Məhkəmə qərarları › İş №2-1(105)-754/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-754/2024

19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-754/2024 19.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “2002-ci ildən xx.xx.2017-ci il tarixinədək olan ezamiyyə xərclərinin və 2002-ci ildən tərxis olunduğu günədək səhra çıxışları ilə bağlı ödənişlərin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2-1(118)-1043/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçılar İddiaçı və X6 iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 2002-ci ildən xx.xx.2017-ci il tarixinədək olan ezamiyyə xərclərinin (səhra çıxışları ilə əlaqədar) iddiaçılara ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair qərar qənul edilməsini xahiş etmişdirlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5012/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı və X4 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı 2002-ci ildən xx.xx.2017-ci il tarixinədək olan ezamiyyə xərclərinin (səhra çıxışları ilə əlaqədar) ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələblərinə ayrıca icraatda və yeni nömrə verilərək baxılması qərara alınmışdır. Daha sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5012/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı 2002-ci ildən xx.xx.2017-ci il tarixinədək olan ezamiyyə xərclərinin (səhra çıxışları ilə əlaqədar) ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinə dair inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, peşəkar hərbçi olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyində 23 ildən artıq hərbi xidmət keçmişdir. Belə ki, növbəti hərbi xidməti başa vurduqdan sonra xx.xx.2001-ci il tarixindən 4-cü korpusun 061 nömrəli əlahiddə batalyonunda bölüyün baş çavuşu vəzifəsinə təyin olunmuş, xx.xx.2002-ci il tarixindən Müdafiə Nazirliyinin “052” nömrəli hərbi hissəsində müxtəlif vəzifələrdə xidmət keçmiş, ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusya quruluşunun müdafiəsi ilə əlaqədar almış olduğu xəsarət nəticəsində 2021-ci ilin avqust ayının 14-də xəstəliyə görə ehtiyata buraxılmaqla tərxis olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixində Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək 2002-ci ildən tərxis olunduğu günədək hərbi xidmətdə müxtəlif bölgələrə ezam olunmağı ilə əlaqədar ezamiyyə (səhra çıxışları ilə əlaqədar) pulunun hesablanaraq ona ödənilməsini xahiş etsə də, cavabdeh ona xx.xx.2022-ci il tarixli məktubla müsbət cavab verməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz təqdim edilərək qeyd olunmuşdur ki, Azərbaycan Ordusunun hərbi qulluqçularına ezamiyyə xərclərinin ödənilməsi qaydaları xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş Müdafiə nazirinin xx.xx.2002-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında" Əsasnamə ilə tənzimlənir. Qeyd edilən Əsasnamənin 259-cu maddəsinə əsasən, hərbi hissə komandirlərinin, müəssisə, idarə və təşkilat rəhbərlərinin sərəncamı (əmri) ilə hərbi qulluqçunun daimi xidmət yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. İddiaçı iddia ərizəsindən göründüyü kimi o, N və N nömrəli (xüsusi təyinatlı) hərbi hissələrdə xidmət etmişdir. Adından məlum olduğu kimi qeyd edilən hərbi hissələrin hərbi qulluqçuları, o cümlədən İddiaçı xidməti ezamiyyətlərə deyil, o öz peşə bacarığını daimi artırmaq və döyüş hazırlığı tapşırığının yerinə yetirilməsi üçün məşqlərin keçirilməsi məqsədilə mütəmadi olaraq səhra çıxışlarına cəlb edilmişdir. Qeyd edilən səhra çıxışları zamanı hərbi qulluqçular xidməti nəqliyyat vasitələri, sutkada 3 dəfə yemək və yataqla tam həcmdə təmin olunurlar. Xidməti ezamiyyətlərin tərkibinə nəqliyyat, qidalanma və