Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-756/2022 16.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" X2nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “mülkiyyətində olan 600m2 torpaq sahsinin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2-1(85)-99/2016 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2-1(85)-99/2016 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 dekabr2016-cı il tarixli, 2-1(105)-129/2016 nömrəli qərarının icrasını təmin etmədiyi üçün 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Qərardadla razılaşmayan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2-1(85)-99/2016 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 23 noyabr 2016-cı il tarixli, 2-1(105)-129/2016 nömrəli qərarı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 600 kv.metr torpaq sahəsinin özəlləşdirilməsi deyil, qeyd edilən torpaq sahəsi ilə bağlı iddiaçının müraciətinə yenidən baxmaq və həmin müraciətlə bağlı iddiaçının müraciətinə yenidən baxmaq və həmin müraciətlə bağlı məhkəmənin qərarında təsbit edilmiş hüquqi mövqeyi nəzərə alınmaqla əsaslandırılmış qərar qəbul etmək öhdəliyi qoyulmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iddiaçının müraciətinə yenidən baxılaraq Komitə tərəfindən xx.xx.2016-cı il tarixli, **********05 nömrəli bildirişlə 601,0 kv.m torpaq sahəsi 60100 manata satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsi üçün iddiaçıya təklif edilmişdir. Lakin iddiaçı Komitənin bu təklifi ilə razılaşmamışdır. Bu səbəbdən torpaq sahəsinin özəlləşdirilməsinin həyata keçirilməsi mümkün olmamışdır. Beləliklə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmə qərarının icrasından imtina olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 noyabr 2016-cı il tarixli, 2-1(105)-129/2016 nömrəli qərarı ilə iddiaçının torpaq sahəsinin özəlləşdirilməsinə dair müraciətinə yenidən baxılaraq qərar qəbul edilməsi vəzifəsi Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulmuşdur ki, Komitə tərəfindən də iddiaçının müraciətinə yenidən baxılaraq torpaq sahəsinin özəlləşdirilməsinə dair iddiaçıya bildiriş göndərilmiş, lakin iddiaçının hərəkətsizliyi səbəbindən qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi baş tutmamışdır. Buna baxmayarq Sumqayıt İnzibati Məhkəməsi əsassız olaraq Xidməti məhkəmə qərarını icra etmədiyinə görə cərimə etmişdir. Göründüyü kimi məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, məhkəmə qərarı ilə Xidmətin üzərinə qoyulmuş vəzifənin yerinə yetirilməsinə baxmayaraq məhkəmə əsassız olaraq Xidmətin qərarı icra etmədiyini qeyd etmişdir. İddiaçı "xxxx" X2 məhkəməyə apellyasiya şikayətinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, məhkəmə qərarlarına hörmətsizlik etmək, icra etməmək qanunla cinayətdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı mülkiyyətində olan 600 m2 torpaq sahəsinin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 2-1(85)-99/2016 nömrəli qərarı ilə iddia təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 noyabr 2016-cı il tarixli, 2- 1(105)-129/2016 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 2-1(85)-99/2016 nömrəli qərarı dəyişdirilmişdir. "xxxx" şoxsahəli kiçik müəssisəsinin müraciətinə yenidən baxmaq və həmin müraciətlə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 noyabr 2016-cı tarixli, 2- 1(105)-129/2016 nömrəli qərarında təsbit edilmiş hüquqi mövqe nəzərə almaqla əsaslandırılmış qərar qəbul etmək öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-690/2017 nömrəli, xx.xx.2017ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 noyabr 2016-cı tarixli, 2-1(105)-129/2016 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 noyabr 2016cı tarixli, 2-1(105)-129/2016 nömrəli qərarı 26 may 2017-ci il tarixdə icra olunması üçün cavabdeh inzibati orqana göndərilmişdir. Müvafiq qərar cavabdehə çatdırılmasına baxmayaraq onun icrası barədə hər hansı məlumat və yaxud sübut məhkəməyə daxil olmamışdır. Həmçinin məhkəmə tərəfindən cərimənin tətbiq olunması barədə cavabdehə dəfələrlə xəbərdarlıq göndərilməsinə baxmayaraq cavabdeh orqan müvafiq qərarın icrasını təmin etməmişdir. İddiaçı "xxxx" X2nin direktoru İ.Kazımov məhkəməyə şikayət ərizəsi təqdim edərək uzun müddət keçməsinə baxmayaraq müvafiq məhkəmə qərarının cavabdeh tərəfindən icra olunmadığını bildirmiş, cavabdeh barəsində tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. İddiaçının cərimə olunması barədə yuxarıda qeyd edilən nəticəyə gələn birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, qeyd edilən iddia tələblərinə məhkəmələrdə baxılan ərəfədə ƏMDK cavabdeh qismində iştirak etmiş və məhkəmələrin qərarları Ali Məhkəmədə mübahisələndirilmişdir. Lakin cavabdeh təşkilatın etirazında göstərdiyi arqumentlər öz təsdiqini tapmamışdır. Məhkəmənin qanuni qüvvəsini almış qərarının icra edilməsindən boyun qaçırmaq məqsədi ilə cavabdeh təşkilat müxtəlif bəhanələr edərək məhkəmə qərarını icra etməkdən yayınır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq ilk öncə qeyd edir ki, mübahisələndirilən qərardadda icra olunmamasına görə cavabdehin cərimələndiyi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(105)-129/2016 nömrəli iş üzrə qərarının tarixi düzgün olmayaraq 06 dekabr 2016-cı il kimi göstərilmişdir, halbuki iş materiallarından göründüyü kimi həmin iş üzrə qərarın tarixi 23 noyabr 2016-cı ildir. Bundan əlavə, qeyd edilən qərarda "xxxx" şoxsahəli kiçik müəssisəsinin müraciətinə yenidən baxmaq və həmin müraciətlə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 noyabr 2016-cı tarixli, 2- 1(105)-129/2016 nömrəli qərarında təsbit edilmiş hüquqi mövqe nəzərə almaqla əsaslandırılmış qərar qəbul etmək öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə olunmuşdur. Hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının icraatında olan 2-1(105)-755/2022 saylı işin materiallarından görünür ki iddiaçı "xxxx" X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 93 saylı qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə 05 iyun 2016-cı il tarixli 377 saylı qərar əsasında əlavə edilmiş 6- 1 bəndinin müddəalarını tətbiq etmədən "xxxx" X2nin istifadəsində olan Xırdalan şəhəri, H.Əliyev prospektində tikinti altında olan 600 kv.m torpaq sahəsinin Əsasnamənin 6-cı bəndinin tələblərinə uyğun normativ qiymətinin edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2-1(118)-89/2020 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(105)- 97/2021 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 93 saylı qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə Nazirlər Kabinetinin 05 oktyabr 2016-cı il tarixli, 377 saylı qərarı əsasında əlavə edilmiş 6-1 bəndin müddəaları tətbiq edilmədən Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında iddiaçı tərəfindən özəlləşdirilmiş qeyri-yaşayış binasının yerləşdiyi 601.0 kv.m tikinti altındakı torpaq sahəsinin normativ qiymətə əsasən iddiaçının adına özəlləşdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1654/2021 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 2021-ci il 16 may tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(105)- 97/2021 nömrəli qərarı qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Sumqayıt İnzibati Məhkəməsi tərəfindən 06 dekabr 2021-ci il tarixli məktubla cavabdeh inzibati orqana göndərilmiş, 11 dekabr 2021-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. Daha sonra isə Sumqayıt İnzibati Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2-1(118)-89/2020 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(105)-97/2021 nömrəli qərarının icrasını təmin etmədiyi üçün 500 (beş yüz) manat məbləğində cərimə olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 dekabr 2022-ci il tarixli, 2-1(105)- 755/2022 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşin yuxarıda qeyd edilən xüsusatlarına istinadən kollegiya bu nəticəyə gəlir ki, cavabdeh inzibati orqan artıq Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(118)-89/2020 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(105)-97/2021 nömrəli qərarının icrasını təmin etmədiyi üçün 500 (beş yüz) manat məbləğində cərimə olunduğundan onun hazırkı iş üzrə qərarı icra etmədiyinə görə cərimə olunmasına zərurət aradan qalxmışdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2-1(85)-99/2016 nömrəli qərardadı ləğv edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 5 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-756/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-756/2022
16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver