Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-740/2025 15.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2127/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim İmran Burcayev) xx.xx.2025-ci il tarixli 2-1(118)- 2127/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ünvan 1 ünvanda yerləşən, xx.xx.2020-ci il tarixli **********61-10302 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin 152,9 kv.m sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli **********61-10302 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin 152,9 kv.m sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 318 kv.metr həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin daşınmaz əmlaka dair iddiaçının mülkiyyət hüququ xx.xx.2020-ci il tarixli **********61-10302 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiq olunur. İddiaçı özünə məxsus həmin 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsini dükan kimi işlətmək qərarına gəlmiş və bu məqsədlə yaşayış evinin 1-ci mərtəbəsinin təyinatını yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirmək üçün ərizə ilə Qusar Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Qusar Rayon İcra Hakimiyyəti Başçısının 24 fevral 2021-ci il tarixli 5 saylı sərəncamına əsasən Qusar şəhəri Azadlıq küçəsi ev 25 ünvanda yerləşən 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin 152,9 kv.metr yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilmişdir. İddiaçı 01 iyul 2024-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, xüsusi mülkiyyətində olan Qusar şəhəri Azadlıq küçəsi 25 ünvanda yerləşən 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin 152,9 kv.metr sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsinin qeydiyyata alınaraq bu barədə adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Həmin ərizə 05 iyul 2024-cü il tarixdə cavabdeh tərəfindən qəbul olunmuş, lakin ərizəyə qanunla müəyyənləşdirilmiş müddət ərzində cavab verilməmiş, daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyata almaqdan və bu barədə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən xıxarış verməkdən faktiki olaraq imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qusar şəhəri Azadlıq küçəsində yerləşən **********61-10302 reyestr nömrəli çıxarışda qeyd olunan fərdi yaşayış evinin birinci mərtəbənin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Qusar Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 5 saylı sərəncamı verilmişdir. Bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa və Daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydarının 18-ci bəndinə əsasən iddia ərizəsində qeyd olunan fərdi yaşayış evinin birinci mərtəbəsi qeyri-yaşayış, ikinci mərtəbəsi isə fərdi yaşayış sahəsi kimi vahid əmlak formasında dövlət reyestrindən qeydiyyata alınması nəzərdə tutulmamışdır. Qeyd edir ki, Mənzil Məcəlləsində fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi göstərilməmişdir. Belə ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi dedikdə çoxmənzilli yaşayış binasının bir hissəsinin qeyriyaşayış sahəsinə keçirilməsi nəzərdə tutulur. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın məzmununun təsdiq edilməsi” və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli 1142 nömrəli Fərmanına əsasən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirləri təsdiq edilmişdir. Bildirilir ki, dövlət reyestrindən çıxarışda daşınmaz əmlakın bir hissəsi qeyri-yaşayış, digər hissəsi isə fərdi yaşayış kimi formasında əks olunmur. Həmin Fərmanın 2.1.4-cü bəndinə əsasən daşınmaz əmlakın növü məhkəmə qərarında göstərilənlərin əksinə olaraq “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin 152,9 kv.m sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması” kimi daşınmaz əmlakın növü və bölməsi daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarında mövcud deyildir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Qusar Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 5 saylı sərəncamına əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda 0,0396 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 318,8 kv.metr olan 2 mərtəbəli fərdi yaşayış evinin, qeyri-yaşayış sahəsinə keçirilmiş 1-ci mərtəbədə yerləşən 152,9 kv.metr sahənin daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyat aparılaraq çıxarış verilməsi, həmin yaşayış evinin qalan hissəsinə daşınmaz əmlakın dövlət reyestrində yaşayış sahəsi kimi ayrıca qeydiyyat aparılaraq çıxarış verilməsi və hər bir daşınmaz əmlakın, daşınmaz əmlakın dövlət reyestrində ayrı ünvanda qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iddiaçının nümayəndəsi və vəkilinin iddia tələbininin dəqiqləşdirilməsi barədə xx.xx.2025-ci il tarixli ərizəsini, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verdiyinə görə, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair qərarı dəyişdirilməli, dəqiqləşdirilmiş iddia tələbi təmin edilməli, cavabdehin apellyasiya şikayəti rədd edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsassız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüquqdan sui-istifadə edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui-istifadə qadağandır. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “İnzibati icraat haqqında” 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. “İnzibati icraat haqqında” Qanunun 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. “İnzibati icraat haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli, **********61-10302 reyestr nömrəli elektron çıxarışa əsasən Qusar şəhəri Azadlıq küçəsi ev 25 ünvanda yerləşən 0,0398 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 318,8 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evi İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Fərdi yaşayış evinə dair xx.xx.2020-ci il tarixdə **********61-10302 reyestr nömrəli texniki pasport tərtib edilmişdir. Texniki pasportdan müəyyən edilir ki, fərdi yaşayış evinin 1-ci və 2-ci mərtəbələrinin giriş-çıxış qapıları ayrıcadır. Yaşayış evi Qusar şəhəri Azadlıq və Məlikov küçələrinin kəsişməsində yerləşir. 1-ci mərtəbənin giriş-çıxışı Qusar şəhəri Azadlıq küçəsindən, 2-ci mərtəbənin giriş-çıxış yolu isə Qusar şəhəri Məlikov küçəsindən həyata keçirilir. İddiaçı özünə məxsus həmin 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsini dükan kimi işlətmək qərarına gəlmiş və bu məqsədlə yaşayış evinin 1-ci mərtəbəsinin təyinatını yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirmək üçün ərizə ilə Qusar Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Qusar Rayon İcra Hakimiyyəti Başçısının 24 fevral 2021-ci il tarixli 5 saylı sərəncamı ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0,0398 ha torpaq sahəsindəki zirzəmi və 2 mərtəbəli fərdi yaşayış evinin 1-ci mərtəbəsinin 152,9 kv.metr yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsindən xahiş edilmişdir ki, sərəncamla əlaqədar aidiyyatı sənədləşmə işlərini yerinə yetirsin. 01 iyul 2024-cü il tarixdə iddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək, 21 sentyabr 2020-ci il tarixli, **********61-10302 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan Qusar şəhəri Azadlıq küçəsi 25 ünvanda yerləşən 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin 152,9 kv.metr hissəsini daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsinin qeydiyyata alınaraq bu barədə adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Həmin ərizə 05 iyul 2024-cü il tarixdə cavabdeh orqan tərəfindən qəbul olunmuş, lakin ərizəyə qanunla müəyyənləşdirilmiş müddət ərzində cavab verilməmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının ərizəsinə qanunla müəyyən edilmiş qayda və müddətdə cavab verilməməsi iddiaçının ərizəsinin icrasından imtina edilməsi kimi qiymətləndirilir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən, Xaçmaz rayon Poçt Filialından daxil olmuş teleqramla iddiaçının cavabdeh orqana müraciəti üzrə ərizəsi xx.xx.2024-cü il tarixdə cavabdeh orqana təhvil verildiyi müəyyən edilmişdir. Bununla belə, İddiaçı cavabdehə müraciəti cavablandırılmamış, həmçinin Sumqayıt İnzibati Məhkəməsinin 26 avqust 2024-cü il tarixli Sərəncamına hər hansı bir münasibət bildirilməmişdir. Cavabdeh inzibati orqan apelyasiya şikayətində müraciətin icra olunmamasının əsası kimi fərdi yaşayış evinin birinci mərtəbəsinin qeyri-yaşayış, ikinci mərtəbəsinin isə yaşayış sahəsi kimi vahid əmlak formasında dövlət reyestrindən qeydiyyata alınmasının nəzərdə tutulmadığını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız və formal olmuşdur. Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Mənzil Məcəlləsinin 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gedişgəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Mənzil Məcəlləsinin 20.3-cü maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyriyaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Mənzil Məcəlləsinin 20.4-cü maddəsinə əsasən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra - keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Məhkəmə tərəfindən iş materialları tədqiq olunarkən Mənzil Məcəlləsinin 20-ci maddəsinin müddəalarında qeyd olunmuş yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina edilməsi hallarının mövcud olmaması, yəni yaşayış sahəsinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəlişin mümkün olması, habelə İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 318 kv.metr həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin 152,9 kv.metr yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilməsinə dair səlahiyyətli orqan olan Qusar Rayon İcra Hakimiyyəti Başçısının 24 fevral 2021-ci il tarixli 5 saylı sərəncamı qüvvədə olduğundan, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, daşınmaz əmlakın dövlət reyestrində müvafiq dəyişiklik edilməklə, yaşayış və qeyri-yaşayış sahələrinə dair ayrıca çıxarışlar verilməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir . “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Cavabdehin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq prinsipinin pozulmasına əsas olmuşdur. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” (“Summun jus, summa injuria”). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. Mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. İnzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1- 24.3-cü maddələri). Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verərək, cavabdeh inzibati orqanının imtinasını əsassız hesab edərək, iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdeh inzibati orqanın apellyasiya şikayəti formal xarakter daşımaqla, əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən cavabdehin apellyasiya şikayəti rədd edilməli, iddia tələbinə dəqiqləşdirməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2127/2025 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli, **********61-10302 reyestr nömrəli elektron çıxarışa əsasən İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış ünvan 3paq sahəsində yerləşən ümumi sahəsi 318,8 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evinin qeydiyyat yazısında dəyişiklik edilməsi, Qusar Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 5 saylı sərəncamına əsasən Qusar şəhəri Azadlıq küçəsi ev 25 ünvanda yerləşən ümumi sahəsi 318,8 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilmiş 1-ci mərtəbəsinin 152,9 kv.metr sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması, qeyri-yaşayış sahəsinə dair İddiaçı adına ayrıca çıxarış, plan və ölçü sənədinin verilməsi (yeni ünvan verilməklə); ünvan 3paq sahəsində yerləşən ümumi sahəsi 318,8 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evinin qalan hissəsinə dair yaşayış evi kimi İddiaçı adına ayrıca çıxarış, plan və ölçü sənədinin verilməsi (yeni ünvan verilməklə) öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-740/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-740/2025
15.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver