Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-755/2025 29.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim X1, Hakimlər X2 və X3 ibarət tərkibdə, X7 katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/04 nömrəli qərarı ilə 0,07 ha torpaq sahəsinə görə mülkiyyət hüquqlarının mövcud vəziyyətə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2-1(118)-1165/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ:
1. Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04.4 saylı qərarından çıxarışdan görünür ki, 0,08 ha həyətyanı torpaq sahəsi İddiaçı ayrılmış və ona həmin sahədə yaşayış evi tikməyə icazə verilmişdir.
2. İş materiallarına əlavə olunmuş 03 iyul 2023-cü il tarixli aktdan görünür ki, Novxanı bələdiyyəsinin sədri, Novxanı kənd İcra nümayəndəsinin və İddiaçı iştirakı ilə Novxanı kəndinin Baş İnkişaf Planı əsasında fərdi yaşayış evlərinin tikintisi üçün ayrılan həyətyanı torpaq sahəsindən yerində ölçülüb nişangahlar qoyulduqdan sonra İddiaçı təhvil verilmişdir.
3. Məhkəməyə sorğu əsasında daxil olmuş 25 may 2023-cü il tarixli müayinə aktında qeyd edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 0,08 ha, faktiki olaraq isə 0.07 ha ölçüdədir.
4. Abşeron rayon Novxanı bələdiyyəsinin 26 iyul 2024-cü il tarixli, 262 nömrəli cavab məktubunda qeyd edilir ki, İddiaçı Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/04 nömrəli qərarı ilə Novxanı kəndində ayrılmış 0,07 ha torpaq sahəsi vətəndaş torpaq sahəsinin yerini unutduğu üçün bələdiyyəyə məxsus torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Odur ki, Novxanı bələdiyyəsi də vətəndaşın torpaq sahəsini bərpa etmək üçün bələdiyyə tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin yanında fərdi yaşayış evi tikmək üçün vətəndaşa 0,07 ha torpaq sahəsi ayırmışdır.
5. Abşeron rayon Novxanı Bələdiyyəsinin 26 iyul 2024-cü il tarixli, 262 nömrəli məktubunda qeyd edilmişdir ki, Abşeron rayonunun Novxanı kəndinin bir qrup sakininə, o cümlədən vətəndaş İddiaçı Abşeron rayonu Novxanı kənd XDS İK-nin 30 yanvar 1990-cı il tarixli, 04/4 nömrəli №-li qərarı ilə fərdi mənzil tikintisi üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır. Qeyd olunan ərazidə əksər vətəndaşlar fərdi mənzil tikib yaşayırlar. İddiaçı ayrılmış torpaq sahəsinə dair ayrıc aktı verilmədiyindən, bir daha əraziyə baxış keçirilmiş, onun faktiki istifadəsində olan torpaq sahəsinin 0,07 ha olduğu müəyyən edilmişdir. Bununla bağlı Novxanı bələdiyyəsinin planından çıxarış tərtib edilmişdir.
6. Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmə kollegiyasının sorğusuna cavab olaraq göndərilmiş 24 sentyabr 2025-ci il tarixli, 5-29/2- 2655/2025 nömrəli məktubda qeyd edilmişdir ki, Abşeron Rayon Novxanı kənd XDS İK-in 04.4 saylı 30 yanvar 1990-cı il tarixli qərarı ilə “Abşeron şanısı” X1 sovxozunun 8 saylı 15 yanvar 1990-cı il tarixli əmrinə əsasən fərdi ev tikmək üçün kənd təsərrüfatına yararsız sahədən vətəndaş İddiaçı 0,08 ha torpaq sahəsi ayrılmışdır. Rayon Dövlət Arxivindən Rayon İcra Hakimiyyətinə daxil olmuş məlumata əsasən həmin torpaq sahəsinə görə ayrıc aktı, ilkin baş plan, eləcə də yerləşmə sxemi kimi sənədlər Arxivə təhvil verilən qərara əlavə edilməmişdir. Məhkəmənin nəzərinə çatdırırlar ki, bir qayda olaraq Rayon XDS İcraiyyə Komitələri tərəfindən rayon ərazisindən vətəndaşlara fərdi ev tikintisi məqsədilə ayrılmış torpaq sahələrinin yerquruluşu planından çıxarışlar Rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin torpaq sahələrinin sənədləşdirilməsi zamanı yerli bələdiyyələr tərəfindən torpaq sahələrinin mövcud vəziyyətdə yerqurluşu planından çıxarışlar işlənilərək təsdiq olunmaqla vətəndaşa təhvil verilir. Bildirirlər ki, Abşeron Rayon Novxanı kənd XDS İK-in 04.4 saylı 30 yanvar 1990-cı il tarixli qərarı ilə “Abşeron şanısı” X1 sovxozunun 8 saylı 15 yanvar 1990-cı il tarixli əmrinə əsasən fərdi ev tikmək üçün kənd təsərrüfatına yararsız sahədən vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinə görə Novxanı bələdiyyəsi tərəfindən tərtib eilərək təsdiq olunmuş torpaq sahəsinin yerqurluşu planına Rayon İcra Hakimiyyəti tərəfindən etiraz yoxdur. Yuxarıda qeyd olunanlara əsasən Novxanı bələdiyyəsi tərəfindən tərtib edilərək təsdiq olunmuş yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0,07 ha torpaq sahəsinə İddiaçı adına reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsinə Rayon İcra Hakimiyyəti etiraz etmir.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X8 Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən məhkəmə kollegiyasının sorğusuna cavab olaraq göndərilmiş 09 oktyabr 2025-ci il tarixli 3-21-3-60/2-3372/2025 nömrəli məktubda qeyd edilmişdir ki, məktuba qoşma kimi əlavə olunmuş “Abşeron rayon Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarış” sənədində qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsi Mərkəzin elektron məlumat bazasında olan məlumata əsasən Novxanı üzümçülük sovxozunun ərazi hüdudlarında yerləşir.
8. Azərbaycan Respublikası Abşeron rayon Novxanı bələdiyyəsi tərəfindən məhkəmə kollegiyasının sorğusuna cavab olaraq göndərilmiş 24 sentyabr 2025-ci il tarixli, 163 nömrəli məktubda qeyd edilmişdir ki, Abşeron rayon Novxanı kənd XDS İK-nin 30 yanvar 1990-cı il tarixli, 04.4 saylı qərarı ilə “Abşeron şanısı” X1 Sovxozunun 15 yanvar 1990-cı il tarixli, 8 saylı əmrinə əsasən fərdi yaşayış evi tikmək üçün kənd təsərrüfatına yararsız sahədən vətəndaş İddiaçı 0,08 ha torpaq sahəsi ayrılmışdır. Vətəndaş İddiaçı həmin torpaq sahəsinin sahəsinin sənədləşdirilməsi üçün aidiyyəti üzrə qeydiyyat orqanına müraciət etmək məqsədilə yuxarıda qeyd olunan qərar əsasında ayrılmış torpaq sahəsinə görə müvafiq yerquruluşu sxemi Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən Novxanı bələdiyyəsinə müraciət edərək müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Formalaşmış təcrübəyə əsasən müraciət əsasında vətəndaşın istifadəsində olan torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsinin faktiki vəziyyətdə 0,07 ha olduğu müəyyən edilərək yerquruluşu planı işlənilib təsdiq edilmişdir. Torpaq sahəsinin bələdiyyə tərəfindən heç bir əvəzləşməsinə yol verilməmişdir. Ümumiyyətlə məhkəmənin nəzərinə çatdırırlar ki, XDS İcraiyyə Komitələri tərəfindən rayon ərazisindən tikintisi məqsədilə ayrılmış torpaq sahələrinin yerquruluşu planından çıxarışlar Rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin torpaq sahələrinin sənədləşdirilməsi zamanı yerli bələdiyyələr tərəfindən torpaq sahələrinin mövcud vəziyyətdə yerquruluşu planından çıxarışlar işlənilərək təsdiq olunmaqla vətəndaşa təhvil verilir.
9. İddiaçı qeyd edilən hüquqmüəyyənedici sənəd əsasında mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, həmin orqanın 05 iyul 2023-cü il tarixli bildirişi ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasını onunla əsaslandırmışdır ki, Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli 04/4 nömrəli qərarından çıxarışla ayrılmış 0,08 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktı təqdim olunmuş sənədlər toplusuna əlavə edilməmiş, Abşeron rayonu Novxanı Bələdiyyəsinin yerquruluşu planından çıxarış qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənməmişdir. Torpaq sahəsi təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aiddir. Həmçinin, sənəd üzrə torpaq sahəsi 0,08 ha göstərilsə də, faktiki vəziyyətdə 0,07 ha-dır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Abşeron rayon Novxanı kənd XDS icraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/4 nömrəli qərarı ilə 0.08 ha torpaq sahəsinə iddiaçının adına mövcud vəziyyətə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/04 nömrəli qərarı ilə 0,07 ha torpaq sahəsinə görə mülkiyyət hüquqlarının mövcud vəziyyətə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və plan- ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/4 nömrəli qərarı ilə “Abşeron Şanısı” X1 sovxozunun 15 yanvar 1990-cı il tarixli 8 №-li əmrinə əsasən fərdi yaşayış evi tikmək üçün kənd təsərrüfatına yararsız sahədən 0,08 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair Abşeron rayon Novxanı Bələdiyyəsinin yerquruluşu planından çıxarış tərtib olunaraq təsdiq edilmişdir. Həmin bağ sahəsi qanuni əsaslarla sahibliyində və istifadəsində olmaqla, oranı faktiki mülkiyyətçi kimi istifadə edir. İstifadə müddətində müvafiq əmlakla bağlı tələb olunan bütün dövlət rüsumlarını və kommunal xərcləri ödəmişdir. Həmin torpaq sahəsindən bu günədək fasiləsiz istifadə edir. Dövlət aktı əsasında mülkiyyətində olan torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və buna müvafiq “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi ilə bağlı ərizə ilə 03 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, cavab olaraq bildirmişlər ki, aparılan araşdırma zamanı Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/4 nömrəli qərarından ayrılmış çıxarışla 0,08 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının hazırkı ərizəsinə əlavə olunmadığı, Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada təsdiqlənmədiyi müəyyən edilmişdir. Həmçinin, torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olması aşkar edilmişdir. Bundan başqa sənəd üzrə torpaq sahəsi 0,08 ha göstərildiyi halda, faktiki torpaq sahəsi 0,07 ha olduğu qeyd edilmişdir. Bununla əlaqədar, cavabdeh qurum tərəfindən verilmiş cavabın mötəbərliyini yoxlamaq məqsədilə müstəqil ekspertiza kimi fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ərizə ilə müraciət edərək, imtina məktubunda göstərilənləri araşdırmaq məqsədilə mütəxəssis rəyi verilməsi xahiş edilmiş və mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur. 1. Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/4 nömrəli qərarından çıxarışla İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsi “Abşeron Şanısı” X1 sovxozunun ərazisində yerləşirmi? 2. Həmin torpaq sahəsi faktiki nə qədər təşkil edir və kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aiddir? Qaldırılan məsələ tərəfin iştirakı ilə təqdim edilən sənədə əsasən yerində araşdırılmış və araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/4 nömrəli qərarından çıxarışla İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsi “Abşeron Şanısı” X1 sovxozunun ərazisində yerləşir. Həmin torpaq sahəsi faktiki 0,07 ha təşkil edir və kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid deyil, yaşayış məntəqələrinin torpaqlarına aiddir. Göründüyü kimi, cavabdeh qurumun imtina məktubu qanunaziddir və hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi idarəsinin hərəkətləri qanunsuzdur və göstərdiyi hərəkətsizliyi iddiaçının qanuni hüquqlarını məhdudlaşdırır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri:
13. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi ilə bağlı iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 4 saylı Abşeron Ərazi İdarəsinə 03 may 2023-cü il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı: 1.Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/4 nömrəli qərarından çıxarışla ayrılmış 0,08 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi; 2.Abşeron rayonu Novxanı Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənmədiyi; 3.Torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edildiyi; 4.Sənəd üzrə torpaq sahəsi 0,08 ha göstərilsə də, faktiki vəziyyətdə 0,07 ha olduğu müəyyən olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8n 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15- ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.
14. Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2-1(118)-1165/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04.4 nömrəli qərarı ilə ayrılmış 0,07 ha torpaq sahəsi üzərində İddiaçı mövcud vəziyyətə uyğun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva).
15. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh orqanın qeyd edilən dəlilinin araşdırılması üçün Abşeron rayon XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04.4 saylı qərarının və adlı siyahının (tam adlı siyahının), iddiaçıya ayrılmış torpaq sahəsinə dair digər əlaqəli sənədlərin məhkəməyə təqdim edilməsi üçün aidiyyatı üzrə sorğular ünvanlanmış, yuxarıda qeyd olunan hüquqmüəyyənedici sənədlər sorğu əsasında əldə edilmişdir. Göründüyü kimi iddiaçıya torpaq sahəsinin ayrılmasına dair arxiv sənədləri mövcud olduğu təqdirdə, cavabdeh tərəfindən formal olaraq mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Məhkəmə torpaq sahəsinə dair ilkin baş planın və ya təsdiq edilmiş ayrıc aktının cavabdeh orqanda mövcud olmamasına münasibətdə bildirmişdir ki, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçının torpaq sahəsi digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşsə idi, bu hal başqa şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş olardı. Lakin hazırkı mübahisədə torpaq sahəsi ilə bağlı hər hansı mübahisənin mövcudluğu müəyyən edilməmiş və qeyd edilən hal da cavabdeh orqan tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən də məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən dəlilini əsassız hesab etmişdir. Eyni zamanda mübahisə predmeti olan torpaq sahəsi yerində ölçülərək iddiaçıya təhvil verilmişdir və həmin akt müvafiq səlahiyyətli şəxslər tərəfindən imzalanmışdır. Həmin torpaq sahəsinə dair Abşeron rayonu Novxanı Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanuna müvafiq qaydada təsdiq edilməməsi iddiaçının məsuliyyətinə səbəb ola və onun əleyhinə şərh oluna, həmçinin vətəndaşın mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına əsas ola bilməz. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Cavabdeh orqan imtinasının sonuncu dəlili kimi isə torpaq sahəsinin faktiki ölçülərinin 0,07 ha olmasını göstərmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdehin qeyd edilən dəlili də əsassızdır. Hazırkı iddia tələbində iddiaçı qeyd olunan torpaq sahəsinin deyil, yalnız 0,07 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istəyir. Belə olan halda məhkəmə hesab etmişdir ki, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçı sənəd üzrə göstərilmiş ölçüdən artıq torpaq sahəsindən istifadə etmiş olsaydı, bu hal başqa şəxslərin hüquqlarının pozulması ilə, həmçinin artıq torpaq sahəsindən qanunsuz istifadə ilə nəticələnmiş olardı. Lakin hazırkı halda iddiaçı nəinki artıq torpaq sahəsindən istifadə etmir, əksinə onun faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü sənəd üzrə qeyd edilmiş torpaq sahəsinin ölçüsündən azdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-610/2024 nömrəli, 28 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: İ.Quliyev - sədrlik edən və məruzəçi, V.Əzizova və G.Cabbarova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində istinad etdiyi Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/04 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinin yeri müəyyən edilmədiyindən, iddiaçıya bələdiyyə ərazisindən örüş torpağının ayrılması iddianın rədd edilməsi üçün ayrıca əsas təşkil edir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi 0,07 ha torpaq sahəsi Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990cı il tarixli, 04/04 nömrəli qərarı ilə ayrılmasına baxmayaraq, hazırda faktiki istifadə olunan torpaq sahəsi iddiaçıya Abşeron rayon Novxanı Bələdiyyəsi tərəfindən hər hansı hüquqi əsas olmadan qanunsuz şəkildə ayrılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bələdiyyə torpaqlarının ayrılması əsasları qanunvericiliklə müəyyən edilmişdir. Qanunvericilikdə digər bir qurumun ayırdığı torpaq sahəsinin yeri müəyyən edilmədiyi halda, həmin torpaq sahəsinin əvəzinə bələdiyyənin ərazisindən torpaq sahəsindən ayrılması nəzərdə tutulmamışdır. Eyni zamanda iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 "xxxx" MMC-nin 25 dekabr 2023-cü il tarixli, 3-21-3-60/2- 3019/2023 nömrəli məktubundan görünür ki, Abşeron rayon Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsi elektron kadastr məlumat bazasında olan məlumatlara əsasən keyfiyyət göstəricisi (bonitet balı) 60 bal olmaqla bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş yeridir. Örüş yeri isə mövcud qanunvericiliyə əsasən təyinatı dəyişilmədən başqa təyinat üzrə istifadə edilə bilməz. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 "xxxx" MMC-nin 27 oktyabr 2023-cü il tarixli, 3-21-3-60/2- 2451/2023 nömrəli məktubundan görünür ki, arxivdə saxlanılan Abşeron rayonu, Novxanı kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı, həmçinin Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04.4 nömrəli Qərarı və həmin qərar əsasında İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsinə dair məlumat aşkar edilməmişdir. Lakin Mərkəzin arxivində saxlanılan Abşeron rayonu, Novxanı kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında vətəndaşın adı X4 ailə üzvü kimi qeyd olunmuşdur. Həmin siyahıda həyətyanı torpaq sahəsi 0,08 ha göstərilmişdir. Göründüyü kimi iddiaçıya X4 ailə üzvü olaraq Abşeron rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Novxanı kəndində 0,08 ha torpaq sahəsi də ayrılmışdır. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya instansiyası məhkəməsində icraat:
19. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2025-ci il tarixli, 2-1(102)-1357/2025 nömrəli qərarı ilə (X7 (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 dekabr 2024-cü il tarixli, 2-1(105)-610/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
20. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi öz qərarında “... iddiaçının təqdim etdiyi sənəd hüquq yaradan sənəd kimi qəbul edilsə və ya Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinə Abşeron rayon XDS İcraiyyə Komitəsi tərəfindən səlahiyyət verilsə belə ...” yazmaqla, faktiki olaraq iddiaçıya “Abşeron şansı” Aqrofirmasının Novxanı sovxozu üzrə, sovxozun əkin yerinə yararsız sahədən 0,08 hektar torpaq sahəsinin verilməsi və həmin sahədə 60 kv. metr ölçüdə 3 otaqlı fərdi yaşayış evi tikilməsi barədə Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/4 nömrəli qərarının legitimliyini tanımışdır ki, iddiaçı da iddia tələbini, məhz həmin qərara istinadən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya məhkəməsi Abşeron Rayon Novxanı Bələdiyyəsinin işin l cildinin 146 və 147-ci səhifələrində məzmunu fərqli olan 26 iyul 2024-cü il tarixli, 262 saylı məktublarının, onlardan hansının həqiqətə uyğun olmasını araşdırmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, əvvəla “əvəzləşdirmə” bir termin olaraq, daha çox şəxslər arasında hesablaşmaların aparılması zamanı istifadə edilir. Digər tərəfdən əgər torpaq sahəsinin Bələdiyyə tərəfindən “əvəzləşdirilməsi” və yaxud 0,07 ha torpaq sahəsi ayrılması həyata keçirilmişdirsə, o zaman bələdiyyənin bu barədə inzibati aktı olmalı, sözügedən məsələ Novxanı kənd XDS İcraiyyə Komitəsinin hüquqi varisi olan Abşeron rayon İcra Hakimiyyəti ilə hansısa şəkildə razılaşdırılmalı idi, lakin həmin işin bu xüsusatı apellyasiya məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçıya kənd təsərrüfatına yararsız sahədən fərdi mənzil tikdirmək üçün 0,08 hektar torpaq sahəsinin ayrılması və vətəndaşa həmin torpaq sahəsində 60 kv.m. ölçüdə 3 otaqlı fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/4 nömrəli qərarı qəbul etdiyi zaman SSRİ dövləti mövcud olmuş, yəni yerli icra hakimiyyəti deyilən qurum olmamış və yuxarıda göstərilmiş səlahiyyətləri Abşeron rayonu Novxanı kənd XDS İcra Hakimiyyəti qanuni şəkildə həyata keçirirdi. Novxanı kənd XDS İcra Hakimiyyətinin 30 yanvar 1990-cı il tarixli, 04/4 nömrəli qərarı hər hansı bir səlahiyyətli orqan tərəfindən ləğv edilməmiş, yəni hal-hazırda da qüvvədədir. İş materiallarından göründüyü kimi iddiaçının istifadəsində olan torpaq sahəsi digər şəxslərə ayrılmış torpaq sahələrinin sıx əhatəsində olduğu halda, necə örüş sahəsi ola bilər sualı da ortaya çıxır ki, bu məsələ də apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Bundan başqa, iddiaçının vəkili Vəkil məhkəməyə təqdim etdiyi sənədlərdən göründüyü kimi, sözügedən ərazidə qonşuluqda yaşayan şəxs tərəfindən (X3) torpağın onun xüsusi mülkiyyətində olmasına dair hətta çıxarış da almışdır. Burada qeyd edilməlidir ki, iddiaçıya münasibətdə Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş bərabərlik hüquqi prinsipi də pozulmuşdur ki, apellyasiya instansiyası məhkəməsi həmin faktı nəzərə almamış və nəticə etibarı ilə də ona hüquqi qiymət verməmişdir. Eyni zamanda Novxanı Bələdiyyəsinin “vətəndaş torpaq sahəsinin yerini unutduğu üçün” fikri də, iddiaçının iddia ərizəsində göstərilənlərə ziddir, belə ki iddiaçı iddia ərizəsində yazır ki, “Həmin bağ sahəsi qanuni əsaslarla sahibliyimdə və istifadəmdə olmaqla, faktiki mülkiyyətçi kimi davranıram. İstifadə müddətində müvafiq əmlakla bağlı tələb olunan bütün dövlət rüsumlarını və kommunal xərcləri ödəmişəm. Həmin torpaq sahəsindən bu günədək fasiləsiz istifadə edir”. Lakin apellyasiya məhkəməsi bunları da nəzərə almamış və faktiki olaraq araşdırmamış, Abşeron rayon İcra Hakimiyyətinə və digər səlahiyyətli orqanlara müvafiq sorğular göndərməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri:
21. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
22. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
23. İş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil 29 oktyabr 2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
25. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
27. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
28. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:
30. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. İş materiallarında olan Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04.4 saylı qərarından çıxarışdan görünür ki, 0,08 ha həyətyanı torpaq sahəsi İddiaçı ayrılmış və ona həmin sahədə yaşayış evi tikməyə icazə verilmişdir.
32. İddiaçı məhz həmin qərara istinadən hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/04 nömrəli qərarı ilə 0,07 ha torpaq sahəsinə görə mülkiyyət hüquqlarının mövcud vəziyyətə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçünün verilməsini xahiş etmişdir.
33. İş materiallarına əlavə olunmuş 03 iyul 2023-cü il tarixli aktdan görünür ki, Novxanı bələdiyyəsinin sədri, Novxanı kənd İcra nümayəndəsinin və İddiaçı iştirakı ilə Novxanı kəndinin Baş İnkişaf Planı əsasında fərdi yaşayış evlərinin tikintisi üçün ayrılan həyətyanı torpaq sahəsindən yerində ölçülüb nişangahlar qoyulduqdan sonra İddiaçı təhvil verilmişdir.
34. Cavabdeh aşağıdakı əsaslarla iddiaçının müraciətinə imtina cavabı vermiş və hazırda da apellyasiya şikayətində həmin dəlillərə istinad etmişdir: 1) Sənəd üzrə torpaq sahəsi 0.08 ha göstərilsə də, faktiki vəziyyətdə 0,07 ha olması; 2) Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli 04/4 nömrəli qərarından çıxarışla ayrılmış 0,08 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilməməsi; 3) Torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olması; 4) Abşeron rayonu Novxanı Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənməməsi;
35. Cavabdehin birinci dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan 25 may 2023-cü il tarixli müayinə aktında qeyd edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 0,08 ha, faktiki olaraq isə 0,07 ha ölçüdədir. Hazırda isə iddiaçının tələbi 0,08 ha torpaq sahəsinə deyil, məhz 0,07 ha torpaq sahəsinə görə mülkiyyət hüquqlarının mövcud vəziyyətə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçünün verilməsidir. Belə olduğu halda, kollegiya cavabdehin həmin dəlilini əsaslı hesab etmir.
36. Torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilməməsi ilə bağlı ikinci dəlilə gəldikdə isə kollegiya qeyd edir ki, formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən qeyd edilən sənədlərin mövcud olmaması iddiaçının təqsiri olmamaqla mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas deyildir. Belə ki, həmin sənədlərin tərtib edilməsi, arxivə təhvil verilməsi iddiaçının deyil, müvafiq qurumların səlahiyyətləri daxilində olmuşdur. Bundan əlavə, işin müəyyən edilmiş hallarından görünür ki, Abşeron rayon Novxanı Bələdiyyəsi tərəfindən torpaq sahəsinin faktiki yerini, texniki göstəricilərini müəyyən edən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bu səbəbdən cavabdeh həmin dəlilində də haqlı olmamışdır.
37. Kollegiya cavabdehin üçüncü - torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin hala münasibətdə cavabdehin hərəkətləri və iddianın əsaslılığı bərabərlik (bərabər yanaşma) prinsipinin tələbləri baxımından dəyərləndirilməlidir.
38. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 17 oktyabr 2023-cü il tarixli məktubla məhkəməyə göndərilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışların surətlərindən görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri mövcuddur və onlar “yaşayış məntəqələri torpaqları” kateqoriyasına aiddirlər. Belə olan halda, cavabdeh orqan tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olduğunun qeyd edilməsi bərəbərlik hüququnun pozuntusu olmaqla, iş materialları ilə təkzib edilmişdir.
39. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
40. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır.
41. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir.
42. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “etimadın qorunması” prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.
43. İnzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
44. Məhkəmə kollegiyası, həmçinin Ali Məhkəmənin qərarında qeyd edilən hüquqi mövqeyini nəzərə alaraq, Abşeron rayon Novxanı Bələdiyyəsinə sorğu ünvanlamış, Abşeron rayon Novxanı bələdiyyəsinin məzmunu bir-birindən fərqli olan 26 iyul 2024-cü il tarixli, 262 nömrəli məktubların məzmununda olan ziddiyyətli məqamlar, mübahisəli torpaq sahəsinin bələdiyyə tərəfindən ayrılıb-ayrılmaması, yerquruluşu planından çıxarışın hansı sənədlər əsasında tərtib edilməsi, əvəzləşdirmə dedikdə nəyin nəzərdə tutulması barədə məhkəməyə ətraflı məlumat verilməsini və torpaq sahəsinin əvələşdirilməsi və ya ayrılması barədə tərtib edilmiş inzibati aktların məhkəməyə təqdim edilməsini xahiş etmişdir.
45. Belə ki, Abşeron rayon Novxanı bələdiyyəsinin 26 iyul 2024-cü il tarixli, 262 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/04 nömrəli qərarı ilə Novxanı kəndində ayrılmış 0,07 ha torpaq sahəsi vətəndaş torpaq sahəsinin yerini unutduğu üçün bələdiyyəyə məxsus torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Odur ki, Novxanı bələdiyyəsi də vətəndaşın torpaq sahəsini bərpa etmək üçün bələdiyyə tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin yanında fərdi yaşayış evi tikmək üçün vətəndaşa 0,07 ha torpaq sahəsi ayırmışdır.
46. Abşeron rayon Novxanı Bələdiyyəsinin 26 iyul 2024-cü il tarixli, 262 nömrəli digər məktubunda isə qeyd edilmişdir ki, Abşeron rayonunun Novxanı kəndinin bir qrup sakininə, o cümlədən vətəndaş İddiaçı Abşeron rayonu Novxanı kənd XDS İK-nin 30 yanvar 1990-cı il tarixli, 04/4 nömrəli №-li qərarı ilə fərdi mənzil tikintisi üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır. Qeyd olunan ərazidə əksər vətəndaşlar fərdi mənzil tikib yaşayırlar. İddiaçı bir ayrılmış torpaq sahəsinə dair ayrıc aktı verilmədiyindən, tərəfimizdən bir daha əraziyə baxış keçirilmiş, onun faktiki istifadəsində olan torpaq sahəsinin 0,07 ha olduğu müəyyən edilmişdir. Bununla bağlı Novxanı bələdiyyəsinin planından çıxarış tərtib edilmişdir. Sorğuda qeyd olunan digər torpaq sahələri bələdiyyədə yaranana qədər verilən torpaq sahələridir və bununla bağlı bələdiyyədə hər hansı bir sənəd mövcud deyildir.”
47. Abşeron rayon Novxanı Bələdiyyəsi tərəfindən məhkəmə kollegiyasının sorğusuna cavab olaraq göndərilmiş 24 sentyabr 2025-ci il tarixli, 163 nömrəli məktubundan görünür ki, formalaşmış təcrübəyə əsasən faktiki vəziyyətinə uyğun olaraq 0,07 ha torpaq sahəsinə yerquruluşu planı işlənilib təsdiq edilmişdir. Torpaq sahəsinin bələdiyyə tərəfindən heç bir əvəzləşdirilməsinə yol verilməmişdir. Ümumiyyətlə məhkəmənin nəzərinə çatdırırlar ki, XDS İcraiyyə Komitələri tərəfindən rayon ərazisindən tikintisi məqsədilə ayrılmış torpaq sahələrinin yerquruluşu planından çıxarışlar Rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin torpaq sahələrinin sənədləşdirilməsi zamanı yerli bələdiyyələr tərəfindən torpaq sahələrinin mövcud vəziyyətdə yerquruluşu planından çıxarışlar işlənilərək təsdiq olunmaqla vətəndaşa təhvil verilir.
48. Həmçinin, işin araşdırılması zamanı kollegiya Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyətinə sorğu ünvanlayaraq mübahisəli torpaq sahəsinin yerini müəyyən edən arxiv sənədlərinin məhkəməyə təqdim edilməsini və Abşeron rayon Novxanı Bələdiyyəsi tərəfindən mübahisəli torpaq sahəsinə dair yerquruluşu planından çıxarış tərtib edilməsi ilə bağlı münasibət bildirilməsini xahiş etmişdir.
49. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmə kollegiyasının sorğusuna cavab olaraq göndərilmiş məktubla müəyyən olunur ki, Rayon Dövlət Arxivindən Rayon İcra Hakimiyyətinə daxil olmuş məlumata əsasən həmin torpaq sahəsinə görə ayrıc aktı, ilkin baş plan, eləcə də yerləşmə sxemi kimi sənədlər Arxivə təhvil verilən qərara əlavə edilməmişdir. Bir qayda olaraq Rayon XDS İcraiyyə Komitələri tərəfindən rayon ərazisindən vətəndaşlara fərdi ev tikintisi məqsədilə ayrılmış torpaq sahələrinin yerquruluşu planından çıxarışlar Rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin torpaq sahələrinin sənədləşdirilməsi zamanı yerli bələdiyyələr tərəfindən torpaq sahələrinin mövcud vəziyyətdə yerqurluşu planından çıxarışlar işlənilərək təsdiq olunmaqla vətəndaşa təhvil verilir. Bildirirlər ki, Abşeron Rayon Novxanı kənd XDS İK-in 04.4 saylı 30 yanvar 1990-cı il tarixli qərarı ilə “Abşeron şanısı” X1 sovxozunun 8 saylı 15 yanvar 1990-cı il tarixli əmrinə əsasən fərdi ev tikmək üçün kənd təsərrüfatına yararsız sahədən vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinə görə Novxanı bələdiyyəsi tərəfindən tərtib eilərək təsdiq olunmuş torpaq sahəsinin yerqurluşu planına və planında göstərilən koordinatlar daxilində yerləşən 0,07 ha torpaq sahəsinə İddiaçı adına reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsinə Rayon İcra Hakimiyyəti etiraz etmir.
50. İndiki halda, apellyasiya instansiya məhkəməsində ikinci icraat zamanı kollegiya tərəfindən müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinə dair tərtib edilmiş yeruquruluşu planından çıxarışın tərtib edilməsinə əsas olan hal torpaq sahəsinin bələdiyyə tərəfindən əvəzləşmə və ya alğı-satqı qaydasında vətəndaşa ayrılması olmamışdır. Abşeron rayon Novxanı Bələdiyyəsi tərəfindən yerquruluşu planından çıxarış bələdiyyələr tərəfindən formalaşdırılmış praktikaya uyğun olaraq sadəcə torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq texniki göstəriclərini əks etdirən sənəd kimi tərtib edilmişdir. Bu hal, həmçinin, Novxanı kənd XDS İcraiyyə Komitəsinin hüquqi varisi olan Abşeron rayon İcra Hakimiyyəti tərəfindən də təsdiq edilmişdir.
51. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.1-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mahiyyətinə görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04.4 saylı qərarı iddiaçının həmin torpaq sahəsi üzərində hüququn reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir.
52. Bu mənada məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.
53. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
54. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
55. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
56. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
57. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 13, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2-1(118)-1165/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.