Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-741/2024 30.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(85)-3078/2017 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.1989xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1997-ci il, xx.xx.1997xx.xx.1997-ci il, xx.xx.1998-xx.xx.2002-ci illər üzrə işlədiyi müddətlərin güzəştli iş stajına daxil edilərək, 01 iyul 2009-cu il tarixdən (51 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq orta aylıq əmək haqqı əsas götürülməklə (2004-2005-ci illər üzrə) hesablanması və pensiya hüququ yarandığı 01 iyul 2009-cu il tarixdən hal-hazırki tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2017-ci il tarixli 2-1(85)-3078/2017 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçının xx.xx.1989-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1997-ci il, xx.xx.1998-xx.xx.2002-ci illər üzrə işlədiyi müddətlərin güzəştli iş stajına daxil edilərək, 01 iyul 2009-cu il tarixdən (51 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, təyin edilmiş əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq orta aylıq əmək haqqı əsas götürülməklə (2004-2005-ci illər üzrə) hesablanması və pensiya hüququ yarandığı 01 iyul 2009-cu il tarixdən hal-hazırki tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 avqust 2017ci il tarixli, 2-1(105)-478/2017 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(85)-3078/2017 nömrəli qərarı, həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 noyabr 2017-ci il tarixli, 2-1(102)-2009/17 nömrəli qərarı ilə apellyasiya instasniya məhkəməsinin 2-1(105)-478/2017 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar qanuni qüvvəyə mindikdən sonra 28 noyabr 2017-ci il tarixdə icra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə göndərilmişdir. Şöbə 04 may 2018-ci il tarixli məktubunda bildirmişdir ki, məhkəmənin qərarı tərəflərindən icra olunmuşdur. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iş üzrə icraatın təzələnməsini və ərizəçi Fondun Abşeron rayon şöbəsinin əsl ərizəçi olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İAMAS-də mövcud olan məlumatlarda İddiaçı 2017-ci ilin iyul ayınadək ünvan 1 ünvanında qeydiyyatda olmuş, ona 51 yaşından yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması məqsədilə həmin tarixdən sonrakı müddətdə qeydiyyat ünvanı Abşeron rayonu, Ceyranbatan qəsəbəsinə dəyişdirilmiş, Fondun keçmiş Qaradağ rayon şöbəsinin təyin etdiyi pensiya işi 2017-ci ilin iyul ayında Abşeron rayon şöbəsinin sorğusu əsasında sonuncu şöbəyə köçürülmüş, adına 402108 nömrəli yeni uçot vərəqi açılmış və həmin şöbənin xx.xx.2017-ci il tarixli, 11 nömrəli qərarı ilə cəmi 1 ay 307,69 manatla ödənişi aparılmışdır. Pensiya işi Abşeron rayon şöbəsinə daxil olduqdan 1 gün sonra vətəndaşın adından yenidən hesablanma barədə yazılmış ərizə icraata qəbul edilmiş, qısa müddətdə, cəmi 4 ay ərzində 3 instansiya məhkəməsinin qərarı əsasında pensiyanın aylıq məbləğinin 307,69 manatdan 1843,48 manat artırılmasına, ötən dövrlərə görə külli miqdarda fərq məbləğlərinin ödənilməsinə nail olunmuşdur. İAMAS-yə əsasən 2018-ci ilin sentyabr ayında vətəndaşın yenidən daimi yaşadığı ünvanına - ünvan 3üyü məlum olmuşdur (şəxsiyyət vəsiqəsi AZE № ********). Özünün əvvəlki ünvanına qayıtmağına baxmayaraq, onun pensiya sənədləri şöbədə saxlanılmış və həmin şöbə tərəfindən aparılmışdır. İddiaçı adından kompüterdə yazılmış və pensiya işinə tilkilmiş xx.xx.2017-ci il tarixli ərizədə qeyd edilmiş imzanın vətəndaş tərəfindən deyil, kənar şəxslər tərəfindən qeyd edilməklə, saxtalaşdırıldığına əsaslı şübhələr yaranmışdır. Araşdırma zərurətilə əlaqədar İddiaçı təyin olunmuş əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Araşdırma nəticəsində, vətəndaşın pensiya işində olan əmək kitabçasının surətində, ona uyğun yazılmış təqdimatda, işlədiyi idarə-müəssisələr tərəfindən verilmiş güzəştli arayışlarda qeyd olunmuş elektrik qaynaqçısı peşəsinin Güzəştli siyahının 35-ci "Ümumi peşələr" bölməsinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları" peşəsinə aid olduğu, 1 nömrəli siyahıya uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, elektrik qaynaqçısı peşəsi 2 nömrəli siyahıda müvafiq olaraq 23200000-19906 kodu ilə müəyyən edilmişdir. Bu kodla İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ 51 yaşından deyil, 57 yaşdan yaranır. Lakin, məhkəmə kollegiyaları onun işlədiyi peşə üzrə fərqli əsaslandırmalar aparmışlar. Belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi qərarında İddiaçı işlədiyi peşəni 1 nömrəli Siyahının XXİİİ bölməsinin 1071400a-16462 şifrəsinə uyğun hesab etmiş, Sumqayıt Apellyasiya Məhkəməsi qərarında şifrə göstərməmiş, Ali Məhkəmə isə birinci instansiyanın qərarına uyğun olaraq həmin qərarda göstərilmiş 1071400a-16462 şifrəni təsdiq etmişdir. Araşdırma ilə məlum olmuşdur ki, 1 nömrəli Siyahının XXİİİ "Ümumi peşələr" bölməsində 1071400a-16462 şifrəsi yoxdur. Həmin bölmənin 12100000-16462 şifrəsi üzrə peşənin adı qurğuşun üzrə lehimləyicilər (qurğuşun lehimləyiciləri)" kimi qeyd edilmişdir. 1071400a- 16462 şifrəsinin isə 1 nömrəli Siyahının Vİİ "Metallurgiya istehsalatı (əlvan metallar)" bölməsinin 12-ci "Duz və qələvi məhlullarında elektrolitik üsulu ilə metalların alınması" bəndində qurğuşun üzrə lehimçilər (qurğuşun lehimçiləri)" kimi qeyd edildiyi məlum olmuşdur. Göründüyü kimi, məhkəmə orqanları tərəfindən vətəndaşın işlədiyi peşə və istehsalat üzrə 1 nömrəli Siyahıya uyğun olmayan əsaslandırmalar aparılmışdır. Beləliklə, xx.xx.2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olmadığı halda, məhkəmə qərarları əsas götürülməklə orta aylıq əməkhaqqı əsasında Fondun keçmiş Abşeron rayon şöbəsinin müvafiq sərəncamı ilə İddiaçı aylıq əmək pensiyasının yüksək məbləğə çatdırılmasına və xx.xx.2020-ci il tarixədək ödənilməsinə nail olunması nəticəsində plastik kart hesabına köçürülmüş cəmi əsassız məbləğ 155 244,13 manat təşkil etmişdir. Eyni zamanda, bildirir ki, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2-1(85)-3078/2017 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(85)-3078/2017 nömrəli qərardadı ilə cavabdehin iş üzrə icraatın təzələnməsi barədə ərizəsi mümkün sayılmamışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Hazırkı iş üzrə ərizəçi mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra məhkəməyə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmiş, qanunvericiliklə müəyyən edilmiş və bərpası istisna olunan prosessual müddəti buraxmışdır. Qərardadla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini ərizə ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirmişdir ki, təxminən 4-5 ay bundan əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən çağırılmış, ona əmək pensiyasının təyin edilməsi zaman baş verənlərlə əlaqədar izahat vermişdir. Hazırki mübahisə üzrə barəsində məhkəmə hökmü qəbul edilməmişdir. İddiaçı şikayətin təmin edilməməsini xahiş etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizəni yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 3 illik müddətin ötürülməsi əsası ilə mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Ərizənin mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış ərizələr məhkəmələr tərəfindən yuxarıda istinad olunan normada nəzərdə tutulmuş əsaslar baxımından yoxlanılır. Mümkünlük şərtini ödəməyən ərizəyə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Belə yanaşma prosessual qənaət prinsipindən irəli gəlir. Ərizənin mümkünlüyünə münasibətdə nəzərə almaq lazımdır ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. - 103.2-ci maddəsinə görə mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. - 103.3-cü maddədə göstərilir ki, bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Sadalanan normaların tələblərindən göründüyü kimi yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Belə ki, nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. Bu nəzərdə tutulmuş müddət yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkünlük şərti kimi qiymətləndirilməlidir. Yəni, ərizənin qanunla müəyyən olunmuş müddətdə verilməsi onun mümkünlük şərtinə aiddir. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)- 312/2022 və 2-1(102)-643/2024 nömrəli qərarlarında da məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. Bu hala istinadən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə mümkün sayılmamalıdır. Hazırkı işin hallarından görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2017-ci il tarixli, 2-1(85)-3078/2017 nömrəli qərarı qanuni qüvvəyə minmiş və cavabdeh həmin qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixdə yeni açılmış hallarla bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Eləcə də, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-312/2022 və 2-1(102)- 1389/2024 qərarlarında 3 illik müddət keçdikdən sonra icraatın təzələnməsinə dair ərizənin yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə biləcəyi göstərilmişdir. Cavabdehin ərizəsinin dəlillərindən görünür ki, iddiaçıya əmək pensiyasının təyin olunması və yenidən hesablanması zamanı aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qeyd olunan hallarla bağlı ittiham hökmü qəbul edilməmişdir. Göründüyü kimi cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün müəyyən olunan müddəti buraxmış, eləcə də iş üzrə müddət məhdudiyyətini istisna edən hal - ittiham hökmü olmamışdır. Həmçinin, qanunverici həmin 3 illik müddətin bərpa edilməsini nəzərdə tutmur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin ərizənin mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və düzgündür. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(85)-3078/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 6ə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-741/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-741/2024
30.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver