Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydasına uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin təyinatına əsas verməmişdir. Məhkəmə bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtlən və Qaydası”na əlavə 57-ci bəndində qeyd edilmişdir ki, minik avtomobilləri “aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi” barəsində tibbi göstərişlər olduğu hallarda təyin edilir. İddiaçıya əlilliyin təyin olunmasına əsas olmuş diaqnoz “sağ aşağı ətrafda pəncəni əhatə edən yüngül distal parez” müəyyən olunmuşdur ki, bu da reabilitasiya vasitələri ilə təmin olunma qaydasına və şərtlərinə uyğun gəlir. Bildirmişlər ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Məhkəmə qərarının əsaslandırma hissəsində qeyd edilənləri qəbul etməyərək bildirmişlər ki, “sağ aşağı ətrafda pəncəni əhatə edən yüngül distal parez” ifadəsi ilə “bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi” ifadələri fərqli anlayışlardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli, 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydasına əlavədə olan siyahıda hansı diaqnozu olan şəxslərin avtomobil və motorlu araba almaq hüququnun olması qeyd olunmuşdur. İddiaçının qeyd olunan diaqnozu həmin siyahıda olmadığı üçün ona “əks göstəriş yoxdur” səbəbi ilə imtina verilmişdir. İddiaçının tibbi göstəriş verilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nin “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. b) Apellyasiya şikayətinə dair etirazın dəlilləri Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun Maddə 30. Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsi 30.1. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. 30.2. Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 30.3. Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” 1.1. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” (bundan sonra - Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin (bundan sonra - Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. 1.2. Şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra - Agentlik) və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X4 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi (bundan sonra - Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 2.1. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq, X4 reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri (bundan sonra - “DOST” mərkəzi), digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir. 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X5 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. 3.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası 3.4. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavə (Komissiyanın qərarı verildiyi tarixdə qüvvədə olan redaksiya) Bənd 57. Minik avtomobilləri aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir:
1. ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı;
2. ağciyər çatışmazlığı, İİ dərəcəli;
3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi;
4. hemiplegiya, nəzərəçarpan hemiparez;
5. nəzərəçarpan ataksiya, hi-perkinetik amiostatik sindrom;
6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla;
7. hər iki aşağı ətrafın fillik xəstəliyi;
8. hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü;
9. aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü;
10. hər iki bud-çanaq oynağının ankilozu;
11. onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ-İV dərəcəli əyilmələr;
12. bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə);
13. aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda;
14. hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda;
15. əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda
“Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2024-cü il tarixli, 42 nömrəli qərarı (Qüvvədə olan redaksiya) 6.1. Minik avtomobilləri aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir: 3) bir aşağı ətrafın iflici və ya nəzərə-çarpan parezi;
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı qərarına əsasən minik avtomobili ilə təmin edilməsinə tibbi göstərişin verilməsi barədə köməklik göstərilməsini xahiş etmiş, cavabdeh isə öz növbəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 saylı Qərarına əsasən minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermədiyinə görə iddiaçının müraciətini imtina ilə cavablamışdır. Daha sonra iddiaçı hazırkı tələblə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın təmin edilməsi ilə düzgün nəticəyə gəlinmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, “Sağ aşağı ətrafın bud nahiyəsinin yumşaq toxumalarının dəlib-keçən qəlpə yaralanması. Sağ bud arteriyasının və dərin bud venasının autovenoplastikası, sağ bud sinirinin autovenoplastikası cerrahi əməlivatından (xx.xx.2020) sonrakı vəziyyət. Hemorragik şok, İİİ dərəcə Xroniki eritematoz gastroduodenitin kəskinləşməsi. Sap oturaq sinirinin komoression işemik nevropativasından sonrakı vəziyyət” diaqnozu ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının 0215003AAC5D nömrəli göndərişi xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlilliyin müəyyən olunma meyarı kimi “əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi” qeyd olunmuşdur. Cavabdeh imtina səbəbi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 saylı Qərarını əsas götürərək minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermədiyini bildirir. Məhkəmə kollegiyası hesab edir ki, “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə göstərilən tibbi göstərişlər iddiaçıya əllilik təyininə əsas olan diaqnozu özündə əhatə etdiyindən iddianın təmin edilməsi əsaslı olmuşdur. Belə ki, həmin əlavədə bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi tibbi göstərişi şəxsdə təyin olduğu halda, həmin şəxsə minik avtomobilinin verilməsi nəzərdə tutulmuşdur. İşin halları ilə müəyyən olunur ki, iddiaçı hərbi xidmət keçdiyi dövrdə aldığı xəstəliyi ilə əlaqədar xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək “mina partlayışı yaralanması. Sağ aşağı ətrafın bud nahiyəsinin yumşaq toxumalarının dəlib-keçən qəlpə yaralanması. Sağ bud arteriyasının və dərin bud venasının autovenoplastikası, sağ bud sinirinin autovenoplastikası cərrahi əməliyyatından (xx.xx.2020) sonrakı vəziyyət” diaqnozu ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinə və müalicə olunmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli müayinə aktına əsasən müəyyən edilir ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ əlillik dərəcəsi verilmişdir. Əlilliyin müəyyən olunma meyarı kimi “əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi” qeyd olunmuşdur. İş materiallarında olan TSEK-in xx.xx.2022-ci il tarixli, xxxxxxx0004 nömrəli müayinə aktından çıxarışda qeyd olunub: diaqnozun mətni: hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. TSEK tərəfindən Mina partlayışı travması. Sağ aşağı ətrafın bud nahiyyəsinin yumşaq toxumalarını dəlib keçən qəlpə yaralanması Ümumi bud, dərin bud, səthi bud, dizaltı arteriyası, ön qamış, arxa qamış arteriyaların stenozu qeyd olunur. Sağ bud arteriyasının və dərin bud venasının antovenoplastikası. Hərəkətin və yerişin pozulması. Sağ ouraq sinirin postravmatik neyropatiyası. Xr qastritş. Dəmir defisitli anemiya. Kardionevroz diaqnozları müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının 18 yanvar 2022-ci il tarixli, **********7 nömrəli qərarından görünür ki, vətəndaşın minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılarkən sağ aşağı ətrafda pəncəni əhatə edən yüngül distal parez qeyd olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan “sağ aşağı ətrafda pəncəni əhatə edən yüngül distal parez” diaqnozu müəyyən edərək, iddiaçının rəsmi olaraq inzibati orqanın özü tərəfindən müəyyən edilmiş və əlilliyinə əsas olan meyarlarına uyğun olmayan nəticəyə gəlmişdir. Halbuki yuxarıda qeyd edildiyi kimi iddiaçının üçüncü dərəcə əlilliyi dövlət tərəfindən tanınmışdır və əlilliyin müəyyən olunma meyarı kimi “əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi” qeyd olunmuşdur və bu əlillik meyarıda minik avtomobilinə tibbi göstərişin təyinatına əsas verir. İş materiallarında olan Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli müayinə aktına əsasən müəyyən edilir ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə İİİ əlillik dərəcəsi verilmişdir. Əlilliyin müəyyən olunma meyarı kimi “əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi” qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavənin əvvəlki redaksiyasında (komissiyanın qərarı verilən zaman qüvvədə olan) 57-ci bəndə qeyd edilmişdir ki, minik avtomobilləri “aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi” barəsində tibbi göstərişlər olduğu hallarda təyin edilir. Göründüyü kimi iddiaçının əlilliyinin müəyyən olunma meyarı olan “əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi” eyni zamanda ona avtomobil ilə təmin edilmə üçün tibbi göstəriş verilməsi üçün əsas təkil edir Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2024-cü il tarixli, 42 nömrəli qərarına əsasən minik avtomobili digər reabilitasiya vasitələri adlanan 6-cı bölməyə daxil edilmiş, həmin bölmədə qeyd olunan tibbi göstərişlərin siyahısına onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ-İV dərəcəli əyilmələr adlı göstəriş əlavə edilmişdir. Lakin qeyd olunan dəyişiklik hazırki iddia tələbinin mahiyyətinə təsir etmədiyindən komissiyanın qərarının verildiyi tarixdə qüvvədə olan redaksiyaya istinad edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya təyin edilmiş əlillik əsasları “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə göstərilmiş meyarlara uyğun olduğu üçün iddia əsaslı hesab edilməlidir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2-1(118)-2624/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.