Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-745/2023 27.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X22 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7, Üçüncü şəxs X2, Üçüncü şəxsin etibarnamə üzrə nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2-1(118)- 1310/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, 2 yaşayış otaqlı, həyətyanı sahəsi 0,03 ha olan fərdi yaşayış evi üzərində X2 adına xüsusi mülkiyyət hüququ barədə qeydiyyat və bu barədə çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X2 mülkiyyət hüquqları qeydə alınmışdır. Həmin ev üzərində ilkin hüquqi qeydiyyatın aparılmasının əsasını Siyəzən Rayon Məhkəməsinin 09 dekabr 2010cu il tarixli, 2(059)-213/10 saylı qətnaməsi təşkil edir. Qeyd edilən qətnamə ilə ərizəçi X3 özbaşına tikintiyə mülkiyyət hüququnun tanınmasına dair ərizəsi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində sonuncunun mülkiyyət hüquqları qeydə alınmışdır. Həmin iş üzrə birinci cavabdeh İddiaçı maraqlı şəxs kimi cəlb edilmiş və onun apellyasiya şikayəti təmin olunmaqla, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-732/2013 saylı, 27 iyun 2013-cü il tarixli qərardadı ilə Siyəzən Rayon Məhkəməsinin 09 dekabr 2010-cu il tarixli qətnaməsi ləğv edilmiş, ərizə baxılmamış saxlanılmışdır. Apellyasiya məhkəməsinin həmin qərardadı Ali Məhkəməsinin 25 sentyabr 2013-cü il tarixli, 2(102)-3476/2013 saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qeyd edilən daşınmaz əmlak üzərində ilkin mülkiyyət hüququnun qeydə alınmasına əsas olan məhkəmə aktı (Siyəzən Rayon Məhkəməsinin 09 dekabr 2010-cu il tarixli, 2(059)-213/10 saylı qətnaməsi) ləğv edilmişdir. Qeyd edilən halı əsas tutaraq həmin fərdi yaşayış evi üzərində B.H.Mustafayevanın mülkiyyət hüququ barədə qeydiyyatın ləğv edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Lakin, cavabdeh müraciətin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair 2022-ci il 29 iyul tarixli vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinə əsasən X2 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3476/2013 saylı, 25 sentyabr 2013-cü il tarixli qərarı ilə sözügedən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsinə dair münasibət bildirilməmişdir. Həmin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsinə münasibət bildirilməsinə dair yekun məhkəmə aktının İdarəyə daxil olması zəruridir. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Sumqayıt İnzibati Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2-1(118)-1310/2023 nömrəli qərardadı ilə X9 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2-1(118)-1310/2023 nömrəli qərardadı ilə iddia mümkün saylmamışdır. (hakim C.Məmmədov). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən iddiaçının anası X5 münasibətdə ləyaqətsiz vərəsə hesab edilmişdir. Başqa sözlə, iddiaçının nə fərdi yaşayış evi, nə də ki torpaq sahəsi ilə bağlı hazırki iddia tələbini qaldırmağa subyektiv hüququ yoxdur. Həmin qərardadla razılaşmayan iddiaçı qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işə mahiyəti üzrə baxılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İdidaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının Siyəzən şəhəri, Əzizbəyov küçəsində yerləşən 7 saylı evə subyektiv hüququ yoxdur. Məhkəmənin həmin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı mübahisə predmeti olan evə Siyəzən Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(059)-19/2019 saylı qətnaməsi ilə köçürülmüş və həmin qətnamə qanuni qüvvəsini almışdır. 2022-ci ilin avqust ayında həmin ev üzərində üçüncü şəxsin mülkiyyət hüquqları qeydə alınaraq onun adına çıxarış verilmişdir. Siyəzən Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(059)- 19/2022 saylı qətnaməsi olan iddiaçının istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsinə dair iddia təmin edilmişdir. Həmin qətnamədən verilən apellyasiya şikayəti üzrə icraat Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı ilə hazırkı iş üzrə yekun məhkəmə qərarı çıxarılanadək dayandırılmışdır. Göründüyü kimi, məhkəmənin qərardadı qanunsuz və əsassızdır, mənzil üzərində iddiaçının yaşamaq hüququnun olması mübahisəsizdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə etdi və əlavə olaraq izahatında bildirmişdir ki, mübahisəli qeydiyyatın aparıldığı fərdi yaşayış evinə dair anası X3 adına dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi ilə bağlı cavabdeh orqana və ya məhkəməyə müraciət etməmiş, həmçinin, üçüncü şəxsin adına verilmiş vərəsəlik şəhadətnaməsini mübahisələndirməmişdir. İddiaçı şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs və etibarnamə üzrə nümayəndəsi şikayətin dəlillərini qəbul etməyərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin dəlillərini qəbul etməyərək iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisə ünvan 2 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə aparılmış ********** qeydiyyat nömrəli, **********82-10301 reyestr nömrəli qeydiyyatın ləğv edilməsi barədədir. İşdən görünür ki, hazırkı iş üzrə üçüncü şəxs X9 iddiaçının bacısı, X10 isə onun anasıdır. Tərəflər arasında mülki məhkəmə icraatı qaydasında çoxsaylı məhkəmə mübahisələri olmuşdur və hal-hazırda da davam edir. Belə ki, Siyəzən Rayon Məhkəməsinin 01 mart 2012-ci il tarixli, 2(059)-30/2012 nömrəli qətnaməsi ilə iddiaçı X4 oğlu, qanun üzrə birinci növbə vərəsə - İddiaçı ləyaqətsiz vərəsə sayılmaqla, mülkiyyət hüququ ilə iddiaçıya məxsus Siyəzən şəhəri, Əzizbəyov küçəsi ünvanında yerləşən 7 saylı evdən məcburi pay almaq hüququndan məhrum edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2013-ci il tarixli, 2(105)-238/2013 qətnaməsi ilə Siyəzən Rayon Məhkəməsinin 01 mart 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2013-cü il tarixli, 2(102)-2623/2013 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi iddiaçının ləyaqətsiz vərəsə hesab olunması ilə bağlı Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 mart 2012-ci il tarixli, 2(059)- 30/2012 nömrəli qətnaməsinə istinad edərək onun hazırkı iddia tələbi üzrə subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmənin iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı mövqeyi əsaslı olmasa da, iddianın mümkün saymaması ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 13 noyabr 2019-cu il tarixli, 2(059)-19/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı və onun arvadı X6 övladları X12 və X11 ilə birlikdə Siyəzən şəhəri, M.Əzizbəyov küçəsində (indiki A.Qaradağlı) yerləşən 7 saylı evə köçürülməlidirlər. Bundan sonra üçüncü şəxs X9 hazırki iş üzrə iddiaçı və onun arvadına qarşı onların və ailə üzvlərinin mübahisəli fərdi yaşayış evinə kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Siyəzən Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(059)-19/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək cavabdehlərə 2000 manat kompensasiya verilməklə, onların övladları X12 və X11 ilə birlikdə Siyəzən şəhəri, Aydın Qaradağlı küçəsində yerləşən 7 saylı evə olan istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmiş, iş hazırda Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatındadır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçı və onun ailə üzvlərinin mübahisə predmeti olan fərdi yaşayış evinə istifadə hüquqları tanınmış və onların həmin mənzilə köçürülməsi qət edilmişdir. Daha sonra həmin məhkəmənin 26 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı da daxil olmaqla, adıçəkilən şəxslərin evə olan istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi və onların mənzildən çıxarılması qət edilmişdir. Göründüyü kimi hazırda iddiaçının mübahisəli yaşayış evinə dair istifadə hüququ və müvafiq olaraq hazırki iddianı qaldırmağa subyektiv hüququnun olduğu müəyyən edilir. Bununla belə, hazırkı iddia digər əsasla mümkünsüzdür. Belə ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, Siyəzən Rayonu İcra hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə X5 ayrılmış Siyəzən şəhərində yerləşən 0,03 ha torpaq sahəsinə dair AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən sonuncunun adına 03 may 2006-cı il tarixli, JN: 373F KOD: 30501004 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Həmçinin, Siyəzən Rayon Məhkəməsinin 09 dekabr 2010-cu il tarixli, 2(059)-213/2010 nömrəli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən həyətyanı sahəsi 0,03 ha olan fərdi yaşayış evinə G.İ.Şahbazovanın mülkiyyət hüququnun tanınması qət edilmişdir. Bundan sonra ünvan 3 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi, həm də həmin sahənin üzərində yerləşən fərdi yaşayış evi üzərində G.İ.Şahbazovanın mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınaraq **********82-10301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. G.İ.Şahbazova xx.xx.2021-ci il tarixdə ölmüş, 29 iyul 2022-ci il tarixli “V-88 reyestr nömrəli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən notarial qaydada təsdiq edilmiş vəsiyyətnaməyə əsasən onun vərəsəsi X9, miras əmlak isə yuxarıda qeyd edilən ünvanda yerləşən 0,03 ha torpaq sahəsi və də onun üzərində yerləşən fərdi yaşayış evindən ibarətdir. Bundan sonra həmin şəhadətnamə əsasında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə B.H.Mustafayevanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı həmin daşınmaz əmlaklara dair sonuncu mülkiyyətçinin adına aparılmış qeydiyyatı mübahisələndirir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Hazırkı mübahisə predmeti isə vərəsəlik şəhadətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və onun əsasında verilmiş **********82-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədədir. Plenum Qərarında da qeyd edildiyi kimi, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixli qeydiyyat mülki-hüquqi əqd - vərəsəlik şəhadətnaməsi əsasında aparıldığından, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş şəhadətnamə mübahisələndirilməklə həyata keçirilməlidir. Belə işlərə isə mülki məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.2-ci maddəsinə əsasən, ....... mülki və ya cinayət məhkəmə icraatı qaydasında, ..... baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.1-15.3-cü bəndləri). Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2-1(118)-1310/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 6
Məhkəmə qərarları › İş №2-1(105)-745/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-745/2023
27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver