Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-754/2025 30.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Şamaxı rayonu Şəhriyar bələdiyyəsinə qarşı “bələdiyyə qərarlarının etibarsız hesab edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2-1(118)-1295/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin: - 30 mart 2005-ci il tarixli, 01 nömrəli qərarına əsasən bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına şərti yararsız torpaq sahəsindən kommersiya məqsədi ilə tikinti altına 2,0 ha, tikintiyə təhkim olunmuş torpaq sahəsindən kənd təsərrüfatı məhdullarının istehsalı üçün 3,80 ha, cəmi 5,80 ha; - 11 may 2005-ci il tarixli, 04 nömrəli qərarına əsasən bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına şərti yararsız torpaq sahəsindən kommersiya məqsədi ilə tikinti altına 0,50 ha, tikintiyə təhkim olunmuş torpaq sahəsindən kənd təsərrüfatı məhdullarının istehsalı üçün 3,50 ha, cəmi 4,0 ha torpaq sahəsinin X2 qərara alınmışdır.
2. Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin 30 mart 2005-ci il tarixli, 01 nömrəli qərarına əsasən H.H.Şıxıyevə ayrılmış 5,80 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən onun adına 23 aprel 2005-ci il tarixli, JN:1272 KOD 41000001 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, Şəhriyar bələdiyyəsinin 11 may 2005-ci il tarixli, 04 nömrəli qərarına əsasən ayrılmış 4,00 ha torpaq sahəsinə dair isə onun adına 07 iyun 2005-ci il tarixli, JN:1279 KOD 41000001 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir.
3. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh Şamaxı rayonu Şəhriyar bələdiyyəsinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 01 nömrəli və xx.xx.2005-ci il tarixli, 04 nömrəli qərarlarının etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki birinci icraat
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 25 nömrəli, xx.xx.1990-cı il tarixli, xx.xx.1991-ci il tarixli qərarı və Şamaxı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 2 nömrəli sərəncamı ilə “Şirvan" Ticarət Kompleksinin inşası üçün ümumilikdə 8,0 ha torpaq sahəsi “İnkişaf” Assosiasiyasının istifadəsinə ayrılmışdır. ƏMDX-nin Şamaxı ərazi şöbəsi tərəfindən keçirilən monitorinq zamanı məlum olmuşdur ki, hazırda həmin əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi Şəhriyar bələdiyyəsi tərəfindən əvvəlcə xx.xx.2005-ci il tarixli, 01 nömrəli qərarla 5,8 ha, daha sonra xx.xx.2005-ci il tarixli, 04 nömrəli qərarla 4 ha olmaqla, “Şirvan” Ticarət Kompleksinin direktoru X1. Hesab edir ki, həmin bələdiyyə qərarları etibarsız hesab edilməlidir. Belə ki, həmin torpaq sahələri “İnkişaf” Assosiasiyasının istifadəsinə verilməklə, dövlət mülkiyyətində qalmışdır. Cavabdeh bələdiyyə isə öz səlahiyyət hədlərini aşmaqla ticarət kompleksinin inşası üçün ayrılmış 8 ha torpaq sahəsi də daxil olmaqla, ümumilikdə, sahəsi 9,5 ha təşkil edən, dövlət mülkiyyətində olan torpaq sahəsini “Şirvan" Ticarət Kompleksinin direktoruna satmışdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanına və həmin Fərmanla ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq qeyd edilən torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti (bələdiyyə qərarının verildiyi zaman Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamenti) tərəfindən satıla bilərdi. Beləliklə, qeyd edilən torpaq sahələri dövlət mülkiyyətində olmaqla həmin torpaq sahələrinin satılması hüququ səlahiyyətli dövlət orqanı kimi Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus olsa da, Şəhriyar bələdiyyəsi dövlət mülkiyyətində olan torpaq sahəsini fiziki şəxsə satmışdır.
5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, mübahisələndirilən bələdiyyə qərarlarından sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən tərtib edilmiş 23 aprel 2005-ci il tarixli, JN- 1272 saylı və 07 iyun 2005-ci il tarixli, JN-1279 saylı Dövlət Aktlarına əsasən həmin torpaqlar vətəndaşın mülkiyyətinə verilmişdir. DTXK fəaliyyətdə olduğu dövrdə hüquqların qeydiyyatını əks etdirən elektron baza məlumatlarına iddiaçı orqanın çıxış imkanları ən azı 2009-cu ilin iyul-avqust aylarından mövcud olmuşdur. Belə ki, 12 iyul 2006-cı il tarixdən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yaradılması ilə əlaqədar həmin dövrə qədər mülkiyyət hüquqlarının qeydiyyatını aparmış dövlət orqanlarının məlumatları, o cümlədən, DTXK-nin məlumatları yeni yaradılmış DƏDRX-nə verilmişdir. 2009-cu ilin iyul ayında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin bazasında Əmlak Məsələləri Dövlət Komitəsi yaradılmış, DƏDRX həmin komitənin tabeliyinə verilmişdir. Həmin dövrdən ƏMDK-nin DTXK fəaliyyətdə olduğu dövrdə hüquqların qeydiyyatını əks etdirən elektron baza məlumatlarına çıxış imkanları mövcud olmuşdur. Mübahisə predmeti olan torpaq sahələri 2010-cu ildə ƏMDK tərəfindən təqdim edilmiş dövlət fonduna aid torpaqların siyahısında 00188687 nömrəsi ilə “Şirvan” Ticarət Kompleksinin ərazisi kimi qeyd olunmuşdur. Qeyd 4,0 ha və 5,8 ha torpaq sahələri dövlət torpaqlarına aid edilmiş ərazinin daxilində yerləşir. Hesab edir ki, hazırkı iddia növünə münasibətdə xüsusi mümkünlük şərtlərindən biri də iddia müddətinə əməl edilməsidir, hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi qərarlardan 2006-cı ildən məlumatı olmuş, bununla da hazırkı iddanı müddət ötürməklə qaldırmışdır. Odur ki, iş üzrə iddianın xüsusi mümkünlük şərti ödənilməmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(118)-3261/2022 nömrəli qərardadı ilə X4 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2-1(118)-789/2023 nömrəli qərardadı ilə mübahisənin həlli qaydasının inzibati məhkəmə tərəfindən deyil, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməli olması əsası ilə iddia mümkün sayılmamışdır. (hakim Leyla Mirzəyeva).
8. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsindəki icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2-1(105)-341/2023 nömrəli qərardadı ilə bələdiyyə və müvafiq icra hakimiyyəti orqanlarının strukturuna daxil olan dövlət xidməti arasında yaranmış mübahisənin publik hüquqla tənzimləndiyi və iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan apellyasiya şikayəti təmin edilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-789/2023 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
c) Birinci instansiya məhkəməsindəki ikinci icraat
10. Sumqayıt İnzibati Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2-1(118)-4050/2023 nömrəli qərardadı ilə mübahisələndirmə haqqında iddia üzrə müddətin ötürülməsi əsası ilə iddia mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva).
11. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
d) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2-1(118)-294/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək, iddia növünə görə mübahisələndirmə deyil, müəyyən etmə və ya tanınma haqqında iddia olduğundan və bu iddia üzrə İPM-də iddia müddəti xüsusi mümkünlük şərti kimi nəzərdə tutulmadığından birinci instansiya məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2-1(118)-4050/2023 nömrəli qərardadı ləğv edilmiş, iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2-1(118)-1295/2025 nömrəli qərardadı ilə iddia təkrarən mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva).
14. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının tələbi cavabdehin xx.xx.2005-ci il tarixli, 01 nömrəli və xx.xx.2005-ci il tarixli, 04 nömrəli qərarlarının etibarsız hesab edilməsi olsa da, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində göstərilən inzibati aktın etibarsız hesab edilməsi əsasları hazırki mübahisə üzrə mövcud deyildir. Göründüyü kimi iddia inzibati aktın ləğvi ilə bağlı olmaqla, mübahisələndirmə haqqında iddia növünə aiddir. Hazırki işdə iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı cavabdehin 2007-ci il tarixdə qəbul edilmiş qərarının ləğv edilməsi ilə bağlı 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi sərəncam xx.xx.2011-ci ilədək qəbul edilmişdir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, xx.xx.2011-ci ilədək qəbul edilmiş inzibati aktlar şəxsin özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində mübahisələndirilə bilər (MPM-in xx.xx.2011-ci ilədək qüvvədə olan 298-ci maddəsi - şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir).
15. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci intansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2-1(105)-294/2024 nömrəli qərardadı onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmənin qaldırılmış iddianın növünü düzgün müəyyən etməmiş, bununla da, iddianın mümkünlüyünə düzgün hüquqi qiymət verməmişdir. Etibarsızlığın tanınması haqqında iddia məqsədinə görə mübahisələndirmə haqqında iddiaya yaxındır. Lakin, Qanunun 65-ci maddəsinin tələbi baxımından, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız və ya əhəmiyyətsiz sayıldığı, heç bir hüquqi nəticə yaratmadığı, yəni iddia predmeti mövcud olmadığı üçün qərarın etibarsızlığının tanınmasına yönəlmiş mübahisələndirmə haqqında iddianın qaldırılması istisna olunur. Qeyd edilənlərə əsasən, iddiaçının bələdiyyə qərarlarının etibarsız hesab edilməsinə dair tələbi növünə görə mübahisələndirmə deyil, müəyyən etmə və ya tanınma haqqında iddiadır. Bu mənada, hazırkı iş üzrə iddiaçı iddia növünün xüsusiyyətlərindən irəli gələn imkanlardan istifadə edərək bələdiyyə qərarlarının etibarsızlığının tanınmasına dair iddia irəli sürmüşdür. Digər tərəfdən, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq bu iddianın qaldırılması üçün 30 günlük müddət məhdudiyyəti mövcud deyildir. Hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisələndirilən sərəncamdan hansı tarixdən xəbərdar olması ilə bağlı hər hansı araşdırma aparmamış, eyni zamanda cavabdeh inzibati orqanın mübahisələndirilən sərəncam barədə iddiaçını xəbərdar edib-etməməsini aydınlaşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
17. “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Qanununun 46 və 46.10-cu bəndlərinə əsasən Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə Şamaxı rayonu üzrə Şamaxı və Şəhriyar bələdiyyələrinin əhatə etdiyi Şamaxı şəhərində Şamaxı bələdiyyəsi yaradılmışdır.
18. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehi prosessual hüquq varisi Şamaxı bələdiyyəsi ilə əvəz etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək təmin edilməsinini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia tələbinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir.
21. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:
22. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:
24. İddiaçının hazırkı tələbi Şəhriyar bələdiyyəsinin 30 mart 2005-ci il tarixli, 01 nömrəli və 11 may 2005-ci il tarixli, 04 nömrəli qərarlarının etibarsız hesab edilməsi barədədir.
25. Nəzərə almaq lazımdır ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
26. Birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirmə haqqında iddia kimi qiymətləndirmiş və iddia müddətinin ötürülməsi əsası ilə iddianı mümkün saymamışdır.
27. Kollegiya hesab edir ki, işə baxan məhkəmənin hüquqi mövqeyi əsaslı olmasa da, iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur.
28. Belə ki, məhkəmə iddianın növünü düzgün müəyyən etməmişdir.
29. Kollegiya qeyd edir ki, hazırkı iddia mübahisələndirmə deyil, müəyyən etmə və ya tanınma haqqında iddiadır.
30. Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat zamanı da kollegiya eyni mövqeyini ifadə etmiş, hazırkı iddianı müəyyən etmə və ya tanınma haqqında iddia kimi qiymətləndirərək, bu iddia növü üzrə müddətin İPM-də xüsusi mümkünlük şərti kimi nəzərdə tutulmadığını bildirmişdir.
31. Kollegiya qeyd olunan mövqeyinin davamı olaraq qeyd edir ki, artıq bu kateqoriyadan olan işlərdə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyası tərəfindən 2-1(102)-2384/2024 nömrəli, 2-1(102)-1567/2025 nömrəli və 2-1(102)- 1874/25 nömrəli qərarları ilə məhkəmə təcrübəsi formalaşmış və vahid məhkəmə təcrübəsi olduğundan hazırda bu işlər üzrə kassasiya şikayəti mümkün sayılmır. Həmin məhkəmə təcrübəsinə görə İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin XXVİİ fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, yeni qanuna görə də sözügedən aktları mübahisələndirə bilməz.
32. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığı üçün belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.
33. Qanunvericiliyin tələbləri baxımından, iddiaçı Mülki Prosessual Məcəllənin 01 yanvar 2011-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsinin tələblərinə görə, özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi. Buna görə, iddiaçının hüququnu pozduğunu iddia etdiyi inzibati aktı ona məlum olduğu gündən 1 ay müddətində məhkəmədə mübahisələndirə bilərdi. Məlum olduğu gün dedikdə, iddiaçının həmin aktın mövcudluğu barədə həm bildiyi, həm də bilməli olduğu an əsas götürülməlidir.
34. Hazırda mübahisələndirilən inzibati akt isə qəbul edildikdən sonra yuxarıda qeyd edilən prosessual normaların qüvvədə olduğu 6 ilə yaxın müddətdə (2005-xx.xx.2011-ci illər) mübahisələndirilməmişdir.
35. İddiaçının həmin inzibati aktdan daha əvvəldən məlumatlı olmadığına dair şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, hazırkı halda, mübahisə predmeti olan sərəncamın iddiaçıya rəsmi qaydada təqdim olunduğuna dair işdə sübutlar mövcud olmasa da, işin xüsusi halları baxımından iddiaçı bələdiyyə sərəncamının mövcudluğunu bilməli idi.
36. Belə ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq iddiaçı orqanın özü tərəfindən verilmiş 22 may 2023-cü il tarixli, 3-21-3/2-6455/2023 nömrəli məktubdan görünür ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən (TEKUİS) “Şirvan" Ticarət Kompleksinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi kimi dövlət əmlakının registrində qeydiyyata alınmışdır.
37. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən üçüncü şəxsin nümayəndəsinə ünvanlanmış 27 iyul 2022-ci il tarixli, **********7 nömrəli məktubdan müəyyən edilir ki, 4,0 ha və 5,8 ha torpaq sahələri 2010-cu ildə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş dövlət fonduna aid torpaqların siyahısında 00188687 registr nömrəsi ilə “Şirvan" Ticarət Kompleksinin ərazisi kimi qeyd olunmuşdur.
38. Həmçinin, DƏDKR publik hüquqi şəxsinin 04 avqust 2023-cü il tarixli, 3-21-3- 02/2-9770/2023 nömrəli məktubunda da qeyd edilmişdir ki, 2010-cu ildə dövlət mülkiyyətində olan əmlakların inventarlaşdırılması zamanı “Şirvan" ticarət kompleksinin faktiki ərazisi 8,80 ha ölçüdə daşınmaz dövlət əmlakının registrinə daxil edilmişdir. Sonradan xx.xx.2022-ci il tarixdə “Şirvan” ticarət kompleksinin faktiki ərazisinin inventarlaşması zamanı ərazinin faktiki ölçüsü 12,40 ha müəyyən olunmuş və registrə 00188687 nömrə ilə daxil edilmişdir.
39. İddiaçı tərəfindən də qeyd olunan torpaq sahəsinə dair - Şamaxı Rayon İcra Hakimiyyətinin sərəncamında (7609 qeydiyyat nömrəli) olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarış məhkəməyə təqdim edilmişdir.
40. Beləliklə, sadalanan sənədlərin qarşılıqlı təhlilindən göründüyü kimi mübahisələndirilən bələdiyyə qərarlarında göstərilən torpaq sahələri barədə məlumat iddiaçı orqan tərəfindən hələ 2010-cu ildə dövlət əmlakının registrinə daxil edilmişdir.
41. Odur ki, iddiaçı orqan özü tərəfindən dövlət əmlakının registrinə daxil edilmiş torpaq sahəsinə dair hüquqmüyyənedici sənədlərin olub-olmamasını ən azından registrin aparıldığı 2010-cu ildə araşdırmaq və həmin sənədləri xx.xx.2011-ci il tarixədək məhkəmə qaydasında mübahisələndirmək imkanı olmuş, lakin, iddiaçı tərəfindən bu imkandan istifadə edilməmişdir.
42. Bundan əlavə, işin hallarından göründüyü kimi bələdiyyə qərarlarına əsasən üçüncü şəxsə ayrılmış torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən 23 aprel 2005-ci il tarixli, JN:1272 KOD 41000001 nömrəli, 07 iyun 2005-ci il tarixli, JN:1279 KOD 41000001 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktları da tərtib edilmişdir.
43. Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2015-ci il tarixli, 453 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Fərmanın 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmiş. xx.xx.2022-ci il tarixdə edilmiş dəyişikliyə əsasən isə bu səlahiyyətlər İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir.
44. Göründüyü kimi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 2015-ci ildə ləğv edildikdən sonra onun müvafiq səlahiyyətləri iddiaçı orqana verilmiş, başqa sözlə, iddiaçının həmin tarixdən onun sələfi olmuş orqan tərəfindən qəbul edilmiş sənədləri, o cümlədən, hazırkı bələdiyyə qərarları əsasında qəbul edilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarından məlumatlı olmuşdur.
45. Beləliklə, iddiaçının 2005-ci ildə qəbul edilmiş bələdiyyə qərarlarını mübahisələndirmək üçün kifayət qədər müddəti olduğu halda, o, qərarların etibarsızlığına dair 17 ilə yaxın müddət keçdikdən sonra - xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bu müddət ərzində isə onun inzibati aktdan məlumatlı olmaması ağlabatan deyildir.
46. Göründüyü kimi hazırkı iddia onun verilməsi üçün həmin dövrdə qüvvədə olmuş normalarla nəzərdə tutulmuş iddia verilməsi müddəti ötürülməklə verilmişdir.
47. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddia müddətin ötürülməsi əsası ilə mümkün olmadığından birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2-1(118)-1295/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3