mehmanxana xərcləri daxildir. Xidmət şəraiti, həmçinin onların mütəmadi olaraq səhra çıxışlarına cəlb olunmaları, daima döyüşə hazır olmaları və qarşılarına qoyulan digər tapşırıqların çətinliyi nəzərə alınaraq Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 020 nömrəli əmri (buna qədər xx.xx.2009- cu il tarixli 095 nömrəli əmr) ilə N və N nömrəli hərbi hissələrin hərbi qulluqçularının rütbə və vəzifə maaşlarına 2 dəfədən 4 dəfəyədək artım əmsalları tətbiq olunmuşdur və hal-hazırda da tətbiq olunur. Göründüyü kimi, İddiaçı daimi xidmət yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığın yerinə yetirilməsi üçün deyil, o xüsusi təyinatlı hərbi qulluqçu kimi öz peşə biliklərini təkmilləşdirmək üçün N və N nömrəli hərbi hissələrin hərbi qulluqçuları ilə birlikdə bölmənin tərkibində səhra çıxışlarına cəlb olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yarandığı vaxtdan bu günə qədər heç bir vaxt səhra çıxışlarına cəlb edilən hərbi qulluqçulara ezamiyyə xərcləri ödənilməmişdir. İddiaçı iddiası təmin edildiyi təqdirdə, bu hal hərbi xidmətdən tərxis olunmuş, eləcə də halhazırda xidmətdə olan belə hərbi qulluqçuların çoxsaylı müraciətlərinə, məhkəmə mübahisələrinə və nəticədə külli miqdarda dövlət vəsaitinin qanunsuz və əsassız xərclənməsinə səbəb olacaqdır. N və N nömrəli hərbi hissələrdən aldığı məlumata əsasən İddiaçı Yunuş oğluna hərbi hissələrdə ödənilməmiş ezamiyyət vərəqələri yoxdur. Daha sonra cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli etiraza əlavə ərizəsi ilə bildirmişdir ki, iddiaçı iddia müddətini ötürdüyünə görə iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, məktubda göstərilən ezamiyyə xərclərinin ödənişi ilə bağlı müraciətlə əlaqədar bildirilmişdir ki, “Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"nin 39.6.3-cü yarımbəndinə uyğun olaraq pul təminatının ödənilməsinə əmsallar tətbiq olunan hərbi hissələrin səhra çıxışına cəlb edilmiş hərbi qulluqçularına ezamiyyə xərcləri (səhrada (çöldə) xidmətetmə pulu) ödənilmir. Müdafiə Nazirinin xx.xx.2014-cü il tarixli müvafiq əmrinə uyğun olaraq N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə iddiaçıya pul təminatı artım əmsalları tətbiq edilməklə ödənilmişdir. N nömrəli hərbi hissədən aldıqları məlumata əsasən iddiaçı təlimlərlə bağlı səhra çıxışlarında olmuşdur və bu səbəbdən də ona ezamiyyə xərclərinin ödənilməsi qanunvericiliyə uyğun deyildir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli, 816 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissədə və tabeliyində olan hərbi hissələrin xüsusi təyinatlı hərbi qulluqçuları, daima döyüşə hazır olmaları və qarşılarına qoyulan xüsusi tapşırıqların yerinə yetirilməsinin təmin edilməsi məqsədilə mütəmadi olaraq səhra çıxışlarına və ezamiyyətə deyil, “taktiki xüsusi təlimlərə” cəlb olunmuşlar. Təlimə cəlb edilmiş hərbi qulluqçulara Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli, 020 nömrəli əmri (buna qədər xx.xx.2009-cu il tarixli, 095 nömrəli əmr) ilə rütbə və vəzifə maaşlarına 2 dəfədən 4 dəfəyədək artım əmsalları tətbiq edilərək ödəniş edilmiş və halhazırda da edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2-1(118)-1043/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Ceyhun Məmmədov ). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı prosessual müddəti ötürdüyü üçün iddia mümkün sayılmamalıdır. Belə ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların pul təminatı həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2002-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə”sinin ümumi müddəlarının 10-cu maddəsinə əsasən Hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir. Birdəfəlik pul təminatı, əgər almaq üçün edilən müraciət ona olan hüququn yarandığı gündən üç il keçməmiş müddət başa çatmayanda verilmişsə ödənilir. Həmin Əsasnamənin 9-cu maddəsində qeyd olunur hərbi qulluqçuların pul təminatının ödənilməsi haqqında ərizələri və şikayətləri nəzərə alınır və Azərbaycan Respublikası Silahlı X1 müəyyən olunmuş qaydada həll edilir. Eyni tələblər xx.xx.2017-ci il tarixdən qüvvədə olmuş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə”sinin ümumi müddəlarının 1.10 və 1.11-cu maddəsində qeyd edilmişdir. xx.xx.2017-ci il tarixdək qüvvədə olmuş 220 nömrəli əmr ilə təsdiq edilmiş əsasnamə Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli əmri ilə ləğv edilmiş və qeyd olunan yeni əsasnamənin 39.6.3 maddəsinə əsasən pul təminatının ödənilməsinə əmsallar tədbiq olunan hərbi qulluqçulara Səhra pulları ödənilmir. Nəzərə alınmalıdır ki, səhra çıxışları ilə əlaqədar ezamiyyə xərclərinin ödənilməsi üçün iddiaçı xidmət etdiyi dövrdə müraciət etməyibsə iddia müddətindən 10 ildən cox bir zaman keçdikdən sonra müraciəti əsassızdır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı xidmət etdiyi dövr üçün səhra çıxışları və ya ezamiyyə xərcləri əvəzinə “Taktiki xüsusi təlimlərə” cəlb edilməsinə görə rütbə və vəzifə maaşlarına 2 dəfədən 4 dəfəyədək artım əmsallarını almış, bu artımların “səhra pullarından” artıq olduğunun fərqində idi və artımların dayandıraraq ona “səhra pulları”nın ödənilməsinə dair cavabdehə heç bir müraciəti daxil olmamışdır. Bundan başqa o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər üzrə beş il keçdikdən sonra qüvvəsini itirir. Göründüyü kimi İddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş və məhkəmədə iddia qaldırmaq müddətini üzürlü səbəb olmadan ötürmüşdür. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün işin Sumqayıt İnzibati Məhkəməsinə qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, gəlinmiş nəticə onunla əsaslandırılmışdır ki, iddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş və məhkəmədə iddia qaldırmaq müddətini ötürmüşdür. Lakin, iddia qaldırmaq müddətinin axımı iddiaçının hüququnun pozulduğunu bildiyi və bilməli olduğu gündən hesablandığını nəzərə alaraq onu bildirmək istərdi ki, bütün digər ödənişlər kimi, iddia tələbində göstərilən ödənişlərdə ona tərxis olunduğu gün son haqq-hesabda ödənilməli idi. Məhz həmin ödənişlər ona son haqq-hesabda ödənilmədiyindən əvvəlcə cavabdehə, onun imtinasından sonra isə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddia müddətinin axımı hüququnun pozulduğunu bildiyi gündən, yəni, cavabdeh tərəfindən ona son haqqhesabda həmin ödənişlərin hesablanaraq ödənilməməsi anından hesablanmalıdır. Bu isə məhkəmənin gəldiyi nəticənin tamamilə qanunsuz və əsassız oldğunu bir daha təsdiq edir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı növbəti məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 551. Öhdəliklərin xitamı üçün müddətlər 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34. Öhdəliyin icrası haqqında iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2024cü il tarixli, 2-1(118)-1043/2024 nömrəli qərardadı qismən (İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “2002-ci ildən xx.xx.2017-ci il tarixinədək olan ezamiyyə xərclərinin və 2002-ci ildən tərxis olunduğu günədək səhra çıxışları ilə bağlı ödənişlərin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” iddiasının xx.xx.2011-ci ildən sonrakı dövrlərə aid tələb hissəsində) ləğv edilməli, ləğv edilən hissədə iddiaya yenidən baxılması üçün inzibati iş həmin məhkəməyə göndərilməli, qərardad qalan hissədə (İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “2002-ci ildən xx.xx.2017-ci il tarixinədək olan ezamiyyə xərclərinin və 2002-ci ildən tərxis olunduğu günədək səhra çıxışları ilə bağlı ödənişlərin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” iddiasının 2002-ci ildən xx.xx.2011-ci il dövrlərə aid tələb hissəsində) dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı 2002-ci ildən xx.xx.2017-ci il tarixinədək olan ezamiyyə xərclərinin və 2002-ci ildən tərxis olunduğu günədək səhra çıxışları ilə bağlı ödənişlərin ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi mümkün sayılmamışdır. Məhkəmə qərardadını əsaslandıraraq iddiaçı tərəfindən prosessual müddətin ötürülməsinə istinad etmişdir. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə inzibati idarəçilikdə hüquqi müəyyənliyi və sabitliyi, eləcə də mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. İnzibati Prosessual Məcəllənin 2.2 və 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında iddia) iddialara baxılır. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki iş üzrə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinin qərardadı 2002-ci ildən xx.xx.2011-ci il dövrlərə aid tələb hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İnzibati Prosessual Məcəllə 01 yanvar 2011-ci il tarixində qanuni qüvvəyə minmişdir. Həmin tarixə qədər mövcud olmuş inzibati hüquq münasibətləri ilə bağlı tələblər Mülki Prosessual Məcəllənin ümumi hüquqi münasibətlərdən əmələ gələn işlər üzrə icraat (xüsusi iddia icraatı) adlanan ikinci yarımbölməsində yerləşən fəsillərlə tənzimlənirdi. Mülki Məcəllənin 373.1-ci maddəsinin tələbinə əsasən isə ümumi iddia müddəti 10 ildir. Eyni zamanda Mülki Məcəllənin 551.1ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Bu səbəbdən iddia tələbinin 2002-ci ildən xx.xx.2011-ci il dövrlərə aid hissəsində iddia müddəti ötürüldüyündən iddia həmin hissədə mümkün sayılmaması əsaslı olmuşdur. Lakin nəzərə almaq lazımdır ki, 01 yanvar 2011-ci il tarixində İnzibati Prosessual Məcəllə qanuni qüvvəyə mindikdən sonra yaranan inzibati hüquq münasibətləri ilə bağlı iddia müddətlərinin tətbiqi məsələsi həmin məcəllənin müddəaları ilə tənzimlənir. Hazırki iddia tələbi növünə görə öhdəliyin icrası haqqında iddialara aid edilir. İnzibati prosessual qanunvericilikdə isə bu növ iddialar üçün xüsusi mümkünlük şərti olaraq iddia müddəti nəzərdə tutulmamışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qərarı ilə iddia müddəti tətbiq edilməklə iddia tələbinin xx.xx.2011-ci ildən sonrakı dövrlərlə bağlı hissəsində mümkünsüz sayılması əsassız olmuşdur və məhkəmə kollegiyası hesab edir ki, qərar həmin hissədə ləğv edilməli və həmin hissədə iddia tələbinə baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2-1(118)-1043/2024 nömrəli qərardadı qismən (İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “2002-ci ildən xx.xx.2017-ci il tarixinədək olan ezamiyyə xərclərinin və 2002-ci ildən tərxis olunduğu günədək səhra çıxışları ilə bağlı ödənişlərin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” iddiasının xx.xx.2011-ci ildən sonrakı dövrlərə aid tələb hissəsində) ləğv edilsin, ləğv edilən hissədə iddiaya yenidən baxılması üçün inzibati iş həmin məhkəməyə göndərilsin. Qərardad qalan hissədə (İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “2002-ci ildən xx.xx.2017-ci il tarixinədək olan ezamiyyə xərclərinin və 2002-ci ildən tərxis olunduğu günədək səhra çıxışları ilə bağlı ödənişlərin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” iddiasının 2002-ci ildən xx.xx.2011-ci il dövrlərə aid tələb hissəsində) dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan (qərardadın Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2-1(118)-1043/2024 nömrəli qərardadının qüvvədə saxlanılan hissəsindən) təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar