Məhkəmə qərarları › İş №2-1(105)-751/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-751/2025

31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-751/2025 31.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı JN 505 kod 30800118 saylı dövlət aktında göstərilən 0,13 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-288/2024 saylı Qərarının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə ərizəsinə dair Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2-1(118)-6285/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “JN 505 kod 30800118 saylı dövlət aktında göstərilən 0,13 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-288/2024 saylı, 12 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Maraqlı şəxs ərizə ilə müraciət edərək iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-288/2024 saylı Qərarının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçıya verilən imtinada sözügedən torpaq sahəsi barəsində mübahisə olduğu qeyd edilmişdir. Lakin, iddiaçı həmin mübahisənin mahiyyətini gizlətməklə həmin istiqamətdə heç bir araşdırmanın aparılmamasına və yekunda iddia tələbinin təmin olunmasına nail olmuşdur. Halbuki ərizəyə əlavə etdiyi xx.xx.2005-ci il tarixli torpaq alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı iddia tələbində sözügedən torpaq sahəsini 41.000.000 manata X1. Ərizəyə əlavə edilmiş digər sənədlərdən görünür ki, X9 tərəfindən xx.xx.2006-cı il tarixdə sahələri iddiaçının satdığı torpaq sahəsi ilə eyni olan torpaq sahəsini 21.000 AZN məbləğinə ona satmış və xx.xx.2006-cı il tarixdə MH seriyalı ******* nömrəli çıxarış verilmişdir. Ərizəyə əlavə edilmiş iddia ərizəsindən görünür ki, İddiaçı ona və digərilərinə qarşı müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi, müqavilənin nəticələrinin ləğv edilməsi, çıxarışın və pasportun ləğv edilməsi tələbinə dair Abşeron Rayon Məhkəməsinə müraciət edərək Abşeron rayonu 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış 6 sentyabr 2005-ci il tarixdə, 4Ə-2039 reyestr nömrəli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi barədə, həmin müqavilənin nəticələrinin ləğv edilməsi barədə, həmin müqavilənin əsasında X6 adına verilmiş xx.xx.2005ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilməsi barədə, Həmin Dövlət aktı əsasında həmin torpaq sahəsinə dair X9 ilə Maraqlı şəxs arasında bağlanmış həmin müqavilənin nəticələrinin ləğv edilməsi barədə, həmin müqavilənin nəticələrinin ləğv edilməsi barədə, həmin müqavilə əsasında cavabdeh Maraqlı şəxs adına Abşeron rayon Ərazi İdarəsindən **********15 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və daşınmaz əmlakın pasportunun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda qeyd edilən mülki iş (e-2(012)-449/2025) məhkəmənin icraatındadır və məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Bundan əlavə, ərizəyə əlavə etdiyi digər iddia ərizəsindən görünür ki, xx.xx.2023-ci il tarixdə İddiaçı ona və qeyrisinə qarşı qanunsuz tikilinin, fərdi yaşayış evinin cavabdehin öz hesabına sökülməsi, tullantıların çıxarılması, torpaq sahəsinin, boşaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Novxanı kəndində yerləşən onun mülkiyyətində olan 0,13 ha torpaq sahəsində cavabdehlər tərəfindən tikilmiş qanunsuz fərdi yaşayış evinin cavabdehlərin öz hesabına sökülməsi və söküntü materiallarının torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş üzrə (e-2(012)- 44/2025) icraat dayandırılmışdır. Hər üç iddia ərizisəndən də göründüyü kimi Musayev ona verilmiş JN:505, KOD **********82 nömrəli Dövlət Aktına istinad edir. İddiaçı bilərəkdən məhkəmələrdə gedən mübahisələri gizlədərək məhkəmə vasitəsi ilə satdığı torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən Dövlət Reyestrindən Çıxarış almağa müvəffəq olmuşdur. Bu da öz növbəsində birbaşa onun hüquq və mənafelərinə toxunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2-1(118)-6285/2025 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2-1(118)-288/2024 nömrəli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş, Maraqlı şəxs zəruri cəlbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2-1(118)-6285/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, üçüncü şəxsin ərizəsi ilə bağlı onu qeyd etmək istəyir ki, həmin ərizə tamamilə əsassız və qanunsuzdur. Bununla bağlı da məhkəməyə ərizəni və etirazını təqdim etmişdir. Məhkəmə ümumiyyətlə yeni açılmış halla bağlı və üçüncü şəxsin işə cəlb edilməsi işə bağlı prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur və hakim cəlbetmə ilə yeni açılmış halın prosessual nəticələrini ayırd edə bilməmişdir. Məhkəmənin qərardadında qeyd etdiyi Abşeron Rayon Məhkəməsində qaldırdığı iddialara baxılarkən də bu işdən xəbərdar olmuşlar və o, bildirmişdir və bu işin ona nə kimi aidiyyatının olmasını hakim qərardadında əsaslandırmamışdır. Ümumiyyətlə o, qərardadı tamamilə əsassız və qanunsuz hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, X4 adına verilmiş reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi 160609432, qeydiyyat tarixi xx.xx.2006-cı il olan 0.13 ha torpaq sahəsi ilə X2 adına verilmiş reyestr nömrəsi **********95, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2025-ci il olan 0.13 ha torpaq sahəsi eyni torpaq sahəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli Qərarında göstərilmişdir ki: - İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. - Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Həmin qərarda həmçinin qeyd olunur ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X4 adına verilmiş reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi 160609432, qeydiyyat tarixi xx.xx.2006-cı il olan 0.13 ha torpaq sahəsi ilə X2 adına verilmiş reyestr nömrəsi **********95, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2025-ci il olan 0.13 ha torpaq sahəsi eyni torpaq sahələri olduğu müəyyən edilir. Bu fakt, mübahisəli torpaq sahəsi üzərində bir neçə şəxsin hüquqlarının üst-üstə düşməsi ilə bağlı ciddi hüquqi mübahisənin mövcudluğunu sübut edir. Bundan başqa cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında 08 may tarixli ərizəsində qeyd edilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar torpaqların istifadəsində mövcud olan uyğunsuzluqların və çatışmamazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması istiqamətində Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-288/2024 saylı inzibati işi üzrə mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə aparılmış işlər yekunlaşdığından Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-288/2024 saylı qərarının icrasını təmin etmək məqsədilə müvafiq quruma müraciət ünvanlanmışdır. Müraciətin cavabından məlum olmuşdur ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçının adına verilmiş JN 505 kod 30800118 saylı Dövlət Aktına əsasən iddiaçının mülkiyyətində olmuş 0.13 ha torpaq sahəsi iddiaçı tərəfindən xx.xx.2005-ci il tarixli, 4Ə/-2039 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən tam olaraq X6 adına özgəninkiləşdirilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeyd olunan alqı-satqı müqaviləsinə əsasən X6 adına JN-2960 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Məlumat üçün bildiririk ki, X9 mülkiyyətində olmuş 0.13 ha torpaq sahəsini xx.xx.2006-cı il tarixli, 4Ə/13-2495 reyestr nömrəli alqı satqı müqaviləsinə əsasən inzibati iş üzrə İİİ şəxs olan Maraqlı şəxs adına özgəninkiləşdirmiş, qeyd olunan alqı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs adına daşınmaz əmlakın dövlət reyestrindən **********15 reyestr nömrəli çıxarış verilmişdir. Torpaq sahəsi hal-hazırda Maraqlı şəxs mülkiyyətindədir. Əlavə olaraq bildiririk ki, hər iki alqı-satqı müqaviləsində satıcılar iştirak etməmişlər, satıcıların adından etibarnamə üzrə nümayəndə kimi X3 iştirak etmişdir. Göründüyü kimi Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)- 288/2024 saylı qərarına əsasən üzərində mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınması öhdəliyi 4 Saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmuş torpaq sahəsinə dair mülkiyyət hüququ iddiaçı tərəfindən başqa şəxsin adına özgəninkiləşdirilmişdir. Belə vəziyyətdə, Maraqlı şəxs üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi inzibati prosesin tam və ədalətli aparılması üçün zəruridir, çünki onun hüquqları və qanunla qorunan maraqları məhkəmə qərarından birbaşa aslıdır. Bu cəlbetmə həm də Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1 və 28.2-ci maddələrinin tələblərinə uyğundur və mübahisənin həlli zamanı bütün maraqlı tərəflərin iştirakını təmin etməklə hüquqların müdafiəsini daha effektiv edir. Nəticə olaraq, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və iş üzrə icraatın təzələnməsi barədə qərar qanunidir . Çünki mübahisənin mahiyyətinin tam şəkildə araşdırılması üçün bütün maraqlı şəxslərin, o cümlədən Maraqlı şəxs iştirakı təmin edilməlidir. Bu, mülkiyyət hüququnun düzgün müəyyən olunması və qanunvericiliyə uyğun qərarın qəbul olunması üçün vacibdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi hazırki qərarında cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında 08 may tarixli ərizəsinə münasibət bildirməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2-1(118)-6285/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar