Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-749/2024 30.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(118)-1258/2024 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. İddiaçının NT-İ № ******* seriyalı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1982xx.xx.1987-ci il tarixlərə “Tərəqqi” xalça fabrikində, xx.xx.2001- xx.xx.2008-ci il tarixlərdə "xxxx" adına 4 saylı tikiş-trikotaj firmasında, xx.xx.2008- xx.xx.2009-cu il tarixlərdə "xxxx" Anonim Şirkətində, xx.xx.2010-cu il tarixdən hazıradək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalda X1 kiçik tibb bacısı işləyir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı təəfindən verilmiş arayışdan görünür ki, X3 həqiqətən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında xx.xx.2010-cu il tarixdən (Əmr №20, xx.xx.2010-cu il) Travmatologiya və Bərpaedicı cərrahiyyə bölməsində kiçik tibb bacısı vəzifəsinə işə qəbul edimişdir. xx.xx.2010-cu il tarixdə (Əmr №0102, xx.xx.2010-cu il) Mərkəzi Hərbi Klinik Hospitalın adı Silahlı Qüvvələrin Baş Klinik Hospitalı adlandırılmışdır. xx.xx.2011-ci il tarixdən hal-hazıradək (Əmr №8, xx.xx.2011-ci il) X1 kiçik tibb bacısı vəzifəsinə təyin edilmişdir. Yoluxucu xəstəliklər bölməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuşdur (kod 2260000a). xx.xx.2021-ci il tarixdə (Əmr №177, 23.07 2021-ci il) Silahlı Qüvvələrin Baş Klinik Hospitalın adı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı adlandırılmışdır. Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ”Mehman” adına 4 saylı tikiştrikotaj fabrikinin arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmədiyindən, vətəndaş İddiaçı barədə məlumatları müsbət cavablandlrmaq mümkün olmamışdır. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən hüquqi ünvanı ünvan 1ikotaj firması (VÖEN **********) xx.xx.1997-ci il tarixdə Ş-8 nömrə ilə dövlət qeydiyyatına alınmışdır və hal-hazırda fəaliyyəti dayandırılmışdır. Cavabdehin xx.xx.2012-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 01 avqust 1988-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2001-ci il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövr ərzində “Mehman" adına 4 saylı Tikiş-Trikotaj firmasında işlədiyi qeyd olunmuşdur. Qeyd olunan müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə Sığorta Alt Sistemi (monitorinq) proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin xx.xx.2004-cü il tarixindən fəaliyyətə başladığı müəyyən olunmuşdur. Araşdırma zamanı xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının 2006-cı il üzrə 9 ay, 2007-ci il üzrə 2 ay, 2008-ci il üzrə 4 ay olmaqla fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Göstərilən səbəblərdən də, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dovr ərzində "xxxx" adına 4 saylı tikiştrikotaj firmasında işləyib-işləməməsinə dair əsaslı şübhələr yaranmışdır. Bununla əlaqədar sənədlərdə qeyd edilən əmək stajı və həmin dövr üçun adıçəkilən müəssisə tərəfindən məcburi doviət sosial sığorta haqlarının ödənılib-ödənılməməsının dəqiqləşdirilməsi məqsədilə aidiyyəti üzrə sorğu göndərilmiş, müvafiq sorğuya cavab olaraq "xxxx" adına 4 saylı tikiş-trikotaj firmasının sənədlərinin arxivə təhvil verilmədiyi müəyyən olmuşdur. Bu səbəbdən də xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmadığı üçün onun ümumi iş stajı 25 ildən az (20 il 9 ay 26 gün (xx.xx.1982-xx.xx.1987-ci il tarixləri arasındakı dövr və 2006-2022-ci illər uzrə cəmi 15 il 5 ay)) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçun fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24704,61 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 58 yaşı tamam olan tarixdən, yəni 22 sentyabr 2022-ci ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2001-xx.xx.2006-cı il tarixlərdə "xxxx" adına 4 saylı Tikiş- Trikotaj Firmasında işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 1964-cü il təvəllüdlüdür. Əmək fəaliyyətinə xx.xx.1982-ci ildə “Tərəqqi” xalça fabrikində başlamış və xx.xx.1987-ci ilə qədər həmin müəssisədə işləmişdir. xx.xx.2001-xx.xx.2008-ci illərdə "xxxx" adına 4 saylı Tikiş-Trikotaj fabrikində, xx.xx.2008-xx.xx.2009-cu illərdə "xxxx" Anonim Şirkətində işləmişdir. xx.xx.2010-cu ildən halhazradək Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalda X1 kiçik tibb bacısı vəzifəsində işləyir. Sonuncu iş yerində işlədiyi peşə zərəli iş stajına aiddir. Onun ümumi iş stajı xx.xx.2009-cu ilə qədər 14 il 1 ay 15 gün, xx.xx.2022-ci ilə qədər 26 il 6 ay 13 gün, hal-hazırki tarixədək 27 ildən artıqdır. Həmin iş stajının 13 ildən artıq hissəsi zərərli istehsal sahəsi ilə bağlıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə xx.xx.2022-ci il tarixində 530- VQD saylı qanunla dəyişiklik edilmiş və Qqanunun 7-ci maddəsinə əsasən yaş həddi 5 il azaldılmaqla güzəştli şərtlərlə pensiya təyini nəzərdə tutulmuşdur. Onun 58 yaşı tamam olan tarixdən, yəni 22 sentyabr 2022-ci ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə 24 iyun 2023-cü ildə müraciət etmişdir. Bunu poçt qəbzi təsdiq edir. Lakin cavabdeh bu günə qədər müraciətinə cavab verməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı ünvanlanmış nömrəli imtina məktubu ilə bildirilmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə əmək kitabçasında qeyd olunan xx.xx.2001-ci il tarixdən xx.xx.2008-ci il tarixədək işlədiyinə dair aparılmış qeydləri təsdiqləyən əməkhaqqı və arxiv arayışlarının təqdim olunmasından sonra baxıla biləcəyi qeyd edilmişdir. Qeyd olunan dövrlər üzrə işə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə "xxxx" adına 4 saylı Tikiş-Trikotaj fabrikinin xx.xx.2001-ci il tarixdən xx.xx.2008-ci il tarixədək arxiv sənədlərinin şəxsi vərəqlərində olan İddiaçı işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma barədə əmrlərin, qeyd edilən illər, aylar üzrə əmək haqqı cədvəllərinin və qeyd olunan müəssisənin əmrlər kitabından çıxarışın təsdiq olunmuş surətinin təqdim olunmasına dair Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə sorğu ünvanlanmış, həmin sorğuya verilən 11 aprel 2023-cü il tarixli 3-48-4/2-726/2023 nömrəli cavab məktubunda müvafiq fabrikin arxiv sənədlərinin mühafizə olunmaq üçün təhvil verilmədiyi bildirilmişdir. Həmçinin tərəfimizdən Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına ünvanlanmış 30 mart 2023-cü il tarixli 3-17- 1/3-1-31901/2023 nömrəli sorğuya cavab olaraq Mərkəzi Filial tərəfindən verilmiş 16 may 2023-cü il tarixli 3-17-1/3-1-48433/2023 nömrəli cavab məktubunda İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 20 il 11 ay 26 gün (xx.xx.2006-cı il tarixədək 5 il 9 av 26 gün əmək stajı (xx.xx.1982-xx.xx.1987-ci il tarixləri arasındakı dövr), həmin tarixdən sonra 15 il 2 ay sığorta stajı), güzəştli iş stajı isə 11 il 10 ay 11 gün (xx.xx.2011-xx.xx.2022ci il tarixləri arasındakı dövr) təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 5391,27 manat, həmin tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 23275,16 manat olmaqla cəmi pensiya kapitalı 28666,43 manat təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1258/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" adına 4 saylı Tikiş-Trikotaj firmasında işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" adına 4 saylı Tikiş-Trikotaj firmasında işləməsi onun əmək kitabçası ilə təsdiq edilir. Müəsisənin arxiv sənədlərinin aşkar edilməməsi iddiaçının həmin müəssisədə işləməsini təkzib etmir. İddiaçının adına 2006-2007-2008-ci illərin bəzi aylarında həmin müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqqı ödəməsi də onun həmin müəssisənin işçisi olması halını təsdiq edir. Bundan başqa məhkəmənin verdiyi sorğuya cavab olaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi həmin müəssisənin 23 dekabr 1997-ci il tarixdə qeydiyyata alınmasını bildirmiş və hazıda fəaliyyətini dayandırdığını bildirmişdir. Mübahisələndirilən dövr iddiaçınnı sosial sığorta stajına daxil edildikdə onun tələb olunan 25 il sığorta stajı tamamlanmış olur. Bu da öz növbəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas yaradır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə sorğusu əsasında müəssisənin 23 dekabr 1997-ci il tarixdə qeydiyyata alınmasına dair məlumatın əldə olunması hələ həmin müəssisənin fəaliyyətinin olubolmamasını təsdiq etmir. Digər tərəfdən birinci instansiya məhkəməsində olan icraat zamanı həm yazılı, həm də şifahi qaydada həmin müəssisənin xx.xx.2004-cü il tarixdən fəaliyyətə başladığı bildirilsə də, bu hal məhkəmə tərəfindən araşdırılmamış və iddianın təmin olunmasına dair qərar qəbul edilən zaman məhkəmə qərarında təkzibedici sübutlarla qiymətləndirilməmişdir. Digər tərəfdən məhkəmə qərarında olan mövqedən görünür ki, məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajının təsdiq olunmasına dair hüquqi əsas kimi iddiaçının əmək kitabçasını, daha dəqiq desək orada olan qeydləri götürmüşdür. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının mövqeyinə görə 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanılası nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. İddiaçının xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajının təsdiq olunmasına dair yeganə hüquqi sənəd olan əmək kitabçası orada olan qeydlərin mötbərliyini şübhə altına alan hallarla qarşılıqlı şəkildə qiymətləndirildikcə mötəbər hesab oluna və iddiaçının iddia tələbinin təmin olunması zamanı əsas götürülə bilməz. Digər tərəfdən Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-269/2024 nömrəli qərarında ifadə olunmuş mövqeyə görə iddiaçının "xxxx" ASC-də işlədiyinə dair arxiv sənədləri aşkarlanmamış, müəssisə tərəfindən iddiaçı barədə verilmiş və işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli 033 №-li arayışdakı məlumat həmin müəssisənin arxiv məlumatları əsasında deyil, iddiaçının əmək kitabçasının məlumatları əsasında yazıldığı mübahisəsizdir. Cavabdeh də işin məhz həmin hallarına istinadla qeyd edir ki, “...apellyasiya instansiyası məhkəməsi qərarında iddiaçının işlədiyi müəssisənin hansı tarixdən qeydiyyatdan keçməsi, eyni zamanda hansı tarixdən özəlləşdirilərək fəaliyyət göstərməsi ilə bağlı araşdırma aparmışdır. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanan məktubda da qeyd edildiyi kimi İ.Əliyevin müvafiq müəssisədə işlədiyi dövrlərlə bağlı arxiv sənədləri aşkar edilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən müəssisənin mövcudluğu deyil, iddiaçının həmin müəssisədə işləməsi faktı mübahisələndirilmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası tərəfindən bununla bağlı araşdırma aparılmadan, yalnız müəssisənin mövcudluğu ilə bağlı məsələyə istinad edərək həmin dövrləri sosial sığorta stajına daxil etmişdir. Hazırki halda işin araşdırılmış hallarından görünür ki, məhkəmə iddiaçının sözügedən müəssisədə olan əmək fəaliyyətini araşdırmaq yerinə, həmin müəssisənin mövcudluğuna dair araşdırma aparmış və iddianın təmin olunması zamanı müəssisənin mövcudluğuna istinad etmişdir. Müəssisənin mövcud olması barədə sübutların əldə edilməsi hələ iddiaçının orada işləməsini təsdiq edən sübut kimi nəzərə alına bilməz. Bundan başqa hazırkı halda, bilavasitə iddiaçı tərəfindən təqdim olunmuş və məhkəmələrin öz təşəbbüsü ilə əldə etdikləri məlumatlar iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə işləməsi faktını özü-özlüyündə, qeyd- şərtsiz təsdiq etmir. Məhkəmə iddiaçının mübahisəli əmək stajı ilə bağlı cavabdehin dəlillərinin hansı mötəbər sübutlarla təkzib olunduğunu qərarında göstərməli və gəldiyi nəticəni həmin sübutlarla əsaslandırmalı idi. Belə ki, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və işin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçının hazırki vəziyyətdə qanunvericilikdə tələb olunan (25 il) ümumi stajı mövcud deyil. Bundan başqa, qeyd olunanlardan görünür ki, Sumqayıt İnzibati Məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, digər tərəfdən iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirmbmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret hada istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətini təmin edilməməsi və qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 7.Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri .... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktorant urada və klinik ordinaturada təhsil müddəti; .... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işçilərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzfələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il traixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6- cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" 1.“İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. 2.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılması apellyasiya baxıçının predmetini təşkil edir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi xx.xx.2001-xx.xx.2006-cı il tarixlərdə "xxxx" adına 4 saylı Tikiş- Trikotaj Firmasında işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. Birinci instansiya məhəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün üç element mövcud olmalıdır: a)qanunla tələb olunan pensiya yaş həddinin 5 il azaldılmaqla, yaş həddinin tamamlanması b) azı 25 il sığorta stajına malik olması c) azı 10 il güzəştli işstajına malik olması İddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla, qanunla tələb olunan yaş həddinə çatmışdır. İşin mübahisəsiz hallarından görünür ki, cavabdeh iddiaçının qanunla tələb olunan azı 10 il güzəştli iş stajına malik olması halını və 20 il 9 ay 26 gün ümumi iş stajına malik olması halını qəbul edir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövr ərzində müvfaiq firmada işlədiyi dövrü müəssisənin xx.xx.2004-cü il tarixdən fəaliyyətə başladığını, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının 2006-cı il üzrə 9 ay, 2007-ci il üzrə 2 ay, 2008-ci il üzrə 4 ay olmaqla fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığının müəyyən edildiyini, həmin müəssisədə işləməsi il bağlı sənədlərin arxivə təhvil verilmədiyini əsas gətirərək, qeyd edilən dövrü sosial sığorta stajı kimi nəzərə almamış, bu səbəbdən də iddiaçının qanunla tələb olunan azı 25 il işstajına malik olmaması və tələb olunan həcmdə fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının olmaması halına istinad edərək, iddiaçı barəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə kollegiyası işin mübahisəli halı ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının məzmunundan görünür ki, xx.xx.2001-ci il tarixdən xx.xx.2008-ci il tarixə kimi "xxxx" adına 4 saylı tikiş-trikotaj firmasında tikişçi peşəsində işləmiş, bu barədə qeydlər əmək kitabçasında əks olunmuşdur. İndiki halda cavabdeh tərəfindən həmin dövr mübahisələndirsə də, əmək kitabçasında əks olunmuş qeydlərin mötəbərliyini şübhə altına alan heç bir dəlilə istinad etməmişdir. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın həmin dövrü mübahisələndirməsinə dair istinad etdiyi hallarla bağlı onu qeyd edir ki, qeyd edilən müəssisə xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış, hal-hazırda fəaliyyəti dayandırılmışdır. Qeyd edilən hal özlüyündə cavabdehin həmin müəssisəsinin xx.xx.2004-cü il tarixdən fəaliyyətə başlanmasına dair istinad etdiyi arqumenti təkzib edir. Bundan əlavə, cavabdeh müəssisənin 2004-cü il tarixdən fəaliyyətə başladığını qeyd etsə də, həmin hala dair heç bir dəlilə istinad etməmiş, həmin halın hansı sənəd və ya məlumat əsasında müəyyən edildiyini əsaslandıra biməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd edilən dövrü mübahisələndirməsinə dair istinad etdiyi həmin arqumenti əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən müəssisənin arxiv sənədləri mühafizə olunmaq üçün təhvil verilməmişdir. Halbuki, həmin sənədlərin qanunla müəyyən edilmiş qaydada arxivləşdirilməsi və təhvil verilməsi halı məhz işəgötürənin məsuliyyət daşıdğı öhdəlik qimsində çıxış etməklə, iddiaçının təqsiri ilə əhatə olunmamış, nəticə etibarilə iddiaçının məsuliyyət daşıdığı hal kimi çıxış etməmişdir. Belə olan halda, iddiaçının öhdəlik daşımadığı və məhz işəgötürənin öz səlahiyyətlərini lazimi qaydada icra etməməsinin nəticəsi ilə bağlı əsasa istinad etməklə, qanunla onun üçün tanınan sosial təminat hüququnun məhdudlaşdırılması ilk növbədə qanunvericiliyin norma və prinsiplərinin mahiyyətinə və məqsədinə zidd olmuş olardı. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki,, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, müvafiq arxiv sənədlərinin təhvil verilməsi iddiaçının iradəsi və hərəkətləri nəticəsində deyil, işəgötürənin öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin müvafiq dövrü mübahisələndirməsinin əsası kimi müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi ilə bağlı arqumenti əsassız olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqanın özünün təqdim etdiyi məlumatda müəssisə tərəfindən iddiaçı barəsində müəyyən dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi, müəyyən dövr üzrə ödənilməməsi hallarına istinad etmişdir. Qeyd edilən hal da özlüyündə iddiaçının həmin müəssisənin işçisi olması halını təsdiq edir. Bundan əlavə, qeyd edilməlidir ki, indiki halda iddiaçının iddia tələbi məhz xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr ərzində işlədiyi müddətin sosial sığorta stajı kimi nəzərə alınması ilə bağlı olmuşdur. Qeyd edilən dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən sosial sığorta stajının müəyyən edilməsi üçün əsas sənəd məhz əmək kitabçası çıxış etmişdir. Bu baxımından, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin 2006-2008-ci illərə aid dövr üzrə məcburi sosial sığorta haqllarının müəyyən aylar üzrə ödənilməməsi ilə bağlı istinad etdiyi arqumenti də əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda iddiaçının pensiya yaş həddi xx.xx.2022-ci il tarixdə tamamlandığından, həmin dövrdə qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən güzəştli şərtlələ yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalın aid şərt mövcud olmamışdır. Bu baxımından, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın həmin hala dair istinad etdiyi arqumenti də əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının işlədiyi xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrü iddiaçıya münasibətdə ümumi iş stajı kimi nəzərə almaması ilə bağlı hərəkətləi qanunauyğun olmamışdır. Belə olan halda, iddiaçının işlədiyi xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrü (5 il 6 ay) ilə cavabdehin mübahisələndirmədiyi dövr (20 il 9 ay 26 gün) nəzərə alındıqda, iddiaçının qanunla tələb olunan azı 25 il ümumi iş stajına aid şərt ödənilmiş olur. Göründüyü kimi, idniki halda iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunal tələb olunan hər üç şərt (pensiya yaş həddi, ümumi və güzəştli iş stajı) ödənilmiş olmaqla, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1258/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.