Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-748/2025 28.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Axundov Toğrul Bəhruz oğlu və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli 2-1(118)-4384/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə ünvan 1 ünvanda yerləşən 0.0504 ha torpaq sahəsi üzərində iddiaçıya aid ½ hissədə torpaq sahəsinin ölçüsünün aparılaraq döngə nöqtələrinin koordinatlarının naturada göstərilməsi və torpaq sahəsinin dəqiq yerini müəyyən edilərək texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Aynur Axundova) xx.xx.2025-ci tarixli 2-1(118)- 4384/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə şikayət verərək, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli 2-1(118)-4384/2025 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı məhkəmə kollegiyasının ona hüquqi yardım göstərdikdən sonra, ona hüquqlarının aydın olduğunu və hazırda şikayətindən imtina edərək, mövcud iddia tələbi ilə bağlı ilkin olaraq səlahiyyətli cavabdeh inzibati orqana müraciət edəcəyi, cavabdeh inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəməyə müraciət etmək hüququnun olmasının artıq ona izah olunduğunu qeyd edərək, yazılı ərizə təqdim etdi, apellyasiya şikayətinin geri qaytarılmasını və apellyasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaçının şikayətdən imtina barədə ərizəsinin qəbul edilməsini və icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli 2-1(118)-4384/2025 nömrəli qərardadından verdiyi şikayətin geri qaytarılmasını və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilməli və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İPM-in 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Azərbaycan Respublikası MPM-in 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81, 80, 87, 88, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli 2-1(118)-4384/2025 nömrəli qərardadından verdiyi şikayətin geri götürülməsi barədə ərizəsi təmin edilsin. İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-748/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-748/2025
28.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver