Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-749/2025 31.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə2, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3, üçüncü şəxs və eyni zamanda digər digər üçüncü şəxs RSHT Şirkətinin Ticarət Mərkəzinin qanuni təmsilçisi (direktoru) X5 iştirakları ilə, İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) ünvandakı əmlak kompleksinin istifadəsində olan 10889,6 kv/m torpaq sahəsinin X5 və X9 icarəsinə verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 25 iyun 2010-cu il tarixli 149 saylı Sərəncamı, həmin Sərəncam əsasında bağlanmış 25 iyun 2010-cu il tarixli 918 nömrəli İcarə Müqaviləsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X8 və X17 arasında bağlanılmış 30 iyun 2010-cu il tarixli 2658 nömrəli “Özəlləşdirilmiş müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin “alqı-satqı” Müqaviləsi” mülkiyyətçi İddiaçı məxsus Sumqayıt şəhəri, 9- cu Mikrorayon “Şərq bazarı” ərazisində yerləşən sahəsi 9,52 kv/m olan 26 saylı mağazanın yerləşdiyi torpaq sahəsinə aid hissədə qismən etibarsız hesab edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2-1(118)-1614/2025 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçılar İddiaçı və X20 cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, “Şərq bazarı” ərazisində yerləşən sahəsi 9,52 kv/m olan 26 saylı mağazanın və həmin ərazidə mülkiyyətçi X14 məxsus sahəsi 9,52 kv/m olan 27 saylı mağazanın yerləşdiyi torpaq sahəsinin X5 və X9 icarəsinə verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 25 iyun 2010-cu il tarixli 149 saylı Sərəncamı, həmin Sərəncam əsasında bağlanmış 25 iyun 2010-cu il tarixli 918 nömrəli İcarə Müqaviləsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X5 və X17 arasında bağlanılmış 30 iyun 2010-cu il tarixli 2658 nömrəli “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” Müqaviləsinin mübahisələndirilən hissədə qismən etibarsız hesab edilməsi, həmin hüquqmüəyyənedici sənədlər əsasında X5 və X9 adına verilmiş seriya MA0197157 nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın və xx.xx.2010-cu il tarixli Texniki Pasportun qismən, İddiaçı və X14 məxsus hər birinin sahəsi 9,52 kv/m olan 26 və 27 saylı mağazaların yerləşdiyi torpaq sahəsi hissəsində qismən ləğv edilməsi və həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində onların adına qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-1276/2024 saylı Qərardadı ilə iddiaçılar X11 və İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, “Şərq bazarı” ərazisində yerləşən sahəsi 9,52 kv/m olan 26 saylı mağazanın və həmin ərazidə mülkiyyətçi X14 məxsus sahəsi 9,52 kv/m olan 27 saylı mağazanın yerləşdiyi torpaq sahəsinin X5 və X9 icarəsinə verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 25 iyun 2010-cu il tarixli 149 saylı Sərəncamı, həmin Sərəncam əsasında bağlanmış 25 iyun 2010-cu il tarixli 918 nömrəli İcarə Müqaviləsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X5 və X17 arasında bağlanılmış 30 iyun 2010-cu il tarixli 2658 nömrəli “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” Müqaviləsinin mübahisələndirilən hissədə qismən etibarsız hesab edilməsi, həmin hüquqmüəyyənedici sənədlər əsasında X5 və X9 adına verilmiş seriya MA0197157 nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın və xx.xx.2010-cu il tarixli Texniki Pasportun qismən, İddiaçı və X14 məxsus hər birinin sahəsi 9,52 kv/m olan 26 və 27 saylı mağazaların yerləşdiyi torpaq sahəsi hissəsində qismən ləğv edilməsi və həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı və X11 adına qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə 2-1(118)-1276/2024 saylı inzibati işdən İddiaçı tələbinin ayrıca icraata ayrılması və həmin işə yeni nömrə verilərək baxılması qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən (keçmiş “Şərq bazarı”) ərazisində ticarət mərkəzindəki 28 nömrəli mağaza və mağazaya bitişik sahəsi 120 kv/m olan anbar iddiaçının mülkiyyətində olmuşdur. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 16 noyabr 1994-cü il tarixli 933-№li Sərəncamına əsasən Sahibkarlığın formalaşdırılması və müasir ticarət obyektlərinin inşası məqsədi ilə “Şərq” bazarının istifadəsində olan sahədə açıq bazarın və ticarət cərgələrinin tikilməsinə icazə verilmişdir. Sərəncama əsasən inşa ediləcək ticarət cərgələrinin tikintisinin maliyyələşdirilməsi fiziki və hüquqi şəxslərin ortaqlığı əsasında onların pul vəsaitləri hesabına həyata keçirilməli idi. Qeyd edilən Sərəncama uyğun olaraq Sumqayıt şəhəri 9-cu Mikrorayon ərazisində yerləşən “Şərq bazarı” ərazisində şəxsi vəsaiti hesabına inşa edilmiş ticarət sahəsi 9,52 kv.m olan 26 saylı mağaza İddiaçı mülkiyyətində olmuşdur. Həmin mağazanın İddiaçı mülkiyyətində olması Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Sumqayıt şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 48 nömrəli Qeydiyyat Vəsiqəsi ilə təsdiq olunur. Qeydiyyat vəsiqəsinə əsasən Sumqayıt şəhərində “Şərq” icarə bazarı cərgəsində 26 saylı mağaza İddiaçı adına mülkiyyət hüququ əsasında 19 nömrəli reyestr kitabında 48 nömrəli invertar işi kimi qeydə alınmışdır. Həmçinin “Şərq” İcarə bazarı cərgəsində İddiaçı mülkiyyətində olan 26 saylı mağazaya dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən 18 noyabr 1997-cı ildə tərtib edilmiş Texniki Pasport mövcuddur. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 16 noyabr 1994-cü il tarixli 933 nömrəli Sərəncamına əsasən “Şərq” İcarə bazarı cərgəsində sahəsi 9,52 kv/m olan 27 saylı mağaza şəxsi vəsaiti hesabına X20 tərəfindən inşa edilmişdir. Həmin mağazanın X11 mülkiyyətində olması Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfat Komitəsinin Sumqayıt Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli 98 nömrəli Qeydiyyat vəsiqəsi ilə təsdiq olunur. Qeydiyyat vəsiqəsinə əsasən Sumqayıt şəhərində 9-cu Mikrorayon “Şərq” icarə bazarında yerləşən 27 nömrəli qeyri-yaşayış binası (mağaza) X11 adına xx.xx.1998-ci il tarixdə mülkiyyət hüququ əsasında 19 nömrəli reyestr kitabında 98 invertar nömrəsi ilə qeydə alınmışdır. Həmçinin “Şərq” İcarə bazarı cərgəsində X11 mülkiyyətində olan 27 saylı mağazaya dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında MənzilKommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən tərtib edilərək verilmiş qeyri-yaşayış binasının Texniki Pasportu mövcuddur. Qeyd edilməsi zəruridir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini cənab Sahib Quliyevin imzası ilə 26 saylı mağazanın mülkiyyətçisi kimi İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli 617 nömrəli zəmanət məktubunda göstərilir ki, Sumqayıt şəhərinin baş planına, memaılıq və şəhərsalma prinsiplərinə, inşaat normalarına riayət edilməsi, şəhərsalmanın nizamlı inkşafının təmin edilməsi məqsədi ilə şəhərdə aparılan bərpa, yenidənqurma və abadlıq işlərinin davamı olaraq 9-cu mikrorayon ərazisində yerləşən Şərq bazarı Ticarət Mərkəzinin və həmin əraziyə bitişik 66 ticarət obyektinin yerində müasir memarlıq tələblərinə cavab verəcək yeni ticarət mərkəzinin tikintisi layihələndirilir. İnşa olunacaq yeni ticarət mərkəzində hazırda mülkiyyətinizdə olan 9 kv/m ticarət sahəsinin əvəzinə Sizin mülkiyyətinizə 18kv/m təmirsiz ticarət sahəsi veriləcəkdir. Qeyd olunanlara əsasən qısa müddət ərzində mağazanı boşaldaraq tikinti işlərinin başlanmasına şərait yaratmağınız xahiş olunur. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini cənab Sahib Quliyevin imzası ilə 27 saylı mağazanın mülkiyyətçisi kimi X26 iş qızma ünvanlanmış xx.xx.2017-ci il tarixli 616 nömrəli zəmanət məktubunda da, yuxarıda qeyd edilən hallar göstərilməklə ona da, mülkiyyətində olan 9 kv/m ticarət sahəsinin əvəzinə mülkiyyətinə 18 kv/m təmirsiz ticarət sahəsi veriləcəyi göstərilmişdir. Sonradan iddiaçılara məlum olmuşdur ki, mülkiyyətlərində olan mağazanın yerləşdiyi torpaq sahəsi əsassız olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ilkin olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 25 iyun 2010-cu il tarixli Sərəncamına əsasən bağlanılmış 25 iyun 2010cu il tarixli 918 nömrəli İcarə Müqaviləsi ilə X5 və X9 icarəsinə verilmiş, qısa müddət sonra isə həmin şəxslərlə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanılmış 30 iyun 2010-cu il tarixli 2658 nömrəli “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən onlara satılmışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçılara məxsus qeyri-yaşayış sahələrinin, mağazaların yerləşdiyi torpaq sahəsinin ilkin olaraq icarə müqaviləsi əsasında X5 və X9 icarəsinə verilməsi, beş gündən sonra isə, alqısatqı müqaviləsi əsasında onlara satılması mülki qanunvericiliyin tələblərinə zidd olduğundan həmin torpaq sahələrinin X8 və X9 icarəsinə verilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsi Sədrinin xx.xx.2010-cu il tarixli 149 saylı Sərəncamı, həmin Sərəncam əsasmda bağlanılmış xx.xx.2010-cu il tarixli “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısına dair 2658 nömrəli müqavilə qismən, yəni iddiaçılara məxsus mağazaların yerləşdiyi torpaq sahələri hissəsində etibarsız hesab edilməli, torpaq sahəsi ilə bağlı X8 və X9 adına verilmiş Çıxarış və 10 iyun 2010-cu il tarixli Texniki Pasport həmin hissədə qismən ləğv edilməlidir. Mübahisənin məhkəmədən kənar həll edilməsi üçün müvafiq sənədlər, mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin, qeyri-yaşayış sahəsinin Texniki Pasportunun surətləri, həmçinin Sumqayıt şəhər İHB Aparatının xx.xx.2017-ci il tarixli 616 və 617 nömrəli məktubların surəti əlavə edilməklə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə iddiaçılar tərəfindən ayrıayrılıqda, yəni İddiaçı və X20 tərəfindən xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət edilərək qanunvericiliyin tələblərinin pozulması ilə verilmiş Sərəncamın, həmin Sərəncam əsasında bağlanılmış icarə müqaviləsinin və alqı-satqı müqaviləsinin qismən, yəni iddiaçılara məxsus 26 və 27 saylı mağazaların yerləşdiyi torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi və Sumqayıt şəhəri 9-cu Mikrorayon(təzə) ərazisində yerləşən torpaq sahəsi ilə bağlı X8 və X9 adına verilmiş Seriya MA ******* nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışın və xx.xx.2010-cu il tarixli Texniki Pasportun qismən, həmin mağazaların yerləşdiyi torpaq sahəsi hissəsində ləğv edilməsi xahiş edilmişdir. İddiaçılar həmin müraciətlərdə həmçinin eyni mahiyyətli mübahisə üzrə digər sahibkarların iddia tələbləri ilə bağlı Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(85)-1191/2011 nömrəli qərarının icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2010-cu il tarixli 2658 nömrəli “özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinin qismən ləğv edilməsi haqqında” 18 fevral 2013-cü il tarixli 47 nömrəli Sərəncamı ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) ərazsində yerləşən torpaq sahəsinin X7 və X1 barədə 30 iyun 2010- cu il tarixli, 2658 nömrəli “özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinin, xx.xx.2010-cu il tarixli, MA ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışın və ona əlavə edilmiş Texniki Pasportun qismən (X15 və qərarda göstərilmiş qeyrilərinə məxsus əmlaklara münasibətdə) ləğv edilməsi barədə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(85)-1191/2011 -in nömrəli qərarının nəzərə alındığı göstərilmişdir. Eyni zamanda qeyd edilən Sərəncamla Dövlət torpaqlarının idarə edilməsi \ə özəlləşdirilməsinin təşkili şöbəsinə, Hüquq şöbəsinə və Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə bu sərəncamdan irəli gələn məsələləri həll edilməsi həvalə edilmişdir. Ancaq iddiaçıların mülkiyyətində olan mağazaların yerləşdiyi torpaq sahəsi ilə bağlı məsələ məhkəmədən kənar öz həllini tapmamışdır və iddiaçıların müraciətinə bu günə qədər cavab verilməmişdir. İddiaçı cavabdehə ünvanladığı müraciətinin poçt vasitəsi ilə ünvana xx.xx.2023-cü ildə, həmçinin iddiaçı X11 müraciətinin poçt vasitəsi ilə cavabdehin ünvanına xx.xx.2023-cü ildə çatdırılması poçt bildirişləri ilə təsdiq olunur. Cavabdeh iddia ərizəsinə etirazında qeyd edir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən əmlak kompleksinin istifadəsində olan 10889.6 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə 25 iyun 2010-cu il tarixli, 194 nömrəli sərəncam qəbul edilmiş və Komitə ilə bağlanmış xx.xx.2010-cu il tarixli, 918 nömrəli icarə müqaviləsinə əsasən həmin sahə X5 və X9 icarəsinə verilmişdir.Daha sonra X5 və X9 müraciəti əsasında Komitənin 30 iyun 2010-cu il tarixli, 200 nömrəli sərəncamı ilə qeyd olunan torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə bağlanmış xx.xx.2010-cu il tarixli, 2658 nömrəli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi X8 və X17 tərəfindən özəlləşdirilmişdir. Torpaq Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsinə əsasən dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 11-ci bəndinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 9.2-ci bəndinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsini satın alınması üçün həmin sahənin üstündə yerləşən müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Yuxarıda qeyd edilən qanunvericilik aktlarından göründüyü kimi, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələri həmin sahələrdə yerləşən müəssisə və obyektin mülkiyyətçisinə satıla bilər. Belə ki, təqdim olunmuş sənədlər əsasında mübahisə predmeti olan 10889.6 kv.m torpaq sahəsi üzərində yerləşən əmlak kompleksi (Şərq bazarı) X5 və X9 mülkiyyətində olduğu müəyyən olunduğundan, həmin sahə Komitə tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun qəbul edilmiş qərar əsasında əvvəlcə icarəyə, daha sonra tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında Rəşid Babayevin və Afət Həsənovanın mülkiyyətinə verilmişdir. Bildiririk ki, iddiaçıların hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçılara ünvanlanmış 616 və 617 nömrəli, xx.xx.2017-ci il tarixli məktublardan görünür ki, “Şərq bazarı” Ticarət Mərkəzinin və həmin əraziyə bitişik 66 ticarət obyektinin yerində müasir memarlıq tələblərinə cavab verəcək yeni ticarət mərkəzinin tikintisi ilə əlaqədar qısa müddət ərzində mağazaların boşaldılaraq tikinti işlərinin başlanmasına şərait yaradılması xahiş olunmuşdur. Bununla əlaqədar bildirirlər ki, iddiaçılara məxsus qeyri-yaşayış obyektləri 2017-ci ildə sökülmüşdür və hazırda mübahisə predmeti olan torpaq sahəsində iddiaçılara məxsus hər hansı tikili mövcud deyil. Əlavə olaraq bildirirlərki, iddiaçılar mübahisələndirilən dövlət mülkiyyətində olan torpaq sahəsinin onların istifadəsində olduğunu qeyd etsələr də, onlar tərəfindən torpaq sahəsinin onlarının istifadəsinə ayrılmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd iş materiallarına əlavə edilməmişdir. Mülki Məcəllənin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyən edilmiş qaydada verilir. Beləliklə, mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçıların adına qeydə alınmış hər hansı hüquq mövcud olmadığından, onlar hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Eyni zamanda iddiaçılar iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, məhkəməyə təqdim olunmuş analoji iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2011-ci il tarixli qərarı ilə müəyyən olunur ki, iddiaçılar ən azından qeyd olunan tarixdən mübahisələndirilən torpaq sahəsinin özəlləşdirilməsindən məlumatlı olmuşlar. Bundan əlavə iddiaçılara ünvanlanmış Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2017-ci il tarixli məktublarla təsdiq olunur ki, iddiaçılar yalnız mübahisələndirilən torpaq sahəsində yerləşən tikililər üzərində mülkiyyət hüququna malik olmuşlar və yuxarıda qeyd olunduğu kimi, iddiaçılar tərəfindən onların mülkiyyətində olmuş ticarət sahələri 2017-ci ildə boşaldılaraq sökülmüşdür. Göründüyü kimi, iddiaçılar uzun müddət ərzində mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüquqlara malik olmadıqlarından və həmin torpaq sahəsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hazırda mübahisələndirilən sərəncamın qəbul edilməsindən və torpaq sahəsinin özəlləşdirilməsindən məlumatlı olsalar da, əsasız olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşlər. Beləliklə iddiaçılar inzibati aktın mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişlər. Yuxarıda şərh edilənlərdən göründüyü kimi, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Üçüncü şəxslər iddia ərizəsinə etirazında qeyd edir ki, iş üzrə iddiaçıların tələbi, yəni iddianın predmeti -Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən özəlləşdirilmiş müəssisə və obyekt kimi “Şərq bazarı”na məxsus əmlak kompleksinin yerləşdiyi və üçüncü şəxslər X8 ilə X2 torpaq sahəsidir. İddiaçılar İddiaçı ilə X20 isə heç bir vaxt “Şərq bazarı”nda işləməmiş və onların özəlləşdirilmiş həmin obyektə heç bir aidiyyətləri yoxdur. İddia ərizəsində istinad edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 16 noyabr 1994-cü il tarixli 933 №-li sərəncamına gəldikdə isə, həmin Sərəncamla qərara alınmışdır ki, “Şərq” bazarının istifadəsində olan sahədə açıq bazarın və ticarət cərgələrinin tikilməsinə icazə verilsin və inşa ediləcək ticarət cərgələrinin tikintisinin maliyyələşdirilməsi fiziki və hüquqi şəxslərin ortaqlığı əsasında onların qabaqcadan köçürəcəkləri pul vəsaitinin hesabına həyata keçirilsin. Sərəncamla “Şərq” bazarının rəhbərliyinə tapşırılmışdır ki, ticarət cərgələrində yer almaq üçün müraciət edən fiziki və hüquqi şəxslərlə qanunda nəzərdə tutulmuş qaydada müqavilə bağlasın, tikintinin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün müvafiq tədbirlər görsün. 8. Sərəncamın məzmunundan göründüyü kimi, həmin sərəncam konkret olaraq “Şərq” icarə bazarı üçün verilmiş, orada başqa heç bir fiziki və ya hüquqi şəxsin, eləcə də hazırkı iş üzrə iddiaçılar İddiaçı ilə X11 adları göstərilməmişdir. Sərəncama əsasən ticarət cərgələrində yer almaq istəyən şəxslər “Şərq” bazarının rəhbərliyinə müraciət edib müvafiq müqavilə bağlamalı idilər. 9. İddiaçılar İddiaçı ilə X20 da bununla əlaqədar “Şərq bazarı”na ərizə ilə müraciət etməmiş və müqavilə də bağlamamışlar. 10. Tikinti işləri də sifarişçi - Sumqayıt şəhər “Şərq” bazarı ilə, icraçı - tikinti-quraşdırma işləri ilə məşğul olan Sumqayıt şəhər “XAMBOZ” KM arasında “Şərq” bazarının ətrafında ticarət cərgələrinin tikilməsi barədə 26 iyul 1994-cü il tarixdə bağlanmış müqavilə əsasında aparılaraq, “XAMBOZ” KM tərəfindən 1995-ci ildə tikinti işləri başa çatdırılmış və hər biri 9 kv.m olmaqla 66 mağaza tikilmiş və dəyəri də “Şərq” bazarı tərəfindən ödənilmişdir. Həmin dövrün qiymətləri ilə hər bir mağaza ******* (1 mln.), indiki məzənnə ilə 200 manata başa gəlmişdir. Ticarət cərgələrində tikilmiş həmin mağazalar, bazar rəhbərliyinə ərizə ilə müraciət etmiş, “Şərq” icarə bazarı kollektivinin üzvləri olmayan kənar fiziki və hüquqi şəxslərin istifadəsinə verilmiş, 17 iyul 1996-cı il tarixdə də “Şərq” icarə bazarı idarə heyəti üzvlərinin həmin şəxslərlə birlikdə yığıncağı keçirilmiş və yeni tikilmiş mağazaların gələcəkdə işlədilməsi qaydası müzakirə olunmuşdur. Həmin yığıncaqda Sumqayıt şəhər İcra Hakimiyyətinin 16 noyabr 1994-cü il tarixli 933 №-li sərəncamına əsasən Sumqayıt şəhər “Şərq” icarə bazarına məxsus torpaq sahəsində tikilən mağazaların fəaliyyət göstərməsi üçün ilkin sənədlərin aidiyyəti təşkilatlarla razılaşdırılması və istismara verilməsi üçün qəbul aktının tərtib olunması; ticarət cərgələrini işlədən sahibkarlarla icarə müqavilələrinin bağlanması; həmin şəxslərin adına texniki pasport alınması üçün Sumqayıt şəhər Texniki İnventarlaşdırma bürosuna protokoldan çıxarış təqdim olunması və s. olmaqla 11 məsələ müzakirə olunaraq qərar qəbul edilmişdir. Bundan sonra Sumqayıt şəhər “Şərq” icarə bazarı özəlləşdirməyə çıxarılmış və bununla əlaqədar Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyinin Sumqayıt şəhər Texniki İnventarlaşdırma bürosu tərəfindən 07 noyabr 1996-cı il tarixdə “Şərq” icarə bazarının texniki pasportu tərtib olunmuş və həmin texniki pasportda da Sumqayıt şəhər İcra Hakimiyyətinin 16 noyabr 1994-cü il tarixli 933 №-li sərəncamına əsasən tikilmiş ticarət cərgələri “Şərq” bazarına məxsus tikili kimi qeydə alınmışdır. 14. 1997-ci ilin yanvar ayında da “Şərq” bazarı özəlləşdirilərək onun “A” və “B” korpuslarının əmlakı X8 və icarə kollektivinin digər üzvlərinə satılmış, bu barədə Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1997-ci il tarixli 000934 №-li Şəhadətnamə verilərək həmin əmlak üzərində, onu özəlləşdirmiş şəxslərin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 15. Sonra da həmin şəxslər tərəfindən 27 yanvar 1997-ci il tarixdə, özəlləşdirdikləri Sumqayıt şəhər “Şərq” bazarının “A” və “B” korpuslarının əmlakında ifadə olunan paylarını birləşdirərək onun hüquqi varisi kimi, "xxxx" Şirkəti - Ticarət Mərkəzi təsis edilmiş və Nizamnaməsi qeydə alınaraq xüsusi mülkiyyət formasında olan şərikli müəssisə kimi 32764 №-li Şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. (VÖEN **********) 16. Daha sonra "xxxx" Şirkəti - Ticarət Mərkəzi təsisçilərinin “Şərq” bazarında yerləşən əmlak kompleksindəki mülkiyyət payları X8 ilə X18 tərəfindən satın alınmış və həmin əmlak üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il tarixli MH seriyalı ******* №-li Çıxarışla qeydiyyata alınaraq, təsisçilərin xx.xx.2007-ci il tarixli qərarı ilə X18 müəssisənin təsisçilərinin sırasına qəbul olunmuş və 15 noyabr 2007-ci ildə Ədliyyə Nazirliyin Hüquqi Şəxslərin Qeydiyyatı üzrə Sumqayıt bölgə şöbəsində, təsisçilərin sayında dəyişiklik edilərək nizamnamə kapitalında təsisçilər R.M. Babayev və A.S.Həsənovanın əmlak payları bərabər, hər birinin payı 50 % olmaqla qeydiyyata alınmışdır. 17. R.M.Babayev və A.S.Həsənovaya məxsus "xxxx" Şirkəti Ticarət Mərkəzinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar DƏDRX tərəfindən həmin müəssisəyə dair yeni, xx.xx.2010-cu il tarixli inventar №-si 12245 olan Daşınmaz Əmlakın Texniki Pasportu tərtib olunmuş, həmin Texniki pasportda da, Sumqayıt şəhər İcra Hakimiyyətinin 16 noyabr 1994-cü il tarixli 933 №-li sərəncamına əsasən tikilmiş ticarət cərgələrinin yerləşdiyi torpaq sahəsi, özəlləşməyə çıxarılan vaxtilə “Şərq” icarə bazarının, sonra da "xxxx" Şirkəti Ticarət Mərkəzinin istifadəsindəki 1,08896 ha torpaq sahəsinə aid edilmişdir. 18. ƏMDK ilə X18 və X8 arasında bağlanmış özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2010-cu il tarixli 2658 №-li müqavilə əsasında, qeyd olunan 10889,6 kv.m torpaq sahəsi, qanunvericiliyə uyğun qaydada həmin şəxslərə satılmış və Daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı 197157 №-li Çıxarışla ümumi birgə mülkiyyət kimi qeydiyyata alınmışdır. 19. Sumqayıt şəhər İcra Hakimiyyətinin 16 noyabr 1994-cü il tarixli 933 №-li sərəncamına əsasən "xxxx" Şirkəti Ticarət Mərkəzinin qanuni istifadəsində olan torpaq sahəsində tikilən ticarət cərgələrində yeni tikilmiş mağazaları işlədən şəxslərin bir hissəsi isə, 17 iyul 1996-cı il tarixdə “Şərq” icarə bazarı idarə heyəti üzvlərinin iştirakı ilə keçirdikləri yığıncaqdan sonra həmin yığıncağın protokolundan çıxarış və Sumqayıt şəhər İcra Hakimiyyətinin 16 noyabr 1994-cü il tarixli 933 №-li sərəncamının surətini almış, sonra da özlərinin iştirakı ilə keçirilmiş yığıncağın qərarlarına məhəl qoymayaraq əməl etməmiş, heç bir qanuni əsas olmadan “Şərq” bazarı ilə müqavilə bağlamaqdan imtina edərək münasibətləri tam kəsmiş, icarə haqqı da ödəməmişlər. 20. Əksinə, həmin şəxslərdən X21 və qeyriləri - 41 nəfər şəxs 2011-ci ilin may ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt İnzibati- İqtisadi məhkəməsinin 05 avqust 2011-ci il tarixli İş 2(85)-1191/2011-in №-li qərarı ilə onların iddia tələbi təmin olunaraq Sumqayıt şəhəri 9-cu mikrorayon ünvanında yerləşən həmin mağazaların yerləşdiyi torpaq sahəsinin X5 və X10 icarəsinə verilməsi barədə ƏMDK sədrinin 25 iyun 2010-cu il tarixli 149 saylı Sərəncamının, həmin sərəncam əsasında bağlanmış 25 iyun 2010-cu il tarixli 918 nömrəli icarə müqaviləsi və ƏMDK ilə X8 və X18 arasında bağlanmış 30 iyun 2010-cu il tarixli 2658 nömrəli “özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” müqaviləsinin qismən, yəni iddiaçılara məxsus mağazaların yerləşdiyi torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi və Sumqayıt şəhəri, 9-cu mikrorayon (tezə) ərazisində yerləşən torpaq sahəsi ilə bağlı, Seriya MA, ******* nömrəli, X5 və X10 adına verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın və 10 iyun 2010-cu il tarixli texniki pasportun qismən, iddiaçılara məxsus mağazaların yerləşdiyi torpaq sahəsi hissəsində ləğv edilməsi qərara alınmışdır. Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin həmin qərarı, yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanmış və qanuni qüvvəyə mindikdən sonra qanunvericiliyin tələbinə uyğun olaraq icra olunması üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilmişdir. 22. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən də Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 05 avqust 2011-ci il tarixli İş 2(85)-1191/2011-in №-li qərarının icrası ilə əlaqədar 18 fevral 2013- cü il tarixli 47 №-li sərəncam verilmiş və sərəncamdan irəli gələn məsələlərin həll edilməsi Dövlət Torpaqlarının idarə edilməsi və özəlləşdirilməsinin təşkili şöbəsi, Hüquq şöbəsi və komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə tapşırılmışdır. 23. Lakin həmin sərəncamla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Torpaqlarının idarə edilməsi və özəlləşdirilməsinin təşkili şöbəsi, eləcə də Hüquq şöbəsi tərəfindən heç bir hərəkət edilməmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən də "xxxx" Şirkətinin Ticarət Mərkəzi və onun təsisçiləri X5 ilə X10 mülkiyyətlərinə qanunsuz qəsd olunmalarına cəhd edilmişdir. 24. Belə ki, 16 mart 2013-cü il tarixdə "xxxx" Şirkətinin Ticarət Mərkəzinə DƏDRX Sumqayıt Ərazi İdarəsindən daxil olmuş 13 mart 2013-cü il tarixli **********82 №-li məktubundan görünür ki, Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 2(85)-1191/2011 nömrəli iş üzrə qəbul etdiyi 05 avqust 2011- ci tarixli qərarı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən icra olunaraq X18 ilə ümumi birgə mülkiyyətimizdə olan 10889,6 kv.m-dən ibarət olan torpaq sahəsinin 2491,6 kv.m-dən ibarət olan hissəsi üzərində mülkiyyət hüququmuzun qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində ləğv edilmiş və müvafiq olaraq hüququmuzu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli 21 avqust 2010- cu il qeydiyyat tarixli çıxarış qismən etibarsız hesab olunmuşdur. 25. Ona görə də tərəfimizdən bu barədə məhkəmədə iddia qaldırılmış və Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 07 noyabr 2013-cü il tarixli 2-1(85)- 485/2013 №li qərarı ilə "xxxx" Şirkəti Ticarət Mərkəzinin təsisçiləri X8 və X10 iddia tələbi qismən təmin olunaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı (Sumqayıt) Ərazi İdarəsinin, Sumqayıt İnzibati- İqtisadi məhkəməsinin 2(85)-1191/2011 nömrəli iş üzrə qəbul etdiyi 05 avqust 2011-ci il tarixli qərarının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı (Sumqayıt) Ərazi İdarəsi tərəfindən icra olunaraq X18 və X5 ümumi birgə mülkiyyətində olan 10889,6 kv.metrdən ibarət olan torpaq sahəsinin 2491,6 kv.metrdən ibarət olan hissəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatının daşınmaz əmlakın dövlət reyestrində ləğv edilməsi və müvafiq olaraq hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli 21 avqust 2010-cu il qeydiyyat tarixli çıxarışın qismən etibarsız hesab olunması barədə 13 mart 2013-cü il tarixli **********82 nömrəli məktub formasında olan sərəncamı ləğv edilmiş; və həmçinin - Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 05 avqust 2011-ci il tarixli 2(85)-1191/2011 №-li qərarının, Azərbaycan Respublikasının bu sahədə olan qanunvericiliyinin tələblərinə əsasən həmin qərara tam uyğun icra olunması öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmış; - İddia qalan hissədə, yəni Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 05 avqust 2011-ci tarixli 2(85)-1191/2011-in №-li qərarına zidd olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin “30 iyun 2010-cu il tarixli, 2658 nömrəli “özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” müqaviləsinin qismən ləğv edilməsi haqqında” 18 fevral 2013-cü il tarixli 47 №-li sərəncamının ləğv olunması hissəsində rədd edilmişdir. 26. Cavabdeh - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin həmin qərardan verdiyi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati- İqtisadi Kollegiyasının 11 noyabr 2014cü il tarixli İş 2-2(105)-212/2014 №-li qərarı ilə qismən təmin edilmiş və Sumqayıt İnzibatiİqtisadi məhkəməsinin bu iş üzrə 07 noyabr 2013-cü il tarixli qərarı, iddianın məhkəmə qərarının icra olunması öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulması hissəsində ləğv olunaraq X5 və X10 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 05 avqust 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının bu sahədə olan qanunvericiliyiynin tələblərinə əsasən tam icra olunması vəzifəsinin onun üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. 27. Həmin işə apellyasiya məhkəməsində baxılarkən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı (Sumqayıt) Ərazi İdarəsinin 13 mart 2013-cü il tarixli **********82 nömrəli məktub formasında olan sərəncamının ləğv olunması, Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 05 avqust 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının bu sahədə olan qanunvericiliyinin tələblərinə əsasən həmin qərara tam uyğun icra olunması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddianın təmin olunması, habelə Əmlak Məsələləri Dövlət Komitəsinin 18 fevral 2013-cü il tarixli 47 nömrəli sərəncamının ləğv edilməsi barədə iddianın təmin olunmaması hissələrində qərardan apellyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası hesab etmişdir ki. bu hissələrdə qərar apellyasiya baxışının predmeti ola bilməz. Və ona görə də apellyasiya məhkəməsi tərəfindən bu barədə heç bir qərar qəbul edilməmişdir. 28. Cavabdehlər ƏMDK və onun yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı (Sumqayıt) Ərazi İdarəsi apellyasiya məhkəməsinin həmin qərarından kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 11 noyabr 2014-cü il tarixli İş 2-2(105)-212/2014 №-li qərarının ləğv edilməsini və işin baxılması üçün yenidən həmin məhkəməyə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmələrinə baxmayaraq, sonradan hər iki cavabdeh kassasiya şikayətlərini geri götürmüş və Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 05 may 2015-ci il tarixli İş 2-1(102)-546/15 №-li qərarı ilə cavabdehlərin kassasiya şikayətlərindən imtina etmələri barədə ərizələri qəbul olunaraq Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)212/2014 saylı inzibati iş üzrə kassasiya icraatına xitam verilmiş, apellyasiya məhkəməsinin qeyd olunan qərarı da qanuni qüvvəyə minmişdir. 29. Əmlak Məsələləri Dövlət Komitəsinin 18 fevral 2013-cü il tarixli 47 №-li sərəncamının icrası ilə əlaqədar həmin X6 idarə edilməsi və özəlləşdirilməsinin təşkili şöbəsi, eləcə də Hüquq şöbəsi tərəfindən heç bir hərəkət edilmədiyinə görə "xxxx" Şirkətinin Ticarət Mərkəzinin rəhbəri X8 tərəfindən Komitə rəhbərliyinə yazılmış şikayətlə əlaqədar Komitə sədrinin 26 fevral 2015-ci il tarixli 41 №-li əmri ilə müvafiq komissiya yaradılmışdır. 30. Həmin Komissiya üzvləri tərəfindən tərtib edilmiş 20 aprel 2015-ci il tarixli Aktdan da görünür ki, araşdırma zamanı mübahisə tərəflərinə mövcud sənədlərin Komissiyaya təqdim edilməsi təklif olunsa da, özəlləşdirilmiş 10889,6 kv.m torpaq sahəsində yerləşən 44 ədəd mağaza sahiblərinin adlarına torpaqayırma sənədləri Komissiyaya təqdim edilməmişdir və Komissiya hesab edir ki, tərəflər arasındakı mübahisə, Sumqayıt Apellyasiya Məhkəməsinin 11 noyabr 2014-cü il tarixli İş 2-2(105)212/2014 №-li qərarında nəzərdə tutulmuş qaydada həll olunmalıdır. 31. Ona görə də Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 05 avqust 2011-ci il tarixli İş 2(85)-1191/2011-in №-li qərarı hazırkı iş üzrə iddiaçıların iddialarının təmin olunması üçün əsas və ya sübut növü kimi qəbul edilə bilməz. 32. İddia ərizəsinin əvvəlində “Sumqayıt şəhəri 9-cu Mikrorayon ərazisində yerləşən (keçmiş “Şərq bazarı”) ərazisində ticarət mərkəzindəki 28 nömrəli mağaza və mağazaya bitişik sahəsi 120 kv/m olan anbar mənim mülkiyyətimdə olmuşdur” sözləri qeyd olunmasına baxmayaraq həmin 28 nömrəli mağaza və mağazaya bitişik sahəsi 120 kv/m olan anbar iş üzrə iddia tələbinin predmeti deyildir. 33. İddia ərizəsində iddia tələbinin predmeti - sahəsi 9,52 kv.m olan 26 saylı və sahəsi 9,52 kv.m olan 27 saylı mağazaların müvafiq olaraq iddiaçılar İddiaçı və X11 vəsaitləri hesabına inşa edilmələri, eləcə də onların mülkiyyətində olmaları göstərilməsinə baxmayaraq, həmin mağazaların onların tərəfindən və ya onların vəsaitləri hesabına inşa olunmalarını təsdiq edəcək heç bir sənəd yoxdur və iddia ərizəsinə də əlavə edilməmişdir. 34. İddia ərizəsində qeyd edilən, həmin mağazaların iddiaçıların mülkiyyətində olmaları göstərilən Qeydiyyat vəsiqələri və texniki pasportlarına gəldikdə isə İddiaçı adına Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilməsi barədə 48 №-li Qeydiyyat vəsiqəsinin tərtib olunması və qeydiyyat tarixləri göstərilmir, eləcə də İdarənin rəisi ilə Qeydiyyat üçün məsul şəxslərin imzaları yoxdur. 35. X11 adına Mənzil-Kommunal Təsərrüfatı Komitəsi DTİ və MHQİ tərəfindən verilməsi barədə 98 №-li Qeydiyyat vəsiqəsinin də xx.xx.1998-ci il tarixdə tərtib olunması və qeydiyyata alınması göstərilir. 36. Həmin Qeydiyyat vəsiqələrinə əlavə olumnmuş Texniki pasportlarda da onların verilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin 933 saylı xx.xx.1994-cü il tarixli Sərəncamı və “Şərq” icarə bazarı idarə heyətinin xx.xx.1996-cı il tarixli protokolunun əsas götürülməsi göstərilir. 37. Halbu ki, yuxarıda qeyd olunduğu kimi həmin Sərəncam konkret olaraq “Şərq” icarə bazarı üçün verilmiş, orada başqa heç bir fiziki və ya hüquqi şəxsin, eləcə də hazırkı iş üzrə iddiaçılar İddiaçı ilə X11 adları göstərilməmişdir. Sərəncama əsasən ticarət cərgələrində yer almaq istəyən şəxslər “Şərq” bazarının rəhbərliyinə müraciət edib müvafiq müqavilə bağlamalı idilər. 38. İddiaçı ilə X20 isə bu barədə “Şərq” bazarının rəhbərliyinə müraciət edib müvafiq müqavilə bağlamamışlar. 39. Bundan başqa Mənzil- Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyinin xx.xx.1996-cı il tarixli 43 №-li əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qeyri-yaşayış fonduna məxsus olan özəl bina, tikili və qurğuların (onların hissələrinin) hüquqi əsasda uçot sənədləri formaları ilə dövlət uçotunun aparılmasına dair” Təlimatına əsasən özəl mülkiyyətin dövlət uçotuna vətəndaşların, qeyri dövlət müəssisələrin qanuni yolla mülkiyyətində, sərəncamında, cari idarəçiliyində olan bina, tikili və qurğular (onların hissələri) daxil edilirlər. (mad.1.1) Özbaşına tikililər qeydiyyata alınmır və onlara qeydiyyat vəsiqəsi verilmir. (mad.4.5) 40. Azərbaycan Respublikası Prezidentinin “Qeyri-dövlət hüquqi şəxslərinin və fiziki şəxslərin əmlak üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi haqqında” 23 iyun 1997-ci il tarixli Fərmanı ilə dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində qeyri-dövlət hüquqi şəxslərinin və fiziki şəxslərin əmlak üzərində xüsusi mülkiyyət hüququnu təsdiq edən “Mülkiyyət hüququ haqqında Şəhadətnamə”nin nümunəsi təsdiq olunmuş və müəyyən edilmişdir ki, həmin Şəhadətnamə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən qeyridövlət hüquqi şəxslərinə və fiziki şəxslərə onların müvafiq əmlak üzərində xüsusi mülkiyyət hüququnu təsdiq edən sənədlərin qanunvericiliyə uyğunluğu müəyyən edildikdən sonra verilir. 41. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 29.5-ci maddəsinin tələbinə görə özəlləşdirmə prosesində bağlanan əqdlərin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və özəlləşdirilmiş obyekt üzərində alıcının mülkiyyət hüququnun rəsmiləşdirilməsi məqsədilə dövlət əmlakının alıcılarına özəlləşdirilən müəssisə və obyektlərə, onların, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair Şəhadətnamələr verilir. 42. “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” nın 18.3-cü maddəsinə görə də özəlləşdirilən dövlət müəssisə və obyektləri, dövlət torpaqlarında, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin əmlakı, dövlət müəssisələrindən fiziki və hüquqi şəxslərə verilmiş əmlak, əmlak əsasında təsis edilən və sonradan təşkilati- hüquqi formasını dəyişən (ləğv edilən) hüquqi şəxslərin əmlakı üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi və özəlləşdirmə prosesində bağlanan əqdlərin qanunvericilikdə müəyyən edimiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada verilən Şəhadətnamələr əsasında həyata keçirilir. 43. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli fərmanın 3-cü bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması bu fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bu şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri, belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun. 44. Əsasnamənin 2-ci bəndinə görə dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə, dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur və Əsasnamənin 4-cü bəndinə görə də özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. 45. Əsasnamənin 12-ci bəndinə görə torpaq sahəsini almaq məqsədi ilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Əmlak Məsələləri Dövlət Komitəsinə, həmin bənddə göstərilən digər sənədlərlə birlikdə özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və icarəsində olmasını təsdiq edən sənədi (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi) təqdim etməlidir. 46. Əsasnamənin 13-cü maddəsinə görə də torpaq sahəsi üzərində alıcının mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi andan yaranır. 47. Təbii haldır ki, iddiaçılar İddiaçı ilə X14 məxsus olmaları iddia edilən həmin obyektlər, qanunvericiliyin tələblərinə müvafiq qaydada Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq müvafiq mülkiyyət Çıxarışları verilməmişdir. 48. Bütün bunlarla bərabər idia ərizəsinin məzmunundan da göründüyü kimi, qeyd olunan mağazalar 2017-ci ildə sökülmüş və hazırda mövcud deyillər. 49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 203-1-ci maddəsinə görə də daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 50. Mübahisə predmeti olan, yəni həmin mağazaların yerləşdiyi torpaq sahəsi də heç bir vaxt hazıkı iş üzrə iddiaçılar İddiaçı ilə X11 mülkiyyətində, icarəsində, eləcə də istifadəsində olmamış və bu faktı təsdiq edəcək heç bir sənəd də mövcud deyildir. Əksinə həmin torpaq sahəsi, vaxtilə “Şərq” bazarına ayrılmış torpaq sahəsi olmaqla, həmin obyekti özəlləşdirmiş şəxslər tərəfindən də qanunvericiliyin tələblərinə uyğun qaydada satın alınmışdır. 51. İddia ərizəsində qeyd olunan Sumqayıt şəhər İcra hakimiyyəti Başçısının müavini Sahib Quliyevin imzası ilə, Sumqayıt şəhərinin baş planına, memarlıq və şəhərsalma prinsiplərinə, inşaat normalarına riayət edilməsi, şəhərsalmanın nizamlı inkişafının təmin edilməsi məqsədi ilə şəhərdə aparılan bərpa, yenidənqurma və abadlıq işlərinin davamı olaraq 9-cu mikrorayon ərazisində yerləşən “Şərq bazarı” Ticarət Mərkəzinin və həmin əraziyə bitişik 66 ticarət obyektinin yerində müasir memarlıq tələblərinə cavab verəcək yeni ticarət mərkəzinin tikintisinin layihələndirilməsi və inşa olunacaq yeni ticarət mərkəzində həmin şəxslərə 9 kv.m əvəzinə 18 kv.m təmirsiz ticarət sahəsi veriləcəyi barədə 26 və 27 saylı mağazaların mülkiyyətçiləri kimi İddiaçı və X14 ünvanlanmış xx.xx.2017-ci il tarixli 616 və 617 №-li Zəmanət məktublarının hazırkı işə heç bir aidiyyəti yoxdur. 52. Göründüyü kimi hazırkı iş üzrə İddiaçı ilə X11 iddia tələbləri, yəni iddianın predemeti cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinin həmin şəxslərə satılmasına dair alqı-satqı müqaviləsinin qismən etibarsız sayılması barədədir və iddia etdikləri, qeyd orpaq sahəsi də heç bir vaxt hazıkı iş üzrə iddiaçılar İddiaçı ilə X11 mülkiyyətində, icarəsində, eləcə də istifadəsində olmamış və bu faktı təsdiq edəcək heç bir sənəd də mövcud deyildir. Ona görə də İddiaçı ilə X11 həmin iddia tələbi ilə məhkəmədə iddia qaldırmağa subyektiv hüquqları yoxdur və iddia ərizələrində göstərilənlər də onun təmin olunması üçün əsas götürülə bilinməz. Sumqayıt İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2-1(118)-1614/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, analoji iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2011-ci il tarixli qərarı ilə müəyyən olunur ki, iddiaçılar ən azından qeyd olunan tarixdən mübahisələndirilən torpaq sahəsinin özəlləşdirilməsindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 25 iyun 2010-cu il tarixli 149 saylı Sərəncamından məlumatlı olmuşlar. Qeyd edilən məsələ xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 ilə müzakirə edilmiş, nümayəndə iddiaçının mübahisə ilə bağlı razılığa gəldikləri səbəbindən həmin dövrdə işə qoşulmadıqlarını bildirmiş, lakin rəhbərlik dəyişilmiş, onlara heç bir ödəniş edilməmiş, aldadılmışlar. Bu səbədən iddiaçı 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürməklə 24 iyun 2024-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır. Həmçinin iddiaçı müddətin bərpasına dair ərizə verilməsi üçün yuxarıda qeyd olunan normada nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüşdür. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir, iddia mümkün sayılmamalıdır. İddiaçının vəkili və nümayəndəsi həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddia mümkün sayılaraq işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eyni məzmunda olmuşdur. əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh tərəfindən hazırda iş üzrə 3-cü şəxslər olan X7 və X12 əvvəlcə icarəyə verilmiş, sonra isə mülkiyyətlərinə satılmış torpaq sahəsi üzərində olan ticarət obyektləri dövlət müəssisə və obyektlərinə aid olmamış, ayrı-ayrı şəxslərin (66 nəfər) xüsusimülkiyyətində olmuşdur ki, həmin torpaq sahəsi də ilkin olaraq onlara təklif edilməli idi. 28 avqust 2023-cü ildən məhkəmənin icraatına qəbul olmuş iddia ərizəsi üzrə iki ilə yaxın icraatda olduqdan sonra iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmışdır. Həmin qərardadla razılaşmırlar və hesab edirlər ki, qərardad əsassızdır və ləğv edilməlidir. Belə ki, məhkəmənin iddianın mümkün sayılmaması barədə qərardadında göstərilir ki, məhkəməyə təqdim olunmuş analoji iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2011-ci il tarixli qərarı ilə müəyyən olunur ki, iddiaçılar ən azından qeyd olunan tarixdən mübahisələndirilən torpaq sahəsinin özəlləşdirilməsindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 25 iyun 2010-cu il tarixli 149 saylı Sərəncamından məlumatlı olmuşlar. Qeyd edilən məsələ xx.xx.2025-ci il tarixliməhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 ilə müzakirə edilmiş, nümayəndə iddiaçının mübahisə ilə bağlı razılığa gəldikləri səbəbindən həmin dövrdə işə qoşulmadıqlarını bildirmiş, lakin rəhbərlik dəyişilmiş, onlara heç bir ödəniş edilməmiş, aldadılmışlar. Bu səbədən iddiaçı 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürməklə 24 iyun 2024-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır. Həmçinin iddiaçı müddətin bərpasına dair ərizə verilməsi üçün yuxarıda qeyd olunan normada nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüşdür. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçının analoji iş üzrə məhkəməyə təqdim etdiyi Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2011-ci il tarixli qərarına istinadən mübahisələndirilən torpaq sahəsinin özəlləşdirilməsindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 25 iyun 2010-cu il tarixli 149 saylı Sərəncamından ən azı qeyd olunan tarixdən məlumatlı olmasına dair gəldiyi nəticə əsassızdır. Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya xx.xx.2017-ci il tarixli, 617 nömrəli zəmanət məktubu göndərilmişdir. Həmin məktub iddiaçıya inzibati orqanın Sərəncamından və müvafiq məhkəmə qərarından 6-7 il sonra göndərilib. Əgər iddiaçı məhkəmə prosesində məlumatlı olsa idi, o da həmin vaxt iddia qaldırardı. İddiaçı məhkəmə qərarından məlumat əldə etdikdən dərhal sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi və iş üzrə 3-cü şəxslərlə danışıqlar aparmış, onlar məsələnin müsbət həll olacağı barədə onda əminlik yaratsalar da, məsələnin həll olunmadığını gördükdə qeyd edilən məhkəmə qərarının və digər sənədlərin surətini əldə edərək xx.xx.2023-cü ildə yazılı ərizə ilə cavabdehə müraciət etmiş, bir ay müddətində cavab almadıqda isə, xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmışdır. Həmin iddia iddiaçılar İddiaçı və eyni pozuntu ilə üzləşmiş X20 tərəfindən birlikdə eyni cavabdehə qarşı qaldırılmış, göstərilən tarixdə məhkəmə tərəfindən icraata qəbul edilmiş və hakim Vəfa Əzizovanın icraatında olmuşdur. xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edilmişdir. Uzun müddət davam edən məhkəmə araşdırmasından sonra Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(118)- 1276/2024 nömrəli qərardadı ilə iddiaçılar X11 və İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia tələbinə dair inzibati işdən İddiaçı tələbinin ayrıca icraata ayrılması və həmin işə yeni nömrə verilərək baxılması qərara alınmışdır. Göründüyü kimi inzibati orqanın Sərəncamından və digər hərəkətlərindən şikayətvermə müddəti ötürülməmişdir. Eyni iddia tələbi üzrə hazırda cavabdeh olan inzibati orqana qarşı 44 nəfər mülkiyyətçinin iddiasının təmin edilməsi barədə qüvvədə olan məhkəmə aktlarının mövcud olduğu halda İddiaçı iddia tələbinin mümkün sayılmaması barədə məhkəmə qərardadıAzərbaycan RespublikasıAli Məhkəməsinin vahid məhkəmə təcrübəsi haqqında müvafiq qərarına uyğun deyildir. Qeyd edilən qərardadın çıxarılmasından bir ilə yaxın vaxt keçdikdən sonra məhkəmə tərəfindən qeyd edilən məsələlərə hüquqi qiymət verilmədən və məhkəmənin kömək etmək vəzifəsinə dair İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə zidd olaraq iş üzrə iddianın mümkün sayılmaması barədə qərar çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində göstərilir ki,məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Əgər məhkəmə tərəfindən obyektiv və hərtərəfli araşdırma aparılsaydı və müəyyən edilsə idi ki, prosessual müddətin bərpası ilə bağlı ərizə təqdim edilməlidir, həmin ərizə tərəfimizdən məhkəməyə təqdim edilərdi. Eyni zamanda qeyd edilməsi zəruridir ki, məhkəmənin xx.xx.2025-ci il saat 12:30-a təyin edilmiş məhkəmə iclasının məzuniyyətdə olaraq müalicə məqsədi ilə Respublikadan kənarda olmağımla əlaqədar üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyimi nəzərə alıb məhkəmə iclasının təxirə alınması barədə Elektron Məhkəmə Sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə göndərdiyim ərizə də nəzərə alınmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, qərardadın ləğv edilməsini, iddia mümkün sayılaraq işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, birinci instansiya məhkəməsi qərardadda iddiaçının mübahisə ilə bağlı razılığa gəldikləri səbəbindən 2011-ci ildə işə qoşulmadıqlarını bildirməsini qeyd etsə də, o məhkəmədə belə bir ifadə işlətməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi, üçüncü şəxs və eyni zamanda digər digər üçüncü şəxs RSHT Şirkətinin Ticarət Mərkəzinin qanuni təmsilçisi (direktoru) X8 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Digər üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə onların iştirakları olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:
Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı ən azı 2011-ci ildən mübahisələndirilən torpaq sahəsinin özəlləşdirilməsindən və 25 iyun 2010-cu il tarixli 149 saylı Sərəncamdan xəbərdar olmuşlar. İddiaçının nümayəndəsi də məhkəmə iclasında həmin dövrdə razılığa gəldikləri üçün işə qoşulmadıqlarını təsdiqləmişdir. Buna baxmayaraq, iddia yalnız 24 iyun 2024-cü ildə qaldırılmış, yəni həm ümumi prosessual müddət, həm də müddətin bərpası üçün nəzərdə tutulan 1 illik əlavə müddət ötürülmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə inzibati idarəçilikdə hüquqi müəyyənliyi və sabitliyi, eləcə də mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); baxılır. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki işdə iddiaçı 25 iyun 2010-cu il tarixli 149 saylı Sərəncamı, həmin Sərəncam əsasında bağlanmış 25 iyun 2010-cu il tarixli 918 nömrəli İcarə Müqaviləsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X8 və X17 arasında bağlanılmış 30 iyun 2010-cu il tarixli 2658 nömrəli “Özəlləşdirilmiş müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin “alqı-satqı” Müqaviləsi” mülkiyyətçi İddiaçı məxsus Sumqayıt şəhəri, 9- cu Mikrorayon “Şərq bazarı” ərazisində yerləşən sahəsi 9,52 kv/m olan 26 saylı mağazanın yerləşdiyi torpaq sahəsinə aid hissədə qismən etibarsız hesab edilməsini xahiş edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 65-ci maddəsinə əsasən inzibati aktlar aşağıdakı hallarda etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Kollegiya qeyd edir ki, iddiaçının tələbi 25 iyun 2010-cu il tarixli 149 saylı Sərəncamı, həmin Sərəncam əsasında bağlanmış 25 iyun 2010-cu il tarixli 918 nömrəli İcarə Müqaviləsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X8 və X17 arasında bağlanılmış 30 iyun 2010-cu il tarixli 2658 nömrəli “Özəlləşdirilmiş müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin “alqı-satqı” Müqaviləsi” mülkiyyətçi İddiaçı məxsus Sumqayıt şəhəri, 9- cu Mikrorayon “Şərq bazarı” ərazisində yerləşən sahəsi 9,52 kv/m olan 26 saylı mağazanın yerləşdiyi torpaq sahəsinə aid hissədə qismən etibarsız hesab edilməsi olsa da, yuxarıda qeyd edilən qanunun normasında göstərilən inzibati aktın etibarsız hesab edilməsi əsasları hazırki mübahisə üzrə mövcud deyildir. Bu halda, kollegiya qeyd edir ki, İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin maddənin məzmunundan görünür ki, məhkəmə iddia ərizəsinin ifadə tərzindəki müəyyən nöqsanlar və ya qeyri-dəqiqliklər səbəbindən iddia tələbindən kənara çıxmaq və ya ərizənin məzmununu məhdudlaşdırmaq hüququna malik olmaya bilər. Lakin eyni zamanda məhkəmə işin mahiyyətini düzgün qiymətləndirmək və ədalətin təmin olunması məqsədilə iddia ərizəsində ifadə olunan tələbin əsas məqsədini və onun hüquqi mahiyyətini nəzərə alaraq iddia tələbindən məzmun baxımından kənara çıxmamaq şərti ilə müəyyən qədər sərbəst yanaşma nümayiş etdirərək iddiaçının həqiqi iradəsini nəzərə almaq və bunun əsasında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göründüyü kimi hazırki iş üzrə birinci instansiya məhkəməsi İPM-in 52-ci maddəsinə uyğun olaraq iddia tələbindən kənara çıxa bilməsə də, iddianın hüquqi və faktiki məzmununa əsaslanaraq qiymətləndirmə aparmışdır. Nəzərə alınmalıdır ki, ifadə tərzi ilə bağlı formal iradlar hüququn məqsədinə uyğun sayılmamalıdır. Əgər ərizənin ümumi məzmunundan və əlavə olunmuş sənədlərdən aydın olur ki, şəxs əslində qərarın ləğv edilməsini istəyir, bu zaman məhkəmə həmin tələbi bu prizmadan qiymətləndirməli və şəxsin hüquqlarının bərpasına yönəlməlidir. Göründüyü kimi iddiaçı inzibati aktın etibarsızlığı ilə bağlı iddia irəli sürsə də, onun hüquqi marağı inzibati aktın ləğvi ilə bağlı olmaqla iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Kolegiya həmçinin işin halları ilə bağlı aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. İş materialları ilə müəyyən edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən əmlak kompleksinin istifadəsində olan 10889.6 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə 25 iyun 2010-cu il tarixli, 194 nömrəli sərəncam qəbul edilmiş və Komitə ilə bağlanmış xx.xx.2010-cu il tarixli, 918 nömrəli icarə müqaviləsinə əsasən həmin sahə X5 və X9 icarəsinə verilmişdir. Daha sonra X5 və X9 müraciəti əsasında Komitənin 30 iyun 2010-cu il tarixli, 200 nömrəli sərəncamı ilə qeyd olunan torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə bağlanmış xx.xx.2010-cu il tarixli, 2658 nömrəli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi X8 və X17 tərəfindən özəlləşdirilmişdir. Məhkəməyə təqdim olunmuş analoji iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2011-ci il tarixli qərarı ilə müəyyən olunur ki, iddiaçılar ən azından qeyd olunan tarixdən mübahisələndirilən torpaq sahəsinin özəlləşdirilməsindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 25 iyun 2010-cu il tarixli 149 saylı Sərəncamından məlumatlı olmuşlar. Həmçinin iş materiallarında olan analoji iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2011-ci il tarixli qərarı ilə müəyyən olunur ki, iddiaçılar ən azından qeyd olunan tarixdən mübahisələndirilən torpaq sahəsinin özəlləşdirilməsindən məlumatlı olmuşlar. Lakin iddiaçı apellyasiya şikayətində qeyd edir ki, “onun analoji iş üzrə təqdim edilmiş Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2011-ci il tarixli qərarına əsasən mübahisələndirilən torpaq sahəsinin özəlləşdirilməsindən və 25 iyun 2010-cu il tarixli, 149 saylı Sərəncamdan məlumatlı olduğu qənaəti əsassızdır. Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti iddiaçıya yalnız xx.xx.2017-ci il tarixli 617 nömrəli zəmanət məktubu ilə bu barədə rəsmi məlumat vermişdir. İddiaçı həmin tarixədək sərəncamdan və məhkəmə qərarından xəbərsiz olmuş, bu barədə məlumat əldə etdikdən sonra müvafiq dövlət orqanları və üçüncü şəxslərlə məsələni danışıqlar yolu ilə həll etməyə çalışmışdır. Lakin nəticə əldə olunmadığı üçün iddiaçı xx.xx.2023-cü ildə cavabdehə yazılı müraciət etmiş, cavab verilmədiyindən xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.” Kollegiya apellyasiya şikayətinin həmin dəlilini əsassız sayaraq onu da qeyd edir ki, iş materiallarında olan 17 aprel 2025-ci il tarixli məhkəmə iclas protokolu ilə müəyyən olunur ki, hakimin sualına cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, 2011-ci ildə digər şəxslər tərəfindən iddia qaldırılarkən hazırki iddiaçının mübahisə ilə bağlı razılığa gəldikləri səbəbindən iddiaçı həmin dövrdə işə qoşulmadığını və sözügedən sərəncam tərəflərindən mübahisələndirilmədiyini bildirmişdir. Həmçinin apellyasiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında belə etirafının olmadığını bildirsə də, kollegiya tərəfindən xx.xx.2025-ci il tarixli məhkəmə iclasının audio-video yazısına baxış keçirilərkən həmin hal təsdiq edilmişdir. Göründüyü kimi iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində ən azından 2011-ci il tarixdə, yəni məhkəmə qərarının çıxdığı tarixdə iddiaçının həmin sərəncamdan məlumatlı olduğunu təsdiqləyir. Beləlilklə, kollegiya iş üzrə təqdim olunmuş sübutları və sənədləri hərtərəfli araşdıraraq belə qənaətə gəlir ki, iddiaçılar Sumqayıt şəhəri, 9-cu mikrorayon (“Şərq bazarı”) ərazisində yerləşən, əvvəllər istifadələrində olan ticarət obyektlərinin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi və daha sonra özəlləşdirilməsi barədə 25 iyun 2010-cu il tarixli, 149 saylı Sərəncamla və bu sərəncam əsasında bağlanmış icarə və alqı-satqı müqavilələri ilə bağlı hüquqi vəziyyətdən artıq uzun müddət əvvəl, heç olmasa 05 avqust 2011-ci il tarixindən məlumatlı olmuşlar. Göründüyü kimi iddiaçı məhkəməyə hazırki tələblə sərəncamın qəbul edildiyi tarixdən 13 il, məhkəmə qərarının qəbul edildiyi tarixdən 12 il sonra müraciət etmişdir. Bir sözlə, iddiaçı mübahisələndirilən sərəncamdan ən azı 2011-ci il tarixindən məlumatlı olmalı idi. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratsa, sonuncu tərəfindən onun ləğvi (dəyişdirilməsi) ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya bir daha qeyd edir ki, iddiaçı mübahisələndirilən sərəncamdan ən azından 2011-ci il tarixindən məlumatlı olsa da, məhkəməyə hazırki iddia ilə 2023-cü il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. İnzibati Prosessual Məcəllənin 24.2-ci və 24.3-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi hazırkı iddia tələbinin qaldırılması üçün qanunvericilikdə müəyyən edilən müddətin buraxılmasından 1 ildən artıq keçdiyindən, müddətin bərpasına dair ərizə verilməsi ilə bağlı hüquqi yardım etməyə də zərurət olmamışdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. Digər tərəfdən, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçılara ünvanlanmış 25 may 2017-ci il tarixli rəsmi məktublardan da aydın olur ki, iddiaçılar yalnız həmin torpaq sahəsində yerləşən tikililər, yəni ticarət obyektləri üzərində mülkiyyət hüququna malik olmuş, torpağın özü isə onların hüquqi istifadəsində və ya mülkiyyətində olmamışdır. Bundan əlavə, həmin məktublarda göstərildiyi kimi, iddiaçılar tərəfindən əvvəllər mülkiyyətlərində olmuş obyektlər 2017-ci ildə könüllü şəkildə boşaldılmış və həmin tikililər sökülmüşdür. Bu isə o deməkdir ki, iddiaçı hazırda həmin ərazidə ticarət sahəsi ilə bağlı nə real istifadəyə, nə də hüquqi maraqlarını əsaslandıracaq hər hansı hüquqi statusa malik deyildir. Göründüyü kimi iddiaçıya məxsus qeyri-yaşayış obyektləri 2017-ci ildə sökülmüşdür və hazırda mübahisə predmeti olan torpaq sahəsində iddiaçıya məxsus hər hansı tikili mövcud deyil. Bir sözlə iddiaçının hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Kollegiya qeyd edir ki, hətta şərti olaraq iddiaçının sərəncamdan 25 may 2017-ci il tarixdən məlumatlı olduğu qəbul edilsə belə, iddia tələbinin yenə də müddət ötürülməklə verildiyi müəyyən edilir. Bu da onu deməyə əsasə verir ki, iddiaçı obyektin sökülməsindən 2017-ci il tarixdə məlumatlı olduğu halda, buna özü şərait yaratmış (məktubun məzmunu və iddiaçının uzun müddət ərzində heç bir müraciətinin olmaması belə düşünməyə əsas verir), uzun müddət keçdikdən sonra isə belə bir iddia irəli sürmüşdür ki, bu da özü-özlüyündə hüquqdan suiistifadəyə gətirib çıxardan haldır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2-1(118)-1614/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 6